İş nümunəsi 1: Radio kommutasiyası nə deməkdir?
Maksimum müddət: 30 dəqiqə
İştirakçının görəcəyi işlər: Lazım olduqda, nəzarət cərəyanını kommutasiya etmək üçün müvafiq
diaqramın köməyilə onu təsvir edin.
İş nümunəsi 2: Kommutasiya vəziyyəti
Maksimum müddət: 15 dəqiqə
İştirakçının görəcəyi işlər: Əgər sizin qatar fövqəladə halla üzləşərsə və dayandığı yerdə kəsişməyə
məruz qalarsa, siz bu halda nə edərdiniz? Sizi uzun müddət dayandırmışlarsa və maşinist öz nəqliyyat
vasitəsini tərk edib gedərsə, şifahi olaraq, siz bir vaqon bələdçisi kimi nə edərdiniz?
B.3.2. YAZILI QİYMƏTLƏNDİRMƏ
İcra müddəti: 23 dəqiqə.
Sualların sayı: 23.
Yazılı qiymətləndirməni keçmək üçün tələb olunan düzgün cavabların sayı işəgötürən tərəfindən
müəyyən olunur.
Tövsiyə olunan nisbət: 70%.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
16
Əhatə olunan vəzifələr:
10%
Növbəyə çıxmaq üçün şəxsi hazırlığı tamamlamaq
30%
Qatarın xidmətə yararlı olmasını müəyyən etmək
20%
Qatarların təhlükəsiz hərəkətinə kömək etmək
30%
İstismar zamanı aşkar olunan qüsurları səlahiyyətləri çərçivəsində aradan qaldırmaq
10%
Müştərilər üçün təhlükəsiz şəraitin təmin edilməsinə dəstək olmaq
Sual nümunələri:
1. Yolun kənarında bir nəfərin qollarını başından yuxarı geniş şəkildə açaraq yellədiyini görən vaqon
bələdçisi nə etməlidir?
a) Həmin şəxsin yanından ötüb keçmək üçün sürəti artırmalıdır.
b) Sürəti azaltmalı və hadisə barədə dispetçerə radio vasitəsilə məlumat verməlidir.
c) Ehtiyat tədbirinə davam etməlidir.
d) Qatar rəisinə bu barədə məlumat verməlidir.
2. Siqnallar verən qatar bələdçisi aşağıdakıları etməlidir:
a) Onların aydın şəkildə görünməsinə əmin olmalıdır.
b) Başa düşüləcək tərzdə aydın şəkildə siqnallar verməlidir.
c) Praktiki olduqda, yolun mühəndis tərəfindən siqnallar verməlidir.
d) Yuxarıdakılardan heç biri.
3. Əl siqnallarından istifadə faydalı olmadıqda, qatar bələdçisi məlumat vermək məqsədilə radio və
digər səsli ünsiyyət vasitələrindən istifadə edə bilər. Qatar bələdçisi əmin olmalıdır ki, ekipaj
uzvləri .......
a) Hansı qatar hərəkətinin radio kommunikasiya vasitəsilə elan ediləcəyini bilir.
b) Radiodan istifadə edərkən “DAYAN” siqnalından başqa, mühəndisin heç bir əl siqnalını qəbul
etməyəcəyini başa düşür.
c) Yuxarıdakılardan heç biri.
4. Qayda və qanunlara riayət, əməkdaşlıq, yardım, hər hansı qanun pozuntusu, pis davranış və ya
ehtiyatsızlıq barədə hesabat verməkdə kim cavabdehdir?
a) Yalnız nəzarətçilər
b) Yalnız bələdçi
c) Yalnız bələdçi və mühəndislər
d) Bütün işçilər
5. Aşağıdakılardan hansı qatar bələdçisinin vəzifəsidir?
a) Qatarın idarə edilməsinə nəzarət etmək
b) Hərəkətə davam etmək üçün səlahiyyət barədə istənilən şübhə yaranarsa mühəndislə
məsləhətləşmək və ya təhlükəsizlik
c) Beş (5) mildən çox olmayan və ya iki (2) mildən az olmayan məsafədə mühəndisə dispetçer
ismarıcı və ya təlimatları vasitəsilə yaranan məhdudiyyətlər barədə bildiriş vermək
d) Yuxarıdakılardan heç biri
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
17
6. Təyin olunmuş siqnal vasitəsilə görünən vəziyyət barədə məlumat vermək üçün vaqon bələdçisi
hansı halda radiodan istifadə edə bilər?
a) Eyni ekipajın üzvləri arasında verildikdə
b) Siqnal aspekti barədə qatar dispetçeri tərəfindən qatara məlumat vermək üçün
c) Siqnal göstərişini yerinə yetirməklə digər ekipaja yardım etmək üçün
d) Yuxarıdakıların hamısı
7. Əsas göstərişə əsasən hərəkət etməzdən əvvəl qatarın hansı ekipaj üzvlərində bu göstərişlərin
yazılı surəti olmalıdır?
a) Yalnız mühəndislər
b) Yalnız bələdçilər
c) Bələdçilər və mühəndislər
d) Bütün ekipaj üzvləri
8. Qatarın hansı ekipaj üzvləri əsas göstərişləri oxumalı və başa düşməlidirlər?
a) Yalnız mühəndislər
b) Yalnız bələdçilər
c) Bələdçilər və mühəndislər
d) Bütün ekipaj üzvləri
9. Əsas göstərişlər etibarsız olduqda, yerinə yetirildikdə və ya ləğv edildikdə, nə tələb olunur?
a) Onlar dərhal yox edilməlidir.
b) Onlar aydın şəkildə “X” ilə nişanlanmalı və 7 gün saxlanılmalıdır.
c) Onlar aydın şəkildə “X” ilə nişanlanmalı və həmin qatarın səyahətinin qalan günləri üçün
saxlanılmalıdır.
d) Onlar aydın şəkildə “X” ilə nişanlanmalı və həmin ekipajın növbəsinin qalan günləri üçün
saxlanılmalıdır.
10. Qatarın baş hissəsi sərnişin platformasını tərk etməzdən əvvəl qatarda hansı kommunikasiya
cihazları olmalıdır?
a) Nəzarət şöbəsində operativ radio və ikinci ünsiyyət vasitələri (digər bölmədə radio, daşına
bilən radio və ya digər simsiz kommunikasiya cihazı)
b) Aşağıdakılardan ən azı ikisi: nəzarət şöbəsində operativ radio, digər bölmədə radio, daşına
bilən radio və ya digər simsiz kommunikasiya cihazı
c) Nəzarət şöbəsində operativ radio və ya daşına bilən radio və ikinci ünsiyyət vasitələri (digər
şöbədə radio və ya daşına bilən radio və ya digər simsiz kommunikasiya cihazı)
d) Yuxarıdakıların hamısı
11. Aşağıdakılardan hansında əsas göstərişlər təsvir olunur?
a) Qatarın hərəkətinə, mühərrikə, yol avadanlıqlarına tək və ya digər avadanlıqlarla birlikdə təsir
edən istənilən hərəkət funksiyası və ya sürət məhdudiyyəti. Nəzarət edilən yoldan istifadə
səlahiyyəti vermək üçün istifadə olunan istənilən forma
b) Əməliyyatlarla bağlı sistem və ya bölmə təlimatlarından ibarət olan nəşr
c) Qaydalar, xüsusi təlimatlar və ya əməliyyatlara aid olan digər məsələlərlə bağlı Şöbə Rəhbəri
tərəfindən dərc edilən təlimatlar
d) Yuxarıdakıların hamısı
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
18
12. Aşağıdakılardan hansı əsas təlimatlardır?
a) Yol orderləri və yol bülletenləri
b) Səlahiyyət və yol üçün icazələr
c) Radio sürət məhdudiyyətləri
d) Yuxarıdakıların hamısı
13. Əsas göstərişlərin ötürülməsi və qəbul edilməsi zamanı üzvlər necə qeyd edilməli və təkrar
edilməlidir?
a) Nömrəsi ilə adi rəqəm nömrələrini qeyd etmək və hərfbərhərf demək
b) Nömrəsi ilə çoxlu rəqəm nömrələrini qeyd etmək
c) Onluq nöqtələrini “punkt”, “nöqtə” və ya “onluq” kimi müəyyən etmək
d) Yuxarıdakıların hamısı
14. Qatarın quyruq hissəsini göstərmək üçün sonuncu vaqonun sonluğunda aydın şəkildə görünə
bilən işarə nişanı nə vaxt tələb olunur?
a) Bütün vaxtlarda qatar əsas yolu tutduqda
b) Yalnız hava şəraiti yolda görüntüyə 1 kilometrdən az məhdudiyyət qoyduqda
c) Günəş batımına 1 saat qalmışdan günəş çıxandan sonra 1 saatadək və ya hava şəraiti yolda
görüntüyə 1 kilometrdən az məhdudiyyət qoyduqda
d) Yalnız günəş batımına 1 saat qalmışdan günəş çıxandan sonra 1 saatadək
15. Aydın şəkildə görünən nişan hansı halda yoxlanmalıdır?
a) Yalnız ilkin olaraq tətbiq olunduqda və havanın yoxlanması tələb olunan hər bir yerdə
b) Tərtibat stansiyasında və hər bir ekipaj dəyişmə məntəqəsində
c) Yalnız mexaniki şöbənin işçi heyəti çalışan yerlərdə
d) Hər bir stansiya dayanacağında və digər praktiki hesab edilən yerlərdə
16. İşçilər, yol fəhlələri, yolda və ya yola yaxın olan digər şəxslər üçün həyəcan siqnalı kimi istifadə
olunan fit siqnal hansıdır?
a) 2 uzun, bir qısa, 1 uzun
b) 1 uzun və 1 qısa
c) 1 uzadılmış uzun
d) Qısa fitlərin ardıcıllığı.
17. Vaqon bələdçisi qatar rəisinə nəyi xatırlatmalı və bunu nə zaman etməlidir?
a) Son stansiyanı əvvəlcədən keçdikdən sonra onların qatarın hərəkətinə davam etmək
funksiyasına məhdudiyyət qoyulduqda
b) Sürətin azaldılması barədə xəbərdarlıq etdikdə (əvvəlcədən ən azı 3 km)
c) Görüş və ya gözləmə nöqtəsi, sürətin azaldılması barədə bildirişlər və şərti dayan siqnalları
barədə müraciət etdikdə (əvvəlcədən 3 km)
d) Son stansiyanı əvvəlcədən keçdikdən sonra onların qatarın hərəkətinə davam etmək
funksiyasına məhdudiyyət qoyulduqda və ya sürətin azaldılması barədə xəbərdarlıq etdikdə və
şərti dayan əmrləri verildikdə
18. Vaqon bələdçisi səlahiyyətin yazılı surətini almaq üçün nəzarət şöbəsində olmadıqda nə
edilməlidir?
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
19
a) Mühəndis səlahiyyətin yazılı surətini götürməli və onu hərəkətə başlamazdan əvvəl bələdçiyə
çatdırmalıdır.
b) Surət çıxaran işçi qatar dispetçerinə/nəzarət operatoruna səlahiyyətin yazılı surətinin “OK”
vaxtı verilməzdən əvvəl bələdçi tərəfindən oxunması və qəbul edilməsi barədə məlumat
verməlidir.
c) Qatar bələdçisi səlahiyyətin yazılı surətini mümkün qədər tez götürməli və “OK” vaxtının
alınması üçün qatar dispetçeri/nəzarət operatoru ilə əlaqə saxlamalıdır.
d) Yuxarıdakıların hamısı.
19. Aşağıdakıların hansı qatar bələdçisinin vəzifəsidir?
a) Vaqona nəzarət və qatarın idarə olunması
b) İstifadə olunan avadanlıqda hər hansı məhdudiyyət olarsa, bu barədə mühəndisə və qatar
rəisinə məlumat verilməsi
c) Tabeçiliyində olanların öz öhdəlikləri ilə tanış olmasının, nə qədər təcrübəyə və qaydalar
barədə biliklərə malik olduqlarını və onların lazımi şəkildə təlimatlandırılmasının müəyyən
edilməsi
d) Yuxarıdakıların hamısı
20. Rəng işıq sıqnalının bir və ya bir neçəsinin daha az işığı yanmadıqda, qatar bələdçisi o siqnalın
aspektini necə müşahidə edir?
a) Sanki görünəcək işıq qırmızı yanır.
b) Daha çox məhdudlaşdırıcı göstəriş verə bilər.
c) Məhdudlaşdırıcı göstəriş nümayiş etdirir.
d) Yuxarıdakıların hamısı.
21. Növbələr və ərazi icazə verdikdə, dayanan qatarın hansı ekipaj üzvlərini keçən qatarları yerdə
yoxlamalıdır və onlar harada yerləşdirilməlidir?
a) Qatar dayanan kimi yolun qarşı tərəfində ən azı bir ekipaj üzvü
b) Qatar dayanan kimi yolun həmin tərəfində ən azı bir ekipaj üzvü
c) Qatar dayanan kimi yolun həmin tərəfində ən azı iki ekipaj üzvü
d) Yolun hər iki tərəfində ən azı iki ekipaj üzvü
22. Qatar iki və ya daha artıq yol olan yerdə qrafik əsasında təyin olunmuş stansiya dayanacağına
yaxınlaşır. Vaqon bələdçisi nə etməlidir?
a) Yol fiziki maneə ilə ayrılmayana qədər qatar tərəfdən keçə biləcək digər qatarların yerini
müəyyənləşdirənə qədər sərnişinlərə qatara daxil olmaq və ya qatardan çıxmağa icazə
verməmək
b) Qatarla stansiya platforması arasından keçə biləcək digər qatarların yerini müəyyənləşdirənə
qədər sərnişinlərə qatara daxil olmaq və ya qatardan çıxmağa icazə verməmək
c) Bu, qrafik əsasında təyin olunmuş stansiya dayanacağı olduğundan stansiya dayanacağı etmək,
digər qatarlara qaydaya uyğun olaraq sizin qatarla stansiya platforması arasından keçməyə
icazə verməmək
d) Siz normal yolunuzda hərəkət edirsinizsə, stansiya dayanacağı etmək. Əgər cari yolun əksinə
hərəkət edirsinizsə, qatar dispetçeri tərəfindən mühafizə almayana qədər stansiya dayanacağı
etməmək.
23. Əl ilə idarə olunan yol ötürücüsündən istifadə olunan yeri tərk etməzdən əvvəl qatar bələdçisi nə
etməlidir?
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
20
a) O, xüsusi şəkildə açıq qoymaq səlahiyyəti verilməyənə qədər əsas yol üçün onu örtülü və bağlı
saxlamalıdır.
b) O, şifahi olaraq ötürücünün vəziyyətini bir-birilə təsdiqləməlidir.
c) Əks vəziyyətdə saxlamaq səlahiyyətinə malik olduqda, onu bağlı saxlamalıdır.
d) Yuxarıdakıların hamısı.
B.4. NƏTİCƏLƏRİN QEYDƏ ALINMASI
Hər bir iştirakçı üçün fərdi hesabatlar hazırlanmalı və fəaliyyətin qiymətləndirilməsi, eləcə də yazılı
qiymətləndirmə üzrə toplanan balların hesabatı onlara təqdim edilməlidir. Qiymətləndirmə bir nəfər
üçün bir dəfədən artıq istifadə edildiyi təqdirdə hesabatda qiymətləndirmədən əvvəlki və sonrakı
ballar arasındakı faiz dəyişikliyi də əks olunmalıdır.
“Peşə standartları üzrə qiymətləndirmənin hazırlanması prosedurları” adlı sənəddə qiymətləndirmə
üzrə geniş nəzəri və praktiki məlumatlar verilmişdir.
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
21
Dostları ilə paylaş: |