Kafedra: Həyat təhlükəsizliyi



Yüklə 42,58 Kb.
tarix10.04.2023
ölçüsü42,58 Kb.
#95752
RUHİYYƏ Fövqəladə halların təsnifatın və onların xarakteristikası. Fövqəladə halların qarşısının alınması.


Sərbəst iş


Fakültə: Geologiya
İxtisas: Geologiya və Geofizika mühəndisliyi
Kafedra: Həyat təhlükəsizliyi
Qrup: 003A
Fənn: Mülki Müdafiə
Tələbə: Hümbətova Ruhiyyə
Müəllim: Babayeva Ruhəngiz
Sərbəst işin adı: Fövqəladə halların təsnifatın və onların xarakteristikası. Fövqəladə halların qarşısının alınması.

Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə görə) Miqyasına görə fövqəladə halların təsnifatı Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır. Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı 1) Təbii xarakterli fövqəladə hallar; 2) Texnogen xarakterli fövqəladə hallar; 3) Ekoloji xarakterli fövqəladə hallar; 4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar. Təbii xarakterli fövqəladə vəziyyətlər Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir. Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir. Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur: 1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar); 2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.) Təbii fəlakətlərin yaranma səbəbləri Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar: 1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar). 2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya) Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.). Təbii xarakterli fövqəladə hadisələr 1) Geofiziki təhlükəli təzahürlər 2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər): 3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər: 4) Dəniz hidroloji təhlükəli təzahürlər: 5) Hidroloji təhlükəli təzahürlər: 6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri: 7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri: 8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması: Təbii xarakterli fövqəladə hadisələr 1) Geofiziki təhlükəli təzahürlər: 1) zəlzələlər; 2) vulkan püskürmələri. 2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər): 1) sürüşmələr; 2) sellər; 3) qar uçqunları. 3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər: - tufanlar (9-10 bal); - qasırğalar (12-15 bal); - iri həcmli dolu; 4)Dəniz hidroloji təhlükəli təzahürlər: - tayfunlar; - sunamilər (qravitasiyalı dəniz dalğaları); - güclü dalğalar (5 bal və daha yüksək); - dəniz səviyyəsinin güclü ləngəri; - erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı; - gəmi və liman tikililərinin buzlaşması; - sahil buzlarının qopması. 5) Hidroloji təhlükəli təzahürlər: - suların yüksək səviyyəsi (daşqın, subasma); - yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); - yağış daşqınları; - maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); - suyun aşağı səviyyəsi; 6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri: - epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması); - ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları. 7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri: - epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması); - enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya); 8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması: - inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri); - bitki zərərvericilərinin kütləvi yayılması. Geofiziki təhlükəli təzahürlər: Zəlzələ - ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid olur. Bu zaman ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil. Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050-il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur. XX-ci əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə alınmışdır. Dünyada ən çox zəlzələ baş verən yer Çilidir. Zəlzələnin baş vermə səbəblərinə görə onlar təbiət və antropoloji olur. Zəlzələnin əsas təsir edici faktoru, ocağdan bütün istiqamətlərə yayılan –seysmik dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını 18 əsrdə amerikalı astronom və riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür dalğaların – sunamilərin əmələ gəlməsinə gətirir, o isə öz növbəsində sahilə çatır və çoxlu sayda sahilyanı ərazilərə ziyan vurur. Vulkan püskürmələri Yer qatının kanalları və qatları üzərində yaranan, yer üzərinə lava, kül, zəhərli qazlar, su buxarı və dağ cisimlərini püskürən geofiziki hadisəyə vulkan deyilir. Vulkan püskürmələri xəsarət alanların və qurbanların sayına görə ön yerlərdən birini tutur. YUNESKO-nun statik məlumatlarına əsasən son 5 ildə 200 min insan vulkan nəticəsində həlak olmuşdur. Vulkanların püskürməsi - yer kürəsinin bəzi regionları üçün tez-tez təkrarlanan hadisədir. Vulkanlar fəaliyyətdə olan, yatmış və sönmüş vulkanlara bölünürlər. Yer üzərində 522 fəaliyyətdə olan vulkan qeydə alınıb və bunlardan 20-40-ı hər il püskürür. Ən çox vulkan İndoneziyada, Yaponiyada, Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ cisimlərinin qırıntıları, partlayış dalğası, lil və daş axınları. Maqma dedikdə, yer daxilində ərimiş, yüksək hərarətli, son dərəcədə közərmiş və qazlarla zəngin olan silikat maddə nəzərdə tutulur. Vulkan konusunun zirvəsində yerləşən kasaşəkilli və ya qıfabənzər boşluğa vulkan krateri deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq krater göllərinin yaranmasına səbəb olur. Vulkanların püskürməsindən zərəri azaltmaq yolları Vulkanların püskürməsindən zərəri azaltmaq üçün onların “həyatını” proqnozlaşdırmaq və lazım olan profilaktik tədbirlərin keçirilməsi lazımdır. Fəaliyyətdə olan vulkanların əksəriyyəti “vulkanik ərazilərdə” yerləşən xüsusi stansiyalar tərəfindən daim müşahidə altında saxlanılır. Vulkanların püskürməsini proqnozlaşdırmaq üçün vulkanik təhlükəsi xəritələri tərtib edilir. Püskürmələrin vəziyyətini və gələcəyini proqnozlaşdırmaq üçün cihazlardan və texniki vasitələrindən istifadə olunur. Əhalini vaxtında məlumatlandırmaqla, müdafiə və təxliyə tədbirlərinin aparılması ilə vulkanik püskürmələrin törətdiyi mümkün zərəri kəskin azaltmaq mümkündür. Vulkanın püskürməsi ilə mübarizənin üsulları: - vulkanın vəziyyətini daim müşahidə etmək; - təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi; - müdafiə bəndlərinin qurulması; - lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi; - lavanın su ilə soyudulması; - yaralanmış insanlara ilk yardımın göstərilməsi 24.03.2010 tarixdə püskürməyə başlayan və bir neçə ay Avropadan uçuşları təxirə salmağa məcbur edən eyyafyatlayöküdl vulkanı Geoloji təhlükəli təbii fəlakətlər Sürüşmə - adətən dağ yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərinin yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir. Sürüşmələrin sürəti saatda onlarca metrə çata bilir. Məsələn: 1990-cı ildə leysan yağışlardan fəallaşan sürüşmə Xəzər donanmasının hərbi şəhərciyində bir neçə binanı elə sürətlə dağıtmışdı ki, adamlar oradan çıxmağa imkan tapa bilməmişdilər. Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır. Sürüşmələrin qarşısını alımaq üçün görülən tədbirlərdən ən vacibi həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir. Sel – Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5-2 dəfə çox olan axındır. Sel, hündürlüyü 20-40 sm olan dalğa şəkilində saniyədə 20-30m sürətlə hərəkət edir və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri növlərinə aid edilir. Sellərin 80-90%-i leysan mənşəlidir. Qar uçqunları Nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə olan sahələrdə baş verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə çata bilir. Quru qar uçqunu, yaş qar uçqununa nisbətən daha sürətlə hərəkət edir. Qar uçqunlarının əsas səbəbi qarın itensiv yağması və yamacların aşağı hissələrinin əriməsidir. Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə iri qar uçqunları təhlükəsi meydana çıxır. Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları baş verə bilər. Müdafiə üsulları qar yağmış hündürlükləri atəşə tutmaqdır. Meteoroloji xarakterli təbii hadisələr Fırtına – Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb olur və güclü dağıdıcı gücə malikdir. Qasırğa – Əsasən dolmuş buludlar arasında əmələ gəlir. Dairəvi şəkildə fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi andan 30 m dərinliyində 40-60 km məsafəni qət edə bilir. Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200km/saat çata bilir. Qasırğaların dağıdıcı təsiri küləyin sürətilə, eləcə də tufan və leysan yağışları sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası ilə ölçülür. Tufan - Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12 ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin sürəti 26 – 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5 m/san-yə çatır. Dolu – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su damcıları olur və Buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə 13sm, 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə olunur. Dəniz hidroloji təhlükəli təzahürlər Sunamilər - ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur. Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi hündür ləpələr peyda olur. Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən, okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır. Hidroloji təhlükəli təzahürlər Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur. Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur. Hidroloji proqnoz aparmaq ilə, daşqınları proqnoz etmək olar. Su basmiş sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur. Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15 ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil. Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və mənəvi zərər vurur. 20–25 ildən bir baş verir. Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsəruffat fəaliyyətinin pozur. Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir.Mühüm daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su altında qalır.. Faciəli daşqınlar - bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli daşqınlar 100 – 200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri, şəhərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su altında qalır.
Yüklə 42,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin