Vəzifə öhdəlikləri (funksiyalar)
verilməsi;
-
Elektrikin iştrakı ilə ehtiyyat nasosunun elektrik mühərrikinin
gərginliyə qoşulması;
-
Nasosun təmirə hazırlığını yoxlayaraq rəhbərliyə məlumatın
verilməsi;
-
Təmir olunmuş nasosun işə buraxılmasına göstəriş və nəzarət;
-
Nasazlıqların müəyyən edilərək rəhbərliyə müvafiq məlumatların
verilməsi.
3.
Qurğunun aparatlarında üfürülmə və işçi təzyiqin yığılması
-
Qurğuda işə başlamaq üçün muvafiq göstərişin verilməsi və nəzarət;
-
Kalonun hava şamının açılaraq havanın çıxarılması və hava şamının
bağlanması;
-
1-ci pillə adsorbsiya aparatının üfürülməsi üçün qurğunun qaz
qəbuledici siyirtmələrinin az miqdarda açılması;
-
Kalona giriş siyirtmələrinin açılaraq kalonun üfürülməsi, kalonda
təzyiqin yığılması və magistraldakı təzyiqə çatdırılması və kipliyin
yoxlanılması;
-
Təzyiqin bərabərləşməsinə vizual baxış keçirərək magistraldakı qaz
siyirtməsinin tam açılması;
-
2-ci və 3-cü pillə adsorbsiya aparatında, sabitləşdirici kalonda və
tutumdakı hava şamlarının və buxarlandırıcıda qazla qidalandırıcı
siyirtmələrin açılması;
-
Buxarlandırıcıda, soyuducuda və kalonlarda qazın tsikli üzrə giriş
çıxış siyirtmələrinin açılaraq kalonun üfürülməsi;
-
Üfürülmə başa çatdıqdan sonra hava şamlarının siyirtmələrini
bağlayaraq 2-ci və 3-cü pillə absorbsiya aparatı, sabitləşdirici kalon və tutum
üçün işçi təzyiqin monometrlərinə nəzarət edərək reqlamentə uyğun
yığılması;
-
Aparatlarda, boru xətlərində, soyuducu kondensatorlarda,
istilikdəyişdiricilərdə və T-1 tutumunda kipliyin yoxlanılması;
-
Təzyiq tənzimləyici klapanın siyirtmələri açılaraq operator otağında
yerləşən xüsusi cihazla klapana tapşırığın verilməsi və qazın yanacaq
sisteminə çıxış siyirtmələrinin açılması;
-
Təzyiq tənzimləyicinin işinin yoxlanması və nasazlıqların müəyyən
edilməsi;
-
Təzyiq tənzimləyicinin klapanının aidiyyati siyirtmələrinin
bağlanaraq rəhbərliyə bildirilməsi.
4.
Kalonlarda mayelərin yığılması və səviyyələrin tənzimlənməsi
-
Tutumun giriş siyirtməsini açaraq mayenin qəbul edilməsi və
səviyyəsinə nəzarət;
-
Lazımi səviyyə əldə olunaraq giriş siyirtməsini bağlayaraq rəhbərliyə
müvafiq məlumatların verilməsi;
-
Nasosun giriş və çıxış siyirtmələrinin açılaraq işə salınması və
absorberlərə çiləmənin verilməsi;
-
Səviyyə əldə olunandan sonra səviyyə tənzimləyici klapanın
siyirtməsinin açılaraq işə qoşulması və klapanın işinə nəzarət;
-
İstilikdəyişdiricinin hava şamının açılaraq hava qaz qarışığının
çıxarılması, maye ilə doldurulması və təzyiqə nəzarət;
-
İstilikdəyişdiricilərin maye ilə doldurulduqdan sonra aidiyyati hava
şamının bağlanması və zərurət olarsa baypas siyirtməsini açaraq təzyiqin
qaydasında saxlanması;
-
Mayenin buxarlandırıcıya ötürülməsi, səviyyə cihazlarına baxaraq
səviyyənin əldə edilməsinə nəzarət;
-
Lazımi səviyyə əldə edərək səviyyə tənzimləyicinin siyirtməsinin
açılaraq klapanın işə qoşulması və mayenin digər kalona ötürülməsi;
-
Desorberdə nəzərdə tutulan səviyyə yığıldıqdan sonra mayenin
nasosa yönəldilməsi, nasosun girişçıxış siyirtmələrini açaraq işə salınması4
-
Kalondakı səviyyə tənzimləyici cihaz vasitəsi ilə sobanın (Sb-1)
dolmasına nəzarət və borulara vizual baxış;
-
Stabilləşdiricidə nəzərdə tutulan səviyyə yığıldıqdan sonra mayenin
nasosa yönəldilməsi, nasosun giriş-çıxış siyirtmələrini açaraq işə salınması;
-
Kalondakı səviyyə tənzimləyici cihaz vasitəsi ilə sobanın(SB-2)
dolmasına nəzarət və borulara vizual baxış;
-
Mayenin(absorbentin) sistem üzrə dövriyyəsinə nəzarətin edilməsi;
-
Müvafiq siyirtmə açılaraq mayenin çiləmə yolu ilə K-1A və K-2
kalonlarına çiləmənin verilməsi;
-
Prosesin gedişinin yenidən yoxlanılaraq qurğunun tam hazır olması
haqqında rəhbərliyə məlumatın verilməsi.
5.
Sobaların işə buraxılması
-
Sobanın içinə və xaricinə vizual baxışın keçirilməsi;
-
Tüstü borusunun, sobaların partlayış pəncərələrinin və returbent
kameralaranın qapılarının bağlanması;
-
Buxar monifoldunda siyirtmələri açaraq sobaların yanma
kamerasına buxar verilməsi və siyirtmələrin bağlanması;
-
Qazın sobalara verilməsi boru xəttində müvafiq siyirtmələrini
açaraq monometr vasitəsi ilə təzyiqin tənzimlənməsi4
-
Məşəlin hazırlanması, xüsusi vintilləri açaraq sobalarda
farsunkaların yandırılması və texnoloji xəritəyə uyğun olaraq temperaturun
tədricən qaldırılması;
-
Tələb olunan temperatur əldə olunana qədər aparatda və
tutumlarda drenaj siyirtmələrini açaraq yığılan suyun boşaldırlması;
-
Sobaların yandırılmasına, tempratura və monometr vasitəsi ilə
təzyiqə nəzarət edərək rejim vərəqində müvafiq qeydlərin aparılması;
-
Cihazın göstəricilərinə əsasən müvafiq siyirtmələrin açılaraq
sobalarda qazın sərfinin tənzimlənməsi.
6.
Qurğunun rejimə çıxarılması
-
Qazın çıxış siyirtmələrinin açılaraq qurğuya qazın qəbul edilməsi və
reqlamentə uyğun tempraturun müvafiq qaz siyirtmələri vasitəsi ilə
tənzimlənməsi;
-
Sistemi, temperatur qalxdıqca drenaj siyirtmələrini açıb bağlayaraq
kalon, soyuducu və tutumlardan suyun boşaldılması;
-
Sobalarda müvafiq siyirtmələr vasitəsi ilə tempraturun reqlamentə
uyğun yüksəldilməsi və nasosun işə buraxılmasına göstəriş və nəzarət;
-
Qurğudan qazın çıxış siyirtməsini açaraq qurğunu qazla tam
yükləmək və qidalandırıcı siyirtmələri bağlamaq;
-
Emal prosesinə nəzarət edərək göstəricilərin qeyd olunması və
məhsulun lazımi səviyyəsi barədə rəhbərliyə müvafiq məlumatların
verilməsi;
-
Nasosoun işə salınaraq tutumdakı məhsulun kalona çiləmə yolu ilə
ötürürlməsi
-
Labaratoriya ilə birlikdə məhsuldan analizin götürülməsi və
nəticələrin qeyd olunaraq nəticələrinin rəhbərliyə bildirilməsi;
-
Rejimin parametrlərinin reqlamentə uyğun tənzimlənməsi,rejimin
bütün parametrlərinin rejim vərəqində mütəmadi qeyd olunması və lazımi
parametrlərin dispetçer xidmətinə məlumat verilməsi;
-
Məhsulun vurulması üçün aralıq əmtəə parkına məlumatın
verilməsi;
-
Sayğacı işə salaraq və səviyyə tənzimləyici klapanın siyirtmələrini
açaraq məhsulun aralıq əmtəə parkına vurulması.
7.
Qazdan benzini ayıran qurğunun işə salınmasına hazırlıq
-
Qurğunun işə buraxılmasına hazırlıq və hazırlığa nəzarət;
-
Qurğunun işıqlandırma və yanğınsöndürmə sistemlərinin və
avadanlıqların sazlığının yoxlanması;
-
Qurğuya sənaye suyunun, buxarın, sıxılmış havanın qəbuluna
nəzarət;
-
Ventilyasiya sistemlərinin işlək vəziyyətinin dəqiqləşdirilməsi;
-
NÖC və A sistemlərinin işə salınmasının təmin edilməsi;
-
Qurğunun işə hazırlığının tam yoxlanaraq rəhbərliyə məlumatın
verilməsi.
8.
Qazdan benzini ayıran qurğunun qurğunun dayandırlması
-
Qurğunun dayandırılması haqqında qurğu heyyətinə göstərişin
verilməsi;
-
Sobalarda tempraturun reqlamentə uyğun olaraq tədricən
siyirtmələr vasitəsi ilə azaldılması;
-
Reqlamentə uyğun tempratur azaldıqdan sonra dispetçerə məlumat
verərək qurğudan qazın giriş siyirtmələri bağlayaraq qurğuya qazın
qəbulunun dayandırılması;
-
Reqlamentə uyğun tempratur azaldıqdan sonra sobaların və
odluqların siyirtmələr və vintillər vasitəsi ilə söndürülməsi, qurğunun
yanacaq xəttində təzyiq tənzimləyicisinin siyirtmələrinin bağlanması;
-
Hava şamlarının vintillərinin və sobaların partlayış pəncərələrinin
açılması;
-
Tempraturun düşməsi ilə əlaqədar bütün boru xətlərinə, flans
birləşmələrinə baxış və müvafiq göstərişin verilməsi;
-
Bütün aparatların səviyyə tənzimləyici klapanların siyirtmələrinin
bağlanması;
-
Müvafiq aparatlarda maye səviyyələrinin siyirtmələrlə azaldılması;
-
Qurğunu isti dövretməsini reqlamentə uyğun davam etdirərək
borulara nəzarət və müvafiq göstərişin verilməsi;
-
Növbətçi elektrik montyorlarına müvafiq nasosların elektrik
mühərriklərinin şəbəkədən ayrlmasıı üçün tapşırığın verilməsi;
-
Qurğudan qazın yüksək təzyiqli çıxış siyirtmələrinin bağlanması;
-
Qurğunun soyuducularına sənaye suyunun verilməsinin siyirtmələr
vasitəsi ilə dayandırılması;
-
Qurğunun tam dayandırılması barədə növbə jurnalında qeydlərin
aparılması və qurğu rəisinə məlumatın verilməsi.
9.
Qazdan benzini ayıran qurğunun təmirə hazırlanması
-
Qurğunun təmirə hazırlanması tapşırığın verilməsi;
-
Buxarlandırıcılarda qazla qidalandırıcı siyirtmələri açaraq qazın
yanacaq qaz sisteminə yönəldilməsi və aparatlarda təzyiqin nəzarət edərək
reqlamentin tələbinə uyğun azaldılması;
-
Buxarlandırıcılarda qazla qidalandırıcı siyirtmələrin, təzyiq
tənzimləyici klapanların siyirtmələrinin və digər müvafiq siyirtmələrin
bağlanması;
-
Aralıq əmtəə parkının işçilərini xəbərdar edərək qurğudan
absorbenti qəbul edən çənin ilk ölcüsünün rejim vərəqinə qeyd olunması;
-
Kalonlarda səviyyə tənzimləyicinin baypas siyirtmələrini açaraq
mayenin səviyyələrinə nəzarət edərək ardıcıl olaraq kalonlardan,
istilikdəyişdiricilərdən, buxarlandırıcılardan, soyuduculardan, boru
xətlərindən tutumlara boşaldılması və baypas siyirtmələrinin bağlanması;
-
Kalonlarda qazla qidalandırıcı siyirtməni açıb təzyiqlər fərqi
yaradaraq, müvafiq siyirtmələri açıb bağlayaraq sobalardakı mayenin kalona
və tutuma boşaldılması, səviyyəsinə nəzarət və qazla qidalandırıcı
siyirtmənin bağlanması;
-
Kalonlarda təzyiqin aşağı salınması üçün kalonların hava şamlarının
açaraq təzyiqin atmosferə yönəldilməsi;
-
Kalonlarda, istilik dəyişdiricilərdə, buxarlandırıcılarda,
soyuducularda, sobalarda, boru xətlərində drenaj siyirtmələrini açıb
bağlayaraq qalıq məhsulun yeraltı tutuma boşaldılması qurğu rəisinə
məlumatın verilməsi.
Dostları ilə paylaş: |