Hazırlanma tarixi:
Dekabr, 2012-ci il
Təsdiq edən qurum:
Təsdiq tarixi:
Təklif olunan yenilənmə tarixi:
Dekabr, 2017-ci il
A.1. İŞƏ DAİR XÜSUSİ MƏLUMAT
A.1.1. ƏMƏK ŞƏRAİTİ
İlin bütün günləri, dəyişkən iş qrafiki;
İş xarakter baxımından təkrarlanır;
Bələdçi formal paltar geyinir
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycan Respublikasının
Konstitusiyası, Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında Qanun və digər müvafiq
qanunvericilik aktları ilə müəyyən olunur.
A.1.2. İŞƏ QƏBUL TƏLƏBLƏRİ
Əmək münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və digər
normativ-hüquqi aktlarla tənzimlənir;
İşə qəbul olunarkən sağlamlıq haqqında tibbi arayış, sonradan vaxtaşırı icbari tibbi
müayinədən keçmək haqqında tibbi arayış (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
qərarı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə nəzərdə
tutulduğu hallarda) təqdim olunur;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırmalar və fərdi
mühafizə vasitələri ilə təminat məcburi xarakter daşıyır.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
9
A.1.3. TABEÇİLİK
Kimə tabedir:
Qatar rəisi.
Kim ona tabedir:
Yoxdur.
A.1.4. PEŞƏ STANDARTLARI ÜÇÜN MƏSULİYYƏT VƏ MÜSTƏQİLLİK SƏVİYYƏLƏRİ
Səviyyələr
Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik
Uyğun
gələn
səviyyə
1
Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək
İş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyanı
əhatə edir.
2
Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq
Təcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün
məsuliyyət daşımaq
Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək
Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək
3
Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil
idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda
həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək)
İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli
zamanı elementar nəzəriyyələrdən istifadə etmək
Digər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin
qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə
bağlı təkliflər vermək
İşçilərə rəhbərlik etmək
Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi
təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək
4
Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq.
Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etmək
Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti
həyata keçirmək
Özü və başqaları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən
keçirmək və təkmilləşdirmək
Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə
məsuliyyət daşımaq
Fərdlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət
daşımaq
Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar
hazırlamaq və dəyişikliklər təklif etmək
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
10
A.1.5. KARYERA YÜKSƏLİŞİ VƏ SƏRBƏST MƏŞĞULLUQ İMKANLARI
Təcrübə və müvafiq təhsil əldə etdikdən sonra rəhbər vəzifəyə yüksəlmək mümkündür.
A.2. ƏSAS VƏZİFƏLƏRİN (V) VƏ VƏZİFƏLƏR DAXİLİNDƏ
FƏALİYYƏTLƏRİN (F) SİYAHISI
V.1. Növbəyə çıxmaq üçün şəxsi hazırlığı tamamlamaq:
F.1.1. Təsdiq olunmuş müəyyən prosedurlardan istifadə etməklə növbəni qəbul edən və ya
təhvil verən zaman qeydiyyatı tamamlamaq;
F.1.2. İstismara veriləcək qatar ilə əlaqədar məlumatları əldə etmək və zəruri halda yoxlamaq;
F.1.3. Sənədləri və avadanlıqları qayda və normalarda göstərilən şəkildə tamamlamaq və
daşımaq;
F.1.4. Şəxsi təhlükəsizliyi naminə göstərişlər, təlimatlar və müəyyən edilmiş normalara riayət
etmək;
F.1.5. Marşrut və ya park ilə bağlı məlumatları saxlamaq və ya zəruri halda yoxlamaq üçün
müvafiq tədbirlər görmək.
V.2. Qatarın xidmətə yararlı olmasını müəyyən etmək:
F.2.1. Müəyyən edilmiş nasazlıqları səlahiyyətləri çərçivəsində aradan qaldırmaq;
F.2.2. Müəyyən edilmiş nasazlıqları aydın qeydə almaq və müvafiq şəxsə bu barədə təcili
məlumat vermək;
F.2.3. Sənədlərin tələblərə əsasən tam və düzgün olmasını təmin etmək.
V.3. Qatarların təhlükəsiz hərəkətinə kömək etmək:
F.3.1. Qatarın yola çıxmağa hazır olmasını dəqiqliklə müəyyən etmək;
F.3.2. Müvafiq qaydalar, normalar və təlimatlara əsasən sayıqlıq nümayiş etdirmək;
F.3.3. Qatarın düzgün dayanmasını təsdiq etmək və yüklərin təhlükəsiz yüklənməsi və
boşaldılmasına şərait yaratmaq üçün dayaqların qoyulması barədə maşinistə məlumat
vermək;
F.3.4. Qatar düzgün dayanmadıqda və yüklərin təhlükəsiz yüklənməsi və boşaldılmasına
şərait yaratmaq mümkün olmadıqda təsdiq edilmiş düzəldici tədbirləri həyata
keçirmək;
F.3.5. Qatarın idarə edilməsi və müvafiq ərazidə yerləşdirilməsi ilə əlaqədar zəruri halda
maşinistə kömək göstərmək.
V.4. İstismar zamanı aşkar olunan qüsurları səlahiyyətləri çərçivəsində aradan qaldırmaq:
F.4.1. Qatarın sistem və avadanlıqlarındakı nöqsan və çatışmazlıqları dəqiqliklə müəyyən
etmək;
F.4.2. Nasazlıqların müəyyən olunması zamanı qəza təhlükəsini minimuma endirmək üçün
zəruri halda qatarı təhlükəsiz yerdə saxlamaq;
F.4.3. Təsdiq olunmuş üsullar və qaydalara əsasən qüsurları aradan qaldırmaq üçün müvafiq
tədbirlər görmək;
F.4.4. Nöqsan və çatışmazlıqları aradan qaldırmaq mümkün olmadıqda müəyyən edilmiş
personaldan təcili kömək istəmək;
F.4.5. Nöqsan və çatışmazlıqları aydın qeydə almaq və bu barədə müvafiq şəxsə təcili məlumat
vermək;
F.4.6. İstismar şəraitindən asılı olaraq hər hansı bir dəyişikliyə uyğun olaraq qatara nəzarət
etmək;
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
11
F.4.7. Xarab olmuş hər hansı bir qatarın yeri barədə müvafiq personala dəqiq və təcili
məlumat vermək.
V.5. Qatar relsdən çıxdığı zaman müvafiq tədbirləri həyata keçirmək:
F.5.1. Mövcud və mümkün təhlükələri dəqiqliklə qeydə almaq və bu barədə aidiyyatı şəxsə
təcili məlumat vermək;
F.5.2. Tələb olunduqda xəbərdaredici siqnal verən avadanlıqdan istifadə etmək;
F.5.3. Qəza halları zamanı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək və əsas
diqqəti insanların təhlükəsizliyinin qorunmasına yönəltmək;
F.5.4. Zərərli maddələri ehtiva edən mövcud və ya mümkün hadisələr zamanı təsdiq edilmiş
əlavə ehtiyat tədbirlərini həyata keçirmək;
F.5.5. Növbə əsasında dəyişən vaqonun xidmətə yararlı olmasını yoxlamaq və sərnişinlərə
elan edilən dəyişikliklərə uyğun olaraq məlumat vermək;
F.5.6. Nasazlıqların müəyyən olunması zamanı qəza təhlükəsini minimuma endirmək üçün
zəruri tədbirlər görmək;
F.5.7. Vaqonun nasazlığını aradan qaldırmaq mümkün olmadıqda müvafiq personala dərhal
bu barədə məlumat vermək və vaqonu təşkilati prosedurlara uyğun olaraq mühafizə
etmək.
V.6. Müştərilər üçün təhlükəsiz şəraitin təmin edilməsinə dəstək olmaq:
F.6.1. Zəruri halda əyani iştirak və sayıqlığı təmin etmək;
F.6.2. Təşkilati prosedurlara uyğun olaraq vaqondan təhlükəsiz çıxışı təmin etmək məqsədilə
vaqonda təcili çıxış və təxliyə məntəqələrini saxlamaq;
F.6.3. Müəyyən edilmiş problemləri səlahiyyətləri çərçivəsində həll etmək və bu barədə qatar
rəisinə təcili və dəqiq məlumat vermək;
F.6.4. Təşkilatı tələblərə uyğun olaraq avadanlıq və ictimai ərazilərin təyinatı üzrə istifadəyə
hazır olmasını müəyyən etmək;
F.6.5. Xüsusi qayğıya ehtiyacı olan sərnişinləri müəyyən etmək və onların tələblərinə
səlahiyyətləri çərçivəsində cavab vermək;
F.6.6. Müştərilərə təhlükəsizliklərinin qayğısına qalmalarını təşviq etmək və bu barədə onları
məlumatlandırmaq;
F.6.7. Lokal qaydalar və normalara uyğun olaraq müştəriyə fəal kömək göstərmək;
F.6.8. Təhlükəsizlik tələblərinə riayət olunmadıqda digər müştərilərin təhlükəsizliyinin
artırılmasına cavab olaraq səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək;
F.6.9. Fövqəladə hallar zamanı sərnişinləri təcrid etmək, təhlükəsiz ərazidə tutmaq və kömək
məqsədi ilə müvafiq işçiləri səfərbər etmək.
V.7. Fövqəladə və qeyri-adi vəziyyətlərdə sərnişinlərə kömək etmək:
F.7.1. Sərnişinlərə görülən işlər, işlərin səbəbi barədə təfsilatlı və qarşılıqlı əlaqəni təşviq
edəcək tərzdə məlumat vermək;
F.7.2. Qatar rəisi ilə təcili əlaqə saxlamaq və vəziyyət barədə dəqiq məlumat vermək;
F.7.3. Gözlənilən problemləri müəyyən etmək və onlar ilə məşğul olmaq üçün zəruri halda
fövqəladə tədbirlər planını təsdiq etmək;
F.7.4. Hadisə zamanı mənfi təsirə məruz qalmış sərnişinlər və digər şəxslər ilə xoş və
təsəlliverici tərzdə davranmaq;
F.7.5. Təsdiq edilmiş qaydalara əsasən fövqəladə və qeyri adi vəziyyətlərə cavab olaraq
müvafiq tədbirlər görmək;
F.7.6. Təşkilatın və qanunun tələblərinə uyğun olaraq vəziyyət və görülmüş tədbirlər barədə
məlumat vermək.
V.8. Sağlam və təhlükəsiz iş qaydalarına riayət etmək:
F.8.1. Avadanlıq və materialların istismarı, istifadəsi və saxlanması ilə əlaqədar müvafiq
qaydalar, normalar və təlimatlara riayət etmək;
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
12
F.8.2. Digərlərinin müvafiq qaydalar, normalar və təlimatlara riayət etmədiyini
müəyyənləşdirmək və zəruri halda bu barədə məlumat vermək;
F.8.3. Özünün və sərnişinlərin sağlamlığına təsir göstərən təhlükələri müəyyən etmək və
mümkün halda onları aradan qaldırmaq;
F.8.4. Qəza halları, zədələr və qarşısıalınmaz təhlükələr barədə müvafiq şəxsə dərhal məlumat
vermək;
F.8.5. Fövqəladə vəziyyətlərdə təsdiq olunmuş qaydalara riayət etmək;
F.8.6. Fövqəladə qaydalar və təhlükəli vəziyyətlər barədə sərnişinləri xəbərdar etmək üçün
önləyici tədbirlər görmək;
F.8.7. Zəruri sənədlərin tam və düzgün olmasını təmin etmək.
A.3. SƏRİŞTƏLƏR HAQQINDA
Fərdin "Sərnişin qatarında bələdçi" peşə standartı üzrə vəzifə və fəaliyyətləri həyata keçirməsi üçün
zəruri olan əsas səriştələr "Sərnişin qatarında bələdçi" peşəsi üzrə müvafiq təlim standartında
göstərilmişdir (formal, qeyri-formal və informal təlimlər vasitəsilə əldə olunan bilik, bacarıq, yanaşma
və davranış).
A.4. QİYMƏTLƏNDİRMƏLƏR HAQQINDA
Bu peşədə fərdin fəaliyyətinin qiymətləndirilməsi prosesi "Sərnişin qatarında bələdçi" peşəsi üzrə
müvafiq peşə standartının qiymətləndirilməsində öz əksini tapır. Fərdin sistemli qiymətləndirilmələr
vasitəsilə qiymətləndirilməsi işəgötürənə müxtəlif məqsədlər (yəni işəgötürmə, karyerada irəli çəkmə,
heyətin qiymətləndirilməsi, təlim ehtiyaclarının qiymətləndirilməsi) baxımından faydalı ola bilər.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
13
Dostları ilə paylaş: |