İslam peripatetiZMİ



Yüklə 32,32 Kb.
səhifə6/7
tarix29.12.2016
ölçüsü32,32 Kb.
#3811
növüYazı
1   2   3   4   5   6   7
İşraq fəlsəfəsi

İbn Sinadan başlayaraq Məşşai fəlsəfəsinin sistemləşərək genişləndiyi bir dövrdə yeni bir fəlsəfi cərəyan zühur etdi. Bu fəlsəfi cərəyana görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəvərdi (1154-1191) başçılıq edirdi. Sührəvərdi həm Platonun, həm də Aristotelin fəlsəfi fikirləri ilə tanış idi. O, yaratdığı fəlsəfəyə «İşraq fəlsəfəsi» (intuitiv fəlsəfə) adını vermişdi. Sührəvərdiyə görə həqiqətin kəşf olunması üçün iki yolun mövcudluğu zəruridir:



  • 1. Aşkar əqli dəlillər, isbat və istidlallar (deduksiyalar).

  • 2. Əməli mərhələlər keçərək ruhun paklanması ilə İlahi nurdan kömək almaq.

İşraq sözünün mənası «aydınlaşdırma», «işıqlandırma» deməkdir və latın termini «emanasiya» sözünə uyğun gəlir [3, s.117]. Cərəyanın «İşraq» adlandırılması həqiqətin kəşf olunmasında Sührəvərdinin zəruri bildiyi İlahi nurla əlaqədardır. O, bütün mövcudatı nur və zülmətdən ibarət bilirdi. Sührəvərdiyə görə nur ilə zülməti seyr etmək və nəhayət, nurlar-nuru Allahı tapmaq lazımdır. İşraqilər özlərini Platonun varisləri hesab edirlər. Məşşai və İşraq fəlsəfi cərəyanları arasında ən əsaslı ixtilaf işraqilərin həqiqəti kəşf etməkdə zəruri bildikləri ikinci şərtdir (ruhun paklanması). Lakin Aristotel ilə Platon arasında, məhz bu məsələdə, fikir ayrılığı olduğunu heç kəs sübut edə bilməmişdir. Beləliklə, Sührəvərdi fəlsəfəsinin əsas məqsədi insan ruhunun öz əzəli başlanğıcına doğru gedən yolu göstərməkdir.


Yüklə 32,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin