İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə9/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
İmran N. Hüseynin, İslam aliminin yazdğı kitabdan bir parça. Naşir: “Məscid Dar ül-Quran”, Nyu York.

VƏHHABİLİK


Deyilənə görə Məhəmməd İbn Əbd əl-Vəhhaba qarşı çıxanlar onun öz atası Əbd əl-Vəhhab və doğma qardaşı Səlman İbn Əbd əl-Vəhhab olublar. Atası alim və qazı olub. Səlman İbn Əbd əl-Vəhhab qardaşının yeni tə’limini təkzib edən, pisləyən bir kitab yazmışdı. Kitabın adı “Vəhhabi məzhəbinə qarşı ilahi şimşəklər” (“Əl-səvaiq əl-ilahiyyə fi məzhəb əl-vəhhabiyyə”).

1801-ci və 1802-ci illərdə, Əbdül Əziz ibn Məhəmməd ibn Səudun başçılığı altında olan vəhhabi dəstəsi hücum edib İraqın Kərbəla və Nəcəf şəhərlərini tutmuşdu. Orada onların tərəfindən Peyğəmbərin nəvəsinin, İmam Hüseyn ibn Əlinin (ə.s.), İmam Əli ibn Əbu Talıbın (ə.s.) məqbərələri dağıdılmışdı. 1804-cü ildə isə Səudilər Məkkəni və Mədinəni ələ keçirib, oranın bir çox müqəddəs yerlərini və məzarları (peyğəmbərin qızı Fatimənin məqbərəsi kimi) dağıtmışdılar. Onlar bunu şirkə qarşı, Allaha şərik qoşmaq əleyhinə mübarizə kimi adlandırmışdılar.

1998-ci ildə Səudiyyə Ərəbistanın rəhbərliyinin, bu mə’lunların əmri ilə Peyğəmbərin anası Əminə bint Vəhəbin məzarının üstü buldozerlə dağıdılmış və üzərinə benzin tökülüb yandırılmışdı. Bu iş, müsəlman aləmində geniş şəkildə qınanıldı və böyük narazılıqla qarşılandı.

Əvvəlcə Qahirədə “Dar ül-Kitab əs-Sufi” nəşriyyatında ərəb dilində “Müzəkkərətül mister Hemfer” adında kitab çıxmışdı. Sonradan isə bu kitab Türkiyənin “Həqiqət Kitab Evi” nəşriyyatında “İngilis casusunun e’tirafları” adı altında nəşr olundu. Kitabı, nəşriyyatın İnternetdəki saytında (hakikatkitabevi.com) türk, ingilis və rus (“Признания английского шпиона”) dillərində oxumaq və hətta, ona qulaq asmaq da olar.

Naşir deyir ki, “Bu kitabı oxumaq hər bir müsəlman üçün vacibdir!”

Kitab 1700-cü illərdə İstanbula gələn və orada çeşidli İslam elmlərini və dillərini öyrənən ingilis casusunun, Hemferin xatiratının tərcüməsidir. Bu bir ingilis cəsusunun müsəlman aləmini, İslam dünyasını parçalamaq üçün etdiyi casusluq fəaliyyətlərindən danışan, onun vəhhabiliyi necə yaratdığını anlatan əsərdir.

Halbuki xaçpərəst, yəhudi və vəhhabi qələm sahibləri bu kitabın saxtalaşdırılmış, onun həqiqi müəllifinin hansısa bir Osmanlı türkü olduğuna tə’kid edirlər. Bu üç dəstə həmfikir olub belə hesab edir ki, kitab vəhhabi tə’limini qaralamaq üçün yazılmış, uydurma bir şeydir. Qərb jurnalistləri yazırlar ki, necə ki, “Sion müdriklərinin protokolları” sionistləri pisləməkdən ötrü saxtalaşdırılmış bir sənəddirsə, bu kitab isə ingilisləri pisləmək üçün uydurulmuş bir əsərdir. Bunların əksinə olaraq bu kitab müsəlman aləmində rəğbətlə qarşılanmışdı, əksər müsəlmanlar orada yazılanların doğru olmasına inanırlar.

Məncə də bu maraqlı bir əsərdir və mən onun bir hissəsini oxudum. Ancaq, məncə, sünnü bir türkün yazdığı müqəddimədə şiə məzhəbinin pislənməsi yersiz bir şey idi. O, bunu edəndə, həm də vəhhabilərin şiələrə qarşı etdiyi ittihamları təkrar etdi.

Bakıda sıravi adamların, “Şiə nədir, sünni nədir, bu bölünmə nəyə lazımdır?” dediklərini tez-tez eşidirəm. Anlaşılır ki, bu sözləri onların ağzına qoyanlar din əleyhdarlarıdır. Əslində bunu deyənlərə heç din də lazım deyil. Müsəlman məzhəbləri nəyə lazımdır deyən ya axmaqdır, ya da din düşmənidir. Din və əqidə düşmənləri qara camaata deyir ki, müsəlman aləmində vəhdət yaratmaq üçün şiə və sünni məzhəblərini ləğv etmək, məzhəb fərqliliklərini aradan qaldırmaq lazımdır. Halbuki belə deyənlərin əsil məqsədi bu bəhanədən istifadə edərək İslamı aradan aparmaqdır.

İranın dini rəhbəri Seyyid Əli Hüseyni Xamenei bir dəfə demişdi ki, İslamda məzhəblərin çoxluğu dinimizin zənginliyinin göstəricisidir. Bu doğru sözdür. Peyğəmbərin (s.ə.s.) çağında məzhəblər olmayıb çünki o, hər hansı bir söz deyəndə hamı onun sözünü qanun hesab edirdi. Onun sözü, fikri ən doğru-dürüst olanı sayılırdı. Ondan sonrakı dövrdə dinin cürbəcür məsələlərini aydınlaşdıran alimlər ortaya çıxdılar ki, bunun da nəticəsində fərqli məzhəblər meydana gəlib. Bunda bir pislik yoxdur, əksinə yaxşılıq var. Allah, adamları elə yaradıb ki, onlar heç vaxt həmfikir olmayacaqlar. Hər adamın fərqli, özünə məxsus şəxsiyyəti, xasiyyəti var. Alimlər də maşın deyil, canlı adam olduqlarından onların cürbəcür uyuşmayan mövqeləri, fikirləri var. Hər alim öz ətrafına şagirdlər, tərəfdarlar toplayır və bundan fərqli məzhəblər meydana gəlir. Yə’ni mənim demək istədiyim odur ki, hər hansı bir adam həqiqətə yaxın fikir söyləyə bilər, ancaq heç bir adam yüz faiz həqiqi olan fikir söyləyə bilməz. Necə ki, deyirlər, doğrusunu Allah bilir.

Məsəl üçün xaçpərəstlərdə yüzlərlə ayrı-ayrı, müstəqil kilsələr və fərqli məzhəblər var. Bu kilsələr və məzhəblər bir-biri ilə rəqabət aparırlar. Ancaq müsəlmanlara və ya başqa dinlərə qarşı müharibə edəndə onlar birləşib bir yumruq olurlar. Bu məzhəb ayrılıqları xaçpərəstlərin həmrəyliyinə xətər gətirmir.

