İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#47576
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

                                   

Mövzu 5. TƏQDIMAT, ƏMR. 

 

Sual 21.Təqdimat barədə məlumat verin. 

 «Təqdimat»  sözü  ərəb  mənşəli  olub,  “təqdim”  sözündəndir.  “Təqdim”  sözü 

ərəb dilində çoxmənalıdır: 1) irəli sürmək, irəli çəkmək; 2) bir şəxsin hüzuruna bir 

şeyi,  bir  nəfəri  gətirmək;  3)  bir  adamı  başqasının  hüzuruna  çıxararaq  onları 

görüşdürmək, tanış etmək.  

Təqdimat  rəsmi  sənəd  olaraq  aşağı  vəzifəli  şəxsin  yuxarı  vəzifəli  şəxs 

qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş eiməsi zərurətində 

yazılır.  Təqdimat  ərizə  və  tələbnamə  deyil.    Təqdimat  ərizədən  yuxarı, 

tələbnamədən  aşağıda  dayanan  bir  xahişnamədir.  Məsələn,  bir  nəfərin  mükafata, 

təqaüdə,  vəzifəyə  təqdim  edilməsi.  Təqdimat  yalnız  xoş  niyyətlər  üçün  yazılmır. 




27 

 

Eyni  zamanda,  hər  hansı  bir  səbəbdən  işçi  yuxarı  qurumun  rəhbəri  qarşısında 



məsələ qaldırır – təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə əmrdə 

kimin  təqdimatı  əsasında  cəza  verildiyi  göstərilir.  Və    yaxud  yuxarı  qurumun 

iclasında  müzakirə  edildikdə  təqdimatın  tam  mətni  oxunur.  Təqdimatın  forması 

təxminən ərizə kimidir.  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin