İslam peripatetiZMİ



Yüklə 32,32 Kb.
səhifə2/7
tarix29.12.2016
ölçüsü32,32 Kb.
#3811
növüYazı
1   2   3   4   5   6   7

1. Nəzəri fəlsəfə


Bu növ fəlsəfə əşyanı olduğu kimi tədqiq edir, onun malik olduğu kəmiyyət və keyfiyyətləri araşdırır. Nəzəri fəlsəfə də öz növbəsində üç hissədən ibarətdir:

a) İlahiyyat — ali təbəqəli fəlsəfə. Bu fəlsəfənin mövzusu ümumi şəkildə varlıqdır. Başqa sözlə desək, bu fəlsəfə var olan hər bir şeyin kim və ya nə olduğundan asılı olmayaraq, ümumilikdən söhbət açır. Deməli, bizim düşündüyümüzün əksinə olaraq «İlahiyyat» fəlsəfəsi, təkcə «Allahın» varlığından danışmır. Lakin «Allah» məfhumu bu elmin ən ali mövzusu olduğu üçün «İlahiyyat» adı ilə tanınmışdır.

b) Riyaziyyat — orta təbəqəli fəlsəfə. Bu fəlsəfə isə əşyaya hakim olan riyazi qanunlardan bəhs edir. Cəbr, Həndəsə və Musiqi elmləri bu hissənin əsas bölümləridir. Cəbr ədədlərə, Həndəsə xətlərə, Musiqi isə səs və notlara hakim olan riyazi qanunları təsdiq edir. Bu elmlərin əsas və ortaq olmaq şərti ilə iki xüsusiyyəti var. Əvvəla, burada qanunların şamil olduğu mövzular yalnız xarici aləmdə müəyyən maddi predmetə bağlanır. Zehni təsəvvürdə isə onları müəyyən maddi predmetə bağlamaq zəruri deyil; məsələn: rəqəmlər (2, 6, 9 və s.) xarici aləmdə yalnız maddi predmetlərin (ağac, ev, daş və s.) əsasında özlərini göstərirlər. Zehni təsəvvürdə isə bu zərurət aradan gedir. İkinci xüsusiyyət isə bu elmlərdə qanunların riyazi və dəyişməz olmasıdır.

c) Təbii və fiziki elmlər — aşağı təbəqəli fəlsəfə. Bu hissəyə aid olan fəlsəfə əşyanın təbii və fiziki fəlsəfələrini araşdırır. Fizika, kimya, fiziologiya, biologiya və s. kimi elmlər buraya daxildir

Yüklə 32,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin