“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
8
A. NÜMUNƏVİ PEŞƏ STANDARTI
Sərnişin qatarında bələdçi
Peşənin qısa təsviri
Dəmir yol nəqliyyatında bələdçilər vaqona
və sərnişinlərə nəzarət edir,
eləcə də sərnişinlərin və
vaqonun təhlükəsizliyinə cavabdehlik daşıyırlar. Onlar qatarın şəxsi heyəti
ilə bütün fəaliyyətləri
əlaqələndirir, biletləri toplayır, sərnişinlərə qatara
minməyə və düşməyə kömək edir,
sərnişinlərin
suallarını cavablandırır, sərnişinlərin təhlükəsizliyinə nəzarət edir və bütün zəruri elanları
sərnişinlərə çatdırır. Bələdçilər idarəetmə və məlumat ötürən mexanizmlərin lazımi
qaydada
qurulması və işlək olmasını təmin etmək üçün qatar yola düşməzdən əvvəl vaqonunu yoxlayır.
Məşğulluq Təsnifatında (MT) peşənin kodu:
5112 (Konduktor, qatar)
MT-də ixtisas (bacarıq) səviyyəsi:
2
ISCO 08-də işin kodu:
5112 (Conductor, train)
ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi:
2
Dostları ilə paylaş: