İşgüzar kommunikasiyanın xüsusiyyətləri, onu qurmaq səriştəsi



Yüklə 18,13 Kb.
tarix11.05.2023
ölçüsü18,13 Kb.
#111834
4-cü dərs


İşgüzar kommunikasiyanın xüsusiyyətləri, onu qurmaq səriştəsi

İşgüzar kommunikasiya peşəkar fəaliyyətdə ofis, menecer, marketinq və s. statusa malik insanlar arasında birgə həyata keçirilən xüsusi bir ünsiyyət növüdür, əsasən rasional əsaslarla qurulmuş ünsiyyət tərəfləri arasında məlumatın şüurlu, hədəfli və məqsədəuyğun təşkilidir. İşgüzar kommunikasiyanın iştirakçıları və ya subyektləri həm fərdi, həm də birgə fəaliyyətdə iştirak edən və ya etmək istəyən şəxslər ola bilər. Onların birgə layihələrdə iştirak edib-etməyəcəyi, yaxud iştirak edəcəkləri təqdirdə hansı qarşılıqlı anlaşma və razılaşma olacağı işgüzar əlaqələrin keyfiyyətindən, effektivlik səviyyəsindən asılıdır. İşgüzar kommunikasiyanın mövzusu konkret bir sahə ilə məhdudlaşmır – cəmiyyətin iqtisadi, sosial, siyasi, mənəvi və s. sahələrində həlli üçün birgə səylər tələb edən hər hansı problem ola bilər. İstənilən birgə fəaliyyət iştirakçıların qarşılıqlı kommunikativ əlaqəsini tələb edir, predmetini onun məzmunu, konkret bir problemi həll etmək üçün zəruri olan məlumat, bilik, təcrübə mübadiləsi müəyyənləşdirir.


İşgüzar kommunikasiya iştirakçılar tərəfindən müəyyən edilmiş və müxtəlif xarakter daşıyan hədəflərə çatmaq məqsədi daşıyır: səmərəli məlumat mübadiləsi, əməkdaşlıq, işgüzar əlaqələr qurmaq, müqavilə bağlamaq, müəyyən bir sahədə birgə fəaliyyət və s.; bu və ya digər maddi fəaliyyət növünün (sənaye, elmi, kommersiya və s.) təşkili və optimallaşdırılması vasitəsi kimi əhəmiyyətlidir. Kommunikasiya iştirakçılarının məqsədləri üst-üstə düşməyə bilər, belə ki, işgüzar kommunikasiyanın ünsiyyət motivi şəxsi, ailə problemləri, siyasi vəziyyət və ya mədəniyyət xəbərləri yox, birgə fəaliyyət, iş birliyidir, bu mənada kommunikasiya tərəfdaşları qarşıya qoyduqları məqsədlərin uğurla həyata keçirilməsində bir-biri üçün əhəmiyyətli tərəfdaşdırlar.
Bir reallıq da var – işgüzar tərəfdaşlar bir-birilərinə həmişə rəğbət göstərən insanlar deyillər və ya bəzən onları ayırd etmək çətin olur; işgüzar tərəfdaşların simpatiya və antipatiyasından asılı olmayaraq, işgüzar tərəfdaşlıq zamanı müxtəlif mövqelərin, problemə baxışların təhlili və optimal həlli yollarının axtarışı həyata keçirilir. Əlbəttə, burada fərdi amili tamamilə istisna etmək, işgüzar münasibətlərdən kənarlaşdırmaq olmaz: hədəfləri bölüşən insanlarla iş qurulur! Belə yanaşma işgüzar kommunikasiyanın müvəffəqiyyətini təmin edir. İşgüzar əlaqələr əsasən emosional yox, rasional xarakter daşıyır və istiqamət müəyyən hədəflərə daha effektiv şəkildə çatmağa yönəlir – duyğu və hisslər köməkçi xarakter daşıyır.
İşgüzar kommunikasiya qurmaq səriştəsi

Ünsiyyət qurmaq bütün insanlar üçün xarakterikdir, lakin müasir iş adamı işgüzar ünsiyyət qabiliyyətini inkişaf etdirmək üçün kommunikativ səriştəyə kifayət qədər yiyələnməlidir. Onun iki növü var:


1.Ünsiyyət prosesində birbaşa sınaq və səhv yolla əldə edilən biliklər. Bu cür biliklər vacib olsa da, kifayət deyildir, işgüzar kommunikasiya nəzəriyyəsi psixologiya, sosial psixologiya, dilçilik və s. elm sahələrinin nəzəri biliklərilə tamamlanmalıdır - bacarıqlar, işgüzar kommunikasiyada təcrübə zamanı formalaşır.
2.Təcrübədə əldə edilən biliklər. Bu halda işgüzar kommunikasiya qabiliyyəti, səriştəsi, səviyyəsi, bacarığı yüksək səviyyədə olur.
Əsas əlamətləri:
–qarşılıqlı fəaliyyətdə çevik – sürətli, vaxtında, dəqiq istiqamətlənmə;
–konkret vəziyyətdə, müvafiq tələblər kontekstində, başqasını anlamağa çalışmaq;
–işgüzar münasibətdən kənar, qarşı tərəflə təmas qurmaq, ona xeyirxah münasibət bəsləmək;
–özünə inamla adekvat şəraitə qoşulmaq;
–vəziyyətə nəzarət, işgüzar kommunikasiyada təşəbbüs göstərmək;
–işgüzar ünsiyyətdən məmnunluq duymaq və bu müddətdə əsəb-gərginlik keçirməmək;
–müvafiq işgüzar əlaqələri müstəqil qurmaq və onu qorumaq; münasibətlərin qurulmasına baxmayaraq, müxtəlif status-mövqelərdə səmərəliliyi artırmaq;
–işgüzar qarşılıqlı əlaqələrdə yüksək performans, nəticələr əldə etmək;
–kollektivdə əlverişli ab-hava yaratmaq.
İşgüzar kommunikasiyanın vəziyyətformaları çeşidli olduğu üçün onların bütün əlamətlərini sadalamaq çətindir.
Əsas əlamətləri:
–ünsiyyət vəziyyətini və ünsiyyət mövzusunu dərindən anlamaq;
–mesaj ötürmək və qəbul etmək;
–tərəfdaşın niyyətini başa düşmək;
–neqativ effektləri neytrallaşdırmaq;
–sosial davranışın mənfi təsirlərini müəyyən etmək və zərərsizləşdirmək;
–işgüzar kommunikasiyanın niyyətlərini və adekvat özünütəqdimatı nəzərə almaq;
–tərəfdaşla qarşılıqlı əlaqəni təşkil etmək;
–işgüzar kommunikasiyada başqa dillərdə ötürülən zidd məzmunlu mesajların qarşısını almaq və s.
Beləliklə, ünsiyyət səriştəsinin formalaşması üçün müvafiq biliklərə yiyələnmək, bacarığı, qabiliyyəti inkişaf etdirmək, özünü şəxsiyyət kimi formalaşdırmaq lazımdır.
Yüklə 18,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin