İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual 20. Reklam məktubları necə tərtib olunur?



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#47576
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

Sual 20. Reklam məktubları necə tərtib olunur? 

Reklam məktubları aşağıdakı qaydalara riayət edilməklə tərtib olunur: 

1.  Müxtəsərlik.  Reklam  məktubu bir səhifədən  artıq olmamalıdır, belə  ki, 

bir səhifədən artıq həcmə malik reklam mətni çox güman ki, axıra qədər 

oxunmayacaqdır. 

2.  Zərurilik.  Reklam  məktubunun  mətni  lakonik,  aydın,  məlumatverici 

olmalıdır.  Reklam  məktubunda  şirkət,  onun  təklif  etdiyi  əmtəə  və 

xidmətlər  haqqında  ətraflı  məlumat  verilməsinə  ehtiyac  yoxdur.  Yalnız  

şirkəti, onun mallarını digər istehsalçılardan fərqləndirən cəhətləri nəzərə 

çatdıran ən əhəmiyyətli məlumatları göstərmək lazımdır.    

3.  Dəqiqlik. Reklam məktubunda şirkətin xidmətlərini, onun nailiyyətlərini 

və üstünlüklərini həddən artıq tərifləmək lüzumsuzdur, belə ki, istənilən 

məlumatı hər zaman yoxlamaq heç də çətin məsələ deyil.     

4.  Bezdirici  olmamaq.  Əmtəə  və  xidmətlərin  təklifi  hədsiz  dərəcədə 

təkidlə  təklif  olunmamalıdır.  Təklifin  hətta  müxtəlif  variantlarda  belə 

dəfələrlə təkrarı alıcıda ondan imtina hissi yarada bilər. Reklam məktubu 

bezdirici deyil, inandırıcı olmalıdır.  

5.  Qəti  tərtibat.  Reklam  məktubu  şirkətin  təqdimolunma  forması 

olduğundan,  heç bir bəzək elementi (qızıl güllər, çiçəklər, budaqlar və 

s.)  istifadə  olunmadan  yazı  üçün  gərəkli  bütün  rekvizitlərlə  blankda 

tərtib olunmalıdır.  



25 

 

6.  Üslubi tərtibatın səmərəliliyi. Reklam məktubunun tərtibatında şrift 13-



dən, sətirlərarası interval isə 1,5-dən kiçik olmamalıdır.  

Reklam məktubunun tərtibi zamanı müəyyən qaydalara riayət olunmalıdır.  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin