Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması


B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix08.06.2022
ölçüsü0,72 Mb.
#60959
1   ...   5   6   7   8   9   10   11   12   13
5112-2-00196-01 Passenger train conductor az

B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ 
Sərnişin qatarında bələdçi 
Qiymətləndirməyə dair qısa məlumat 
Qatar bələdçisinin qiymətləndirilməsi aşağıdakı əsas vəzifələr qrupundan istifadə etməklə nəzərə 
alınır: növbə üçün işin hazırlanmasını başa çatdırmaq, qatarların təhlükəsiz hərəkətinə yardım, öz 
məsuliyyəti çərçivəsində xidmətdaxili xətalara cavab vermək, kursdan kənar vəziyyətlərə cavab 
vermək, sərnişinlər üçün təhlükəsiz mühitin təmin olunmasına yardım, fövqəladə və qeyri-adi 
vəziyyətlərdə sərnişinlərin yardımla təmin edilməsi və sağlam və təhlükəsiz iş təcrübələrinin 
gücləndirilməsi. Qiymətləndirmədə namizədin peşə səlahiyyətlərini qiymətləndirmək məqsədilə 
istifadə olunan bilik və bacarıq qrupları təqdim olunur.
Hazırkı peşə üçün tövsiyə edilən qiymətləndirmə metodları aşağıdakılardır: (i) fəaliyyətin 
qiymətləndirilməsi və (ii) yazılı testlər. Sözügedən peşə üçün qiymətləndirmə proqramının nümunəsi 
aşağıda verilmişdir.
 
Məşğulluq Təsnifatında (MT) peşənin kodu:
5112 (Konduktor, qatar) 
MT-də ixtisas (bacarıq) səviyyəsi: 
2
ISCO 08-də işin kodu:
5112 (Conductor, train) 
ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 

Test versiyası: 
01 
Hazırlanma tarixi: 
Dekabr, 2012-ci il 
Təsdiq edən qurum: 
Təsdiq tarixi: 
B.1. FƏALİYYƏT MEYARLARI 
Bu meyarlar peşə standartındakı vəzifə və fəaliyyətlərlə birbaşa əlaqəlidir. Onlar ölçülə bilən formada 
müəyyən edilməlidir ki, qiymətləndirmə nümunələri hazırlayanlar üçün qiymətləndirmə maddələrinin 
formalaşdırılması baxımından faydalı olsun. Birinci (V.1) və sonuncu (V.8) vəzifələrə uyğun gələn 
fəaliyyət meyarları ilə bağlı nümunə aşağıda göstərilmişdir. 
Fəaliyyət meyarı nümunəsi: 
V.1. Növbəyə çıxmaq üçün şəxsi hazırlığı tamamlamaq: 
F.1.1. Təsdiq olunmuş müəyyən prosedurlardan istifadə etməklə növbəni qəbul edən və ya 
təhvil verən zaman qeydiyyatı tamamlamaq; 
F.1.2. İstismara veriləcək qatar ilə əlaqədar məlumatları əldə etmək və zəruri halda yoxlamaq; 
F.1.3. Sənədləri və avadanlıqları qayda və normalarda göstərilən şəkildə tamamlamaq və 
daşımaq; 
F.1.4. Şəxsi təhlükəsizliyi naminə göstərişlər, təlimatlar və müəyyən edilmiş normalara riayət 
etmək; 
F.1.5. Marşrut və ya park ilə bağlı məlumatları saxlamaq və ya zəruri halda yoxlamaq üçün 
müvafiq tədbirlər görmək. 
. . . 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
14 
V.8. Sağlam və təhlükəsiz iş qaydalarına riayət etmək: 
F.8.1. Avadanlıq və materialların istismarı, istifadəsi və saxlanması ilə əlaqədar müvafiq 
qaydalar, normalar və təlimatlara riayət etmək
F.8.2. Digərlərinin müvafiq qaydalar, normalar və təlimatlara riayət etmədiyini 
müəyyənləşdirmək və zəruri halda bu barədə məlumat vermək
F.8.3. Özünün və sərnişinlərin sağlamlığına təsir göstərən təhlükələri müəyyən etmək və 
mümkün halda onları aradan qaldırmaq; 
F.8.4. Qəza halları, zədələr və qarşısıalınmaz təhlükələr barədə müvafiq şəxsə dərhal məlumat 
vermək; 
F.8.5. Fövqəladə vəziyyətlərdə təsdiq olunmuş qaydalara riayət etmək; 
F.8.6. Fövqəladə qaydalar və təhlükəli vəziyyətlər barədə sərnişinləri xəbərdar etmək üçün 
önləyici tədbirlər görmək; 
F.8.7. Zəruri sənədlərin tam və düzgün olmasını təmin etmək. 
B.2. QİYMƏTLƏNDİRMƏ İLƏ BAĞLI RESURSLAR 
a) Material və komponentlər: vacib deyil 
b) Alət və avadanlıqlar: radiostansiya, telefon 
c) İstehlak malları: xəritələr, bələdçilər, sənədlər 
B.3. QİYMƏTLƏNDİRMƏ METODLARI 
Fərdin səriştəsini qiymətləndirmək məqsədilə aşağıdakı iki metoddan istifadə olunur: (i) fəaliyyətin 
qiymətləndirilməsi və (ii) yazılı test. 
B.3.1. FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ 
İcra müddəti: 
45 dəqiqə 
İşlərin sayı: 

İşlərin icrasını qiymətləndirmək üçün meyarlar işəgötürən tərəfindən müəyyən olunur. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin