İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə14/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

Eynilə, qoy bütün dünya Fələstində daimi bir sülhün bərqərar olması üçün iki dövlətin, yəhudi və müsəlman dövlətlərinin, qurulmasının zərurətindən danışsın. Mən isə Fələstindəki yəhudi, sionist rejimini heç vaxt tanımayacağam, həmişə onu qeyri-qanuni bir varlıq hesab edəcəyəm və sionist-faşist dövlətinin məhv edilməsini tələb edəcəyəm...

Bir-iki il bundan qabaq kimsə bizim bir jurnalist qızı öyrədib ölkə başçısının yanına göndərmişdi. Qız ona belə bir sual verdi: “Müstəqillik qazanandan sonra bizim üç milyon yarım vətəndaşımız Azərbaycan Respublikasını tərk edib. Siz buna necə baxırsınız?” Ölkə başçısı cavab verdi: “Qoy getsinlər. Mən bunda bir pislik görmürəm... Siz onlar üçün nəyə görə narahatçılıq hissi keçirirsiniz? Onsuzda, artıq, onların çoxu bizim vətəndaşlıqdan çıxıblar, Rusiyanın, Ukraynanın vətəndaşlığını qəbul ediblər”. Yə’ni ki, onun demək istədiyi budur – onların respublikada qalıb, hökumətə baş ağrısı verməkdənsə getmələri daha yaxşıdır.

Görünür bunlar da Rusiyanın və Sovet İttifaqının siyasətini davam etdirirlər. Rusların siyasətinə görə Rusiyaya, müsəlman əhalisindən boşaldılmış Qafqaz lazımdır.

Qorbaçev vaxtı respublikada cəbhəçilər fəaliyyət göstərməyə başladılar. Nədənsə, mən, həmişə, Bakıda baş verən hadisələrə barmaq arası baxmışam. İdarələrdə işləmədiyim üçün yerli vəziyyəti hər xırdalığı ilə bilmirdim. O vaxt, bir gün bizim evə bir nəfər gəldi. O, xasiyyətinə görə vəzifə və pul hərisi adam idi. O, cəbhəçilərlə, siyasətlə məşğul olan adamlarla durub-otururdu ki, bəlkə onların vasitəsi ilə yaxşı vəzifə tutmağa və ya maddi vəziyyətini düzəltməyə bir yol tapsın.

O adam, maraqlı, mən bilmədiyim bir şey danışdı. Dedi ki, bu siyasətbazların, cəbhəçilərin tanınmış simaların heç biri müstəqil adam deyil, onların hər birinin güclü bir arxası var. Biri Mərkəzi Komitənin, biri Respublika Prokurorluğunun, biri Daxili İşlər Nazirliyinin, biri DTK-nin adamıdır. Onun dediyinə görə Əbülfəz Elçibəy Dövlət Təhlükəsizlik Komitəsinin adamı idi.

Görünür bu “qüvvəli dövlət idarələri” Sovet İttifaqının çökməsi ilə hakimiyyəti itirməkdən qorxurdular. Ona görə bu “inqilabçıları” dəstəkləməklə, hakimiyyətə əmrə tabe’ olan adamları, öz adamlarını gətirmək istəyirdilər.

Bundan görünür ki, bu idarələrdən ən qüvvəlisi, ən qüdrətlisi DTK olub ki, komitə, öz adamını hakimiyyətə gətirə bilib və onun vasitəsi ilə pərdə arxasından məmləkəti idarə edirdi.

Əslində, bu gün bu quruluşlar hakimiyyəti öz aralarında bölüşdürüblər, hərəsi öz sahəsində hökmranlıq edir. Yə’ni ki, Sovet dövründə hakim olan dairələr yenə də hakimiyyətdədirlər. Görünür ünvanların heç bir əhəmiyyəti yoxdur, ya “kommunist” olsun, ya “kapitalist”, fərqi yoxdur, əsas mahiyyətdir, o da ki, dəyişməyib qalıb. Bu mahiyyət isə mason mahiyyətidir, ziddi-din mahiyyətidir. Bu, hər iki məfkurələrin (kommunist və kapitalist) nəzəriyyəçiləri isə Sion müdrikləri, hükəmasıdır.

Bu yaxınlarda eşitdim ki, bizim hökumət Rusiyaya ilə bir müqavilə bağlayıb. Müqaviləyə görə Rusiyanın hərbi gəmilərinə respublikanın dəniz ərazisinə girmək icazə olunur. İndi Rusiyanın hərbi gəmilərinin ta ki, Astara sahilinə qədər, İran sərhədinə kimi getməyə imkanı vardır. İran hökuməti bundan xəbər tutanda Bakıya nota (məktub) göndərib, öz narazılığını bildirib. Notada deyilir ki, bu müqavilə həm Azərbaycan Respublikasının həm də İranın müdafiəsini, Rusiyanın mümkün hərbi təcavüzü qarşısında, təhlükə altına qoyur. Bu, hər ikimiz üçün zərərli bir müqavilədir.

Görünür iranlılar unutmayıblar ki, 1920-ci ildə Şura hökumətinin Xəzər dənizi donanması, Sergo Orcenikidzenin başçılığı ilə, İranın Gilan vilayətində şah əleyhinə üsyan edən marksist inqilabçılarına yardım etmək məqsədi ilə Ənzəli limana yanaşmıdı.

İkinci Dünya Müharibəsində, həmçinin, bu donanma İranın şimalını zəbt etmişdi. O vaxt sovet hərbi gəmiləri Xəzərlə üzüb, İran sahilinə yanaşdı: şurəvi ordusu, birinci dəfədə olduğu kimi, Pəhləvi (Ənzəli) limanından ölkəyə daxil oldu.

Sovet vaxtı bizim yerli hökumət sovetin xaçpərəst xalqlarını “qardaş xalqlar” adlandırırdı, lakin Orta Asiyanın müsəlman xalqlarını tanımaq istəmirdi. Hakim dairələr Moskvadan qorxaraq müsəlman olduqları üçün özbəkləri, türkmənləri, tajikləri qardaş xalqlar adlandırmaqdan çəkinirdilər. Bu siyasət indi də davam edir, xaçpərəst ölkələrlə dostluq etmək istəyirlər, müsəlmanlarla isə yox. Bizim vətəndaşdan soruşsan rusun tarixindən, mədəniyyətindən nə bilirsən? Ruslar barəsində saatlarla danışa bilər. Özbəklər, türkmənlər barəsində isə heç nə bilmir. Televiziyada həm sovet vaxtı həm də indi xaçpərəst ölkələrin mədəniyyəti gecə-gündüz təbliq olunur. Bu müsəlman xalqlar barəsində isə heç vaxt bir şey göstərmirlər.

Özbəklər müğamı bizimkindən bir qədər fərqli, maraqlı bir şəkildə ifa edirlər. Daşkənddə olanda dükanlarda özbək muğamat ustalarının vallarını axtardım ancaq tapa bilmədim. Bizim televiziyada isə özbək muğamatını heç vaxt çalmazlar, çünki “padşah” bunun əleyhinədir. Onun icazəsi olmasa göstərə bilməzlər. Hökumətin rəsmi siyasətinin ziddinə hərəkət etmək istəmirlər.

Mən düşünürəm ki, Orta Asiya respublikalarının müstəqilliyi müvəqqəti bir şeydir. Rusiya bu müsəlman respublikalarını, tədricən, təzədən Rusiyaya birləşdirəcək. Ruslar bunu bir güllə atmamış belə edə biləcəklər. Moskva orada hakimiyyətdə duran fərdlərə deyəcək ki, “dövlət xəzinəsindən mənimsədiyiniz, oğurladığınız bütün pulları, sərvəti özünüzdə saxlaya bilərsiniz”. Belə halda onlar heç bir müqavimət göstərmədən hakimiyyəti ruslara təhfil verəcəklər. Müsəlman qara camaatı isə fikirləşəcək, axı biz müstəqillikdən nə qazandıq ki? Heç nə! Onlar da e’tiraz etməyəcəklər. Zənnimcə bütün bu respublikalar, tezliklə, təzədən Rüsiyanın müstəmləkəsi olacaqlar.

Moskva üçün bizim respublikanı ələ keçirmək işi bir qədər daha çətin olacaq. Fəqət Kreml belə gərara gəlsə, bunu edə biləcək. Onun buna hər imkanı var. Rusiyanın qarşısını alacaq, ona mane’ ola biləcək nə daxildə, nə də ki xaricdə heç bir güvvə olmayacaq...

Qərb şərqşünasları deyirlər ki, müsəlman xalqlarının hamısında yaltaqlıq xasiyyəti var, fərqi yoxdur bu ərəblər olsun, türklər olsun ya başqaları olsun. Məncə də bu belədir. Ondan başqa müsəlman xalqları məzlum olur, xasiyyətlərinə görə zalımlara tabe’ olmağı sevirlər.

İnternetdəki Rusiya ləzgilərinin saytında talış ictimayi xadiminin, Fəxrəddin Abbaszadənin maraqlı bir məqaləsini tapdım. “Ləzgi və ya talış Azərbaycan prezidenti ola bilərmi?” sərlövhəli məqalədən bir parça:
Növbəti seçkilər ərəfəsində Azərbaycanda çox adam anlamağa çalışır kı, əgər birisi ürək edib respublika prezidentliyinə öz namizədliyini irəli sürmüş olsa onun qarşısına hansı “yazılmamış qaydalar” və siyasi tələblər qoyulacaqdır.

Bu çox məzəli bir məsələdir ki, Azərbaycan Respublikası adlanan dövlətin tarixin səhnəsində peyda olmasının ilk anından bu yana onun hakimiyyətində bir dəfə də olsun “əsl türk” olmayıb!

Həttə, 1918-ci ildə onun varlığı haqqında dünyaya xəbər çatanda da bu dövləti quranların arasında bir nəfər belə türk olmayıb. Baxmayaraq ki, sonradan, bunların bə’ziləri özlərini türk millətçıliyinin qizğın tərəfdarları kimi göstərməyə çalışırdılar, əfsus ki, milli mənsubiyyətlərinə görə onların hamısı “yadlar” olublar.

Məsələn, Azərbaycanda türkçülük məfkurəsinin əsas təmsilçisi “Musavat” partiyasıdır. Onu tə’sis edənlərdən biri Məmmədəmin Rəsulzadədir ki, o da pars (dağlı tatı) idi. Fətəli xan Xoyski isə kürd xalqının nümayəndəsi idi və ilaxir.

Sovet hakimiyyətinin ilk günlərində Azərbaycanın hakimiyyətində, əsasən, özlərini tat kimi gələmə verən yəhudilər olub ki, bunların da ən tanınmışı Nəriman Nərimanovdur. Bir az keçəndən sonra respublikada hakimiyyət, həmçinin, tat kimi qələmə verilən Quba yəhudisinə, Mircəfər Bağırova e’tibar olunmuşdu.

Bağırovdan sonraki illərdə də hakimiyyətdə cürbəcür millətlərin nümayəndəri olublar. Məsələn, İmam Mustafayev (1954-59) – tsoxur, Vəli Axundov (1959-69) dağlı tatı və s.

Azərbaycan dövlətçiliyi sün’i bir şəkildə yaradılmışdı. Bu varlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, rəhbərlərinin demək olar ki, hamısı qeyri-türklər olduğu halda, bu varlığı yaşatmaq üçün, onlar türkçülük məfkurəsini önə çəkməyə məcburdurlar.

Bu respublikanın qisa ömrü onu sübut edir ki, Azərbaycanda türk millətindən olan adam heç vaxt dövlət başçısı ola bilməz. Təkrarən, qətiyyətlə bildirirəm ki, milliyətinə görə türk xalqına mənsub olan fərd heç vaxt Azərbaycanın Prezidenti olmayacaqdır.

Əfsus ki, əhalinin böyük qisminin türk milliyyətçiliyi azarına tutulduğu bir zamanda, heç bir türk ləzginin və ya talışın prezident olmasına razı olmaz, belə namizədə səs verməz.
Belə görünür ki, bu müəllif çox məlumatlıdır. Bizim bilmədiyimiz şeylərdən xəbəri var.

Atam deyirdi ki, Bağırovun baçısı onların kənddəki evlərinin üzbəüzündə yaşayırdı. O, bə’zən, oraya bacısını görməyə gəlirdi. Ancaq atam mənə onun yəhudi olması barəsində bir söz danışmayıb.

Respublikanın ləzgi və talış millətçiləri, həmişə, şikayət edirlər ki, türkdillilər onlara zülm edir. Bu yazıçı da həmçinin. Ancaq onun bu sözlərində bir təzad var. Hərgah bizim dövlətin başında heç vaxt türk əhalinin nümayəndəsi olmayıb, o vaxt onlar necə ləzgilərə və talışlara zülm edə bilərdilər? Axı hakimiyyət onların deyil, azlıqların əlindədir.

Mən belə düşünürəm ki, Sovet vaxtı Moskva Qusar tərəfdə yaşayan ləzgi əhaliyə söz verib, onları inandırmışdı ki, bir vaxt böyük bir ləzgi respublikası yaradılacaq və bizim respublikanın bu ərazisi də ona qatılacaq. Görünür elə bu səbəbdən Qusarın ləzgiləri məktəblərdə rusca oxuyuyub, gələcəkdə Rusiya Federayisasında yaşacaqlarına ümüd bəsləyirdilər.

Qorbaçev vaxtı ermənilər Moskvada, syezdlər sarayında Qarabağa müstəqillik tələb edib, bizim xalqı pisləyir, lənətlər oxuyurdular. Ancaq bizim deputatlar susurdular, söz alıb danışmağa, bizim mövqeyi anlatmağa cəhd etmirdilər. Onlardan soruşulanda ki, ermənilərə nə üçün lazımlı cavab vermədiniz? Cavabında “mən orada deyildim, xəstə idim” deyib, canlarını qurtarırdılar.

Anlaşılır ki, onlar bizim Mərkəzi Komitənin göstərişinə görə (“qoy ruslar və ermənilər nə danışırlar danışsınlar, siz isə yerinizdə sakit oturun, səsinizi çıxartmayın”) hərəkət edirdilər. Bizim hakim dairələr, deputatlar Qorbaçevin inqilab hərəkatından təlaşa düşmüşdülər, vəzifələrini itirmək qorxusu ilə yaşayırdılar.

Bu yığıncaqlar Sovet İttifaqının hər yerinə televiziya vasitəsi ilə canlı şəkildə yayımlanırdı.

Bir dəfə yenə də bir nəfər erməni mikrafona çıxıb bizim əleyimizə danışmağa başladı. Erməninin danışdığı vaxt bizim bir deputat kadra düşdü. Televiziya operatorunun kameranı ona tuşladığını görəndə bu deputat təşvişə düşdü, üzünü başqa tərəfə çevirdi. Qorxdu ki, respublikada onun orada olduğunu və ermənin ittihamlarını cavabsız qoyduğunu biləcəklər.

Rus operator kameranı başqa tərəfə çəkmirdi, elə hey bizim bu “igid” deputatımızı, ziyalımızı göstərib dururdu. Bu deputatın gövdəsi və kəlləsi çox böyük olduğundan, baxmayaraq ki, o, başını o yan bu yana döndərirdi, yerə əyirdi yenə də istədiyinə nail ola bilmirdi.

Ola bilər ki, bu rus operator bunun bizim respublika nümayəndəsi olduğunu bilirdi. Bəlkə də bilmirdi. Olada bilər ki, o, deputatın bu hərəkətlərindən, üzünü gizlətmək cəhdlərindən şübhəlmənmişdi, fikirləşirdi ki, burada nə sə var, kameranı ondan çəkməyəcəyəm.

Bir dəfə də bizim başqa deputatımızı, H.Turabovu göstərdilər. O, birinci sırada oturmuşdu, qaşlarını çatıb mikrafona danışan erməniyə baxırdı. Ondan soruşsalar ki, bəs sən niyə susurdun, söz alıb danışmırdın? Cavab verəcəkdi ki, mən ona acıqlı şəkildə baxdım və o, dərsini aldı, bildi ki, mən də demək istəyirəm.

Belə adamlar artistlər, müğənnilər, rəqqaslar deputat ediləndə məqsəd onların millət üçün səmərəli bir iş görməsi deiyl, məqsəd bir görünüş yaratmaqdır.

Axı artist syezddə və ya milli məclisdə nə danışa bilər? Artistin öz sözü yoxdur. O, yalnız başqasının yazdığını əzbərləyib səsləndirə bilər. Mikrofonun qarşısına çıxardılsa, ancaq göz-qaş oynada bilər, başqa şey bacarmaz. Rəqqas deputat milli məclisdə ancaq rəqs edə bilər, müğənni deputat isə ancaq nəğmə oxuya bilər.

Bizim yerli hakim dairələr Cavidləri, Müşviqləri ittiham edib, Sibirə ölümə göndərirdilər. Bunu etməklə rütbələr qazanır, yüksək vəzifələr alırdılar. Ziyalılarımız isə: yazıçılar, şairlər, bəstəkarlar bir-birlərini satırdılar və bunun hesabına yüksək adlara nail olurdular: Xalq şairi, Xalq yazıçısı olurdular. Zənnimcə, hərgah hər hansı yazıçı və ya şair Stalin, Bağırov vaxtı tululmayıb, məhkum edilib, Sibirə göndərilməyib, deməli o, yoldaşlarına, dostlarına, həmkarlarına xain çıxmışdı, onları satmışdı.

Bir neçə il bundan qabaq birisi televiziya verilişində Cavidin məhkum olunmasından danışdı. O, dedi ki, akademiyada yığıncaq çağırmışdılar. Məruzəçilər bir-bir tribunaya çıxıb onu tənqid edirdilər. Bunlardan biri Bülbül idi. Müğənni Cavidi sovet hökumətinin, quruluşunun düşməni kimi, pantürkist kimi təsvir edib, pislədi. Onda, əli çəlikli Cavid ayağa qalxıb, axsaya-axsaya zalı tərk etdi. O, başa düşdü ki, onun işi bitdi, çünki, adətən, bu cür ittiham olunanlar, belə yığıncaqlardan sonra, həbs olunurdu.

Ancaq nədənsə bu verilişdə ancaq Bülbülün adı çəkildi. Halbuki, o yığıncaqda başqa tanınmış incəsənət xadimləri, yazıçılar, şairlər də iştirak ediblər. Şübhəsiz ki, onlar da Cavidi tənqid edən çıxışlar ediblər. Görünür ki, onun Bülbüllə qarşı şəxsi qərəzliyi var idi, odur ki, təkcə onun adını çəkib.

Bunlar, bu şəkildə, Cavidi ittiham edərək, Sibirin ölüm düşərgələrinə göndərib, rütbələr, yüksək vəzifələr qazandılar. Sonra, bu gün isə eyni adamlar şəhər meydanında Cavidə nəhəng bir heykəl ucaldıb özlərini millət qəhrəmanları kimi göstərmək istəyirlər.

Cavidi satan adam üçün, Bülbülə də Bakıda ayrıca bir heykəl qoyublar.

Bir nəfər Londondakı səfirliyimizdə səfir vəzifəsini tuturdu. Sonra onu işdən çıxartdılar. O, Bakıya qayıdıb bir müddət işsiz qaldı. Axırda jurnalistlərə şikayət etməyə başladı. Dedi ki, bilmirəm bizim bu Xaricı İşlər nazirliyi nə cür adamları səfirliyə işləməyə tə’yin edir. Dövlət dilini bilmirlər, milliyəti nədir o da aydın deyil. Çox güman hamısı xarici dövlətlərin xeyrinə işləyirlər, cəsusdurlar. Səfirlikdə işlərini bitirəndən sonra isə respublikaya qayıtmırlar, xarici dövlətlərin vətandaşlığını qəbul edirlər. O, bunu qəsdən edirdi. Yə’ni ki, hökumətə işarə vururdu, “əgər mənə yüksək bir vəzifə verməsəniz, onda açaram sandığı, tökərəm pambığı”. Yə’ni ki, sizin zibil işlərinizin üstünü açacağam.

Bu müsahibədən çox qısa zaman keçəndən sonra, hökumət ağzını yumdurmaq üçün, onu yaxşı bir vəzifəyə tə’yin etdi.

7-8 il bundan qabaq Bakıya Roma papası gəlmişdi. Bunlardan soruşasan görək, papanın müsəlman ölkəsində nə işi var, onu buraya nəyə gətirtmisiniz? Respublikada axtarsan bəlkə iki-üç nəfər katolik vətəndaşını tapmaq olar, bundan artıq olmaz. Aydındır ki, hakimiyyət Qərbə, xristian dünyasına yaltaqlanmaqdan ötrü bu səfəri təşkil edib.

Eşitdim ki, Dini Təşkilatlarla Iş Üzrə Dövlət komitəsinin sədri televiziyada e’lan etdi ki, Roma papasını respublikaya də’vət olunması fikri birinci mənim ağlıma gəlmişdi, bütün təşkilatçılıq işini də bizim komitə görmüşdü. Ondan başqa papa mənim özümün şəxsi mehmanxanamda qalırdı. Bu komitə sovet vaxı KGB-nin, bu gün isə DTN-in şöbəsi kimi failiyyət göstərir. Deməli təşəbbüs Dövlət Təhlükəsizliyi nazirliyinin təşəbbüsü idi. Axı bütün dini məsələlər onun səlayiyyətindədir. Mehmanxana da görünür bu nazirliyinin, rəsmi ya da qeyri-rəsmi, xüsusiyyətidir.

Papa üçün təşkil olunmuş qarşılanma mərasimi xüsusi təmtərahla hazırlanmışdı. Təyyarədən düşəndən sonra onu xüsusi bir taxtda oturtdurlar. Bunun ardınca Qərb ölkələri səfirləri və məmləkətin bütün hökumət adamları, şahın hüzuruna gələn kimi, papanın qabağına gəldilər. Kimi onun əlindən öpürdü, kimi tə’zim edirdi.

Anam mənə dedi ki, respublikanın lideri, rəhbəri də onun əlindən öpmüşdü. Mən bunu görmədim, bu sözə çox da inanmıram.

Qafqazın baş mollası, Allahşükür də gəlmişdi. Bu özü-özlüyündə müsəlmanların alçaldılması mə’nasına gəlir. Güya papa bizim şeyxülislamdan daha üstün adamdır. Əgər Paşazadə papa ilə görüşmək istəyirdisə, onda o, gərək papanı öz iqamətxanasına də’vət edəydi. Qoy sən deyil, papa sənin ayağına gəlsin. Bu səfəri hazırlayanların məqsədi elə bu idi – müsəlmanları, İslamı alçaltmaq, dinimizi nüfuzdan salmaq. Müsəlmanları xaçpərəstlərlə müqayisədə ikinci sinif adamlar kimi, İslamı isə xristian dini ilə müqayisədə ikinci dərəcəli bir din kimi göstərmək.

Ələlxüsus şeyxülislam üçün bu belədir. Dövlət adamlarının hava limanında Vatikan dövlətinin başçısını qarşılamasına bəhanə tapmaq olar. Ancaq şeyxülislam üçün olmaz. Məsəl üçün, Vatikana hər kim gəlsə, papa onu qarşılamaq üçün çölə çıxmaz. O, hamını öz iqamətqahında, sarayında qarşılayır. Yə’ni ki, o, özünü hamıdan üstün tutur, daha vacıb adam hesab edir. Katoliklərin inanclarına görə papa yer üzündə Allahın baş nümüyəndəsidir. Müsəlmanlar üçün isə Roma papasının məqamı əhəmiyyətsiz bir şeydir.

Axşam isə papanın xatirinə bir stadionu on min adamla doldurdular. Əksəri yerlilər olub. Bir miqdar xarıcılər də var idi.

Papa stadionun bir başında taxtda oturanda orada bir hadisə baş verdi. Adətən, o, hər-hara getsə onu özünün xüsusi cangüdənləri qoruyarlar. Lakin onlar papanın yanında görünmürdülər. Görünür bizim dövlət təhlükəsizliyi idarəsi Vatikan tərəfiini əmin edib ki, o, papanı qorumaq işini öz üzərinə götürür və onun təhlükəsizliyinə tam tə’minat verir.

Yığıncağın bir yerində stadionun qapısından bir səs gəldi. Sonra televiziya operatorları bir çolaq kişini göstərdilər. Bu adam qoltuğağacını havada silkələyərək və qışqıra-qışqıra papa tərəfə qaçırdı. Qoruqçılar, polislər və xəfiyələr onu saxlamağa heç bir təşəbbüs göstərmədilər. O, uzun bir məsəfəni o şəkildə yürüyür və papanın 10-15 metrəliyində (görünür ki, qabaqcadan şərtləndiyi bir yerdə) durur. Uzun bir zaman ərzində əlindəki ağaçı havada silkələyir və nəsə qışqırırdı.

Çox təəcüblü bir məsələdir ki, heç kəs yerindən qımıldanmadı, onu zərərsizləşdirmək üçün hərəkətə gəlmədi.

O vaxtlarda artıq papanın səhhəti pis vəziyyətdə idi. Lakin üzünün ifadəsindən aydın idi ki, o, bərk qorxmuşdu. Axı onun xatirində idi ki, bir dəfə Romada bir Türkiyə vətəndaşı, bozqurdçu tapancadan güllə atıb onu yaralamışdı. Bilirdi ki, bizim respublikanın əhalisi də, əksərən, türkdür.

Nəhayət, polis paltarı geyinmış DTN işçiləri çolaq adamı tutub, stadiondan çıxartdılar.

Mən bunu belə başa düşdüm. Bizim DTN bu hadisəni qabaqcadan hazırlamışdı. Papanı hədələmək, xoflandırmaq üçün. Bunu da İsrailin sifarişi ilə ediblər. Əvvəllərdə respublikanın təhlükəsizlik idərəsi Moskvaya tabe’ idi, bu gün isə belə görünür ki, Tel-Avivin təbeçılıyindədir və Mossadın bir şöbəsi kimi failiyyət göstərir.

Sionistlər belə hadisələr yaratmaqla dünyanın dövlət başçılarını, siyasət adamlarını, dini xadimlərini, tanınmış adamlarını, daima, qorxu altında saxlamağa çalışırlar. Buna oxşar vaqiələr yaradaraq, suiqəsdlər törədərək onlara işarə edirlər ki, sionistlərin bir sözünü iki edənlər, onlara zidd mövqe tutanlar mütləq bir şəkildə məhv ediləcəklər.

Çox jurnalistlər və müəlliflər kitablar yazaraq İsraili, sionistləri ittiham edərək bildirirlər ki, Amerikanın başçısını Kenedini və onun senator qardaşını yəhudilər öldürtdürüblər. Bə’zi müəlliflərin fikrinə görə onlar bunu Kenedinin müstəqil Fələstin dövlətini yaratmaq fikrinə düşdüyü üçün ediblər. Başqa müəllifləri buna ayrı səbəb gətiriblər -- Kenedi dolları buraxan Federal Rezerv Fondunu yəhudi sahibdarların əlindən alaraq, milliləşdirilməsinə qərar verdiyi üçün.

Başqa misal gətirim. İşveçin başçısını Palmenin müəmmalı, sirli suiqəsdi. Mənim fikrimə görə bunu da sionistlər ediblər. Dünyada belə müəmmalı suiqəsdlərin sayı-hesabı yoxdur.

Bu səbəbə dünyanın hökmdarları sionistlərin qarşısında tir-tir əsirlər, acıqlarını tutdurmaq istəmirlər.

Bu bozqurdçu da çox güman ki, yəhudilərin əmrinə, tapşırığına görə papaya güllə atmışdı. Qərb bu hadisədən sonra Sovet İttifaqını günahkar etdi, güya ki, Ağca Moskvanın, KGB-nin tapşırığı ilə hərəkət edirdi. Halbuki, bu büsbütün yalan idi.

Görünür ki, yəhudilər katolik aləminin birinci adamını və ümumiyyətlə bütün xristianları vahiməyə salmaq istəyirdilər. Yə’ni ki, biz yəhudilər kimliyindən asılı olamayaraq bizim əl-ayağımıza dolaşan hər kəsi qətl edə bilərik, istər bunlar dövlət başçıları və ya dini rəhbərlər olsun.

Ondan əlavə bir türkün, müsəlmanın əlinə tapancanı vermək ilə yəhudilərin məqsədləri həm də katolik aləminin gözündə müsəlmanları düşmən etmək idi. Sionistlər həm də İranın bir neçə din xadimini, ayatollasını öldürtmüşdü.

Axır zamanlarda, Roma papaları, seçildikdən üç gün sonra, yəhudilərə hörmət göstərmək üçün Romanın sinaqoquna gedirlər. Sionistlər papaları məcburən sinaqoqa gətirərək, öz qüdrətlərini dünyaya nümayiş etdirmək istəyirlər. Axı katolik aləminin baş keşişinin sinaqoqda nə işi var? Hz. İsanı öldürənlər yəhudilər olub. Musəvilər İsanı peygəmbər saymirlar, daima ona lənətlər oxuduqları halda papa onlara bu cür hörmət göstərir. Aydındır ki, o, bunu öz xoşuna görə etmir. Bunu ona qorxu vadar edir.

30-40 il bundan qabaq bir Roma papasını zəhərləyib öldürmüşdülər. Bu suiqəsdin arxasında da hansısa qaranlıq güvvələr dururdu.

Bakıda ingilis dilində bir qəzet çıxırdı. Orada, məqalədə bir amerika katoliki papanın Bakıya səfəri barəsində yazırdı. Ancaq, nədənsə, stadionda baş verən bu hadisə barəsində bir söz belə yazmamışdı. Fəqət, stadiona yığılan bizim vətəndaşları bir şeyə görə bərk qınayırdı.

Stadionda bir keşiş xristianların bir müqəddəs dini ayinini keçirirdi, ona yaxınlaşan xristianların ağızlarına bir həb qoyurdu. Bizim vətandaşlar ailəcə: ər, arvad və uşaqlar, ümumiyyətlə, bütün stadion yaxınlaşıb o həbləri udurdu. Jurnalisti mə’yus edən şey o olub ki, bizim adamların anlayışına görə bu italiyan şiriniyyatı idi, halbuki bu möhüm bir xristian dini ayinidir. Onu narahat edən, o idi ki, bizimkilər bu ciddi dini mərasimi, məzəkəli bir tamaşaya çevirmişdilər.

Bir xaricı şəhərdə əlimə Bakıda çıxan bir qazet düşdü. Respublikadakı vəziyyətdən xəbərdar olmaq üçün onu maraqla oxudum. Birinci səhifədə əllərində avtomat olan oğlan və qızın şəkli vurulmuşdu. Görünür ki, bunlar yerli inqilabçılar idi. Orada həm də maraqlı bir yazı var idi. Yazılmışdı ki, Bakıdakı Milli Məclis binasının qarşısında camaat, nümayişçilər yığılmışdı. Nəyisə tələb edirdilər. Bu vaxt qarşıdakı mehmanxana binasından bir pulemyotçu onlara güllə atmağa başladı. Ölən və yaralananlar oldu. Nəhayətdə, adamlar binaya daxil olub pulemyotçunu zərərləşdirdilər. Bu adamların yerində hər-hansı başqa millət olsa, ingilis, rus və ya erməni, onlar o adamı yerindəcə parçalayardılar, tikə-tikə doğrayardılar, öldürərdilər. Axı, bu adam sənin yoldaşını, dostunu, vətəndaşını gülləyə tutub.

Ancaq məqaləyə görə bizimkilər ona toxunmadılar və aparıb KQB-yə təhvil verdilər. Yə’ni ki, qoy onu hökumət cəzalandırsın. Bizim bu adamlar, bu nümayişçilər özbaşına hərəkət etməkdən qorxurlar, yuxarıdan əmr gəlməsə özləri heç bir qərar ala bilmirlər.

Bunlar həm də başa düşmürlər ki, o pulemyotçunu ora hökumət göndərib və o, dövlət təhlükəsizlinin işçisidir. Aydın məsələdir ki, KGB ona heç bir şey etməyəcək, tapşırığı yerinə yetirdiyi üçün ona təşəkkür e’lan edəcək, bəlkə də rütbəsini artırdacaq.

Gorbaçevin inqilabı Moskvada, paytaxtda baş verirdi. Bakı kimi əyalətlərdə isə yerli hakimiyyət buna çox pis baxırdı. Yerli hakim dairələr qorxurdular ki, onlar bu inqılab nəticəsində vəzifələrini itirə bilərlər. Bu dairələr hər cür fənd ilə sovet hakimiyyətini qorumağa, onun ömrünü uzatmağa çalışırdılar və xalq hərakatına qarşı idilər...

Bu yaxınlarda Bakıda, küçədə siqaret çəkən bir qız gördüm. Görünüşündən yəhudiyə oxşayırdı. Məncə bu qeyri adı bir şeydir, qadınlar şəhərin küçələrində siqaret çəkməkdən hələ də çəkinirlər. Bununla əlaqəli bir şey yadıma düşdü.

Bir gün məktəbdən çıxıb evə gedəndə, “26-lar bağı”ından keçəndə Axundov kitabxanasının qarşısında siqaret çəkən bir qız gördüm. Ömrümdə birinci dəfə idi ki, şəhərdə siqaret çəkən qız görürdüm. O qızın hər tərəfində möhkəm bədənli bir cavan oğlan dururdu. Bu düz bir ay çəkdi. Hər gün məktəbdən çıxanda orada siqaret çəkən qızı və onu qoruyan oğlanları görürdüm. Bunlar hər dəfə fərqli adamlar olurdu. Uşaqlığda buna bir mə’na verə bilmədim. Ancaq sonralarda, böyüyəndə bu hadisəyə düzgün qiymət verə bildim. Başa düşdüm ki, bunlar KGB-nin adamları olub və onlar sovet hökumətinin göstərişi ilə müsəlman camaatı üzərində təcrübə aparırdılar. Dinsiz hakimiyyət çalışırdı ki, millət dindən, adətdən üz çevirsin, əxlaqı pozulsun. Bizim xalqı hər cür pozğunluğa, əxlaqsızlığa alışdırırdılar. Bircə şeyə, qadınların küçədə siqaret çəkməsinə nail ola bilmirdilər. Görünür ki, onların bu təcrübəsi, cəhdi də boşa çıxdı.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin