İşığın təbiəti haqqında təsəvvürlərin inkişafı



Yüklə 23,79 Kb.
səhifə3/3
tarix17.12.2022
ölçüsü23,79 Kb.
#75925
1   2   3
İşığın təbiəti haqqında təsəvvürlərin inkişafı

İşığın interferensiyası


Bu hadisə ondan ibarətdir ki, 2 dalğa qarşılaşdıqda və üst-üstə düşdükdə güclənirlər, ya da zəifləyirlər. Bu faktı ingilis alimi Tomas Yunq 1801-ci ildə aşkar etdi.

İşığın difraksiyası


Bu, işığın düz xətlə yayılmasından kənara çıxması deməkdir. Əksər optik cihazlar işığın difraksiyası hadisəsinə əsaslanır. Rentgen şüalarının difraksiyası müxtəlif təyinatlı cihazlarda istifadə olunur.

İşığın kvant xassəsi


Alman fiziki Henrix Hers 1887-ci ildə sink lövhəni işıqlandıran zaman lövhənin səthindən işığın təsiri ilə mənfi yüklənmiş hissəciklərin ayrıldığını aşkar etdi. Sonradan aydınlaşdırıldı ki, belə yüklənmiş hissəciklər elektronlardır. Buradan çıxan nəticə budur ki, işığın interferensiyası, difraksiyası, polyarizasiyası, dispersiyası xassələrinin aşkar edilməsi işığın dalğa nəzəriyyəsinin doğruluğunu təsdiq edir. Beləliklə, fotoeffekt hadisəsi aşkar edilmiş oldu. Elektromaqnit şüalarının təsiri altında maddənin özündən elektronlar buraxması – fotoeffekt hadisəsi adlanır. Bununla belə işığın təbiətinin öyrənilməsi davam edirdi. 1900-cü ildə alman fiziki M.Plank (1858-1947) yeni hipotez irəli sürdü. Bu hipotezə görə işığın şüalanması və udulması fasiləsiz yox, diskret, yəni müəyyən porsiyalarla (kvantlarla) baş verir. Bu kvantların enerjisi (E) işıq şüalarının tezliyi ilə (V) müəyyən olunur. Yəni, E=hV (h-Plank sabiti)
M.Plankın konsepsiyası mütləq qara cismin istilik şüalanmasının qanunauyğunluğunu izah edirdi. 1905-ci ildə isə A.Enşteyn işığın kvant təbiətli olduğunu əsaslandırdı. Yəni, sübut etdi ki, nəinki işığın şüalanması, həm də onun yayılması işıq kvantları – fotonlarının axını halında baş verir. Kvant – fotonların enerjisi Plankın yuxarıda göstərilən formulu ilə, impulsu isə 1 formulu ilə müəyyən olunur. Burada “ ” dalğa uzunluğudur, “P” fotonların impulsudur, “h” isə plank sabitidir. Fotonların impulsu plank sabiti ilə düz, dalğa uzunluğu ilə tərs mütənasibdir. Göy qurşağı; əşyanın saldığı kölgə mavi səma; ətraf aləmin rəngarəngliyi – bütün bunlar işıq d(“optike” yunan sözü olub görmə qavramaları haqqında elmdir) adlanan bölməsində öyrənilir. İşıq mənbələri sizə yaxşı tanışdır. Onları təbii (Günəş, ulduzlar) və süni (elektrik lampaları) mənbələrə ayırmaq olar. Düz xətt üzrə yayılması işığın ən mühüm xüsusiyyətidir. Yalnız bu halda kölgənin əmələ gəlməsi, habelə Günəş və Ay tutulması mümkün olur.
Yüklə 23,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin