Almanlar özlərini dünyanın bir nömrəli milləti hesab edib, hamıdan üstün tuturlar – ingilislərdən, fransızlardan, ruslardan və amerikalardan, ümumiyyətlə hamıdan.
Bir dəfə bir iş üçün Amerika əsgərlərinin qaldıqları hərbi düşərgəyə getmişdim. Bir amerikalı əsgərdən yol soruşdum. O isə cavab vermədən keçib, getdi. Bir az gedəndən sonra, döndü, mənə baxıb soruşdu, axı, deyəsən, sən alman deyilsən? Deyiləm, dedim. O, əli ilə axtardığım yeri mənə göstərdi və sonra dedi ki, bizim, Amerika əsgərlərinin almanlardan xoşumuz gəlmir, çünki onlar bizi sevmirlər. Bir şey soruşsan lal-dinməz olurlar, cavab vermirlər, bizə yalniz işləri düşəndə yanaşırlar.
Bir yerdə idmanla məşğul olurdum, ağırlıq qaldırırdım. Orada bir sarıbaş alman oğlan da var idi. O, mənimlə həvəslə ingilicə danışırdı. Dedi ki, yayda dayımın yanına Amerikaya gedəcəyəm, ona görə ingiliscəni məşq etmək üçün mənə sənin kimi birisi lazımdır. Orada beş ay onunla görüşdüm və səhbət etdim. Axırda onun adını soruşanda o donub qaldı. Sonra, dedi, adımı neyləyirsən, axı? Və əlavə etdi ki, mənim səninlə dostluq etmək fikrim yoxdur, mənim səninlə danışmağım, məhz ingilicəmi məşq etmək üçündür. Yə’ni ki, axı sən alman deyilsən, buna görə bizim nə dostluğumuz ola bilər?
Ondan başqa hər-hansı bir alman qeyri bir almanla durub-otursa, dostluq etsə almanlar ona pis baxacaqlar, məzəmmət edəcəklər. Yə’ni ki, onlar üçün alman olmayan adam, adam deyil.
Almaniyada olanda özümü çox rahat və sakit hiss edirdim. Ömrümdə bu cür sakit həyat keçirməmişdim. Çünki almanlar xasiyyətlərinə görə sağlam, sakit və təmkinlidirlər. Orada həyat da o cürdür ki, səni əsəbləşdirən bir şey yoxdur. Bircə sovet adamlarını görəndə qanım qaralırdı, çünki bizimkilərin arasında mehribançılıq yoxdur, bir-birilərinə qarşı itlə pişik kimidirlər.
Küçələrdə gəzəndə, almanların arasında özümü şəffaf bir şey kimi hiss edirdim. Səbəbi onda idi ki, qeyri-alman birisi olduğumdan, almanlar üçün mən bir heçnə idim. Avtobusda olanda da qabağımda oturanlar elə bil ki, mən yoxam kimi məni görmürdülər. Başqa sözlə Almaniya yaxşı bir yerdir, ancaq almanlar üçün. Türklər min il orada yaşasalar da almanlar onları yad ünsürlər sayacaqlar, heyvanın bir növü hesab edəcəklər.
Bir alman dedi ki, biz, almanlar Avropanın kübarlarıyıq. Həqiqətdə isə alman xalqında kübarlıqdan heç bir əsər-əlamət yoxdur. Onlar mənə daha çox kəndçiləri, kənd sakinlərini xatırladırlar. Əslinə baxanda o alman demək istəyirdi ki, biz, almanlar avropanın ən varlı xalqıyıq. Bir ingilis cavanı Londonda mənə dedi ki, Almaniyaya getmişdim. Anladım ki, biz ingilislər şəhərli, almanlar isə kəndçi xasiyyətli adamlardır.
Almanlar zəhmətkeş olur, zəhmətkeş olmayanları isə sevmirlər. Ona görə alman kişisi ömrü boyu çalışır-çarpışır, qənaətlə yaşayır, təki maddi vəziyəti lazımlı səviyyəyə çatsın. Əgər qırx yaşına çatan alman kişisinin “Mersedes” maşını yoxdursa, onda o, həmvətənlilərin gözündə hörmətdən düşəcək. Onu, tənbəl, işləməklə arası olmayan birisi olduğunu sanacaqlar.
Bir dəfə bir ayaqqabı dükanına getmişdim. Dükana çatanda orada bir “Mersedes”in durduğunu və ondan bir almanın çıxdığını gördüm. Onun geydiyi ayaqqabıya baxdım. Və təəcüb etdim, “Mersedes” sürən bir kişinin ayağında Almaniyada satılan ən ucuz, bizdə “çarıq” adlanan, 30 marka dəyərində olan, mokasin bir çəkmə var idi. Halbuki, maşını olmayan bir adam, yə’ni ki, mən ayağıma yüz əlli marka qiymətində, şıq bir italiya çəkməsi gəymişdim.
Mən qırx gün ərzində bir mətbəədə şagird qismində, müvəqqəti bir fəhlə kimi işlədim. Axırda yaxşı pul qazandım, 2500 marka maaş verdilər. Halbuki mən işləmədim, əksinə o müəsisəyə böyük bir maddi ziyan vurdum. Birini düzəldəndə, ikisini sındırırdım. Mənim işləməyim, Çarli Çaplinin bir filmdə, karxanada işləməsinə oxşayırdı. Nədənsə almanlar, oranın müdüriyyəti və usta başları məni qovmadılar və özüm üçün bir qədər pul qazanmağıma mane’ olmadılar. Nə üçün mənə qarşı bu qədər dözümlülük, mərhəmət nümayış etdilər, yumşaq davrandılar, anlamadım. Mən onların yerində olsaydım, mənim kimi pis işləyən, fərsiz bir fəhlənin işləməsinə bir gün belə dözməzdim. Görünür ki, o almanların nədənsə məndən xoşları gəldi.
Orada təkcə bir türk kişisi, fəhləsi məni bəyənmədi, alman ustaya yaltaqlanmaqdan ötrü şikayət etdi, dedi ki, bu cür pis işçini nəyə görə işdən qovmursunuz. Alman isə türkə acıqlandı ki, get öz işinlə məşğul ol, mənə ağıl vermə!
Mətbəədə iki türk qızı işləyirdi. Özlərini pis aparırdılar. Alman usta başısına yaltaqlanırdılar ki, onları işdən çıxartmasın. Onların yaltaq hərəkətlərindən alman işci qızlar narahat olurdular. Türk qızının, qadın xaylağının bir kişi qarşısında özünü bu şəkildə alçaltması işi onları mə’yus, pərt edirdi. Axı onlar özləri bunu etmirdilər və belə hesab edirdilər ki, usta bizə işimizə görə qiymət verməlidir, başqa bir şeyə görə deyil. Türk qızları isə bu hərəkətləri ilə alman oğlana işarə vururdular ki, biz sənin qulunuzuq, sənin hər əmrinə təbe’ olmağa hazırıq.
İş qurtarandan sonra isə görürdüm ki, bu ustabaşısı qızlardan birisini, ən yaraşıqlısını maşınına mindirib özü ilə aparırdı.
O iş yerini tərk edəndən sonra, bir dəfə bu qıza anası ilə birlikdə küçədə gəzəndə rastlaşmışdım. Qız mənə qöz-qaşı ilə işarə etdi ki, məbada, mənə yanaşıb salam verəsən, nə də ki, danışdırasan. Halbuki, mən onu heç iş yerində də danışdırmamışdım. Yəqin ki, o, qorxurdu ki, mən anasına onun işləri barəsində danışaram. Anlaşılır ki, atası qıza deyib ki, o mətbəədə işləməyə get, orada yaxşı maaş verirlər, ömürlük həyat təminatın olacaq. Nə istəyirsən elə, lap özünü öldür, ancaq çalış ki, səni orada saxlasınlar. Onda qız çarəsiz qalır, atasının qorxusundan, tənbeh olunmamaq üçün hər fəndlə özünü ustaya sevdirməyə çalışır. Bunun günahı atasındadır ki, qızda deyil. Müsəlman kişisinin, türkün qeyrətsizliyində.
Almaniyaya təzə gələn bir türk mənə belə dedi, Burada türklər pul xatırına gecə-gündüz işləyib özlərini həlak edirlər, əlli yaşlarına çatanda isə min-bir xəstəlik tapırlar. Bizlər isə, Türkiyədə yaşayan türklər belə deyilik. Bir qədər çalışıb, işdən sonra isə meyxanalara gedirik. Orada səhərə qədər əylənib, vaxt keçiririk.
Başqa bir yerdə təmizlik aparma işinə düzəlmişdim. Almanca ona “putsen” deyirlər. Varlı alman ər-arvada məxsus bir şirkət idi. Ora türklərdən, daha doğrusu, əksərən, kürdlərdən ibarət olan bir işçi qüvvəsindən təşkil olunmuşdu. Bunlar səhərdən axşama gədər “haram, haram” deyib zarafatlaşırdılar. Məsəl üçün, su içənə “su, haramdır”, çay içənə, “çay, haramdır”, çörək yeyənə, “çörək, haram şeydir” deyirdilər və şaqqanaq çəkib gülürdülər. Mən, hətta, müsülmanlığı, onun adətlərini çoxdan unutmuş vətəndaşlarımızın İslamla əlaqəli məsələlərə rişxənd edib hörmətsizlik etmələrini görməmişdim. Düşündüm ki, bəlkə bunlar PKK tərəfdarlarıdır? Yada ki, yəzidi əqidəsinə məxsus olan kürdlərdəndir, yə’ni ki, müsəlman deyillər.
Bu müəsisə ailə şirkəti olduğuna görə, şirkət sahibinin oğlu, ali məktəb tələbəsi, bə’zən, dərs arası gəlib bizimlə birlikdə işləyirdi. Türklər onunla çox qanacaqsızcasına rəftar edirdilər, daima ələ salırdılar. O isə buna dözürdü, başa düşürdü ki, türklər acıq edib, hamısı birdən işdən çıxsalar, iş dayanar. Çünkü almanlara bu cür az maaşlı iş lazım deyil.
Bir kürd gənci məni iş yerində su içməyə qoymurdu. Mə’nasız bir səbəb gətirib deyirdi ki, bu krant suyu şirkətə məxsusdur, sən oradan su içə bilməzsən. Su içmək istəyirsənsə get onu dükandan al. Bir dəfə də belə söz deyəndə onunla sözləşdim, axı sən kimsən, dedim. O, cavabında dedi, kim olduğumu sənə göstərərəm. Və gedib usta başiya şikayət etdi. Usta başı Türkiyə gürcüsü idi. Soruşdu, sən ona o sözü demisənmi? Demişəm, dedim. Onda, səni işdən çıxarıram. Bunlar, məndən fərqli olaraq başqa bir işçi ilə, bir rusla çox mehriban davranırdılar, yaxşı rəftar göstərirdilər.
İngiltərə televiziyası bir sənədli film çəkmişdi ki, orada birlikdə yaşayan bir ingilis oğlan və alman qızından, nəşəxorlardan söz açılmışdı. Bunlar ayaqyolu təmizləmək hesabına dolanırdılar. Filmin çox hissəsi bu cütlüyün gündəlik işinə, abdəstxana təmizləməsinə həsr olunmuşdu. Sonra, bir gün qıza xəbər gəldi çatdı ki, anası rəhmətə gedib. Bunlar, işdən icazə alıb Almaniyaya gedib özlərini dəfn mərasiminə çatdırdılar. Qızın atasının yaşadığı ev çox sadə və sıravi bir alman evi idi.
Filmin sonunda isə atasına məxsus olan şirkətin apardığı nəhəng bir tikintini göstərdilər. Orada minlərlə fəhlə işləyirdi. Bilindi ki, onun atası Almanyanın ən varlı adamlarından birisi idi. Lakin o, çox sadə bir həyat sürürdü. Nəşəxor qızı isə, İngiltərədə ayaqyolu təmizləyən bir işçi idi.
Bir tanış rus oğlan kolbasa istehsal edən bir müəsisədə işləyirdı. Onun danışdığına görə bu iş yeri hündür divarla əhatə olunmuşdu. Binanın ətrafında, həyətdə isə itlər qaçışırdı. Şirkət sahibinə məxsus olan bu itlər adam görəndə dişlərini qıcırdırdılar. Rus deyirdi ki, binanın pəncərəsindən divara və itlərə baxanda ora mənə həbsxananı xatırladırdı.
İş səhər saat beşdə başlayırdı. Ağır bir iş idi. Heyvan cəmdəklərini daşımaq, dondurucuya girib, oradan da isti, buxarla dolu olan buğlama otaqlarına girmək lazım gəlirdi. Milyonçu qoca sahibkar, iki-üç oğlu, qızları və gəlinlərı hamısı birlikdə o binanın beşinci mərtəbəsində yaşayırdılar. Bütün bu ailə oradan aşağı düşüb fəhlələrlə birlikdə işləyirdilər. Həttə, beş yaşlı nəvədə də onlara qoşulurdu, əynində önlük, ayağında rezin uzunboğaz çəkmə. Bu ailə il boyu orada işləyir, yayda belə tə’tilə çıxmır, dincəlməyə getmirdi.
Bir məqalədə oxumuşdum ki, iki Almanyanın birləşməsindən sonra ölkənin şərqində bütün müəsisələr bağlanmışdı, bu gün orada işsizlik vəziyyəti hökm sürür. Alman adam isə işsiz dura bilmir. Buna görə, şərqdə yaşayanlardan bir dəstə fəhlə hər gün avtobusla məmləkətin qərbinə bir karxanada işləməyə getmək məcburiyyətində idi. Erkən evdən çıxıb, iş yerinə, axşam isə evə qayıdırdılar. İş günlərində evdə yalnız bir saat vaxt keçirməyə imkan tapırdılar. Yuxularını isə yolda avtobusda alırdılar.
Yaşadığım mehmanxana ilə üzbəüzdəki evdə alman ər-arvad yaşayırdı. Təqaüdçi idilər. Ancaq, yenədə boş durmamaq üçün, gün çıxandan, gün batana qədər həyətlərindəki bostanda çalışırdılar.
Yə’ni ki, bütün bunlardan görünür ki, alman, işləməyin dəlisidir.
Kimsə mənə məsləhət verdi ki, Münxen şəhərinə gedib “Azadlıq” radiosuna işə girim. Başqa bir rus isə mənə məsləhət verdi ki, ora gedib Əbdürrəhman Avtorxanov adında keçmiş bir sovet vətəndaşı ilə tanış olum. O, çeçen əsilli bir tarixçi idi ki, “Azadlıq”da işləyirdi, Stalin haqqında bir kitab yazmışdı. Bu fikir mənim xoşuma gəldi, bu cür ağılli, məlumatlı bir adamla görüşüb səhbət etmək istədim. Şəhərdə olanda telefonla oranın müdiri ilə, bir amerikalı ilə danışdım. O isə mənə “Azəri şöbəsi”ində işləyən Mirzə Xəzər ləqəbli adamla danışmağı məsləhət gördü, dedi ki, o da sizin kimi bir Bakılıdır. Mən isə ona dedim ki, mənə, Mirzə Xəzər deyil, Avtorxanov lazımdır.
Mənim bu adamdan əvvəlcədən də xoşum gəlmirdi. Qabağlarda, onun səviyyəsiz verlişlərinə qulaq asmışdım.
Bu adam telefona gəlib, axı sənin Avtorxanov nəyinə lazımdır? O, qulaqları kar xəstə bir adamdır.
Sözün qısası bu çeçenin ev telefonunun nömrəsini mənə vermək istəmədi. Mən başa düşdüm ki, o mənim radioya gəlib işləməyimi istəmirdi. Axırda, dedi, sənin Almaniyada nə işin var? Qayıt Bakıya, get Qarabağda vuruş, oranı azad elə. Bu axırıncı sözü məni lap hiddətləndirdi.
Sonradan Bakıya gələndə eşitdim ki, bu adam yəhudi əsilli, sionist birisidir. Fəqət, radioda artistlik edib özünü Azərbaycan vətənpərvəri olan bir adam kimi qələmə vermək istəyirdi.
İNGİLTƏRƏ
İngiltərədə Londonun Hampsted məhəlləsində bir mehmanxanada yerləşmişdim. Otağımın üstündəki otaqda iyirmi yaşlı bir ingilis qızı yaşayırdı. Hər gecə yanına əlli yaşında bir kişi, aşnası gəlirdi. Gələn kimi də qızı möhkəm döyürdü. Onların davalarının səsi bütün binada, onun dörd mərtəbəsində eşidilirdi. Qızın qışqırmağının səsi, qırılan qab-qacağın, aşırılan ev əşyalarının səsinə qarışırdı. Bu vəziyyət bir neçə ay davam etdi. Qızın mehmanxanadan köçüb getməsinə qədər nə mehmanxananın sahibi, nə də ki orada yaşayan adamlar heç kəsə şikayət etmədilər. Mən isə, bir həftə keçməmiş, oranın mətbəxində bir zəncidən soruşdum ki, bu nə işdir? Bəlkə biz gərək gedib polis çağıraq və bununla yazıq qızı onun qəddər sevqilisinin pəncəsindən qurtaraq? Oğlan isə mənə güldü və dedi, yəqin ki, sən İngiltərəyə təzə gəlmisən və buranın vəziyyətindən xəbərin yoxdur. Sonra o məni başa saldı ki, bu kişi qızın xahişinə görə onu döyür. Qızın bu şəkildə döyülməkdən və bu cür pis rəftardan xüsusi bir zövq aldığı üçün. Yə’ni ki qızın aşnası qıza rəhm edib, onun halına acıyaraq, onu döyür. Axırda afrikalı mənə dedi, burada yaşasan belə şeyləri hələ çox görəcəksən.
Şəhərin o biri başındakı mehmanxanaya köçəndə yənə eyni şeyi gördüm. Yan otaqda bir zənci oğlan və onun ingilis aşnası, cavan bir qız yaşayardı. Zənci o qızı hər gecə möhkəm döyürdü. Dəhşət səs-küy vardı. Səhərləri isə gülümsəyərək mənə salam verirdilər, elə bil ki, gecə heç nə baş verməyib. Bütün gün ərzində də bu cütlük bir-biriləri ilə çox mehriban dolanırdılar. Başa düşülürdü ki, bu halda da oğlan qızı onun istəyi ilə döyürdü, ona zövq vermək üçün. Anladım ki, bu bir ingilis həstəliyidir. Və bu azar ingilislər arasında geniş yayılmış bir şeydir.
Dünyanın hər yerində olduğu kimi İngiltərədə də fahişəlik mövcuddur. Eşitmişəm ki, bu ölkəyə hətta xaricdən də fahişələr idhal olunur. Deyirlər ki, oranın fahişəxanaları belə qızları on min paund pula alıb, işlədirlər. Fəqət İngiltərənin qızları, arvadları pozgun olduqlarına görə orada fahişələrə ehtiyac belə yoxdur. Görünür ki, belə qızları Londona tamam başqa bir iş üçün gətizdirirlər. Ola bilər ki, o fahişələrin işi, əsas e’tibarı ilə, ingilis kişilərini şapalamaqdır, çünki yerli kişilər elə buna ehtiyac duyurlar, başqa şeylər, fahişələrin başqa xidmətləri onlara lazım deyil.
Londonun mərkəzi hissəsində banklar, dünyaca məşhur şirkətlərin baş idarələri və hökumətin nazirlikləri və s. yerləşibdir. Orada işləyən kişilər də, aydın məsələdir ki, pullu adamlardır. Londonun mərkəzindəki qırmızı rəngli telefon köşklərinin hansısına girsən orada, telefon aparatının ətrafına icazəsiz yapışdırılmış 20-30 dənə kiçik e’lan kağızlarını görmək olar. Bu kağızlarda fahişələr özlərini reklam edir, öz xidmətlərini müştərilərə təqdim edirlər. Orada qızların mobil telefon nömrələri və şəkilləri olur. Şəkillərdə isə əlində qamçı tutan qızların, fahişələrin şəkli. Fotonun altında isə adətən bircə söz yazılır “ spənking”. Bu ingilis dilində “şapalamaq” deməkdir. Bu, onların imkanlı ingilis kişilərinə göstərdikləri xidmətdir. Başqa fahişə xidmətlərini görən qızlara isə ehtiyac olmadığından onların heç bir e’lanlarını görmək olmurdu. Deməli, bankların mə’sul işçiləri, hökumət adamları, millət vəkilləri, hakimlər, varlı advokatlar işdən sonra, bəlkə də elə iş vaxtında, özlərinin iş otaqlarında bu qızlarla görüşür, yüz paund pul verib, özlərini qamçıladırlar. Bu qamçılanma işi bu varlı kişilərə xüsusi bir zövq verir, ondan son dərəcə böyük bir ləzzət alırlar. Sonra isə xumarlanıb, iş vaxtları qurtaranda evlərinə, arvadlarının, uşaqlarının yanına gedirlər. Ancaq təkcə onu bilmirəm ki, arvadları ərlərinin arxalarında və ombalarında qamçı izlərini görəndə nə düşünür, nə deyirlər?
Ondan başqa, Londonun xüsusi dükanlarında adama işgəncə vermək üçün lazım olan cürbəcür alətlər satılır. Elə ki, şapalamaq işini görən fahişələr ora gedib bu alətləri ala bilirlər. İşgəncə olunmaq həvəskarları da onları özləri üçün ala bilərlər ki, evə aparıb bu alətlər vasitəsi ilə aşnaları və ya arvadları onlara zülüm etsin, bəlkə də ləzzət versin.
Bir ingilis qəzetində yazıldığına görə Londonun hər səkkiz kişisindən biri pis yolun adamıdır. Amma bilmirəm, bu söz doğrudur, ya yalan.
Həmdə oxumuşam ki, dəniz kənarında yerləşən istirahət şəhəri sayılan Bləkpulun 400 minlik əhalisinin 200 mini pis yolun adamlarıdır, lotulardır. Bu istirahət şəhəri həm də bununla məşhurdur. Bu əhlaqsız adamlar, kişili-arvadlı bilərəkdən butün İngiltərədən köç edib orada toplanmışlar, özlərini asudə hiss etməkdən ötrü və bir-biriləri ilə qaynayıb-qarışmaq, ünsiyyət qurmaq, pozgun həyat tərzi sürmək üçün.
Bir sovet qazetinin London müxbiri demişdi ki, ingilislər meyidlə, meyitxana ilə əlaqəsi olan hər şeyə böyük bir maraq göstərirlər, məsəl üçün meyidin yarılması işi ilə əlaqəli olan ədəbi əsərləri oxumaqdan, meyitxana məsələlərinə aid olan bədii və sənədli filmlərə baxmaqdan xüsusi bir zövq alırlar. Bu onlarda bir növ xəstəlik şəklnini alıb. Bu doğru sözdür.
Məsəl üçün, İngiltərədə yaşayanda oranın bir milli televiziya kanalında meyitxanada baş verən hadisələrlə bağlı, 100-150 qismdən ibarət olan serialı, TV filmini göstərirdilər. Filmin hər qismində mütləq bir şəkildə meyidin yarılmasını hər xırdalığı ilə bərabər tamaşaçılara nümayış edirdilər. Yə’ni ki, meyidin qarnı, döş qəfəsi yarılıb, bədənin daxili üzvləri, cihazları – ürək, bağırsaq və s. bayıra çıxarılırdı, başqa buna oxşar şeylər göstərilirdi. İngilis tamaşaçılar isə televizordakı bu görüntüləri həvəslə izləyirdilər.
Onlar televizorda həmdə canlı adam üzərində aparılan cərrahiyə əməliyatlarını izləməyi sevirlər. Belə görünür ki, ingilislər xunxar irqdir, qan axıtılmasına, bədən üzvlərinin kəsilməsinə tamaşa etməyi xoşlayırlar. Bunun səbəbini isə mən belə başa düşürəm. Bu hal sırf şimal xalqlarına xas olan bir irqi xəstəlikdır, bir irqi xüsusiyyətdir. Səbəbi isə şimal ölkələrindəki pis, uyqunsuz iqlim şərayitidir. İl boyu buludlarla örtülmüş göy üzü, günəşli günlərin azlığı, soyuq hava, bütün bunlar, o ərazidə yaşayan adamlarda ümüdsüzlük, dilxorçuluq, qəmginlik hissi yaradır, ki bu da malxulya və bədbinlik xususiyyətlərinin, bu cür xəstəliklərin yaranmasına gətirib çıxardır. Elə buna görə şimal irqinə məxsus olan adamlar qan görüntüsünə sevinirlər. Çünkü qan görəndə, qan axıtma hallarına baxanda qızışırlar, ürəkləri açılır, özlərini daha gümrah hiss edirlər.
Britaniya televiziya kanallarının rəhbərliyi İngiltərə əhalisinin bu xasiyyətindən mə’lumatlı olduğundan, onu razı salmaqdan ötrü, qan tökmə, kəsmək-doğramaq təsvirləri ilə dop-dolu olan filmləri, verilişləri istehsal edib yerli tamaşaçılara göstərirlər. İstəyirlər ki, ingilislərin ürəkləri şad olsun, kefləri kökəlsin, əhval-ruhiyyələri qaydasına düşsün.
Məsəl üçün mən Londonda yaşayanda, İngiltərənin beş ümummilli TV kanallarında hər gün bir-iki saat ərzində hər xırdalıqları ilə bərabər cürbəcür cərrahiyə əməliyyatlarını görmək olurdu. Bu vəziyyət il boyu davam edirdi. Yə’ni ki hər gün bir neçə il ərzində o kanaların heç olmasa birində cərrahlar ürəkdə, beyində və s. əməliyyat aparırdılar. Bu verilışlər həkimlər üçün nəzərdə tutulmurdu, geniş tamaşaçı kütləsi üçün idi. Mən isə belə şeyləırə baxa bilmirəm. Bu səbəbdən kanalları dəyişdirəndə, pultu əlimdə hazır tuturdum ki, hər hansı kanalda bu cür pis şeyləri görsəm tez o biri düyməni basıb kanal dəyişdirim. Bir dəfə qadın döşlərinin kiçildilməsi əməliyyatını göstərəcəklərini e’lan etdilər. Fikirləşdim ki, qadın döşünə baxmaq, kəsilmə işi olsa da, bir o qədər eybəcər, ürək bulandıran görünüş olmaz. Elə ki, özümü sınamaq istədim. Ancaq onu da bacarmadım, bir-iki dəqiqədən artıq baxa bilmədim.
İngilislər həm də divanələr, sovdai xəstələr, yə’ni ki, adam kəsib-doğramaq düşkünləri ilə əlaqədər olan şeyləri sevirlər. Bu cür azara tutulmuş fərdlər haqqında olan ədəbiyyatı və bədii filmləri ifrat dərəcədə xoşlayırlar. Bu millətin nümayəndələri bu cür dəliliyə mübtəla olan fərdlərə həttə qibtə belə edirlər. Mənə görə bunun səbəbi ondadır ki, ingilislər belə divanələri igid, qəhrəman adamlar hesab edirlər, çünki hər bir ingilisin qəlbində tutduğu arzuları, yalnız xəyalında gerçəkləşdirə bildiyi şeyi, bu divanə şəxslər həyata keçirə biliblər. Bundan görünür ki, şimal xalqlarının qanında nəsə bir yırtıcılıq cövhəri mövcuddur.
Bunu da nəzərə alıb, TV kanallarının rəhbərliyi tamaşaçılara kəsib-doğrama düşkünlüyünə tutulmuş adamlardan bəhs edən filmləri, verilişləri il boyu nümayiş edir. Çünki bu rəhbərlik bilir ki, bu millət belə şeyləri çox sevir.
Məsəl üçün, İngiltərədə yaşayanda bir kanalda 150-200 qismli yerli istehsallı bir serialı göstərirdilər ki, orada bir divanənin adam qanı tökməsindən, baş kəsməsindən, adam doğramasından, qarın yırtmasından danışılırdı. O, bunu heç bir səbəbi olmadan edirdi, bundan xüsusi bir zövq aldığı üçün. Halbuki bu film bədii cəhətdən də son dərəcə aşağı keyfiyyətli bir şey idi. Sənətkarlıq nöqtəyi-nəzərindən çox zəif olan belə serialı yalnız yerli tamaşaçı xoşlaya bilər, xaricı ölkələrdə isə belə filmə heç kəs baxmaz.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, hərgah hər bir ingilis hər gün televizorda birisinin dəlilik edib, mə’nasız qətllər törətməsinə, bədən üzvlərini kəsməsinə tamaşa etməsə o günün hədərə getmış olduğunu hesab edir, dilxor olur. Və əksinə, hər axşam televizorda belə şeylərə baxanda ləzzət çəkir, həzz alır və rahatlanıb yatağa girib, şirin yuxuya dalır.
20-25 il bundan qabaq bir dəlisov ər-arvad, səbəbsiz, yalnızca bundan xoşlandıqları üçün, otuza qədər adamı kəsib-doğrayıb, fərdi evlərinin həyətində yerə basdırmışdılar. Öldürülənlərin arasında onların on-dörd yaşlı qızları da var idi. Xeyli müddət vaxt keçəndən sonra bu mə’nasız qətllərin, cinayətlərin üstü açılır və bu ər-arvadı həbs edib, ittiham edirlər.
Belə ki, nəhayətdə, bu divanə cütlük ingilislərin qəhramanlarına çevrildilər, bütün millət, böyüklü-kiçikli onlara pərəstiş etməyə başladı. Bu gün də ingilis xalqı onları bəlkə də Məryəm Anadan, İsadan və başqa xristian müqəddəslərindən də artıq sevirər. Az qala bu dəli ər-arvada sitayiş edirlər. Elə ki uzun illər boyu, İngiltərənin hər tərəfindən Londona 20 milyon adam səyahət edib, o evə ziyarətə gəlmişdi. Bu adamlar, valideynlər və uşaqlar beləcə, ovsunlanmış bir halda saatlarla orada durub, gözlərini zilləyib, o evə tamaşa edirdilər. Bu iş bu cür beş-on il davam etdi. Axırda, hökumət gördü ki, belə getsə ingilislər xaricilərin gülüncünə çevriləcəklər və buna görə bu biyabırçılığa son qoydu, bir qərara gəlib o evi yerlə bir etdi, yerinə isə ağac əkib, bağ saldırdı.
İllər keçəndə ingilis televiziya kanallarında bir reklamı tez-tez göstərirdirdilər. Reklamda həmin o kişiyə, otuz adamı öldürmüş olan dəli adama çox oxşayan birisi əlindəki balta ilə kimisə arxadan vurmağa hazırlaşır. Reklamı görən hər bir ingilis o dəqiqə anlayacaq ki, bu arist həmin o dəlini canlandırır. Belə görünür ki, bu reklamı çəkənlərin fikirlərlərinə görə bu təbliğat çarxı çox məzəli alındı. Halbuki, ağlımca, bu cür dəhşətli qətl hadisəsinin mövzusundan sui-istifadə edərək, bu cinayətləri məzəli bir şey kimi göstərmək böyük bir qanacaqsızlıqdır. Fəqət, İngiltərədə bu reklama heç kəs e’tiraz etmədi.
Londona gəldiyim ilk günlərdə küçədə çox sayda əllərində zənci balalarını saxlayıb, gəzən ağ ingilis qızlarını görürdüm və elə düşünürdüm ki, bunlar dayələrdir, əllərindəki uşaqlar isə afrikalı səfirlərin uşaqlarıdır. Sonradan anladım ki, bu qızlar uşaqların doğma analarıdır, onları, qara kişilərdən hamilə qalıb, doğublar. Axı, halhazırda orada yüzminlərlə, hətta milionlarla ağ qızlar ya zənci kişilərlə zina edirlər, ya da ki rəsmi nikahda yaşayırlar.
Mehmanxanamızdakı bir zənci oğlandan soruşdum ki, ingilis qızları nə üçün öz ingilis kişilərindən də çox, sizi sevirlər? O isə cavab verdi: “İngilis kişiləri, bizlərdən fərqli olaraq qızlarla daimi əlaqə saxlamağı sevmirlər. Buna görə”.
Bir zənci qadın, bizim mehmanxana işçisi fərəhlənərək, gürürlu bir şəkildə mənə dedi: “Belə getsə on-on beş ildən sonra İngiltərənin 70 milion əhalisinin hamısı qaralardan ibarət olacaq”. O, bununla elə bu məsələyə işarə vururdu. Yə’ni ki, o bunu demək istəyirdi. İngilis kişiləri arvadlara bir qədər soyuq yanaşırlar, bizim zənci kişiləri isə ehtirasli olurlar. Həm də daimi əlaqədən və evlənməkdən qorxmurlar. Bu ölkə əhalisinin artımı məhz təzə doğulan qara uşaqların hesabına olacaq.
Mən dəfələrlə, orada-burada ingilis qızlarının, arvadlarının ağzından belə sözlər eşitmişəm: “Bizim üçün zənci kişiləri məhəbbət ilahiləridir. Onlar sevgi, eşqibazlıq sənətinin mahir ustalarıdır”.
Qara afrikalılar isə tez-tez gürurla belə deyirlər, bizim rəngimiz qara deyil ha, əslində bizim rəngimiz şokolad rəngindədir.
Avqust ayının son üç günündə Londonun Notting Hill məhələsində Afrika musiqisi günləri keçirilir, bayram edilir. Bir dəfə ora getdim. Özümdən başqa orada bir nəfər də olsa ağ kişi görmədim. Ora yığışanlar hamısı zənci kişilərindən və onların ağ arvadlarından və ya aşnalarından təşkil olmuşdu. Zənci gənclərin əksərinin yanında iki-üç sayda ağ qız vardı. Deməli bu gənclər bir-birilərinin qarşısında yarışa girmişdilər, hərəsi yanınca ən seçkin tanış ağ ingilis qızını gətirmişdi. Qızların da hamısı çox gözəl və yaraşıqlı idi.
Dostları ilə paylaş: |