Vəhhabilərlə əlaqəli məzəli bir əhvalat danışmaq istəyirəm. Təhminən on il bundan qabaq Bakının “Açıq Cəmiyyət İnstitutuna” getmişdim. Bu təşkilat Azadlıq küçəsində yerləşirdi. Ora gedib pulsuz ikigünlük kompüter tə’limi kursuna yazılmaq istəyirdim. Qapıda bir cavan qarovulçu dururdu. O, başqa bir gənclə rus dilində söhbət edirdi. Mənə qəribə gələn qarovulçunun görünüşü idi. Saqqalı uzun, başında ağ araqçın, əynində alt paltarına oxşayan ağ köynək və şalvar, ayağında isə dabansız başmağ vardı. Şalvarının balaqları gödək idi, topuğuna çatmırdı. Yə’ni ki, hərifin nümunəvi vəhhabi görünüşü var idi. Bizim dili bilmirdi, görünür o, ləzgi idi. Vəhhabi, o biri gənclə vidalaşanda dəmir yolu vağzalının arxasında yerləşən “Əbu Bəkr” məscidi tərəfə işarə edərək dedi: “İşdən sonra məscidə gələcəyəm. Qalan uşaqlara deyərsən məni orada gözləsinlər”.

Belə aydın olur ki, bu vəhhabi hərif günün bir yarısını sionist Sorosun tə’sis etdiyi mərkəzin qarovulçuluğunu edir, onun qapısında keşik çəkir, axşam isə məsciddə uşaq-muşağı başına yığıb onlara vəhhabilik tə’limi verir. Bu necə işdir? Necə olub ki, bu cür uzun saqqallı, ərəb sayaq paltar geyinmiş, ayağında şap-şapı olan adamı Amerika müəssisəsinə işə götürüblər? Təsəvvür edin ki, bu adam ora gəlib belə desin, mən “Əl-Qaidə” təşkilatının üzvüyəm. Bu təşkilatdan sizə kağız, tövsiyənamə gətirmişəm. Sizin mərkəzdə keşikçi kimi işləmək istəyirəm. Hərifin bircə çiynində Kalaşnikov avtomatı, əlində bombası çatışmırdı. Bu mənə çox əcaib bir şey kimi göründü.

Mən bunu çoxdan bilirdim ki, sovet dövründə bütün xarici səfirliklərin və təşkilatların qapılarını qoruyanlar, milis paltarı geyinmiş adamlar, milis deyil, dövlət təhlükəsizliyin işçiləri idilər. Hal-hazırda da belədir. Bu gün Bakıda sinaqoqların qarşısında keşikçilik çəkən polis paltarı geyinmiş adamlar da MTN-nin işçiləridir.

Bu Soros təşkilatının qarovulçusu da, yüz faiz, MTN-nin adamıdır. Bəs nə üçün o, polis paltarı geyinməkdənsə, vəhhabi qilafına girib?

Əvvəlcə ağlıma belə bir fikir gəldi, bəlkə nazirlikdə işləyən zarafatçı bir rəis bunu məzəli görsənmək üçün edib. Ancaq bir az da fikirləşəndən sonra buna düzgün cavab tapa bildim.

Rusiya mətbuatı Sorosu, bu yəhudi əsilli milyarderi, casusluqda ittiham edərək onu Amerika kəşfiyyatının xeyrinə işləyən birisi kimi qələmə verir. Müsəlman aləmində isə onu İsrailin casusu kimi qiymətləndirirlər. Sorosun özü isə bu ittihamları rədd edir. Halbuki onun bir sionist, yəhudi millətçisi olmasını bilmək üçün Bakıdakı mərkəzə getmək kifayətdir. Orada işləyən otuz-qırx yerli gənclərin hamısı yəhudilərdən təşkil olunub. Əgər sən sionist deyilsənsə onda nə üçün öz mərkəzinə işə sırf yəhudiləri götürmüşsən. Görünür orada sionist məqsədlərini güdən işlər görülür və buna görə qeyrilərin yəhudilərin gizli işlərini, sirlərini bilməsini istəmirlər.

Atam deyirdi ki, yəhudilər çox qorxaq olurlar. Ona görə mən bu vəhhabi məsələsini belə başa düşdüm. Mərkəzin müdiri respublikanın rəhbərliyinə müraciət edib, deyib ki, bizim oğlan və qız işçilərimiz müsəlmanların kontorumuza hücum etməsindən qorxurlar, narahatçılıq hissi keçirirlər, qorxa-qorxa işə gəlirlər. Bizim tərəf də onları əmin edib ki, sizin mərkəzi qarovulçu qismində polis forması geyinmiş MTN-nin işçisi qoruyacaq. Bununla sizin mərkəzin təhlükəsizliyi tam şəkildə tə’min olunacaq.

Onda müdir e’tiraz edib dedi ki, bir nəfər qarovulçu bombalı terrorun qarşısını necə ala biləcək?

Təhlükəsizlik nazirliyinin rəhbərliyi bir qədər götür-qoy etdikdən sonra belə qərara gəldi ki, qarovulçuluq vəzifəsinə vəhhabi görkəmli birisini tə’yin etsinlər. Onlar “Açıq Cəmiyyət İnstitutu” müdiriyyətini inandırdılar ki, hər-hansı bir vəhhabi, terrorçu mərkəzə hücum etmək fikrinə düşsə, o, qapıda vəhhabi qiyafətli adamın keşik çəkməsini görəndə öz fikrini dəyişəcək, dönüb, geri qayıdacaq.

Bundan sonra qarovulçuluq işinə namizəd, vəhhabi görünüşlü təhlükəsizlik işçisi mərkəzin müdirinin kabinetinə girib, ona müraciətlə, “Qoy sizin işçilər qorxmadan işə gəlsinlər bizim uşaqlar (yə’ni vəhhabilər) sizə toxunmayacaqlar. Mən bunda sizə tam tə’minat verirəm”.

Belə ki, onlar həm də qənaət üçün bir işçini iki yerdə, iki sahədə işlətmək istəyiblər. Birinci sahə, hakimiyyətin qərbpərəst siyasəti üçün mühüm əhəmiyyət daşıyan “yəhudi obyekti”nin keşiyini çəkmək, ikinci sahə isə bir vəhhabi dəstəsinə başçılıq etmək. Bu iş bu cür olub.

Mən bir dəfə ingilislərin çəkdiyi sənədli bir filmə baxmışdım. Onu Çeçenistanda, Cohar Dudayevin qərargahında çəkmişdilər. Dudayevin ətrafında otuza gedər cangüdən var idi. Fikir verdim ki, onların heç biri müsəlman deyildi, əksəri rus idi, biri erməni idi. Elə görünürdü ki, Dudayev bu, qeyri-müsəlman cangüdənlər vasitəsi ilə özünü, çeçenlərdən, müsəlmanlardan, qoruyurdu. Mən elə ondan qabaq da bu adama şübhə ilə baxırdım, hiss edirdim ki, o, həqiqi bir müsəlman mücahidi deyil, əksinə millətini satan, rus kəşfiyyatına işləyən casus olub. Moskva ondan lazımı qədər istifadə edib, axırda özü onu məhv etdi ki, bu məxfi agent sirrini də özü ilə o dünyaya aparsın.

