Əbdürrəhman Əs-Sülami, Nişapurlu XII əsr məlaməti sufi təzkirəçisi, məşhur“Təbəqat əs-Sufiyə” əsərinin və iki dəyərli Qur’an təfsirinin müəllifi)
sürülərini, təsərrüfatını atıb getmək istəmədi, mənim türklərlə heç bir ədavətim yoxdur, mənə heç nə etməzlər, deyib yerindən tərpənmədi. Lakin, deyilənə görə, türklər oranı tutanda onu öldürdülər.
Ətrafındakılar Gürciyev haqqında təzadlı fikirdə olublar. Həyatı boyu fərqli yerlərdə, onu bir Rusiya casusu, Almaniya casusu, Bakı neft milyoneri, İran taciri, dini xadim, şarlatan, dərviş və s. zənn etmişdilər. Bə’ziləri ona “Rasputinin balaca tayı”, bə’ziləri isə “Türküstanın aslanı” kimi ləqəblər vermişdilər. Ancaq, görünür ki, dünya onun həqiqi kimliyini tanımamışdı, onun həqiqi varlığı adamlara gizli qalmışdı.
Axundov kitabxanasının xarici dillər şöbəsində həm də Ella Zonis adında bir müəllifin, ingilis dilində, “Ənənəvi İran musiqisi” (“Persian classical music”) kitabı da vardı. Mən bizim muğamın tarixi haqqında bir şey oxumaq istəyirdim. Mənim üçün muğam musiqisinin özündən çox onun nəzəriyyəsi daha maraqlı görünürdü. Əfsus, o kitabı oxumaq mənə müyəssər olmadı. Kitabxanaçı dedi ki, o kitab daha yoxdur. Nə üçün, soruşdum. Cavabında alçaq səslə dedi ki, adını çəkmək istəmədiyi, tanınmış, böyük bir adam bizim müdirdən o kitabı bir müddətə aparıb evdə oxumağa icazə verməyini xahiş etdi. Müdir icazə verdi. O kitab gedən-getdi. İndi daha biz o adamdan, kitabı qaytarmasını, üz eləyib, istəyə bilmirik.
Ondan əlavə Axundovda Amerikada nəşr olunan, ingilis dilində, şəkilli “İslam sənəti” kitabı var idi. İndi isə, o kitab orada yoxdur. Ümumiyyətlə, ingilis dilində dinlə əlaqədar nə qədər kitab var idisə, hal-hazırda hamısı itirilib. Axı, anladığıma görə, oradan kitab aparmaq mümkün iş deyil.
Mən bunu belə başa düşürəm ki, o kitabları hansısan mə’mur, və ya dövlət idarəsi mənimsəyib. Adi, sıravi adamlar oradan kitab apara bilməzlər.
Fəqət, nədənsə, bir cildlik tanınmış nəşr, “Qısa İslam ensiklopediyası” (“Shorter Encyclopaedia of Islam”) kitabı yerində qalıb, onu aparmayıblar. Mənim burada demək istədiyim odur ki, Axundov kitabxanasını bu cür mühüm, vacib və əhəmiyyətli kitablarla Moskva tə’min edirdi, onlar oraya məcburi gəlirdi. Onları Bakıdan sifariş etmirdilər. Sifariş edə bilməzdilər də çünki, burada onların nə olduğunu bilən, başa düşən adam yox idi. Moskvada, kimsə bilikli bir adam düşünüb belə güman edib ki, Bakıda onlar kiməsə lazım ola bilər, onların oxucusu tapılar.
Burada, Qur’anla əlaqəli iki hadisə yadıma düşdü. Birincisini, sovet çağında, Bakıda yaşayan bir Avropa yəhudisi mənə nəql etmişdi. Onun dediyinə görə İsrail dövləti müsəlmanlar arasında fəsad yaratmaqdan ötrü çoxlu sayda Qur’an nüsxəsini çap edərək, onları, havayı olaraq müsəlman ölkələrində camaata paylayıblar. Sionistlər, qəsdən, ərəbcə yazılı bu kitablarda, dəyişikliklərə yol verilmişdilər, yəhudiləri tənqid edən ayələri ixtisar etmişdilər. Aydın məsələdir ki, bunun nəticəsində müsəlman camaatı pərişan olacaq, aləm qarışacaq.
Sonunda yəhudi əlavə etdi, əhsən israillilərə, onlar bununla müsəlmanların atalarını yandırdılar! Mən beləcə onun üzünə baxdım və heç bir şey demədim.
O biri hadisəni isə xəbərlərdə eşitdim. Corc Buş, Amerikanın başçısı olanda, dövlətin xəfiyyə idarələrinə əmr etmişdi ki, kitabxanadan Qur’anı oxumağa götürən bütün Amerika vətəndaşlarını qara siyahıya salsınlar və sonra onları düşmən sayaraq tə’qiblərə mə’ruz qoysunlar, incitsinlər. (Burada oxucunun nəzərinə çatdırmaq istəyirəm ki, müstəqil jurnalistlər araşdırmalar apararaq sübut etdilər ki, C.Buş bir gizli mason təşkilatının üzvüdür). Başqa bir vaxt, bu, gözü qızmış adam qayıdıb deyib ki, ümumiyyətlə, Amerikada Qur’anın satışını qadağan etmək lazımdır, çünki “orada fərqli düşüncəyə dözümsüzlük göstərən çoxlu ayələr var”.
Buna cavab olaraq mən deyə bilərəm ki, bütün səmavi, müqəddəs kitablar bu cür olurlar, başqa cür də ola bilməzlər. Dindar adam həmişə təəssübkeşlik nümayiş etməlidir, qeyrət çəkən, namus məsələlərində həssas olmalıdır. Hərgah, din küfrə, dinsizliyə, pozğunluğa, günaha, ədəbsizliyə dözümlü olsa, daha o din sayıla bilməz, başqa bir şey olar. Din əxlaqsız, qumarbaz, nəşəxor, ibnə, qəhbə, uşağbaz və əyyaş olanlara dözümlülük göstərə bilməz. Din yaxşını pisdən ayırıb, pisə lə’nət oxumalıdır.
Məsələ ondadır ki, iyirminci əsrdə masonlar dünyada olan bütün hökumət idarələrinə nüfuz ediblər, orada yerlərini möhkəmlədiblər. Onlara, masonlara görə, hərgah, Yeni Dünya Nizamında, əxlaqa zidd hərəkətlər qanun çərçivəsindədirsə onda hamı, dindar olanlar da o işlərə qarşı çıxmamalıdırlar, qəbul etməlidirlər, e’tiraz etməməlidirlər. Əfsus, günümüzdəki dünyəvi qanunlar dini əxlaqla, Şəriətlə ziddiyyətdədirlər.
Yeri düşmüşkən, mən, burada, Fransada baş verən bir hadisəni misal gətirə bilərəm. Fransada molla çatışmadığı üçün, onları, ərəb ölkələrindən Fransa məscidlərində işləməyə də’vət edirlər. Bir gün, bir əlcəzairli molla moizə oxuyandan sonra bir müsəlmanın sualına cavab olaraq deyib ki, bəli, Qur’ana görə kişi onun sözünə baxmayan arvadı döyə bilər. Və bunun təsdiqində Qur’andan bir ayə iqtibas gətirir. Kimsə, mollanın sözlərini hökumət idarələrinə çatdırıb və bundan sonra onu Fransadan sürgün edib, öz məmləkətinə qayıtmağa məcbur etdilər. Dedilər ki, onun söylədikləri fikirlər Fransanın qanunlarına ziddir. Halbuki, onun yeganə təqsiri Qur’andan iqtibas gətirmək olub. Fransa deyir, bizdə din azaddır. Ancaq din xadiminə öz müqəddəs kitabından iqtibas gətirməyə, ondan bir misal çəkməyə icazə vermir.
Əgər o mollanın vəkili olsaydım, onda onun müdafiəsində belə deyərdim. Hərgah bir kişi arvadı onun sözünə baxmayanda, onun döyülməsi məqbuldur və ya deyildir bilmək istəsə, əvvəlcə molladan və sonra vəkildən məsləhət alsa, qalanı onun öz boynundadır. İstəsə Şəriət icazə verir deyə arvadı döysün. Ancaq onda, bunun nəticəsində o, Fransanın dünyəvi qanunlarına görə həbs olunub, məhkumluq həyatını sürməyə hazır olmalıdır. Yə’ni mənim demək istədiyim odur ki, bu onun öz qərarıdır. Burada mollanın heç bir günahı yoxdur. Ancaq Fransada, bu gün şərait o cürdür ki, din xadimi, istər müsəlman olsun, istər məsihi olsun dindarlar qarşısında adi dini xidməti görməyə imkanı yoxdur. Yə’ni dünyəvi Fransa dövlətində din sözdə azaddır, həqiqətdə isə azad deyil. Günümüzün dünyəvi qanunları, dini qanunlarla təzaddadır. Bu gün, dünyanın əksər yerində dindar adam öz həyat və məişətini dinin tələblərinə müvafiq, uyğun olan şəkildə qura bilmir, buna şərait yoxdur.
Axır vaxtlarda, Qərb ölkələrinin jurnalistləri və siyasət adamları, İslamdan bəhs edəndə, möminlərə, dindar müsəlmanlara qarşı tez-tez “İslam tərəfdarı”, “İslamçı” (ingiliscə “Islamist”) ibarəsindən istifadə edirlər. Onlar elələrini, İslam tərəfdarlarını pis, təhlükəli adamlar kimi qələmə verirlər. Mən onların öz kitabına, ingilis dilinin izahlı lüğətinə baxdım ki, görüm “İslamçı” kimə deyirlər və nəyə görə o, pis bir şey kimi qöstərilmək istənilir. Orada yazılıb ki, “İslamçı” İslamı qəbul edən adama deyilir. Yə’ni lüğət kitabına görə “İslamçı” dindar müsəlmana deyilir. Ancaq orada onun yaxşı və ya pis olması barəsində bir şey yazılmayıb. Belə çıxır ki, bu gün Qərbin siyasət adamları mömin müsəlmanları məqbul bir şey saymırlar, onları özləri üçün bir təhlükə hesab edirlər. Onlar üçün, Qərb üçün qəbul olunan, bəyənilən mürtəd, dinindən üz çevirən, dini-imanı olmayan, Şəriətin tələblərinə uymayan müsəlmanlardır. Başqa bir kitabın müəllifləri isə “İslamizm” (İslamçılıq) ifadəsindən istifadə edərək, onu İslamdan fərgləndirirlər. Bu ikinci lüğət deyir ki, müsəlman əqidəsinə görə yaşamaq istəyənlər, həyatlarını Şəriətin tələblərinə müvafiq olan şəkildə qurmaq istəyən müsəlmanlar, dini üsuli-idarənin, Şəriət dövlətinin tərəfdarları İslamçıdırlar və bu siyasi mövqe “İslamçılıq” adlanır.
Rus, Əfqanıstanı istila etmişdi. Ruslar, bu təcavüzü qəbul etməyən, onlara qarşı vuruşan, mücahidlərə “düşmən” adını vermişdi, bunlarla mübarizə etmək lazımdır, bunları qırmaq lazımdır deyirdilər. İndi isə Qərbin sionist, mason dairələri Qərbin təcavüzünü qəbul etməyən, onların boyunduruğuna girmək istəməyənlərə, dininə sadiq qalmaq istəyən müsəlmanlara “İslam tərəfdarlarıdır” deyib onları düşmən e’lan edirlər. Buna cavab olaraq mən deyə bilərəm ki, bizim peyğəmbərimiz də, sahəbələr də, İmamlar da, övliyalar da hamısı “İslamçı” olublar. Həqiqətdə “İslamçı”, “İslam tərəfdarı” şərəfli bir addır, şərəfli bir ünvandır.
Qərbin mason və sionist dairələri dindar xaçpərəstlərə də ad verib onları “fundamentalist” adlandırıb, mürtəce qüvvələrə aid edirlər. Yə’ni, kim ki dindardır, kilsəyə gedir, dinin tələblərinə əməl edir, belə xaçpərəst qeyri-məqbul, pis adam kimi qələmə verilir. Buna cavab olaraq mən deyə bilərəm ki, Hz.İbrahim, Hz.Musa, Hz.İsa da “fundamentalist” olub, din adamı olublar.
Ancaq mən bunda onlarla razıyam ki, dindar olanlar masonlar üçün, mason üsuli-idarəsinə daim təhlükə mənbəyi olacaqlar.
Bu gün Qərb ölkələrinin hökumət adamları, müsəlmanlara ağıl verirlər, bizə səslənib, siz başqa dinlərin nümayəndələrinə dözümlülük nümayiş etməlisiniz, deyirlər. Müsəlmanlar, buna qarşı, bu xaçpərəstlərə belə cavab verə bilərlər. Əvvəlcə siz gedin o ağılı özünüzə verin. Yə’ni ki, başqa dindən olanlara dözümlülük göstərməyi özünüzə öyrədin, sonra isə bunu bizdən tələb edin. Əgər bu dözümlülük yaxşı bir şeydirsə siz nə üçün onu özünüzdə tətbiq etmirsiniz, nə üçün müsəlmanlara qarşı yırtıcı sifət göstərirsiniz ? Nə üçün müsəlman yaşayan ölkələri qan gölünə döndərmişsiniz?
Ondan başqa, Qərbin sionist mətbuat işçiləri, heyli sayda müəllifləri Avropa dillərinə təzə sözlər, təzə kəlmələr əlavə ediblər – “İslam faşistləri”, “İslam faşizmi” (ingiliscə “Islamic fascists”, “Islamo-fascism”). Bu ifadələrdən onların mətbuatında, radio və televiziya kanallarında tez-tez istifadə olunur, istər bu Amerika olsun, İngiltərə olsun, Almaniya olsun və ya Fransa olsun.
Bunun cavabında, məsəl üçün, almana qarşı mən deyə bilərdim, faşist sənin atandır, anandır! Bu, alman köpək oğlu, öz adını mənə verir. Məgər Almaniya faşist ölkəsi olmayıb? Yə’ni ki, bu günkü almanlarının ataları, anaları, babaları, nənələri, hamısı, faşist olublar.
Faşist sözü İtaliya dilindən gəlib. Onu, onlar icad ediblər. Ümumiyyətlə, faşist düşüncəsinin bütün müəllifləri, nəzəriyyəçiləri elə ağ irqdən olanlar, Avropalı irqinə mənsub adamlar olublar. Bu gün bütün xaçpərəst ölkələrində faşist mahiyyətli, irqçi, ifratçı millətpərəst hərəkatlar və partiyalar failiyyət göstərir. Ağ irqdən olan millətlərin hamısında faşist düşüncəsinə rəğbət bəsləmək xüsusiyyəti vardır. Əksinə, tarixən, müsəlman xalqlarında irqçilik, millətpərəstlik adında bir şey olmayıb.
Tarix boyu müsəlmanlar daima yəhudilərə və xaçpərəstlərə mülayimlik, dözümlülük, xoş rəftar nümayiş ediblər. Onlar bizim torpaqlarda həmişə firavan həyat sürüblər. Lakin, biz qarşılıqlı olaraq, bunu onlarda görmürük. Onlar həm keçmişdə, həm də ki bu gün müsəlmanlara qarşı kinli və yırtıcı sifət göstəriblər.
Keçmişdə, Avropada xaçpərəstlər bir məscidin tikilməsinə belə icazə verməyiblər. Hər hansı bir müsəlman və ya yəhudi əllərinə keçəndə onun qarşısında şərt qoyurdular ki, ya bizim dinimizi qəbul edəcəksən, ya da öldürüləcəksən. Bu onların tarixidir, onların dinlərinin xüsusiyyətidir. Onlar müsəlman dinindən olanları məqbul saymırlar. Onlar İslamı həqiqi bir din kimi qəbul etməyiblər, etmirlər və etməyəcəklər də.
Biz nə yəhudi, nə də ki xaçpərəst din xadiminə İslamın həqiqi bir din olmasını qəbul etdirə bilmərik. Onlardan bunu tələb etmək də düzgün deyil. Çünki onlar bizim dini bir din kimi tanısalar bununla onlar, öz dinlərinə, öz dinlərinin ehkamlarına xəyanət etmiş olarlar. Yəhudilər öz peyğəmbərlərindən sonra başqa bir dinə və peyğəmbərə ehtiyac olmadığına inanırlar. Buna görə onlar, Hz.İsanı (ə.) peyğəmbər kimi tanıyıb, xaçpərəst dinini bir din kimi qəbul etmək istəmirlər. Yəhudilər, İslamın peyğəmbərini də, dinini də bu səbəbə görə qəbul etmək istəmirlər.
Xaçpərəstlər isə, yəhudilərin peyğəmbərlərini tanıyır və yəhudi dinini bir din kimi qəbul edirlər. Fəqət, onlar da Hz.İsadan sonra başqa bir peyğəmbərə və başqa bir dinə ehtiyac olmadığını hesab edirlər. Bu səbəbdən onlar bizim peyğəmbərin bir peyğəmbər olmasını nə qəbul edir, nə də ki bizim dinimizi bir din kimi tanımaq istəyirlər. Bizim din isə onların dinlərindən sonra gəldiyi üçün onların peyğəmbərlərini tanıyıb, onların dinlərini həqiqi bir din kimi qəbul edib lakin, bizim peyğəmbərin sonuncu olduğunu hesab edir. Biz də Peyğəmbərdən (s.ə.s.) sonra başqa bir peyğəmbərə ehtiyac olmadığına inanırıq.
Məncə, əgər hər hansı bir din xadimi başqa dindən, başqa məzhəbdən olanlara lənət oxuyursa, bu təbii bir şey kimi qəbul olunmalıdır. Əgər bir keşiş desə ki, mən müsəlman dinini sevirəm, müsəlmanları sevirəm, onda bu düzgün deyil, əcaib bir şey kimi qəbul olunmalıdır. Yə’ni mənim burada demək istədiyim o deyil ki, ayrı-ayrı din, ayrı-ayrı məzhəblər arasında dava olmalıdır. Mənim demək istədiyim odur ki, onların arasında daim rəqabət olmalıdır.
Məsəl üçün, Qərb mətbuatı bir neçə il bundan qabaq fəsad törətdi, qalmaqal yaratdı. Roma papası, bağlı bir məkanda, keşişlərin qarşısında məruzə oxuyanda, “müsəlman dininin hərb və müharibə dini” olduğunu demişdi. Qərbin mason mətbuatı din xadimlərini qaralamaq üçün, daima, bir bəhanə axtarışındadır. Qərbin kütləvi mətbuat işçiləri, qəzetçilər hər hansı bir xırda məsələni şişirdərək qalmaqal yaratmağı özlərinə sənət tapıblar. Ondan başqa, fərqli dinə mənsub olan camaatlar arasında qarşıdurma salmaq istəyirlər. Məsələn, Qərbin sionist mətbuatı daima katolik və protestant məzhəblərinin icmaları arasında nifaq salmağa çalışır. Məqsəd isə hər iki xaçpərəst məzhəbini ictimayətin qarşısında qaralamaqdır.
Masonlar bu məsələdə də mətbuat vasitəsi ilə qalmaqal saldılar. Papanın müsəlmanlardan üzr istəməyinin lazım olduğunu bildirdilər. Müsəlmanları isə Papaya qarşı e’tiraz etməyə təhrik etdilər.
Məsələ orasındadır ki, bu gün xaçpərəst ölkələrində mətbuat və televiziya tamamilə sionistlərin əlindədir. Onlarsa xaçpərəstləri və müsəlmanları bir-birinə saldırmaq istəyir və bu savaşdan özlərinə gəlir əldə etmək istəyirlər. Müsəlmanlar gərək ayıq-sayıq olsunlar və bu oyuna gəlməsinlər.
Mən bu, axırıncı məsələni belə başa düşürəm. Sionistlər görürlər ki, axır vaxtlarda katoliklər, Latın Amerikasının xristian əhalisi Fələstinin müsəlmanlarına rəğbət bəsləməyə başlayır. Bu sionistləri təşvişə salıb. Latın Amerikalı katoliklər, özləri də qarabuğdayı xalqlar olduqlarından tə’qiblərə mə’ruz qalan müsəlmanlarla həmrahdırlar. Onlar fikirləşirlər ki, ağ irqə mənsub xalqların hamısında irqçilik xasiyyəti var. Bu, ağ irqdən olan şimal xalqların dövlət siyasəti də irqçilik, təcavüz və soyğunçuluq üzərində qurulub.
Bu səbəbdən, masonlar, sionistlər, qəsdən, müsəlmanları mətbuat və televiziya vasitəsi ilə qızışdırıb katoliklərin ən müqəddəs adamına, Papaya qarşı küfr söyləməyə, kin və nifrət nümayiş etməyə sövq etdilər. Belə ki, Latın Amerikasında, katoliklər televizorlarda müsəlmanların Papanın şəkillərini, müqəvvalarını yandırdıqlarını görəndə onlar, müsəlmanlara qarşı olan yaxşı münasibətlərini dəyişdirməyə başladılar. Bununla, bu fitnə vasitəsi ilə, sionistlər, mason dairələr öz məqsədlərinə çatdılar, sevindilər. Müsəlman isə uduzdu.
Bizim müsəlman dini xadimlərimiz isə Qərbdə hər-hansı bir qalmaqal çıxanda, fitnəkarları ifşa etmək əvəzinə, adamları sakitləşdirmək əvəzinə, özlərini hörmətə mindirmək və qara camaatın rəğbətini qazanmaq xətrinə, camaatı e’tiraz nümayişinə çıxardırlar. Və bunu etməklə Qərbin qara qüvvələrinə yardım edirlər.
Mən isə qara camaatdan fərqli olaraq bu oyuna gəlməyərək deyirəm ki, Papanın sözü mənə əsla toxunmur, əksinə onu bir doğru söz kimi qəbul edirəm. Bu bir tarixi həqiqətdir ki, İslam dininin sür’ətlə dünyanın geniş bir ərazisinə yayılması ərəb atlılarının, süvarilərin hesabına olub. Məhəmməd peyğəmbər (s.ə.s.) əliqılınclı, dini döyüşlərdə, müharibələrdə, qəzəvatda iştirak edib, şücaətlər göstərib. Bunda ayıb bir şey yoxdur, əksinə bu fəxr olunası bir şeydir. Bizim Qafqaz müsəlmanları da unutmamalıdırlar ki, onların Qafqazda yaşamağı ilk müsəlmanlar, ərəb mücahidləri, fədailəri hesabına olub. Onlar kafirlərin, xaçpərəstlərin qoşunları üzərində qələbə çalaraq, Qafqazda İslam bayrağını ucaltdılar, müsəlman hakimiyyətini bərqərar etdilər.
Sonradan, kafirlərin və xaçpərəstlərin məliklərinə, padşahlarına şərt qoyuldu ki, hərgah onlar hakimiyyəti öz əllərində saxlamaq istəyirlərsə, İslamı qəbul etsinlər, etməsələr hakimiyyətdən getməlidirlər. Kim qəbul etdisə, şahlığını davam etdirdi. Onun rəiyyəti də padşahın İslamı qəbul etdiyini görüb, tədricən, İslamı qəbul etməyə meyl göstərdi.
Türkiyənin müsəlmanları da eyni şəkildə, Şərqdən axın edib, Bizansın geniş torpaqlarını müharibə, dava edərək ələ keçirtdilər və lap nəhayətdə, Bizansın və bütün pravoslav aləminin baş şəhərini, Konstantinopolu, hərbi yolla tutaraq onu xilafətin paytaxtı etdilər.
Ondan başqa, Qərb mətbuatı tez-tez “cihadçı”, “cihad tərəfdarı” (ingiliscə -- “jihadist”) ifadəsindən istifadə edib, belə olanları pis adamlar, düşmənlər kimi qələmə verirlər. Bə’zi satqın mollalar da müsəlmanları çaşdırmaqdan ötrü İslamda “cihad” məfhumu, “cihad” anlayışı yoxdur deyirlər. Halbuki, bütün dinlərdə olduğu kimi İslamda da cəhd göstərmək, dava etmək anlayışı vardır. Cihad etmək işi bütün dinlərin təməli və əsasıdır. İslamda cihadın iki növü vardır – “əl-cihad əl-əsğər”, yə’ni “kiçik dava” və “əl-cihad əl-əkbər”, yə’ni “böyük dava”. “Əl-cihad əl-əsğər” din düşmənlərinə qarşı, zalımlara və zülmə qarşı mübarizəyə, “əl-cihad əl-əkbər” isə öz nəfsinə qarşı mübarizəyə deyirlər. Yə’ni ki, öz nəfsinə qarşı mübarizə daha ağır və çətin bir şey sayılır.
Müsəlmanlığı qəbul etmiş bir amerikalı (Şeyx Həmzə Yusuf) müsəlman ölkələrində mədrəsə təhsili alıb vətəninə qayıtdıqdan sonra, təəssüflə, belə bir fikir söyləyib. O, dedi ki, indiki mədrəsələrdəki dini tə’lim min il bundan qabaqkının səviyyəsindən qat-qat aşağıdır, mində biri qədər də deyil. Orada tələbələr bir dəftər böyüklüyündə olan kitabı oxuduqdan sonra tədrislərini tamamlamış sayılırlar. Onun fikrinə görə bu cür tə’lim və tədris çox gülünc doğuran və məzəmmət olunası bir şeydir. Belə mə’zunlardan, belə “alimlərdən” İslama və ya müsəlmanlara nə xeyir gələ bilər? Onlar dinə ancaq zərər gətirə bilərlər. O, bunun səbəbini müasir cəmiyyətdə gedən dəyişikliklərdə görür. O, dedi, keçmişdə valideynlər daha çox iste’dadı olan uşaqları dini elmi tədris edən mərkəzlərə yollayırdılar. İndi daha göndərmirlər. Çünki bu gün dinin nüfuzu aşağıdır. Onlar, iste’dadlı uşaqları tibb və ya hüquq elmini öyrənməyə göndərirlər. Qabiliyyəti, iste’dadı olmayanlar isə gedib havayı tə’lim verən dini mədrəsələrə daxil olurlar. Belə məktəbləri, çox vaxt, Fars körfəzi ərəb dövlətləri tə’sis edir. Oranı qurtaran nadanların İslama zərəri dəyə bilər ki, xeyri dəyə bilməz. Elələri camaata nə yol göstərəcək? Nə dindən başları çıxır, nə də ki, siyasətdən. Onlar qara camaatın rəğbətini qazanmaq üçün dindarları küçəyə çıxardır, televiziya kameraları qarşısında cürbəcür mə’nasız işlər görür, artistlik edirlər.
Mən burada qara camaat sözünü işlədəndə biri deyə bilər ki, bu ifadə keçmişdə işlənirdi, bu gün isə o, öz mə’nasını itirib. Keçmişdə qara camaat deyəndə fəqir-füqəra, yoxsul, savadsız adamlar nəzərdə tutulurdu. Əvvəllər, savad almaq ancaq varlıların uşaqlarına müyəssər olurdu.
Lakin məncə qara camaat bu gün də var, yerindəcə durur. Bugünkü qara camaat, geniş kütlə savadlıdır, əlifbanı, yazıb-pozmağı öyrənib, qəzet, kitab oxuya bilir. Ancaq dərindən baxanda görürsən ki, heç bir şey dəyişməyib.
Bir alim belə bir fikir yürüdüb ki, kəmsavad olandansa, savadsız olan yaxşıdır. Yə’ni ki, kəmsavad olanın cəmiyyət üçün xeyirdən çox zərəri vardır. Eləsi birini bilib beşini bilmədiyi halda özündən razıdır, mənəm-mənəm deyərək meydana girib özünü alim kimi qələmə verib, cəmiyyətdə ona layiq olmayan mövqeyi, vəzifəni tutmaq istəyir. Bu gün müsəlman aləmində hamı savadlıdır. Lakin savadın səviyyəsi keçmişdə olan səviyyədən qat-qat aşağıdır. Kəmiyyət var, keyfiyyət isə yoxdur. Beş yüz, min il bundan qabaq müsəlman aləmində alimlərin sayı çox məhdud idisə də, bugünki dünyamızda onların səviyyəsində olan bilikli, arif, hikmətli adamları tapmaq mümkün deyil.
Misal üçün, bu gün bizim respublikada, bizim cəmiyyətdə vəziyyət elədir ki, əlifbanı öyrənmiş adam artıq, savadlı bir kəs sayılır. Kitabdan hecalıya-hecalıya oxumağı bacaran fərd daha, elmli bir adam hesab olunur və o, hər hansı bir vəzifəyə tə’yin oluna, məmləkətdə hər hansı bir yüksək mövqe tutmağa layiq görülə, bilər. Bə’ziləri isə hətta əlifabanı (latını) bilmədikləri halda yenə də nazirn vəzifəsinə tə’yin oluna bilirlər.
Bir dəfə Bakının bir televiziya kanalında bizim bir vətəndaş dedi ki, mən əvvəl axmaq idim, ancaq sonra oxuyub universiteti qurtardım, ağılı oldum. Halbuki, əslində, ali təhsil müəssisəsində hər hansı bir adama institutu qurtarmaq şəhadətnaməsini verə bilərlər, ancaq ağıl verə bilməzlər, çünki ağılı adama ancaq Allah verə bilər. Onun adama vermədiyi ağılı, başqa heç kəs verə bilməz.
Həqiqi alim, anadangəlmə alimdir. Oxumaqla alim olmaq olmaz. Bu bir təbiətin ümumi qanunudur ki, alim doğulanların sayı həmişə məhdud olur. Yə’ni ki, başqa sözlə bu gün alim sayılan on min alimin arasında, olsa-olsa, iki-üç dənə həqiqi alim ola bilər. Qalanları isə biclik hesabına alim adı almış məqam, vəzifə və rütbə hərisi olan nadanlardır.
Yə’ni ki, başqa sözlə, müasir kütləvi təhsil alimlərin sayına heç bir artım gətirməyib.
***
Bir də yadıma düşmüşkən deyim. Sovet vaxtı bir şey məni çox təəccübləndirirdi. Nikolay vaxtı, Bakıdakı Parapet bağının yanında erməni kilsəsinə bitişik, gözəl bir ev tikilmişdi. Onun ön tərəfində, qapının yanında, divarda müsəlman əlifbası ilə, səlis bir xətlə “Ya Əli!” ifadəsi yazılmışdı, daşda həkk olunmuşdu. Bu yazı böyük olmasa da gözü olan, diqqətlə baxan onu görə bilərdi. Görünür ki, o ev bir şiə müsəlmanın evi olub və o, bu yazını bir usta xəttata, daş yonana yazdırmışdı. Daş yonma sənətini peşə məktəbində öyrəndiyim üçün bu yazı məndə xüsusi bir maraq doğururdu. Ona baxıb fikirləşirdim ki, mən, bu cür ustalıqla onu yaza bilməzdim. Hər dəfə oradan keçəndə bir iki dəqiqəliyə ayaq saxlayıb ona tamaşa edirdim. Məni maraqlandırırdı ki, məndən başqa o yazı kiminsə diqqətini çəkib, ya yox. Başa düşə bilmirdim, bolşeviklər, kommunistlər, cürbəcür üsullarla, hər bir fəndlə əhalini, müsəlmanları özlərinin kimliklərini unutdurmağa çalışdıqları halda necə oldu ki, bu yazı onların diqqətindən yayındı, necə oldu ki, onu oradan pozmayıblar.
Ancaq onların edə bilmədiklərini indiki mason mə’murlar etdilər. Bir gün oradan keçəndə gördüm ki, o binadakı kitab dükanı tə’mir olunandan sonra, daha o yazı orada yoxdur. Göründüyü kimi o yazını əvvəlcə çəkiclə çapmağa çalışıblar. Ancaq yazı dərin olduğundan, tam şəkildə pozulmadığına görə onun üstünə suvaq çəkiblər. Belə görünür ki, o yazı, hansınsa bir mə’murun və ya ora tə’yin olunmuş təzə müdirin xoşuna gəlməyib. Və o, fəhləyə göstəriş verib ki, o, yazılı daşı vurub çapsın. Qara fəhlə, sovet məktəbində oxumuş olan adam, o yazınının nə olduğunu başa düşməyib, çəkici götürüb, işə başlayıb.
Çox pərişan oldum, başa düşdüm ki, o yazı bu məmləkətdə məndən başqa heç kəsə lazım deyildi. Yə’ni ki, sovet vaxtında da Bakıda, adamlar o yazını görməyib, ayaq saxlamayıb yan keçirdilər, tələsərək öz işlərinin ardınca gedirdilər. İndi də onun üstü suvaq çəkildikdən sonra da, eyni şəkildə, adamlar ona fikir vermədən, yan keçib, öz işlərinin ardınca gedirlər.
Belə görünür ki, Bakıda iki tərəf var. Bir tərəfdə dini-imanı olmayan mə’murlar durur. O biri tərəfdə isə əmrə tabe’ olan qara camaat. Aralarında isə heç kəs, heç nə yoxdur.
Ondan başqa, o erməni kilsə görəsən kimin göstərişi ilə bağlanılıb? Bu da bir mason fitnəsidir. Bakıda, hal-hazırda çox miqdarda erməni yaşayır. Bir halda ki, onların burada yaşamağına icazə verirsən bəs onda onların kilsələrinə gedib ibadət etmələrinə nəyə görə mane’ olursan? İndi, ermənilər deyəcəklər ki, İrəvandakı məscid fəaliyyətini dayandırmayıb. Bizim hökumət İrəvandakı müsəlmanların məscidə gedib ibadət etməsinə mane’ olmur, halbuki Bakı hökuməti yerli ermənilərin kilsəyə gedib ibadət etmələrinə mane’ olur, dini e’tiqad üçün şərait yaratmır. Bu sərəncamda bir riyakarlıq əsəri gözə çarpır. Qara camaat, nadan kütlə də səhv düşünüb, deyəcək ki, bizim hökumət igidlik göstərdi, erməni kilsəsini bağlayıb, ermənilərin atalarını yandırdı.
***
Məndə Əbdülkərim Quşeyrinin təsəvvüf bəhsinə aid XI əsrdə, ərəbcə yazılmış məşhur “Risalə” əsərinin iki (türkcə və ingiliscə) tərcümə kitabları var. İngilis dilindəki kitab Amerikada nəşr olunmuşdu və onun müqəddiməsini Həmid Alqar adında bir şərqşünas alim yazmışdı.
Mənbələrdə deyilir ki, İngiltərədə anadan olan bu adam, şah vaxtı uzun müddət ərzində İranda yaşamışdı və sonradan müsəlmanlığı qəbul edərək, şiə olmuşdu. Onun bir çox əsərləri vardır. O, həmdə vəhhabilik (“Wahhabism: A Critical Essay”) və İmam Xomeyni (“Imam Khomeini: A Short Biography”) haqqında kitablar yazıbdır.
Alqar, şəxsən, bir neçə dəfə Ayətulla Xomeyni ilə görüşmüşdü, əvvəlcə onun Parisdəki mühacirət illərində və sonralarda 1979-cu il İran inqilabından sonra. O, Xomeyninin bir çox əsərlərini və mə’ruzələrini ingilis dilinə tərcümə etmişdi. O, həmdə “İslam inqilabının kökləri” (“The Roots of the Islamic Revolution”) kitabının müəllifidir. Alqarın fikrinə görə İran İslam İnqilabı “müasir İslam tarixinin ən mühüm, əhəmiyyətli və ümidverici hadisəsidir”.
1994-cü ildə, haradasa İmam Xomeyninin (r.) şərəfinə danışanda Alqar, cihadı müdafiə edərək, ona bəraət qazandıraraq demişdi:
“Yadımıza salaq ki, cihad əvvəlcə bizim öz şəxsiyyətimizdən başlayıb, sonra cəmiyyətimizdəki məişət və siyasi məsələlərini də əhatə etməlidir. Və əgər buna, ehtiyac olarsa biz, İslamın düşmənlərini məğlub etmək üçün əlimizə silah almalıyıq”.
Bundan sonra Alqar bu düşmənlərin kimlər olduğunu müəyyən etdi:
“Gəlin İmam Xomeyninin bizə verdiyi Qərb haqqında tə’rifini yadımıza salaq – “Onlar beynəlxalq quldur dəstəsidirlər”. Gəlin biz onun başqa bir fikrini də yada salaq necə ki, o, tə’kid edirdi ki, iyrənc qətli-amlar törədən İsrail dövləti kürreyi-ərzin üzündən tamamı ilə silinməlidir”.
Alqar tarixi mütaliə edərək deyir ki, axır zamanlarda Amerikalılar iddia edirlər ki, guya bütün beynəlxalq, xalqlar arası münaqişələr müsəlmanların təqsiri ucundan baş verir.
Alqar deyir ki, Yaxın Şərq İslamının və Qərbin arasında əsla “Mədəniyyətlərin çarpışması” kimi adlanan bir şey yoxdur. “Bu şüar da, həmçinin, bə’zi adamların öz məruzələrində və kitablarında istifadə etdikləri, buna oxşar başqa, boş və mə’nasız şüarlardan biridir”. O, əlavə edir, onlar bununla bizi inandırmağa çalışırlar ki, guya belə bir köklü və daimi bir ziddiyyət vardır. Halbuki biz güman edə bilərik ki, bu, Dördüncü Dünya Müharibəsinin (Üçüncü Dünya Müharibəsi “Soyuq Müharibə” idi) başlanılması işidir. Yə’ni ki, onun fikrincə Qərb siyasətbazları bu cür nəzəriyyələr quraşdıraraq dünya əhalisini onların başlamaq istədikləri yeni bir cahan savaşına hazırlaşdırırlar.
Professor Alqar, ABŞ-ın israr edib “Bu müharibə İslam əleyhinə deyil” bəyanatına inanmır. O, deyir, “Bu aydın məsələdir ki, Dördüncü Dünya Müharibəsi Yaxın Şərqin müsəlman ölkələrin əleyhinədir”. Həmid Alqarın görüşünə görə Amerikalılar tə’kid edib deyirlər ki, bizim düşmənimiz “hərbçi” İslamıdır. Onlar bunu, ona görə etmək məcburiyyətindədirlər ki, bu gün “biz din əleyhinəyik” demək siyasi cəhətdən düzgün sayılmaz. Bu səbəbdən “İslam” sözünə bə’zi tə’yinlər əlavə olunmağa başlandı – “hərbçi İslam”, “ifratçı İslam”, “siyasi İslam”, “İslam şiddəti” və “İslam irticası”.
Mən deyərdim ki, Qərbin müsəlman dünyasını, məhz müsəlman Yaxın Şərqini, hədəf seçməsinin səbəbi onun güclü, təhdid edici və ya təhlükəli olmasına görə deyil, əksinə onun son dərəcə zəif və halsız rəqib olduğuna görədir.
Həmid Alqar haqqında əlavə məlumat tapmaq üçün İnterneti axtardım və orada başqa bir maraqlı məqaləni tapıb, oxudum. Orada deyilirdi ki, bu alim Kaliforniyanın Börkli universitetinin fars dili şöbəsində dərs verirdi. Orada, 1998-ci ildə bir dəfə erməni tələbələr uydurma “Erməni qenosidi”ni (“Erməni qətli-amı”nı) qeyd etmək üçün bir yerə yığışmışdılar. Deyilənə görə Alqar o yığıncağa gedib, erməni tələbələrlə deyişmişdi, “Erməni qətli-amı” uydurma bir şeydir, demişdi. Məqaləyə görə o, həm də dedi ki, “Siz ermənilər tarixi həqiqətləri təhrif edirsiniz. Osmanlı torpaqlarında “Erməni qətli-amı” olmayıb, ancaq heyf ki, olmayıb. Siz ermənilər qətli-am olunmağa layiq bir xalqsınız”.
Bu hadisədən sonra erməni tələbələr universitetin rəhbərliyinə şikayət edib, bu professorun töhmət edilməsini, onun öz sözlərini geri götürməsini və tələbələrdən üzr etməsini tələb etdilər. Müdiriyyət altı ay ərzində araşdırma apardı və belə qərara gəldi ki, Alqarın, bir alim kimi öz fikrini söyləməyə haqqı var, çünki Amerikada söz azadlığı var və hər kəs öz fikrini sərbəst şəkildə ərz edə bilər. Ermənilər isə universitet müdiriyyətinin bu qərarına e’tiraz etdilər.
İnternetdə Həmid Alqarın adresini tapıb ona bir məktub yazdım. O, mənə cavab yazıb özünün çoxlu xarici dillər (ərəb, fars, türk, rus) bildiyindən danışdı, təsəvvüf mövzusuna yaxşı bələd olduğunu bildirdi. Sonra bu professor və’d etdi ki, onun özü tərəfindən ingilis dilinə tərcümə etdiyi bir kitabı, Kübrəviyyə təriqətinin şeyxi olan Nəcməddin Razinin (q.s) “Mirsad əl-İbad” əsərini mənə hədiyyə göndərəcək. Ancaq, nədənsə göndərmədi, halbuki o kitab mənə çox vacib lazım idi.
2006-cı ildə bir amerkalı sionist, Deyvid Horovits “Profesorlar: Amerikanın 101 ən təhlükəli üniversitet adamları” (The Professors: The 101 Most Dangerous Academics in America) kitabını nəşr edərək, ora dövlətin xarici siyasətinə zidd mövqe tutan adamlardan danışaraq, onların qara siyahısını tutmuşdu. Yəhudi müəllif ABŞ-ın İsrailə və İrana qarşı tutduğu mövqeyini tənqid edib, İran ruhanilərinin nöqtəyi-nəzərinin təbliğatı ilə məşğul olduğuna gərə doktor Həmid Alqarın da adını bu qara siyahıya əlavə etmişdi.
On il bundan qabaq Bakıda bir kitab dükanı vardı ki, orada İranda çap olunan ədəbiyyatı almaq olardı. Bu gün isə hökumət həm bu, İran dükanını, həmdə bütün türk kitabı satan mağazaları bağlatdırıb. Görünür ki, onların dini ədəbiyyat satmaları bizim hökumətə xoş gəlmirdi. On il bundan qabaq orada ingilis dilində dəftər boyda bir kitab almışdım. Kitabın adı “İmam Xomeyninin həccə gedən zəvvarlara müraciəti” idi. O kitabı İranın bir dini nəşriyyatı buraxmışdı, ancaq çox keyfiyyətsiz bir nəşr idi, səhifələrin bir hissəsi oxunmurdu. Mənə təəccüb gəldi ki, İranın dini nəşriyyatı İslam inqilabının rəhbərinin kitabını bu cür səliqəsiz şəkildə buraxıb.
Bu kitabın tərcüməçisinin kim olduğunu bilmirəm, bəlkə onu elə həmin o Alqar edib.
O məruzədə İmam Xomeyni (r.) “Ağ Evi” -- “Qara Ev” , İsraili isə “qeyri-qanuni varlıq” və “dünyanın sionist bədxassəli xərçəng şişi” kimi adlandırır.
Burada İmamın bu xütbəsindən bə’zi iqtibaslar gətirirəm:
Bəli, bizim “Nə Şərqi, nə Qərbi, Cümhuriyye İslami” şüarımız bu, səfalət və zülm dünyasında İslam İnqilabının əsas şüarıdır və o, qoşulmama siyasətinin bir ümumi təsviridir. Bu qoşulmama siyasəti həm İslami ölkələrə və, Allah qoysa, yaxın gələcəkdə, həm də İslamı qəbul edəcək başqa ölkələrə bəşəriyyətin azad olması üçün yeganə bir düsturdur. Biz, bu siyasətdən bir addım belə kənar atmayacağıq...
Ruhanilər, ariflər və alimlər gərək İslamın yardımına gəlsinlər və İslamı, həyatdan və məişətdən təcrid olunmuş vəziyyətindən çıxartsınlar. Siz daha gərək öz alçaldılmış və təhqir olunmuş halınıza dözməyib sizə qəbul etdirilən bütləri sındırasınız...
Biz bu təhqirə və rüsvayçılığa artıq dözməməliyik və dinimizi, onu, zalımlara satan ikiüzlü, üləma adlanan riyakarların əllindən qurtarmalıyıq. Müsəlmanlar gərək razı olmasınlar ki, bu cür satqın və yol azmış üləmalar onlara, zorla rəhbər qəbul etdirilsinlər. Nədə ki, yol versinlər bunlar, riyakar və zalım olanlar, İslami ümmətin səmimi dini rəhbərlərinin, ariflərin və həqiqi ruhani bələdçilərin yerini tutsunlar. Onlar gərək qoymasınlar ki, elələri, İslama sadiq olan həqiqi üləmanın nüfuzundan sui-istifadə etsinlər. Bu gün, İslamın mötəbər rəhbərləri və üləması müsəlman cəmiyyətlərindəki muzdurların, pis üləmanın və saray mollalarının yaratdıqları böyük təhlükədən danışmalıdırlar. Elələri o nadanlardırlar ki, hansılar ki, ədalətsiz hökumətlərlə və zalımlarla birləşib, məzlumların öz haqlarını tələb etməsinə mane’ olurlar. Və əxlaqsızlıq etmək üçün bu onlara lazım olanda, onlar, küfr əleyhinə mübarizə etmək və Allah yolu ilə getmək istəyən adamlara divan tuturlar. Qoy Allah İslam ümmətini bu dəyərsiz fərdlərdən, dinimizi satanlardan azad eləsin...
Necə ki mən, İnqilabdan qabaq və İnqilabdan sonra xəbərdarlıq etmişdim, eynilə bir də xəbərdarlığımı təkrar edirəm -- sionizmin xərçəng şişi hələ ki, İslam ölkələrinin bədənində qalıb durur. Mən bir daha bildirmək istəyirəm, Qüdsün azad olması işi üçün mən özümün və İran xalqının və dövlətinin yardımını İslam ölkələrdən əsirgəməyəcəyəm...
Şah rejimi dövründə İran, öz tarixindən və İslami dəyərlərdən məhrum olan qərbpərəst ölkəyə, İslam əleyhinə olan bir düşərgəyə çevrilmişdi və nübüvvətin bütün nişanələri yox edilirdi ki, tarixin və mədəniyyətin və İslamın bütün əlamətləri məhv olsun...
Ay Allah, Sən bilirsən ki, biz Şərqin və Qərbin əleyhinə ayağa qalxıb Sənin dininin bayrağını ucaltdıq ki, ədaləti bərqərar edək və Sənin Rəsulunun (s.ə.s.) yolunu tutaq, və bizi bu yoldan, bir anlığa belə, heç nə saxlamayacaq.
Ay Allah, Sən bilirsən ki, bu ölkənin camaatı Sənin dininin ləyaqəti üçün valideynlərinin qarşısında şəhid olundu, onlar Sənin əbədi rəhmətinə gülər üzlə, ümidlə və şövqlə yönəldilər. Sən bilirsən ki, Sənin dininin ümməti sui-qəsdlərlə əhatə olunub və Şeytanın amilləri bu ölkənin varlığına belə razı deyillər. Bu ölkənin iqtisadiyyatını gücləndirmək üçün hər gün daha artıq sə’y sərf olunur. Pərvərdigara, Sən bilirsən ki, bizim xalq hər cür çətinliyə sinə gəlib və o, Səndən başqa heç kəsdən qorxmur. Bizim xalq hər cür əzaba və ağrıya dözəcək, çünki o, bilir ki, bütün qələbələr Səndən və Sənin izninlədir.
Ondan başqa Alqar Xomeyninin, İslami hökümətin müsəlmanlar üçün zərururətini təbliq edən, “Hökuməte-islami: Vilayəti-fəqih” kitabını ingilicəyə tərcümə etmişdi.
XV ƏSR OSMANLI SUFİ ŞEYXİNİN KİTABINDAN BİR FƏSİL
MÜRŞİDİ-KAMİLİN LÜZUMU ÜZƏRİNƏ. İndi bil ey talibi-sadiq, haçan bir adam Haqq yoluna süluk etmək istəyə əvvəl ona lazımdır ki, bir mürşidi-kamil tapa, o mürşid Allahu Təalayı sevdirə; Allahı Təalayı sevməsə Allahu Təalaya talib olmaz.
Bəs ondan deyirlər kim: Mürşid odur ki, adama tələb bağışlaya, yə’ni Allahu Təalayı sevdirə. Və Allahı, talib, gərəkli şəkildə sevdikdən sonra, Allahu Təalaya o talibi dəxi sevdirə.
İndi belə bil ki, şeyxlər mərtəbəsi sufilər təriqindən ə’la mərtəbədir və dəxi o, nübüvvət niyabətidir; Allahın qullarını Allaha də’vət etməkdir.
İndi bu şeyxlər Allahı qullarına sevdirməyə səbəb olduqlarının vəchi odur ki, şeyxlər sadiq müridlərini təzkiyəi-nəfs və təzkiyəi-qəlb təriqinə süluk etdirirlər, könlü ayinəsini açarlar; o vaxta ki, könül ayinəsi mücəlla və təsfiyə olub açıla, könüldə ənvəri-ilahi mün’əks olur və tövhidi-cəmal aşikarə olur. Bəs ondan könül, ayninəi-cami-cəhannümayi-Həzrət olur. Və onun kimi könüldə Haqq Təalanın cəmi sifəti canu-könüldən daim onun həzrətinə talib olur, bir vəchi budur.
Və bir dəxi qulun Allahı sevməyin vəchi budur ki: Onda ki, şeyxlər gerçək müridlərin könülləri ayinəsin açsalar, o könüldə dünya bütün qəbayətiylə, həqiqətiylə zahir olur; axirət dəxi künh ilə qayət ilə aşikarə olur. Bəs könül gözü münkəşif olacaq, iki cahanın həqiqəti və iki mənzilin xasili bilinir və o vaxt qul bəqiyi sevər, faniyi tərk edər. İndi o vaxt zahir olur ki, şeyxlərin tərbiyətinin mənfəəti...
Rəsul həzrəti (əleyhissəlam) buyurdu:
“Alimin yuxusu cahilin ibadətindən xeyirlidir”
Birdə demişlər ki:
“Alimin yuxusu ibadətdir, cahilin taəti külli zillətdir”
İmam Qəzali Həzrətləri (rəhmətullahi əleyh) dedi:
“Üləmayi-zahirin elmi qəsbidir və sufilərin elmi kəşfidir”.
Və Şeyx Cüneydi Bağdadi (rəhmətullahi əleyh) deyir:
“Biz təsəvvüfu qaldan, qeyldən almadıq; cəmi mə’luf və məhsusatı tərk etməkdən aldıq və Haqq Təala eşqi oduna yanıb göynəməkdən aldıq” dedi.
Sultanül-arifin Şeyx Bəyazid Bistami (rəhmətullahi əleyh) buyurdu kim:
“Hər kimin ustadı yox, şeytan olur onun ustadı”
Və bu dəxi deyilmişdir ki:
“Hər kimin şeyxi yoxsa, onun dəhi dini yoxdur”.
Və bə’zi ariflər dəxi demişlər ki:
“Hər kim şeyx ədəbiylə ədəblənməsə, o dəxi Tanrı sözləriylə ədəblənməz və peyğəmbər sözüylə ədəblənməz”.
Belə olsa, bundan dəxi bilindi kim, bu şeyxlərə uymaq və bunlara mühibb olmaq labüd imiş və hər adama şeyx əldə etmək və onun ədəbiylə ədəblənmək əlbəttə gərəkmiş. Zira bu şeyxlər taliblərin çobanı kimidir, çobanı olmayan qoyunu qurd alırmış. Hər adam ki, talib ola, Haqq yoluna yürümək istəyə, ona şeyx gərəkdir.
Və bunu dəxi belə bil ki: Ta Adəm peyğəmbərdən bu dəmə yüz iyirmi dörd min dəxi artıq-əskik peyğəmbər və dörd yüz firqə, dörd təbaqat ərənləri və dəxi bunca əslafi-övliya, cəmi hamısı belə yürüdülər, amma birisi şeyxsiz və mürşidsiz bu yola yürümədi.
Bəs bunlardan bilindi ki, belə iqdam edən talibə əlbəttə bir şeyx gərəkmiş; yalnız elmlə və ağıl çoxluğu ilə olmazmış.
Necə ki Həzrəti Mövlana Cəlaləddini Rumi buyurur:
“Bu yollarda ağıl rəhbər olsaydı, Fəhri Razi dinin ən dərin məsələlərini bilən biri olmazmıydı?”
Zira bu müəllifi-fəqir deyir:
“On yeddi şeyxə yetişdim və hər birinə xidmət eylədim, onun içində həmən dördü şeyxi-kamil idi və şeyxliyə layiqdi və safi-məşrəb idi; qalanı kimi məşrəbi bulanıqdı və kimi mübtəde’ olub qedəməzlər, yolda buraxırlardı. Ondan birinə dəxi varırdım, o dəxi bir az çalışırdı, alıb gedəməz buraxırdı. Birinə dəxi gedirdim... Axır Sultan-i Şeyx Mühiyiddin Əbdülqadir Qeylaninin (qaddəsallahu) əziz oğlunun oğlunun oğlunun oğlu Şeyx Əbdülqadir Qeylanidir, ona yetişdim və onun qatında süluku tamam etdim, məqsuda yetişdim.”
Necə ki, Şeyx Bəyazid Bistami dedi:
“Mən daha doxsan doqquz şeyxə yetişdim, hər birinə xidmət etdim, amma Cəfəri-Sadiqə yetişməsəydim, axır imansız gedərdim.”
İndi, əziz, bu yolda yalan yerə oturub, gəlib şeyxlik davası edicilər, adam aldadıcılar, şeytanlar çox olur. Necə ki, Rəsul həzrəti (əleyhissəlam) bir xət çəkdi “Dəxi bu Haqq yoludur” dedi və ondan sonra o yoldan mütəfərrik yollar çəkdi, “Dəxi bunlar şeytan yoludur, bunların hər birinin başında bir şeytan oturur talibləri alıb cəhənnəmə getmək üçün” dedi.
Nuh peyğəmbər (əleyhissəlam) şeyxi-ənbiya ikən doqquz yüz il xalqı də’vət eylədi, doxsan adamı də’vət edə bildi...
Ustadı olmayanın ustadı şeytandır. Görməzmisin ki, Rəsul həzrətinin (səllallahu təala əleyhi vəssəllam) ustadı Cəbrail idi və əshabının ustadı Rəsul əleyhissəlam idi. Və ondan dəxi təbeinin ustadı əshab idi və tabei-tabein ustadı tabein idi.
Bəs o dəmdən bu dəmə qədər hamısı silsiləyə gəldi, bu ustadlıq və şagirdlik və şeyxlik və müridlik sürülüb gedir. Əgər talib kökü kəsilsə, şeyxlik dəxi kəsilir, nəüzübillah. Aləmin nəzmi pozulur, qiyamət qopar. Zira aləmin nizamına səbəb olanın biri dəxi məşayixdir. Bu məşayix isə müridi-sadiqdən hasil olur.
Və dəxi onun kimi adamları şeyx edilmək gərəkdir ki; o özü, vücudi-məcazisindən bilkülliyyə fani olmuş ola və vücudi-həqiqi ilə mövcud olmuş ola, taliblik və müridlik məqamından keçmiş ola; bəlkə mətlubluk və muradlıq məqamına yetişmiş ola, o Haqqa murad olmuş ola və Haqq ona mürid olmuş ola, ta ki şeyx olmağa yaraya.
Və dəxi onun kimi adamları şeyx edilmək gərək ki: Onun könlü gerçək könül ola; yə’ni qəlbi, qəlbi-həqiqi ola.
Və qəlbi-həqiqi odur ki, yerdən göydən ulu ola, ərşdən və kürsüdən o könül gen ola. Elə gen ola ki, binəhayə ola; zira binəhayə olmayınca, binəhayə irişməz. Bəs binəhayə yenə binəhayə görünür.
Necə ki Haqq Təala bizə o könüllərdən xəbər verdi:
“Yerlərim mənə gen olmadı, göylərim mənə gen olmadı, ərşim mənə gen olmadı, kürsüm mənə gen olmadı, o mömin qulumun könlü mənə gen oldu ki, məndən qeyri şeylərdən arıdır, pak edər”.
Bəs mürid olanın könlü dəxi elə edilmək gərəkir ki, binəhayə ola, qerçək könül ola.
Və dəxi onun kimi adamları şeyx edilmək gərəkir ki, onların zahirlərindən dəxi Haqq Təala xəbər verib buyurur ki:
“Onların kimi adamların eşidən qulağı mən oluram və görən gözü mən oluram və dəxi tutan əli mən oluram, ayağı mən oluram”.
Bəs bu mərtəbəyə irişməyən adamlar layiq deyildir.
Rəsul həzrəti (əleyhissəlam) buyurmuşdur ki:
“Bu aləmin yıxılmasına və bu dinin xarab olmasına səbəb üç tayfa olacaqdır. Biri cahil sufilər və biri fasiq alimlər və biri zalım bəylər” dedi.
Bəs bu cahil sufilər dinin səlahın və fəsadın bilməzlər, öz dinin və onun və bunun dinini fəsada verir. Bəs onlara uymaq yoxdur.
Və dəxi o adamları şeyx edilmək gərək ki, alim ola dedik; indi bu ülama dəxi iki növdür. Biri ülamai-zahir ki, oxumaqla və yazmaqla olmuş ola və biri ülamai-batin ki, təsfiyəi-nəfs ilə elm ona kəşf olmuş ola; ikisi dəxi alimlərdir, gərək qəsbi olsun, gərək kəşfi olsun. Amma bu ikisindən dəxi məhrum qalıb qara cahil olursa, şeyxliyə əsla yaramaz.
Bəs indi müridi-sadiq və talibi-eşq haçan şeyxin hökmünə, tərbiyətinə təslim olsa və onun ədəbiylə ədəblənsə, şeyxin batinindən onun batininə hal sirayət edər, əsərlərdən yetişir. Onun kimi ki, bir çıraq bir çıraqdan nur alır yanar; o vaxt ki, ikisinin arasında pərdə olamaya, ikisi birbirinə ulaşa. Bəs şeyxin sözü ki, dəxi müridin könlünə girib qərar eyləsə, şeyxin sözü ona nəfis hallar gətirir və dəxi şeyxdən hal müridə intiqal edər. O vaxt ki, mürid şeyxə xoş ədəblə müshib olsa və öz nəfsin ona təslim etməklə və özünün iradətini tərk edib, şeyxin diləyinə girməklə; bəs beləcə şeyxə bir adam mürid olsa, o vaxtın tə’lifi-ilahi ilə şeyxlə özünün arasında imtizaci-qəlbi və irtibat-ruhi olur. Lacərəm mürid dəxi şeyxlə irtibati-qəlblə və imtizaci-ruhi ilə öznün ixtiyarını tərk etməklə ədəblənir. Hətta o mərtəbəyə yetişir ki, şeyxdən fəhm eylədiyini Haqq Təala Həzrətindən dəxi fəhm etmiş olur, elə, vasitəsiz.
KÜÇƏLƏRDƏ YÜRÜYƏN ARVADLAR ŞEYTANIN ÇƏRİSİ VƏ HAMAMLAR FİSQXANƏLƏR MƏKANI OLDUĞU. Şeytan əleyhlə’n deyir ki, o vaxt ki, Haqq Təala məni mərdut eylədi, dərgahından sürdü, mən dedim:
“Yarəb, mən də səndən bir neçə şey diləyirəm!” dedim.
Haqq Təala dedi:
“Dilə, ya məlun, nə istəyirsən?”
Mən dedim:
“Əvvəl mənə çəri lazım!”
Haqq Təala dedi:
“Var sənə çəri, küçələrdə yürüyən arvadlar sənə çəri olsun!” dedi.
Yenə dedim:
“Mənə duracaq yer gərək!”
Haqq Təala dedi:
“Var, hamamlar və fisqxanələr sənə duracaq yer olsun!” dedi.
Mən dedim:
“Mənə bir yer ver ki, mənim əhlim orada bölük-bölük oturalar, danişmənd yeri ola; əlbəttə, xalq ziyan söyləşələr, yalan-yanlış malayə’nilər kimi söyləyə, kimi dinləyə” dedim.
Haqq Təala dedi:
“Var, sənə, bazarlar sənin xalqın ləğviyyət yerin olsun!” dedi.
Onun üçün sülaha’ zümrəsi bazarlarda oturmazlar, malayə’nilərə mürtəkib olmazlar. Həmən bir hacət üçün varırlar, naçar yenə, tezcə, qayıdırlar.
Zira Rəsul həzrətləri əleyhissəlam buyurdu:
“Küçə xalqı cəhənnəm xalqıdır.”
Ya dəxi şeytan deyir ki, yenə mən dedim:
“Yarəbbi, hanı mənə minməyə eşşək gərəkdir?”
Haqq Təala dedi:
“Sənə minməyə eşşək o kimsələr ki, mənim buyurduğumu tutmayan binamazlar, sənin eşşəyin olsun!”
Onun üçün Rəsul həzrəti əleyhissəlam dedi:
“Sizlər yəhudiyə və nəsraniyə salam verməniz və mənim ümmətimin yəhudilərinə salam verməniz!” dedi.
Dedilər:
“Ya Rəsulullah, sənin ümmətinin yəhudiləri kimlərdir?”
Rəsulullah əleyhissəlam dedi:
“Mənim ümmətimin yəhudiləri binamazlardır. Bəs haçan ki, yolda binamaza uğrasanız, bilin ki, şeytan onunladır.”
Dostları ilə paylaş: |