Dəvət məktublarına aid nümunələr
Şəxsi dəvət məktubu
Hörmətli Abdulla Əhmədov!
Sizi “Şahdağ” şirkətinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli
yığıncaq mərasiminə dəvət edirik.
Yığıncaq Ş.Əzizbəyov küç., 10. ünvanında saat 16. 00-da şirkətin baş ofisinin
konfrans-zalında keçiriləcəkdir.
“Şahdağ” şirkətinin müdiri A.Əliyev
Sual 19. Reklam məktubu nədir?
Reklam məktubu əldə edilməsinə həvəsləndirmə formasında əmtəə və
xidmətlərin təsvirini birləşdirən ticari məktubdur. Ticari fəaliyyəti həyata keçirən
istənilən şirkət istehsal olunmuş məhsul və ya göstərilən xidmətlərin reklamı ilə
məşğul ola bilər. İşgüzar yazışma təcrübəsində məzmununa görə müxtəlif reklam
məktublarından istifadə olunur. Onları şərti olaraq iki qrupa ayırmaq olar:
- əmtəə və xidmətlər təklifini verən məktublar;
- şirkət haqqında məlumatı özündə ehtiva edən məktublar.
24
İşgüzar məktubların göstərilən növlərindən başqa reklamda əmtəə və
xidmətlər haqqında ətraflı, bəzən isə bütün təfsilatı ilə göstərilən müxtəlif növ
elanlar, bülletenlər (qısa rəsmi məlumatlar) geniş tətbiq olunur. Onlar reklam
məktubları deyil, lakin reklam fəaliyyətini dəstəkləyir və bir qayda olaraq şirkət və
ya əmtəə haqqında ilkin informasiyanı məhz reklam məktubundan və ya digər
üsulla maraqlı tərəfin tələbinə müvafiq şəkildə təqdim olunurlar.
Dostları ilə paylaş: |