Həmçinin, bir dəfə, Bakıda bir kanalda Şamil Basayevin bir müsahibəsini göstərdilər. Müsahibənin bir yerində eyhamla danışıb işarə vurdu ki, o, rusun casusudur, Moskvanın adamıdır. O, kameraya baxdı və barmağı ilə hədələyərək, kinayə ilə dedi: “Qoy, Moskva iki-üzlük etməsin və nəhayət e’tiraf etsin ki, o, vəhhabiləri çox sevir. Bax, bu saqqallılar ərəb ölkələrindən Çeçenistana necə gəlirlər? Əvvəlcə, onları gətirən təyyarə Moskvanın Şeremetyevo hava limanına enir. Bundan sonra FSB-nin işçiləri onları qarşılayırlar və Qroznı şəhərinə uçan təyyarəyə mindirirlər. Bu ərəblər Çeçenistana belə gəlib çıxırlar. Elə ki, Moskva gərək bu riyakarlığa son qoysun, vəhhabiləri pisləməkdən çəkinsin”.

Sonradan mənə dedilər ki, hələ sovet vaxtlarından başlayaraq bu iki şəxs, Dudayev və Basayev satqın olublar, Moskva qabaqcadan onları millətinə qarşı casus kimi yetişdirirdi. Ancaq onlar mənim düşündüyümün əksinə rusun KQB-sinə və FSB-sinə deyil, rusun hərbi kəşfiyyat idarəsinə (QRU-ya) işləyirdilər. Çeçen müharibəsi başlayandan sonra qərbpərəst siyasət aparan Fars Körfəzinin vəhhabi rejimləri bu adamları pulla tə’min edirdi, Moskvanın hərbi kəşfiyyatı isə, fitnə-fəsad törətmək üçün, onları silahla təchiz edirdi. Elə ki, Qərbin və Şərqin təcavüzkar qüvvələri birləşərək müsəlmanları beləcə hədəf tuturlar. Bu isə masonluğun həmrəyliyidir. Bunlar üçün əsas hədəf həmişə, dindir, ümmətdir.

1999-cu ildə Moskvada bir yaşayış evini partlatmışdılar. Keçmiş KQB (DTK) işçisi və Rusiyanın indiki başçısı Putin, bu dəhşətli hadisədə çeçenlərin əli olduğunu e’lan etdi və bunu bəhanə gətirərək Çeçenistana qarşı dava etməyə başladı. Bu dava İkinci Çeçen Müharibəsi kimi adlandırıldı.

Jurnalistlər Moskvanın bir müstəqil televiziya kanalında danışaraq bu hadisəni çeçenlər deyil, Rusiya dövlət təhlükəsizliyi işçiləri tərəfindən törədildiyini bildirdirdilər, Putinin özünün bu işdə əli olduğunu güman etdilər.

Bu işi elə qurmuşdular ki, partlayıcı maddələr bizim respublika vətəndaşının maşınında yerləşdirilmişdi. Onun bəxtindən o, maşında olmayıb, sağ qalıb. Halbuki əgər ölsəydi Rusiya onu da bu terror hadisəsində əli olduğuna görə ittiham edəcəkdi.

Bir başqa vaxt Moskva televiziyasının bir jurnalisti Çeçenistanın sərhədlərindən min kilometr şimalda, Rusiyada bir vəhhabi tə’lim düşərgəsini aşkar etməsi barəsində video reportaj hazırlamışdı. Bu, nəhəng, hündür daş hasarla əhatələnmiş bir düşərgə idi. Onun dediyinə görə orada vəhhabi döyüşçü dəstələri tə’lim olunur, terrorçuluq üçün lazım olan biliklər alırdılar. Axırda dedi ki, necə olur ki, adi bir jurnalist olaraq mənim bu düşərgənin mövcudluğundan xəbərim var, ancaq Rusiya dövlətinin, onun təhlükəsizlik idarələrinin xəbəri yoxdur. Bundan aydındır ki, Rusiya dövləti və onun kəşfiyyat idarələri Rusiyada və Çeçenistanda müsəlmanlara qarşı iyrənc, məkrli bir oyun oynayırlar, özləri vəhhabi dəstələrinə tə’lim verib, silahla təchiz edib, müsəlman camaatını qırğına verirlər.

Bu gün Bakıda, küçədə gəzəndə addım başı saqqallı vəhhabiləri görmək olur. Bu adamda elə təəssürat buraxır ki, ölkədə İslam təkcə vəhhabilər ilə təmsil olunub. Hakim dairələr Bakını Qafqazda vəhhabiliyin paytaxtına, mərkəzinə çevirmişlər. Bu vəhhabilik tərəfdarları şəhərdə özlərini çox sərbəst aparırlar, heç nədən çəkinmirlər. Çox qürurludurlar. Bunlardan fərqli olaraq ənənəvi din tərəfdarları, istər sünnisi olsun, ya şiəsi olsun yazıq gündədirlər, qorxa-qorxa gəzirlər, qorxa-qorxa yaşayırlar.

Fikrimcə müsəlmanların əsas düşməni nə Amerikadır, nə də ki İsraildir. Müsəlmanın, İslamın əsas düşmənləri vəhhabilərdir. Bunlar dinimizin, İslamın daxili düşmənləridir. Düşmənin ən pisi həmişə daxildəki düşmən olur. Vəhhabilik İslamı cərəyan, hərəkat deyildir. O, ziddi-İslamı bir hərəkatdır. Vəhhabilər müsəlman donuna girmiş müsəlman düşmənləridir. Qur’anda, çox ayələrdə bunlara oxşar adamlar pisləninib, lənətlənilib “münafiqun” (riyakarlar, ikiüzlülər) adlandırılmışlar. Bu cür dəstələr, münafiqlər, zahirdə, özlərini İslam tərəfdarları, müsəlman kimi göstərib, həqiqətdə isə İslam əleyhinə, müsəlmanlara qarşı fəaliyyət göstərir, ümmətə və dinə zərər verməyə çalıçırlar. Bunların işi, sənəti İslama qarşı fitnə-fəsad törətməkdir.

Bir dəfə, televiziyada, bir Afrika ölkəsinin müsəlman siyasətçisi, ölkələrindəki vəhhabi təhlükəsindən, böyük sayda gəncin onlara qoşulmasından mə’yus olmuş bir şəkildə, danışdı. O, dedi, Səudiyyə dövlətinin pulu çoxdur. Bu rejimin bizim ölkədəki nümayəndələri vəhhabi dəstələrinə qoşulan hər adama ayda yüz dollar məbləğində pul verirlər. Yüz dollar afrikalılar üçün çox böyük bir puldur. Ona görə gənclər həvəslə bunlara qoşulurlar.

Bakıda da belədir. Şəhərdə kasıb adam çoxdur. Onları vəhhabiliyə cəlb edən yeganə bir şey varsa da o, puldur.

Qərb şərqşünaslarının iyirmi-otuz il bundan qabaq yazmış olduğu kitabları oxuyanda orada vəhhabiliyin, çəkinmədən, açıq şəkildə, tə’rif olunmasını görmək olur. Onlar yazırdılar ki, İslam aləmində bizim üçün, yə’ni ki, Qərb üçün yeganə xeyirli dəstə, vəhhabilərdir. XVIII əsrdə yaranan bu hərəkat bizim üçün göydən düşən kimi oldu. Biz bunlarla, vəhhabilərlə işləyə bilərik. Vahhabilər bizim işimizə yarayar.

Qərbi Avropa ölkələrinin hamısında vəhhabi dəstələri fəaliyyət göstərir. Vəhhabi təbliğatçılar, açıq bir şəkildə, məscidlərə ibadətə gələnlər arasından özlərinə tərəfdar axtarırlar. Oranın hakimiyyəti buna mane’ olmur, əksinə bu işdə onlara hər cür şərait yaradır. Vəhhabilər Qərbə fitnəçi, fəsadçı, ara qarışdıran adamlar kimi lazımdırlar. Elələri müsəlman donuna girib müsəlmanları qüdrətli xaçpərəst ölkələrinə qarşı dava etməyə çağırırlar, cihada təhrik edirlər. Qərb qüvvələri isə, “müsəlmanlar bizim torpaqları tutmaq istəyir” deyib, İslam aləminə müharibə e’lan etmək üçün bundan bir bəhanə kimi istifadə edirlər.

Londonda “Finsberi Park” adlanan məhəllədə yaşayanda, orada bir məscid görmüşdüm. Onun imamı bir vəhhabi ərəbi idi. Görünüşünə görə filmlərdəki dəniz quldurlarına oxşayırdı -- saqqallı, taygözlü, bir qolunda isə ucu qarmaqlı protez. Çox eybəcər bir adam idi. İngilis televiziya kanalları, savadlı, doğru-dürüst bir müsəlman ruhanisini studiyaya heç vaxt çağırmazlar. Bu cür ruhanilərin mikrofona danışıb, oranın tamaşaçılarına müsəlmanların mövqeyini bildirməyə, bəyan etməsinə imkan vermirlər. Ancaq bu “dəniz quldurunu” illər boyu ingilisin televiziya ekranlarında görmək olurdu. O, protezli, qarmaqlı əlini kameraya uzadır və cihaddan danışırdı. İngilisin kanalları bu, cinə, ifritə oxşayan imamı kamera qarşısına çıxardaraq, Qərb tamaşaçılarını qorxutmaq, onlarda İslam ruhaniləri haqqında, ümumiyyətlə müsəlmanlar haqqında mənfi bir rə’y yaratmaqdan ötəri istifadə edirdilər. Bu, cin sifətli vəhhabi imamı artistlik edərək, ibadəti məscidin içində deyil, bayırında edib ingilisin televiziya işçilərinə onu çəkmək üçün imkan vermək istəyirdi. Əksəri ərəb qaçqınlardan, heç yerdə işləməyən avara adamlardan, təşkil olunmuş on-on beş tərəfdarları ilə birlikdə məscidin qabağında, maşın yolunda namaz qılırdı və sonra çılğın moizələr oxuyurdu.

Bu gün İslam aləmini zəif salan səbəblərdən ən əsası vəhhabilikdir. Fikrimcə Fars körfəzinin vəhhabi dövlətləri dağılsa, Məkkə Mədinə təzədən həqiqi müsəlmanların əlinə keçsə onda, İslam intibahı dövrü başlayar və İslam aləmi öz əvvəlki qüdrətini bərpa edər. Hal-hazırda, vəhhabi dövlətlər neftdən əldə edilən gəlir hesabına geniş imkanlara sahibdirlər. Halbuki o puldan müsəlmana heç-bir xeyir gəlmir. Neft dollarları təzədən Qərb ölkələrinə, Qərbin banklarına qayıdır. Vəhhabi dövlətləri kasıb müsəlman ölkələrində fabrik, müəssisələr tikmək işinə pul ayırmaq istəmir. Əgər bunlar həqiqi müsəlman dövlətləri olsaydılar, onda onlar bu pulları Qərbin iqtisadiyyatına sərmayə qoymaq üçün deyil, müsəlman dövlətlərinin iqtisadiyyatına yardım üçün xərcləyərdilər.

Bu yaxınlarda televiziyada eşitdim ki, axır on ildə Suədi rejimi, müsəlman dünyasında, vəhhabiliyin təbliğatına 100 milyard dollar pul xərcləyib.

Azərbaycanda da belədir. Neftdən əldə olunan pul, hamısı təzədən Qərb ölkələrinə qayıdır. O pullar ölkədə fabrik, karxana, müəssisə, iş yeri yaratmaq əvəzinə sərmayə kimi Qərbin iqtisadiyyatına sərf olunur. Sovet vaxtı, yerli hökumətin rəhbər işçiləri Moskvaya yaltaqlanaraq “bizim respublika neft respublikasıdır” deyirdilər. Bu gün də bizim hökumət fəxrlə, eyni sözü təkrar edir. Halbuki iqtisadçıların dilində bu ifadə təhqir mə’nasında işlədilir. Yə’ni ki, bir məhsuldan, neft istehsalından başqa heç bir başqa sənayesi, iqtisadi inkişafı olmayan ölkələrə belə ad verilir.

Siyasi mətbuatda bundan başqa “banan respublikası” ifadəsi də var. Siyasətçilər sənayesi olmayan, təkcə banan yetişdirən bə’zi Afrika və Latın Amerikası ölkətlərini, lağ üçün, bu cür adlandırırlar. Qərb dövlətləri, ələlxüsus Amerika, belə respublika rəhbərlərinə rüşvət, pul verib oranın kəndlilərinə buğda, arpa və ya başqa lazımlı məhsul becərmək qadağasını qoymağa məcbur edirlər. Amerika oranın başçılarına əmr verir ki, ancaq banan yetişdirəcəksiniz. Sonra Amerika onlardan o bananı su qiymətinə alıb, əvəzində buğdanı və başqa kənd təsərrüfatı məhsulunu od qiymətinə satır. Bu ölkələrdəki gerilik və aclıq halları əsasən, Qərbin bu siyasətinin nəticəsidir. “Neft respublikası” ifadəsi mə’naca, elə “banan respublikası” kimi bir şeydir. Bizdə banan bitmir, amma neft var. Qərb Azərbaycan Respublikasını “neft respublikası” kimi görmək istəyir. Onlara respublika iqtisadiyyatının zəif, bir sahəli olması daha sərfəlidir.

Bir gün Bakıda taksi ilə gedirdim. Taksiçi xarici şirkətlərin bahalı paltar satan dükanlarını göstərib deyir “görürsən şəhər nə qədər gözəlləşib, qəşəng dükanlar açılıb. Onlarda ürəyin nə istəyirsə hər şey tapmaq olar”. Mən isə susdum. Ancaq ürəyimdə dedim ki, “Ay axmaq, o dükanları bizim kimiləri üçün deyil, vəzifəli adamlar, hakim dairələrin nümayəndələrii üçün açıblar”.

Dövlətin rəhbər işçiləri təmtəraqlı şəkildə təşkil olunmuş bir mərasimlə bu cür dükanlarının açılışında iştirak edirlər. Bu hadisəni ölkə iqtisadiyyatının bir uğuru kimi göstərməyə çalışırlar. Bizim nadan vətəndaşlarımız da belə düşünməyə başlayır ki, “biz qabağa gedirik”.

Keçmiş siyasətçilər, keçmiş mə’murlar həmişə doğru danışırlar. Türkiyənin bir televiziya kanalında, bir vaxt Afrikada səfir kimi işləyən bir türk öz müsahibəsində elə bu məsələ haqqında danışmışdı. O, deyirdi ki, Qərb ölkələri kasıb Afrika ölkələrini çapıb-talayırlar. Türkiyə gərək bu meydana girib o ölkələrdə fabrik tiksin. Türkiyəyə Avropa Birliyi lazım deyil. Avropa Birliyi bir “xristian klubudur” ki, ora müsəlmanı buraxmazlar. Buraxsalar da Türkiyə orada, xaçpərəst dövlətlər arasında təklənmiş olacaq, alçaldılmış vəziyyətdə qalacaq. Əksinə, Türkiyə gərək, Afrika və Asiyanın müsəlman ölkələrini öz ətrafına toplayıb Avropa Birliyinə oxşar bir müsəlman iqtisadi ittifaqı yaratsın. Bu, həm Türkiyə üçün, həm də başqa müsəlman dövlətləri üçün yaxşı olar.

Ancaq Səudiyyə vəhhabi dövlətinin varlığı ərzində belə bir müsəlman ittifaqı mümkün deyil.

Vəhhabilik İslamı bir cərəyan və ya məzhəb olmayıb, əslində, dinə qarşı olan bir ziddi-İslam hərəkatıdır. Vəhhabiliyin İslama verdiyi töhfə nifaq olub, ixtilaf olub, başqa bir şey olmayıb. Belə olanda, artıq Qərb və Şərq güclərinin qoşunlarına, silahlı qüvvələrinə heç bir ehtiyac yoxdur, çünki onların işini vəhhabilər görür. Vəhhabilərin təxribatçıları Qərb səlibçilərinin və sionistlərin işini görərək, müsəlman ərazilərini qan gölünə çeviriblər.

Xəbərlərə qulaq asanda görürsən ki, vəhhabi silahlı dəstələri, işdə, əməldə, Səudiyyə dövlətini və İsraili hədəf tutmurlar, onlara zərər vermirlər. Vəhhabi silahlılarının əsas hədəfi həmişə müsəlman torpaqları, qeyri-vəhhabi ərazilər olub.

Bir-iki il bundan qabaq vəhhabi Səudiyyə dövləti bəyanat verdi ki, biz, ölkədə neft buruqlarını partlatmaq istəyən “Əl-Qaidə” təşkilatının üzvlərini həbs etmişik. Bu hadisənin doğru olduğuna inanmıram. Bu quraşdırılmış bir şeydir, rejim bununla dünyanı inandırmağa çalışır ki, “Əl-Qaidə” Hicazda da terrorçuluqla məşğuldurlar. Halbuki Səudiyyə torpaqlarında heç vaxt bomba partlamayıb. Həqiqət budur ki, vəhhabilərin terrorçuluq hərəkətləri, həmişə, qeyri-vəhhabi müsəlman ölkələrinə qarşı olub.

İranda illər boyu, cümə namazlarında, müsəlmanlar “Məhv olsun Amerika, məhv olsun İsrail!” (“Mərg bər Amrika, mərg bər İsrail!”) şüarını nida edib səslənirlər. Məncə isə bu şüardansa onlar, “Məhv olsun vəhhabi Səudi sülaləsi!” desələr daha yaxşı olar.

Mənə görə müsəlman ölkələri gərək birləşib vəhhabiliyə qarşı birgə mübarizəyə başlasınlar, Səudiyyə Ərəbistanını təcrid etsinlər, bu dövlətlə bütün siyasi və iqtisadi əlaqələrini kəssinlər və oradakı səfirliklərini bağlasınlar, ta ki, bu ziddi-İslam rejimi çökənə qədər. İslam alimləri, ülamaları bəyanatlar verməli, bütün dünya müsəlmanlarını vahhabilərə garşı ayağa qalxmağa, onlara qarşı vuruşmağa, cihada çağırmalıdırlar.

Mənim fikrimcə, vacibdir ki, bütün dünya müsəlmanları, Səudiyyə vəhhabi rejiminin varlığı ərzində, həccə getməkdən boyun qaçırsınlar, bütün həcc səfərlərini təxirə salsınlar. Müsəlmanlar vəhhabilərin nəzarət etdikləri əraziyə həccə getməklə, din düşməni olan bu dövləti, bu şeytani rejimi dəstəkləmək görünüşü yaradırlar. Halbuki, bu gün, Səudi rejiminə bu şəkildə e’tiraz nümayiş etmək, həcc səfərini etməkdən daha vacib bir işdir. Bax, mənim bu sözümü müsəlmanlar qəbul etsələr, buna əməl etsələr, onda bu rejim uzağı bir ilə çökər. İslam dininin uğuru üçün, bu gün, müsəlmanların həccə getmələrindənsə, getməməkləri xeyirdir. Hər kəs ki, mənim dediyimə qarşı çıxsa, onu səhv bir fikir sayarsa o adam lap oxumuş ruhani də olsa mən, fikrimi dəyişməyəcəyəm, öz sözümdə duracağam. Onun söylədiyini isə qələt sayacağam.

Bu yaxınlarda İraqın dövlət başçısı, vəhhabilərin ölkədə yaratdığı şiddətdən, terrorçuluğdan cana gələndə, Səudiyyə rəhbərliyinə üz tutub onların atalarını “keçi otaranlar” kimi adlandırmışdı. O, demək istəyirdi ki, əsrlər boyu Bağdad İslam xilafətinin paytaxtı olub, iraqlılar xilafəti idarə edirdilər, halbuki o çağlarda Hicaz tayfalarının, oradakı ərəb şeyxlərinin əsas məşğuliyyəti keçi otarmaq olub.

İraqın və Əfqanıstanın başçıları Səudiyyə dövlətini ittiham edirlər ki, o, terror ixracı ilə məşğuldur. Hərçənd, onlar vəhhabiləri lənətləməkdənsə, təhqirlərdənsə, əməli bir iş görsəydilər daha yaxşı olardı. Terror, terror ixrac edən Səudiyyə dövlətinin öz ərazisinə ixrac edilməlidir. Yə’ni ki, müsəlman ölkələrində baş verən vəhhabi terroru, şiddəti hadisələri ta əbəd davam edəcək, vəhhabi terroruna qarşı aparılan ölkə daxili mübarizə bir bəhrə verməyəcək. Bu mübarizəni öz ölkələrində deyil, Hicazda aparmaq lazımdır. Necə ki, Səudiyyə rejiminin kəşfiyyat idarəsi təxribat məqsədi ilə öz casuslarını müsəlman ölkələrinə göndərib, onların vasitəsi ilə, İmamların məqbərələrinə, şiə məscidlərinə, xangahlara, bazarlara bomba atdırır, eynilə bu ölkələr gərək öz casuslarını təxribat üçün Hicaza göndərib oranın hökumət idarələrinə, neft mə’dənlərinə bomba atdırsınlar. Vəhhabi terroruna qarşı mübarizə ancaq bu yolla mümkündür. Bu günün İslami cihadı vəhhabilərə, vəhhabiliyə qarşı cihad şəklini almalıdır. Qüdsün sionistlərdən azad olunması işi yalnız Məkkə və Mədinənin mürtəd, kafir vəhhabilərdən azad olmasından sonra mümkün olacaq.



Bu gün Türkiyə, Pakistan və Azərbaycan respublikası kimi kukla dövlətlərin satqın hökumətləri Qərb dövlətlərinin və İsrailin əmrinə tabe’ olub öz ərazilərində vəhhabi dəstələrini təşkilatlandırır, hazırlaşdırır və sonra cürbəcür müsəlman ölkələrinə göndərirlər ki, oralarda onlar əhaliyə qarşı saysız-hesabsız qətli-amlar törətsinlər, İslam aləmini viranəyə çevirsinlər.
İFRATÇILIQ DAİM UDUZUR: İSPANİYA MÜSƏLMANLARININ GÖRÜŞÜ
Dünya Ticarət Mərkəzi faciəsindən iki həftə sonra, mənim tanışım olan bir Qara Müsəlman ( Amerika zənci müsəlman təşkilatının üzvü – A.M.) qadını fəlakət baş verən yerin yaxınlığındakı qəzet kioskuna yanaşır. Kioskun satıcıları Seneqallı mühacirlər idilər. Qadın üçün onların müsəlman olması mə’lum idi. O dedi: “Pis oldu ki, bu hadisə baş verdi. Ancaq siz heç narahat olmayın. Biz bilirik ki, bunu eləyənlər müsəlmanlar olmayıb. Bunu eləyənlər vəhhabilərdir!”

Qərb dünyası təzə başa düşməyə başlayıb ki, müsəlmanlar nəyə görə vəhhabiləri sevmirlər. Senatın Xarici Əlaqələr Komitəsinin rəisi Cozef Bayden, heç də müsəlman əqidəsi məsələlərini yaxşı başa düşən birisi deyildir. O, demişdi: “Səudiyyə hökuməti özünü qorumaqdan ötrü ölkədəki ifratçı dəstələrə xərac ödəməli olur... Bizim qarşılaşdığımız şeylərin əksər hissəsi onların pulu hesabınladır. Mən bu, yolunu azmış İslamdan, vəhhabilikdən danışıram.”

İngilis məcmuəsi “The Spectator” üçün yazan müsəlman jurnalist Stefen Şvartsa görə, “Bin Laden vəhhabi ifratçısıdır. Bir neçə il bundan qabaq Misirdə turistləri bıçaqlayıb öldürənlər kimi... Müsəlmanların əksəriyyəti vəhhabilərə nifrət bəsləyir... nifrət edirlər, ona görə ki, onlar ənənəvi İslamdan kənara çıxıblar... Səudiyyə Ərəbistanın və vəhhabi ifratçıların Amerika müsəlmanlarına etdiyi nüfuz ifşa edilsə, bu, oradakı İslam ruhanilərinin çoxunu e’tibardan salar”.

Alimlərin tədqiqatlarının nəticələri göstərir ki, hal-hazırkı böhranın kökündə duran Səudilərin İslamıdır. Məsələn Səudi sülaləsinin bir müxalifətçisi belə yazır: “Səudiyyə Ədliyyə Nazirliyinin yüksək rütbəli mə’murunun dediyinə görə, vəhhabi məzhəbini bütün müsəlman ələminə “ixrac” edən adam, nüfuzlu Şeyx Məhəmməd ibn Cübeyrdir. Talibanlara yardım edilməsinin əsas tərəfdarı odur”.

Ancaq buna baxmayaraq Amerikanın bombaları Səudiyyə dövlətinin Mədinədə və Ər-Riyadda yerləşən universitetlərin üzərinə atılmır. Halbuki bu təhsil ocaqlarında, onun laboratoriyalarında bu təzə, kin dolu vəhhabi tə’limi işlənib hazırlanır. Nədəki Amerikanın terroru dəstəkləyən dövlətlərin bədnam siyahısında Səudiyyə Ərəbistanının adı çəkilir. Adəti üzrə, Səudilər heç vaxt ciddi şəkildə tənqid olunmur. Mütəxəssislər bir müştərək fikrə gəliblər ki, bu məsələnin kökündə Səudilər durmasalar da, lakin onlar onu sulayırlar.

İspaniyanın müsəlman ziyalıları bu qəribə vəziyyətin səbəbləri haqında fikirlər söyləyirlər. Onların çoxu Yaxın Şərqdə cərəyan edən hadisələrdən, yə’ni ki, vəhhabilərin beynəlxalq terrorçuluqda iştirakı haqqında, Amerikanın mə’lumatsız olduğuna inanmırlar. Onlar buna belə cavab tapırlar. Xam neftin qiymətini aşağı salmaqda Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların ən yaxın müttəfiqidir. Hətta ondan daha əhəmiyyətlisi odur ki, o, Amerika silahını alır və bununla silah sənayesini batmağa qoymur. Halbuki Soyuq Müharibənin sona çatması bu sənayenin gələcəyini təhlükəyə qoymuşdu.

BMT-nin keçmiş mə’muru, Denis Hollidey İraqa qarşı cəza tətbiq olunmasına qarşı çıxaraq, tutduğu vəzifəni tərk etdi. O, belə bir fikir söyləmişdi: “Birləşmiş Ştatların hərbi texnikanın satışlarına baxılsa, onda aydın olar ki, məntəqədə ən yaxşı silah satıcısı Səddamdır. Yə’ni ki, mən Səudiyyə Ərəbistanına, Küveytə, Fars körfəzi dövlətlərinə, Türkiyəyə və İsrailə satılan 100 milyard dəyərində silahı nəzərdə tuturam. Təkcə keçən həftə Birləşmiş Ərəb Əmirliyinə 6.2 milyard dollar dəyərində təyyarələr satılıb. Bu qədər hərbi texnika bu cür kiçik dövlətin nəyinə gərəkdir?” Aydın məsələdir ki, amerikalılar bu mənfəətlərindən keçən deyillər.

Başqa müsəlmanlar belə hesab edirlər ki, Amerikanın vəhhabiliyə qarşı e’tinasızlıq göstərməsi bir məqsəd güdür -- bu siyasi hərəkatı dəstəkləyərək İslamı daxildən dağıtmaq. Barselonadakı “Əl-Fəlah” məscidinin qəyyumu Mənsur Reyes belə düşünür ki, Birləşmiş Ştatların hakim dairələri hesab edirlər ki, zəngin mədəni və əqli irsə malik olan ənənəvi İslam onlar üçün həqiqi bir təhlükə mənbəyidir. O deyir, Qərb elə buna görə vəhhabi ali məktəblərinə icazə verir ki, onlar İslam aləminin hər tərəfinə öz təbliğatçılarını, dini nümayəndələrini göndərsinlər. Məqsəd, bu vahhabilərin vasitəsi ilə Qərbin və Şərqin ziyalıları, ürəfası üçün İslamda cəlbedici olan hər nə varsa o, məhv olunsun, oxumuş təbəqəin bu dinə olan güclü marağın, qarşısı alınsın.

Reyes uzun müddət ərzində Məkkənin bir universitetində işləyirdi. Bundan sonra o, bu ifratçı cərəyana düşmən kəsilir və uzun illər boyu onun haqında tənqidi fikirlər söyləyir. Yalnız o, bunu sırf ilahiyyatçılıq nöqteyi-nəzərindən edir. Başqa sünnilər kimi o, inanır ki, keçmiş zamanlarda İslam aləmi ilahi himayə altında olduğundan müsəlmanlar yer üzünün ağası idilər. Lakin axır vaxtlarda yanlış dini məzhəblərin ortaya çıxmasına görə onlar daha bu himayə altında deyillər. Hal-hazırkı bəlalarının, müvəffəqiyyətsizliklərin səbəbi budur.

Ulu tanrı Osmanlı xəlifəsinə, Məhmədə Konstantinopolu, bu müqəddəs şəhəri, tutmağa icazə vermişdi. Elə ki, o, dərvişlərini ordunun qarşısına qoyub şəhər qala divarlarının qarşısında sufi mərasiminin keçirilməsini istəmişdi”. O, deyir ki, “bu, çox-çox övliyaların dualarına görədir ki, İslam daim qələbə çalırdı, ondan qabaq mümkün olmayan şeylərdə uğur qazanırdı”.



Reyes cəsur bir adamdır. Onun dediyinə görə Barselonanın vəhhabiləri uzun müddət ərzində onu ölümlə hədələyirlər. O, belə bir fikir söyləmişdir, “Vəhhabilərin duaları bəhrə vermir. Əlcəzairdə onlar dövlətin dağılması üçün dua edirlər, ancaq onların duaları bir bəhrə vermir. Əfqanıstanda onlar Amerikanın məğlub olması üçün dua edirlər, bunun bir xeyri olmur. Misirdə onlar Mübarəkin ölməsi üçün Allaha dua edirlər, bunun da xeyri olmur. Onların iddiasına görə, vəhhabilər Allahın sevdiyi müsəlmanlardır. Əgər bu iddia həqiqətdirsə, bəs nə üçün Allah onların dualarını cavabsız qoyur?”

Qalisiyalı jurnalist Saled del Kampo deyir, “Bə’zi müsəlmanlar siyasi və iqtisadı uğursuzluqlar nəticəsində ümidsizliyə qapılır və bunun nəticəsində vəhhabiliyə rəğbət bəsləməyə başlayırlar”. Sonra o, yazır ki, İspaniyada Şimalı Afrika vəhhabiləri Dünya Ticarət Mərkəzinə edilmiş hücumu dəstəklədiyini bildirmişdilər. Ancaq Əfqanıstanda Talibanın məğlubiyyətindən sonra, daha onların səsi çıxmır”.

Qafqazdakı uğursuzluqlar da, vəhhabi tərəfdarlarını dualarının qəbul olunmamağı haqqında düşündürməyə məcbur etmişdi. Mübariz Əliyevin başçılıq etdiyi bir kiçik vəhhabi dəstəsinin hökumət əleyhinə hazırlanmış sui-qəsdin nəticəsində, rejim dinə qarşı yönəlmiş tədbirlərini daha da genişləndirdi. Əliyev 1998-ci ildə Bakıdakı Avropa İnkişaf Bankına hücumuna görə tutulmuşdu. İddia olunur ki, onun dəstəsi “bütpərəstlik qərargahına” qarşı hədələr etmişdi. Nəhayətdə bu, 1999-cu ildə, məşhur nücum elminin mütəxəssisi, E’tibar Yerkinin və onun iki oğlunun öldürülməsi ilə nəticələndi. Azərbaycan hökuməti hal-hazırda vəhhabi terroruna son qoymağa nail oldu, lakin vəhhabi olmayan müsəlmanlar bundan böyük zərər çəkdilər, çünki məscidlərə və mətbuata təzyiqlər artırıldı, bu isə, nəticədə, sünni azlığın gəncləri arasında İslamın intibahını zəifləndirəcək. Elə ki, nəhayətdə işsiz və acıqlı gənclik qisas almaq həvəsinə düşəcək və buna görə əlavə təqiblərə mə’ruz qalacaqlar.

Axır vaxtlar vəhhabilər ittiham olunurlar ki, onların Şimalı Qafqazda Şəriəti tətbiq etmək təşəbbüsləri, Rusiyanın təcavüzünə qarşı ümumi müsəlman cəbhəsinin yaradılmasına mane’ oldu. Bir çeçen İnternet saytı müstəqil Çeçenistanın süqutuna əsas səbəb kimi vəhhabi fikirlərinin yayılmasını göstərir.

Yetmiş il ərzində rəsmi dinsizliyin hökm sürdüyü bu vilayətdə vəhhabiliyin zühuru 1991-ci ildə, Dağıstanın Qızılyurt şəhərində “Əl-Hikmə” mədrəsəsinin tikilməsi ilə özünü büruzə verdi. Onun müdiri, Kebedev “Əl-Hərameyn” vəhhabi təşkilatından maddi yardım və göstəriş alırdı. Bu təşkilat silahlı üsyana çağırmasa da, onun qəbul etdiyi zehniyyət ona gətirib çıxartdı ki, mədrəsənin 700 şagirdi adi Qafqaz müsəlmanlarını mürtədlər, dinindən üz çevirən adamlar e’lan etdilər. Kebedev Çeçenistana getdi və onun yerini mötədil vəhhabi olan Əhməd-Qadi Axtayev tutdu. Bir il sonra onun ölümü ilə, qəflətən, ifratçı təmayülçülük baş qaldırdı. Səudi vəhhabi döyüşçü Əbdülrəhman Xəttab və onun Çeçen həmrahının Şamil Basayevin rəhbərliyi altında yerli vəhhabilər Dağıstanın polis məntəqələrinə və ənənəvi sünni məscidlərinə hücum etdi. Üsyan tezliklə yatırıldı. Bunun nəticəsində Dağıstanın Rusiya qüvvələrinə olan asılılığı artdı və vəhhabi rəhbərlər Çeçenistana qaçdılar.

Bu dövrdə çeçen prezident Aslan Məshədov tam müstəqil bir çeçen dövlətinə rəhbərlik edirdi. Səudiyyə Ərəbistanı Moskvanı acıqlandırmamaq üçün onun müstəqilliyini tanımaqdan boyun qaçırdı (halbuki kiçik və göründüyü kimi daha cəsarətli Estoniya tərəddüd etmədən onu tanıdı). Səudi dövlətinin bu siyasəti ona gətirib çıxartdı ki, Məshədov, sərt, vəhhabi əleyhdarı mövqeyini tutdu. Çeçenistanın milli seçmə qoşun hissələri vəhhabilərin Qudermes şəhərinə hücumunu dəf’ etdikdən sonra o, belə dedi “Çeçen rəhbərliyinin kifayət qədər gücü vardır ki, zərərli, ziddi-İslam vəhhabi tə’liminin Çeçenistanda yayılmasının qarşısını alsın”. Və sonra əlavə etdi, “Vəhhabi damğasını daşıyan bütün silahlı dəstələr tərksilah olunacaq və ləğv olunacaq. Dəstəbaşılar və vəhhabi əqidəsinin təbliğatçıları isə cinayət məsuliyyəti daşıyacaqlar. Onlar əvvəlcə Şəriət məhkəməsi qarşısına çıxarılacaq və Çeçenistanda vətəndaş qarşıdurması yaratmaqlarına görə cəzalandırılacaqlar”.

Basayevin dəstələrinin 1999-cu ilin avqustundakı hərbi həmləsi müharibəyə gətirib çıxartdı ki, bu da sıravi çeçenlərin qorxduğu, istəmədiyi bir şey idi. Rəsmi çeçen İnternet saytına görə “Bütün xalq bilirdi ki, vəhhabi ərazilərində yeniyetmələr əsgər götürülürdü. Hər kəs görürdü ki, səhra komandirləri Dağıstanda qarışıqlıq yaratsalar Rusiya ilə yeni müharibə başlaya bilər. Ona görə qəbilə başçıları, ağsaqqallar Basayevin yanına gedib ondan niyyətini dəyişməsini xahiş etdilər. Ancaq o, onların dediyinə fikir vermədi”. Xəttabın orada iştirakı xüsusi ilə Rusiyanı təhrik edən bir hal idi. O, açıq təhdidlər edərək “Assoşieyted Press”in jurnalisti Qreq Mayraya dedi: “Qoy Rusiya öz şəhərlərində bomba partlamalara hazır olsun. And içirəm ki, mən bunu edəcəyəm”.

Camaatın əndişəsi özünü doğrultdu, vəhhabilərin sərhəd hücumları Rusiyanın basqınına gətirib çıxartdı. Anatol Livenin “Çeçenistan: Rusiya Qüdrətinin Başdaşı” kitabında sənədləşdirdiyi Birinci Çeçen Müharibəsindən fərqli olaraq bu, yeni silahlı toqquşmada vəhhabi tərkibi var idi. Buna görə məğlubiyyət qaçılmaz idi; və Çeçenistan bu gün Moskvanın əlindədir. Bir çeçen jurnalistinin dediyinə görə, “Yerli adamların vəhhabilərə qarşı olan kin və nifrəti son həddə çatıb”.

Qafqazdakı məğlubiyyətlərdən sonra, Xəttab Əfqanıstanda sığınacaq tapdı və güman var ki, o, Kunduzdakı döyüşlərin birində həlak oldu. Vəhhabi təmayüllü “Özbəkistan İslam Hərəkatı”nın başçısı Cümə Namanqani da Kunduzda həlak olub. Cümə Namanqani, 1999 və 2000-ci illərdə, onun döyüşçüləri Özbəkistanın və Tacikistanın ucqar vilayətlərini tutanda, məşhurlaşmışdı. O, Tacikistanın paytaxtı Düşənbənin yaxınlığında Təvildərə məntəqəsində özünün nümunəvi vəhhabi düşərgəsini yaratmışdı. Vəhhabi yaraqlıların Qırğızıstanın Oş şəhərinə etdikləri basqında şəhər çox zərər çəkmişdi. O şəhərin valisi belə fikir söyləmişdi, “Bizim çətinliklərimiz var. Vəhhabilər İslamdan anlayışları olmayan gənclər arasında fəaliyyət göstərirlər”. Halbuki Tacikistanda hökumət tədbirli hərəkət etdi, İslami müxalifət partiyalarını qanunlaşdıraraq Namanqani tərəfdarlarının aralarını seyrəltdi. Namanqani tərəfdarlarının yarısı əfv olundu, onlar polis və ordu sıralarına girdilər. Mirzə Ziyayevin komandanlığı altında olan axırıncı, 800 nəfərlik ən böyük üsyançı dəstə, tam şəkildə Tacik hökuməti sıralarına daxil oldu. Ziyayev İctimai Asayiş naziri tə’yin olundu. İnadkar ərəb və çeçen yaraqlıları isə dağlara çəkildilər, tərəf dəyişdirənləri “kafir” və “şeytanlar” adlandırdılar.

İfratçılığın Qafqazdakı və Orta Asiyadakı uğursuzluğu hal-hazırda Əfqanıstanda təkrar olunur. Reyesin fikrinə görə çeçenlərin uğursuzluğu Əfqanıstandakı ifratçıların uğursuzluğunun eynidir. Yerli sünni İslami hökumət öz ərazilərini vəhhabi təbliğatçıların istifadəsinə verdi. Onların əksəri xaricdən, Yaxın Şərqdən gələnlər idilər. Bu, nəhayətdə uğursuzluqla nəticələndi. Həqiqi müsəlman nöqteyi-nəzərindən baxanda bunun izahı ondadır ki, bu adamlar hara getsələr Allah onları rədd edir. Onlar övliyalara, hənəfi alimlərə hörmət göstərmirlər, qadınları və xristianları qorxudurlar, getdikləri hər məsciddə fitnə yardırlar. Belə vəziyyətdə Allah müsəlman ölkəsinə kömək edə bilməz. Elə Əlcəzairin vəziyyətinə baxın. Allah deyir ki “siz həqiqi müsəlman olsanız onda qalib gələcəksiniz”. Onların bu ayə barəsində fikirləşməsi gərəkdir.

Reyes deyir ki, əgər Molla Ömər özünü Bin Laden və onun Səudi qəyyumları ilə müttəfiq etməsəydi, onda talibanlar hakimiyyəti əllərində saxlaya bilərdilər. O, Kabul əldən veriləndən sonra, Molla Məhəmməd Xaksarın, talibanların keçmiş daxili işlər nazirinin, Molla Ömərin siyasətini tənqid edərək dediyi sözləri misal gətirir: “Molla Ömərin şəxsiyyəti 95% dəyişmişdi. Hərəkatın başlanğıcında o, tamam başqa adam olub. Məncə ərəblər bağışlanmamalıdırlar. Onların ucbatından Amerikanın təyyarələri Əfqanıstana gəlib bizim ölkəni bombardman etdilər, minlərlə adam qırıldı”.

İspaniyanın ispan dilli müsəlman İnternet saytlarında ( www.webislam.com, www.verdeisalam.com) bu böhran şərh olunduqda İspaniya müsəlmanları Xaksarın bu təhlili ilə razılaşırlar. Bin Ladenlə ittifaq bağlanması əfqan xalqı üçün bir fəlakət olub, Amerika üçün isə göydən düşmə kimi olub ki, indi onlar özlərinə Özbəkistanda yer edirlər və artıq, bu ərazidə yeni bir boru xətti çəkmək üçün tədbir tökürlər. Bə’zilər isə, Əfqanıstandakı kəskin quraqlığının səbəbini (bu quraqlıq Bin Ladeninin fərq qoymadan bütün amerikalıların öldürülməsinə fitva verdiyi 1998-ci ildə başlamışdı) Molla Ömərdə görürlər. Onlar onu, onun verdiyi qərara görə günahlandırırlar. Onlar bununla əlaqədar Qur’anın bu ayəsini iqtibas etdilər, “Əgər kənd əhli həqiqətən inansaydı, onda Biz göydən onların başlarına öz ruzimizi yağdırardıq”. Faciə orasındadır ki, “kənd əhli” və onların rəhbərləri onun əvəzində başlarına yağan bomba yağışı aldılar.

(
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin