Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması


Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix08.06.2022
ölçüsü0,72 Mb.
#60959
1   ...   5   6   7   8   9   10   11   12   13
5112-2-00196-01 Passenger train conductor az

Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı
 1
 
V.1. Növbəyə çıxmaq üçün şəxsi hazırlığı tamamlamaq: 
F.1.1. Təsdiq olunmuş müəyyən prosedurlardan istifadə etməklə növbəni qəbul edən və ya 
təhvil verən zaman qeydiyyatı tamamlamaq; 
F.1.2. İstismara veriləcək qatar ilə əlaqədar məlumatları əldə etmək və zəruri halda yoxlamaq; 
F.1.3. Sənədləri və avadanlıqları qayda və normalarda göstərilən şəkildə tamamlamaq və 
daşımaq; 
F.1.4. Şəxsi təhlükəsizliyi naminə göstərişlər, təlimatlar və müəyyən edilmiş normalara riayət 
etmək; 
F.1.5. Marşrut və ya park ilə bağlı məlumatları saxlamaq və ya zəruri halda yoxlamaq üçün 
müvafiq tədbirlər görmək. 
V.2. Qatarın xidmətə yararlı olmasını müəyyən etmək: 
F.2.1. Müəyyən edilmiş nasazlıqları səlahiyyətləri çərçivəsində aradan qaldırmaq; 
F.2.2. Müəyyən edilmiş nasazlıqları aydın qeydə almaq və müvafiq şəxsə bu barədə təcili 
məlumat vermək; 
F.2.3. Sənədlərin tələblərə əsasən tam və düzgün olmasını təmin etmək. 
V.3. Qatarların təhlükəsiz hərəkətinə kömək etmək: 
F.3.1. Qatarın yola çıxmağa hazır olmasını dəqiqliklə müəyyən etmək; 
F.3.2. Müvafiq qaydalar, normalar və təlimatlara əsasən sayıqlıq nümayiş etdirmək; 
F.3.3. Qatarın düzgün dayanmasını təsdiq etmək və yüklərin təhlükəsiz yüklənməsi və 
boşaldılmasına şərait yaratmaq üçün dayaqların qoyulması barədə maşinistə məlumat 
vermək; 
1
Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
23 
F.3.4. Qatar düzgün dayanmadıqda və yüklərin təhlükəsiz yüklənməsi və boşaldılmasına 
şərait yaratmaq mümkün olmadıqda təsdiq edilmiş düzəldici tədbirləri həyata 
keçirmək; 
F.3.5. Qatarın idarə edilməsi və müvafiq ərazidə yerləşdirilməsi ilə əlaqədar zəruri halda 
maşinistə kömək göstərmək. 
V.4. İstismar zamanı aşkar olunan qüsurları səlahiyyətləri çərçivəsində aradan qaldırmaq: 
F.4.1. Qatarın sistem və avadanlıqlarındakı nöqsan və çatışmazlıqları dəqiqliklə müəyyən 
etmək; 
F.4.2. Nasazlıqların müəyyən olunması zamanı qəza təhlükəsini minimuma endirmək üçün 
zəruri halda qatarı təhlükəsiz yerdə saxlamaq; 
F.4.3. Təsdiq olunmuş üsullar və qaydalara əsasən qüsurları aradan qaldırmaq üçün müvafiq 
tədbirlər görmək; 
F.4.4. Nöqsan və çatışmazlıqları aradan qaldırmaq mümkün olmadıqda müəyyən edilmiş 
personaldan təcili kömək istəmək; 
F.4.5. Nöqsan və çatışmazlıqları aydın qeydə almaq və bu barədə müvafiq şəxsə təcili məlumat 
vermək; 
F.4.6. İstismar şəraitindən asılı olaraq hər hansı bir dəyişikliyə uyğun olaraq qatara nəzarət 
etmək; 
F.4.7. Xarab olmuş hər hansı bir qatarın yeri barədə müvafiq personala dəqiq və təcili 
məlumat vermək. 
V.5. Qatar relsdən çıxdığı zaman müvafiq tədbirləri həyata keçirmək: 
F.5.1. Mövcud və mümkün təhlükələri dəqiqliklə qeydə almaq və bu barədə aidiyyatı şəxsə 
təcili məlumat vermək; 
F.5.2. Tələb olunduqda xəbərdaredici siqnal verən avadanlıqdan istifadə etmək; 
F.5.3. Qəza halları zamanı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək və əsas 
diqqəti insanların təhlükəsizliyinin qorunmasına yönəltmək; 
F.5.4. Zərərli maddələri ehtiva edən mövcud və ya mümkün hadisələr zamanı təsdiq edilmiş 
əlavə ehtiyat tədbirlərini həyata keçirmək; 
F.5.5. Növbə əsasında dəyişən vaqonun xidmətə yararlı olmasını yoxlamaq və sərnişinlərə 
elan edilən dəyişikliklərə uyğun olaraq məlumat vermək; 
F.5.6. Nasazlıqların müəyyən olunması zamanı qəza təhlükəsini minimuma endirmək üçün 
zəruri tədbirlər görmək; 
F.5.7. Vaqonun nasazlığını aradan qaldırmaq mümkün olmadıqda müvafiq personala dərhal 
bu barədə məlumat vermək və vaqonu təşkilati prosedurlara uyğun olaraq mühafizə 
etmək. 
V.6. Müştərilər üçün təhlükəsiz şəraitin təmin edilməsinə dəstək olmaq: 
F.6.1. Zəruri halda əyani iştirak və sayıqlığı təmin etmək; 
F.6.2. Təşkilati prosedurlara uyğun olaraq vaqondan təhlükəsiz çıxışı təmin etmək məqsədilə 
vaqonda təcili çıxış və təxliyə məntəqələrini saxlamaq; 
F.6.3. Müəyyən edilmiş problemləri səlahiyyətləri çərçivəsində həll etmək və bu barədə qatar 
rəisinə təcili və dəqiq məlumat vermək; 
F.6.4. Təşkilatı tələblərə uyğun olaraq avadanlıq və ictimai ərazilərin təyinatı üzrə istifadəyə 
hazır olmasını müəyyən etmək; 
F.6.5. Xüsusi qayğıya ehtiyacı olan sərnişinləri müəyyən etmək və onların tələblərinə 
səlahiyyətləri çərçivəsində cavab vermək; 
F.6.6. Müştərilərə təhlükəsizliklərinin qayğısına qalmalarını təşviq etmək və bu barədə onları 
məlumatlandırmaq; 
F.6.7. Lokal qaydalar və normalara uyğun olaraq müştəriyə fəal kömək göstərmək; 
F.6.8. Təhlükəsizlik tələblərinə riayət olunmadıqda digər müştərilərin təhlükəsizliyinin 
artırılmasına cavab olaraq səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək; 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
24 
F.6.9. Fövqəladə hallar zamanı sərnişinləri təcrid etmək, təhlükəsiz ərazidə tutmaq və kömək 
məqsədi ilə müvafiq işçiləri səfərbər etmək. 
V.7. Fövqəladə və qeyri-adi vəziyyətlərdə sərnişinlərə kömək etmək: 
F.7.1. Sərnişinlərə görülən işlər, işlərin səbəbi barədə təfsilatlı və qarşılıqlı əlaqəni təşviq 
edəcək tərzdə məlumat vermək; 
F.7.2. Qatar rəisi ilə təcili əlaqə saxlamaq və vəziyyət barədə dəqiq məlumat vermək; 
F.7.3. Gözlənilən problemləri müəyyən etmək və onlar ilə məşğul olmaq üçün zəruri halda 
fövqəladə tədbirlər planını təsdiq etmək; 
F.7.4. Hadisə zamanı mənfi təsirə məruz qalmiş sərnişinlər və digər şəxslər ilə xoş və 
təsəlliverici tərzdə davranmaq; 
F.7.5. Təsdiq edilmiş qaydalara əsasən fövqəladə və qeyri adi vəziyyətlərə cavab olaraq 
müvafiq tədbirlər görmək; 
F.7.6. Təşkilatın və qanunun tələblərinə uyğun olaraq vəziyyət və görülmüş tədbirlər barədə 
məlumat vermək. 
V.8. Sağlam və təhlükəsiz iş qaydalarına riayət etmək: 
F.8.1. Avadanlıq və materialların istismarı, istifadəsi və saxlanması ilə əlaqədar müvafiq 
qaydalar, normalar və təlimatlara riayət etmək; 
F.8.2. Digərlərinin müvafiq qaydalar, normalar və təlimatlara riayət etmədiyini 
müəyyənləşdirmək və zəruri halda bu barədə məlumat vermək
F.8.3. Özünün və sərnişinlərin sağlamlığına təsir göstərən təhlükələri müəyyən etmək və 
mümkün halda onları aradan qaldırmaq; 
F.8.4. Qəza halları, zədələr və qarşısıalınmaz təhlükələr barədə müvafiq şəxsə dərhal məlumat 
vermək; 
F.8.5. Fövqəladə vəziyyətlərdə təsdiq olunmuş qaydalara riayət etmək; 
F.8.6. Fövqəladə qaydalar və təhlükəli vəziyyətlər barədə sərnişinləri xəbərdar etmək üçün 
önləyici tədbirlər görmək; 
F.8.7. Zəruri sənədlərin tam və düzgün olmasını təmin etmək. 
C.2. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT
C.2.1. TƏLİMİN NÖVLƏRİ 
Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər: 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin