İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə8/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

“Bir kərə yüksələn bayraq bir daha enməz!”. Bakıda, bu gün Rəsulzadənin bu kəlamını heyranlıqla təkrar edirlər. “Nə gözəl sözlərdir!” deyirlər. Halbuki bu çox təmtəraqlı, lakin boş və mə’nasız sözdür. Tarixdə saysız-hesabsız bayraqlar yüksəlib, sonra da enib. Elə bu, Rəsulzadənin qaldırdığı bayraq da tez endi. Bizim millətin beyninə bu fikri yeridiblər ki, hər şeydən vacib bayrağın olsun, qalan şeylər olmasa da olar.

Yə’ni mənim burada demək istədiyim odur ki, müsəlmanlarının Qafqazda yaşamasının min illik tarixi ərzində, onlar üçün ən ağır, ən müsibətli və faciəli dövr Rəsulzadənin hakimiyyəti dövrü olub. Lakin bu müsavatçı üçün bunlar böyük əhəmiyyət daşımır, onun üçün əsas odur ki, bayraq var. Yə’ni bu adam, bu mason bayrağından və şübhəli addan (“Azərbaycan”) başqa millətə heç nə verə bilmədiyi üçün xalqı inandırmağa çalışır ki, bu iki şey hər şeydən daha vacibdir.

O, bir yazısında, belə deyir : “Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şey buraxmadılar. Onlar hər şeyi verdilər, maddi, mə’nəvi nə varsa hamısını təslim etdilər”.

Müsavatçılar bolşevikləri ittiham edib deyirdilər, milləti satan xainlər sizsiniz. Bolşeviklər isə deyirlər, yox milləti satan xainlər siz özünüzsünüz. Bir-birilərini xainlikdə ittiham edirlər. Yə’ni ki, biri o birisinə deyir “mən millətə xain çıxdım, amma bir o qədər yox. Sən məndən daha çox xainsən”.

Bunlar arasında fərq varsa, bu onda idi ki, biri bu məntəqədə Qərbin mənafeyini güdürdü, o birisi Şərqin.

Məmləkətdə bu xainlərin hər ikisinə, Rəsulzadəyə və Nərimanova heykəl ucaldıblar. Lakin, Qara Şəhərdəki nəhəng bir baş şəklində qranit daşdan yonulmuş Stepan Şaumyanın heykəlini dağıdıblar. Halbuki, heç kəs Şaumyanı satqın adlandıra bilməz. O, öz xalqına, öz millətinə xain çıxmayıb, əksinə həyatını xalq yolunda fəda’ etmişdi. O, bolşevik olubsa da, ancaq öz millətinə gün ağlaya bilib, İrəvanın müsəlman əhalisini pərən-pərən edib o ərazidə erməni dövləti yaradaraq getmişdir. Bu gün Bakıda Şaumyana lənət oxuyurlar, onu pis adam kimi qələmə verirlər. Halbuki, əgər Şaumyan bizim üçün, müsəlmanlar üçün pis olubsa, öz xalqı üçün, ermənilər üçün yaxşı olub. Məntiqlə düşünəndə görürsən ki, əslində Şaumyan yaxşı adam olub. Çünki o, öz millətinə yaxşı olub. O, öz millətinə yaxşı, düşməninə yaman olub. Öz millətinə yaxşı sifət, düşmənə isə pis sifət göstərib.

Onu də deyim ki, mən, Bakının ən abad yerində, mərkəzi məhəlləsində ermənilər arasında yaşayırdım. Az-çox erməniləri tanımışam. Bildiyimə görə hələ ki, ermənilərin arasından millətinə xain çıxanı olmayıb. Kiçik bir xalq olaraq, başqa böyük xalqların arasında yaşayaraq ermənilər həmişə bir-birilərinə arxa olublar, bir-birilərinə yardım ediblər. Elə bu səbəbdən həyatda qalıblar. Onlar həmişə deyirlər ki, bizim millətin varlığı bizim erməni kilsəsinin hesabına olub, dinimizə sadiq olmuşuq, həyatda qalmışıq. Halbuki bizim dırnaq arası ziyalılarımız İslamı lənətləyib, gələcəyimizi İslamdan kənarda görürdülər. Odur ki, hal hazırda arada millət yoxdur, çünki arada müsəlman yoxdur. Xaçpərəst erməni milləti isə var, milli erməni dövləti də var.

Rəsulzadə isə xalqa müraciət edib onları, özlərini müsəlmanlar kimi deyil, bir türk kimi, ləzgi kimi, kürd kimi görməyə çağırırdı. Yə’ni ki, onun istədiyi bu olub -- müsəlman xalqlar özlərinin kimliyini, mə’nəviyyatda, İslamda deyil, irqlərində görsünlər. Din isə deyir ki, mə’nəviyyat, cismani, maddi şeylərlə deyil, ülvi şeylərlə əlaqələndirilməlidir. Göz, qaş, bədən quruluşu cismani şeylərdir. Hər hansı bir xalq öz irqinə, irqi xüsusiyyətlərinə deyil, mə’nəviyyatına bağlı olmalıdır. İrqçi, millətçi nəzəriyyələr hamısı avropalılar, ağ irqindən olan xalqlar arasında yaranıb. Rəsulzadə istəyirdi ki, bütün türk xalqları mə’nəvi dəyərlərini unudub, özlərinin irqi əlamətlərini ülviləşdirib, müqəddəs hesab etsinlər.

Bu gün Rusiyanın rəhbərliyi rusları inandırmaq istəyir ki, guya Rusiya Federasiyası rusların milli dövlətidir, hal-hazırkı dövlət quruluşu isə inqilabdan əvvəlkisinin təkrarı və davamıdır. Hökumət xalqın düşüncəsində bu fikri yaratmaqdan ötrü inqilabdan əvvəlki çar Rusiyasının dövlət nişanlarını, əlamətlərini, şəhər və küçə adlarını ardıcıl şəkildə bərpa etməklə məşğuldur.

Çar Rusiyasında dövlət üç sütun üzərində dururdu -- çar sülaləsinin, əşrəf təbəqənin və Kilsənin. İnqilab bunların üçünü də aradan aparmışdı. Bu gün bunlar ortada yoxdurlar. Çar sülaləsi, əşrəf və ruhani təbəqələr məhv edilmişdi. Dövlətdə bu təbəqələrin hakimiyyətinə son qoyulmuşdu. Kilsə və ruhanilər dünyavi, dinsiz hökümətə tabe’ edilmişdilər. Rus pravoslav dövləti tarix olmuşdur.

Əslində isə Rusiya Federasiyası çar Rusiyasının deyil, Sovet İttifaqının davamıdır. Federasiyanın bütün dövlət idarələri bolşeviklərin tə’sis etdiklərinin davamıdır. Bu günün Rusiya ordusu – Qızıl Ordunun davamıdır. Bu günün FSB-si KQB-nin, NKVD-nin davamıdır. Daxili İşlər Nazirliyi Sovetin Daxili İşlər Nazirliyinin davamıdır. Başqa idarələr də həmçinin.

Eynilə Azərbaycan Respublikası əsla Rəsulzadənin qurduğu dövlətin davamı olmayıb, Leninin, Şaumyanın qurmuş olduqları Sovet Azərbaycanının davamıdır. Bu günün hökumət, ordu, dövlət təhlükəsizliyi, polis, prokurorluq və sair idarələr hamısı sovetinkilərin davamıdır. Bircə bayraq Rəsulzadənin düzəltdiyi bayraqdır.

Cavanlıqda Bakıda yaşayan ermənilərdən bu fikri çox eşitmişəm. Onlar deyirdilər ki, “azərbaycanlılara elə gəlir ki, Azərbaycan Respublikası onların respublikasıdır. Əsla yox. Bu respublika bizim, ermənilərin respublikasıdır. Bu respublikanı Stepan Şaumyan yaradıb, bizim üçün yaradıb. Bu respublikada hakimiyyət bizim, ermənilərin əlindədir. Respublikanın rəhbərliyi bizim xeyrimizə işləyir, bizim mənafeyimizi güdür”.

Mən bununla razıyam. Azərbaycan Respublikası nə sovet vaxtı milli dövlət olub, nə də ki, bu gün. Heç Rəsulzadənin qurduğu cümhuriyyət də həmçinin bir milli, müsəlmana gün ağlayan dövlət olmayıb.

Heç olmasa rus xalqı, rus cəmiyyəti, öz inqilabdan əvvəlki tarixlərinə, rus provoslav dövlətçiliyi tarixinə yiyə dura bilir. Bizdə isə, bizim respublikada, hökumət millətin keçmiş tarixinə yiyə çıxmaq istəmir, milli dövlətçiliyin yalnız XX əsrdə yarandığına israr edir. Onlar bizim tariximizi İranın tarixindən, İslam dövlətçiliyi tarixindən ayırmaq istəyirlər. Bunlar qara camaatı inandırmağa çalışırlar ki, İran dövləti farsların dövləti olub. Halbuki axırıncı 800 il ərzində, ta ki, XX əsrə qədər İranının hakimiyyətində olanlar, İranı idarə edənlər türk sülalələri olub. Yə’ni, mənim demək istədiyim odur ki, İranın tarixi elə bizim tarixdir. Qərbin və Şərgin təcavüzkar qüvvələri, tarixi İran ərazisi olan Qafqazı İrandan ayırmaq, öz tə’sirləri altına salmaq istəyirdilər. Hal-hazırda da bu qüvvələr Qafqazda İranın nüfuzun bərpa olunmasından qorxurlar.

Mən isə bunlardan fərqli olaraq deyirəm ki, coğrafiya nöqteyi-nəzərindən Cəınubi Qafqaz, Avropa qit’əsində yerləşməyib, Yaxın Şərq adlanan ərazidə, Asiya qit’əsində yerləşib. Bu ərazi tarixən, həmişə İranın parçası olub. Bu ulu dövlət müsəlman dövləti olub, hakimiyyət müsəlmanların əlində olub. İslam burada, bu ərazidə min ildən çox müddətdə hökm sürüb.


Respublikanın hakim dairələrinin bizim millətin tarixinə yiyə çıxmaq istəməmələrinin səbəbi ondadır ki, onlar əvvəlki, müsəlman üsuli-idarənin bərpa olmasının əleyhinədirlər. Müsəlmanın hakimiyyətə gəlməsini istəmirlər. Bunun əksinə bunlar Alban xaçpərəst dövlətini özününki sayırlar. Bizim keçmiş, əslikar tariximizi bu xaçpərəst dövlətinə bağlamaq istəyirlər.

Təzədən Rəsulzadə mövzusuna qayıdıram.

Rəsulzadə kitabında belə yazırdı, İngiltərənin, Fransanın və başqa Avropa dövlətlərinin bayraqları üzərində “Hürriyət, Müsavat, Ədalət” sözləri yazıldığına görə o dövlətlər pis ola bilməzlər. Halbuki bu boş sözdən, bir şüardan başqa bir şey deyildir. O dövrdə, Böyük Britaniya və Fransa, birlikdə, məğribdən məşriğə, Mərakeşdən tutmuş, Hindistana, qədər bütün müsəlman torpaqlarını zəbt etmişdilər. Qərb təcavüzkar qüvvələri bu əraziləri müstəmləkə halına salıb, müsəlmanlara qarşı saysız-hesabsız qətli-amlar törətmiş olduqları halda Rəsulzadə milləti aldatmaq fikri ilə bu dövlətlərdən qorxmamağa, onlardan çəkinməməyə çağırırdı.

Bir dəfə, Stalin bu müsavatçı ilə söhbət əsnasında deyib ki, siz “idealist” bir adamsınız, bizim kimi inqilabçıların gözəl sözlərinə inanırsınız. Rəsulzadənin onunla danışığda təmtəraqlı ifadələrdən, şüarlardan istifadə etməsi Stalinə qəribə görünürdü. Çünki inqilabçılar öz aralarında deyil, qara camaatın qarşısında çıxış edəndə bu ifadələrdən istifadə edirdilər.

Mənə görə isə Rəsulzadə heç də sadəlövh adam olmayıb. O, riyakar, siyasətbaz bir adam idi. Bu müsavatçı camaata yağlı və’dlər verərkən, nağıl danışarkən, bu sözlərin yalan olduğunu yaxşı bilirdi. İntəhası siyasətbaz adam kimi onun dilli yalana öyrəşib. Yalançı uzun müddət yalan danışanda axırda özü də o sözlərə inanmağa, onların həqiqət olduğuna inanmağa başlayır.

O, qabaqca, bolşeviklərlə durub-otururdu və Bakıda işçi təbəqədən olanlar, fəhlələr arasında bolşevik təbliğatı aparırdı. O vaxt Bakının fəhlə sinfi əsasən ruslardan, erməni və yəhudilərdən ibarət olub. Onun özünün yazdığına görə bolşeviklərin çox az hissəsi, 300 nəfəri, müsəlmanlar olub.

Leninin intelligent olanlardan xoşu gəlmirdi. Lenin inqilabdan qabaq fəhlələrin qarşısında nitq söyləyəndə şirin dil tökəndə, gözəl həyat və’d edəndə onlar onun sözlərini yaxşı qəbul edirdilər, onu alqışlayırdılar. Başqa vaxt savadlı adamlar, ziyalılar qarşısında nitq söyləyəndə, eyni sözləri təkrar edəndə onlar ona gülürdülər, onun bu sözlərini qəbul etmirdilər. Ona görə Lenin başa düşdü ki, onun “müştəriləri” ancaq bu, savadsız, qara camaatdır. Ondan sonra o, demişdi ki, hakimiyyətə gələndən sonra bu intelligentlərin kökünü kəsəcəyəm, hamısını böcəkləri, həşəratı qıran kimi qıracağam, onlar mənə lazım deyillər. Rəsulzadə də elə bu səbəbdən öz inqilabı fikirlərini, bolşevik təbliğatını yaymaqdan ötrü qabaqca fəhlələrin, savadsız adamların yanına gedirdi.

Tiflisdə və Gəncədə isə fəhlə sinfi yox dərəcəsində idi. Ona görə, ora köçəndən sonra, işgüzar adamlar, tacirlər, bəylər tərəfindən dəstək almaqdan ötrü Rəsulzadə, “Müsavat” firqəsinin bolşevik mövqeyini dəyişdirir. Bundan sonra o, özünü burjua inqilabı tərəfdarı kimi qələmə verməyə başlayır. Əvvəlcə o solcu, kommunist, beynəlmilləlçı mövqeyini tuturdu, sonradan, vəziyyət dəyişəndə isə sağçı, burjua milliyyətçisi oldu. Yə’ni ki, onun daimi bir mövqeyi olmayıb, vəziyyətə uyğunlaşan, büqalamun xüsusiyyətli bir adam olub.

Sovet İttifaqı qurulandan sonra Stalin ona bolşeviklərlə birlikdə işləməyi təklif edəndə o, bir müddət, Moskvada qaldıqdan sonra, xaricə qaçmışdı. Rəsulzadə başa düşdü ki, o, Stalinə və Leninə Şərqdə müsəlmanlar yaşayan ərazilərdə bolşevik təbliğatını aparmaq üçün lazım idi. Lakin, gələcəkdə, bu ərazilərdə yerlərini möhkəmlədəndən sonra, bolşeviklər onu lazımsız sayıb, bir müsavatçı, burjua inqilabı tərəfdarı kimi məhv edəcək, gülləyəcəkdilər. Buna görə o, zirək tərpəndi, aradan çıxdı.

Türkiyədə, kapitalist ölkəsində isə o, vəziyyətə uyğunlaşıb, öz köhnə dostlarını, bolşevikləri və daşnakları pisləməyə başlayır.

Rəsulzadə gördü ki, “Gənc Türklər” Türkiyədə hakimiyyətə gələndə camaatın narazılığından qorxub dini tamamı ilə qadağan etməmişdilər. Buna görə o, orada etdiyi məruzələrdə gileylənib deyirdi ki, Sovet İttifaqında İslam tamamı ilə məhv edilmişdi. Halbuki, Rəsulzadə, əsla, İslamın dostu, tərəfdarı olmayıb. O, bunu “Gənc Türklərin”, burjua inqilabçıların apardıqları siyasətə uyğunlaşmaqdan ötrü edirdi.

Bakıda nəşr olunan bir alman tarixçisinin kitabında yazılırdı ki, müsavatçıların hakimiyyəti dövründə erməni dövlətinin yaradılmasına türk hökumətinin böyük dəstəyi olub. Onun fikrinə görə türk ordusunun Qafqaz istiqamətində hərəkət etməsində əsas məqsəd erməniləri Osmanlı torpaqlarından kənara atmaq olub. Qərb, “Gənc Türklər” hökumətindən tələb edirdi ki, o, ermənilərə Anadoluda müstəqil dövlət qurmağa imkan versin. Türk hökuməti öz ərazilərini saxlamaqdan ötrü erməni dövlətinin, Osmanlı torpağından kənarda, Qafqazda qurulmasında maraqlı idi. Türklər Bakını tutanda razılaşma əldə edildi və kağıza qol çəkildi.

Bu məsələdə Osmanlı türklərini başa düşmək olar, ancaq Rəsulzadənin bizim İrəvanı, müsəlman şəhərini, erməniyə verilməsinə razı olmasını, bunu qəbul etməsini başa düşmək çətindir. Düzdür o, yazılarında həmişə deyirdi ki, hər bir xalqın azad yaşamağa, müstəqil dövlət qurmağa haqqı vardır. Buna görə müsəlmanların İrəvandan çıxarılması ona ədalətli bir şey kimi görünürdü. Onun fikrinə görə, dost erməni xalqı da özünə dövlət qurmağa tam haqqı vardır.

Həmin bu kitabda birinci erməni prezidentinin bir erməni yığıncağında etdiyi nitqdən iqtibas gətirilmişdi. Erməni: “Qərb dövlətləri və Rusiya bizə və’d etdilər ki, müstəqil erməni dövlətini yaratmaqda bizə kömək edəcəklər, ancaq onlar bizi aldatdılar. Bu dövlətlər Osmanlı torpaqlarını özləri üçün zəbt etmək istəyirdilər. Əslinə baxanda Ermənistan dövlətinin yaradılmasında bizə əsas kömək türk hökumətindən gəldi. Biz bunun üçün türklərə çox sağ ol deməliyik”.

Rəsulzadənin bə’zi maraqlı fikirlərini də burada gətirmək istəyirəm:
M.F.Axundzadədən başlayaraq Sabir həcvlərinə qədər dinin təhqir edilməsi müasir Azərbaycan ədəbiyyatında bir ənənə şəklini almışdı...

“Molla Nəsrəddin”in müdiri Cəlil Məmmədquluzadə “Kamança” adlı bir tamaşa yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə, ölümdən qurtarır...

Azərbaycandakı yeni nəsil, deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə mə’lum deyildir. Azərbaycanda qədimdən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovet İttifaqı ilə bərabər, yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz. Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar-bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bə’ziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirlər. Hissə komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən yoldaşlarını İslam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə – “ya Məhəmməd, ya Məhəmməd!” – deyə bağıraraq yoldaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən yoldaşlarını “Arşın mal alan” operettasından nəğmələr oxuyaraq basdırmışlar.

Əslinə baxanda turançılıq, türkcülük irqçi, faşist siyasətinin və məfkurəsinin bir növüdür. Türklər, xüsusi, ulu bir xalqdır. İrq cəhətindən türklərin irqi başqa irqlərdən üstündür. Alman faşistləri, irqçıləri də buna oxşar fikirləri vardı. Deyirdilər ki, alman xalqı uludur, alman irqi ulu bir irqdir, başqa irqlərdən üstündür.

MASONLUQ

Masonluq mənşəyi bilinməyən gizli bir təşkilatdır. Belə ehtimal olunur ki, o, ilk dəfə XVI əsrin axırlarında İngiltərədə meydana çıxıb. Hal-hazırda mason təşkilatları dünyanın çox ölkələrində fəaliyyət göstərir və onların altı milyona yaxın üzvü vardır.

Osmanlı torpaqlarında mason lojası ilk dəfə miladı tarixlə 1748-ci ildə Hələb şəhərində tə’sis olunmuşdu ki, onun icazəsini Şotlandiyanın Böyük lojası vermişdi. Sonralar Osmanlı Dövlətində çox sayda İngilis, Fransız, Alman, İtalyan və İrlandiya lojalarının mövcud olması haqqında mə’lumatlar vardır. Əvvəllər bu lojaların üzvləri yalnız xaricilər olub, ancaq sonralarda yerlilər də öz lojalarını qurmağa başladılar.

XIX əsirdə sultan Əbdülhəmid Sani (İkinci Əbdülhəmid) hakimiyyətə gələndə o, əvvəlcə, mason fəaliyyətlərinə maneçilik törətmirdi, onlarla yumşaq davranırdı, ancaq daha sonra onun onlara qarşı olan münasibəti dəyişdi.

O vaxtlarda Osmanlıda 23 loja vardı. Məşrutə tərəfdarı hərəkatının, “Gənc Osmanlılar”, “İttihad və Tərəqqi” firqələrinin meydana gəlməsi mason lojalarının uzun vaxt ərzində göstərdikləri fəaliyyətləri sayəsində idi. Masonlar bu hərəkatlara həm mə’nəvi, həm də əməli dəstək verirdilər.

1861-ci ildə Şotlandiya mason lojası əsasları üzrə qurulmuş “Şurai-Aliyi Osmani” fəaliyyətə başlayır. Midhət Paşa da bu lojanın üzvləri arasında idi. 1876-cı ildə sultan Əbdüləzizə qarşı, 1908-ci ildə isə sultan İkinci Əbdülhəmidə qarşı gerçəkləşən əsgəri üsyanların layihələri bu lojada hazırlanmışdı.

“İttihad və Tərəqqi” firqəsi iqtidara gəldikdən sonra qısa zamanda mason lojaların sayı daha da çoxaldı və onlar qüvvə topladılar.

Əbdülhəmid taxtdan salındıqdan sonra, müharibə illərində, Böyük Türk lojasının başçısı Tələt Paşa baş nazir tə’yin olunmuşdu. Bundan başqa jandarmların rəisi Qalib Bəy, iqtisadiyyat naziri Cavid Bəy və Qafqaz cəbhəsində həlak olan Faiq Süləyman Paşa da mason idilər.

1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra masonlar daha ehtiyatlı davranmağa, Mustafa Kəmalın (Atatürkün) siyasətinə uyğunlaşmağa başladılar.Tarixçilərin yazdıqlarına görə Türk Cümhuriyyətinin yaradılmasında Mustafa Kəmala kömək edənlərin, onun əməkdaşlarının əksəriyyəti masonlar olublar. Başqa sözlə, dövlətin idarəçiliyi və aparılan islahatçılıq işləri hamısı masonların əlində olub. Atatürkün rəhbərliyi altında işləyən masonların sayı hesaba gəlməz, onların burada adlarını gətirmək, siyahılarını tutmaq çox yer tutardı. Bunlar, milli məclis sədrlərinin ikisi, baş nazirlərin ikisi, daxili işlər nazirlərinin hər ikisi, səhiyyə nazirlərinin dördü, təhsil nazirinin hər ikisi, bir iqtisadiyyat naziri, Ankara şəhərinin iki valiləri, İstanbul şəhərinin valilərini ikisi, dövlət jandarm idarəsinin bir rəisi, çoxlu admirallar, hərbi nazirlərin hamısı, dövlət şurasının rəisləri, cümhuriyyətin bir baş prokuroru, dövlətin başqa vacib vəzifə sahibləri, böyük dəstə deputatlar hamısı mason lojaların üzvləri idilər.

1935-ci ildəki siyasi və ictimai qeyri-sabitlik zamanında Böyük türk lojası öz rəsmi fəaliyyətlərinə xitam verdi. Atatürk, Şükrü Qayanı, özü də mason olan daxili işlər nazirini, mason lojalarının başçılarının yanına göndərir. Nazir onları inandırmağa çalışdı, məsləhət verdi ki, masonlar qanunvericiləri təzyiq altına qoymamaqdan ötrü özləri öz fəaliyyətlərinə xitam versinlər.

Böyük türk mason lojası bu bəyanatı dərc etdi: “Cümhuriyyətin gündəlik inkişafını, demokratik və dünyəvi amallarına çatmasını nəzərə alaraq Türkiyənin mason təşkilatı könüllü şəkildə öz fəaliyyətini dayandırmağa qərar verdi”.

Masonların adından danışaraq Şükrü Qaya ictimaiyyəti məlumatlandırdı: “Türkiyənin masonları anladılar ki, onların qayə və məqsədləri cümhuriyyətin qayə və məqsədləri ilə üst-üstə düşür. Bu səbəbdən onlar təşkilatlarını ləğv edirlər”.

Masonlar yalnız rəsmi olaraq öz çalışmalarına ara vermişdilər, həqiqətdə isə onlar öz aralarında toplanmağa davam edirdilər.

1946-cı ildən sonra mason lojalar, yenidən, rəsmi olaraq öz fəaliyyətlərini bərpa etdilər. Bundan çox sonralarda Türkiyə masonları bildirdilər ki, onlar dünya mason lojalarının tam hüquqlu üzvü olmaq arzusundadırlar.

1970-ci ildə İngiltərənin və İrlandiyanın Böyük Lojaları Türkiyənin Böyük lojasını tanıdı və beləliklə bu loja masonluğun ümumi məcrasına daxil oldu. O vaxtdan sonra Türkiyədə masonluğun işləri cuşa gəldi. 1987-ci ildə “Nur No.72 lojası” İsraildə, 1990-cı ildə “Türkay No.995 lojası” Frankfurtda, “Nur 2000 lojası” Vaşinqtonda türk dilli lojalar kimi təşkil olundular.

Müasir Türkiyədə fəaliyyət göstərən mason lojaların 20 000-ə qədər üzvü vardır.

2000-ci ildə Vaşinqtonda “Nur 2000 lojası”nın yaradılması ilə əlaqədar belə bir qərar alındı ki, bu lojanı bir əsas kimi götürərək Azərbaycan Respublikasında masonluğu yaratmaq üçün yollar axtarılsın.

Hazırlıq işlərinin əksəriyyəti, 2001-2008 illər arasında görüldü. Bakıya, dəfələrlə, gedildi. Oranın rəhbərliyi ilə görüşlərdə masonluğun məziyyətlərindən və faydalarından danışıldı və, nəhayətdə, 2008-ci ildə müsbət cavab gəldi. Bəyannamə hazırlandı və ona qol çəkildi. Dekabrın 9-da, Bakıda, “Azərbaycan Milli Böyük Lojası” təşkil olundu. İran əsilli Amerika vətəndaşı Robert Heyat lojanın başçısı tə’yin olundu. Bu gün lojanın yüzə qədər üzvü vardır.

İranda masonlar 1850-ci illərdə fəaliyyət göstərməyə başladılar. Birinci mason lojası, əvvəllərdə, “Fəramuşxana” (“frankmason” sözündən) adlanırdı. Onun təsisçisi, bir müddət Avropada yaşayıb sonra isə İrana qayıdan, erməni əsilli, Melkum xan adında bir adam olub. 1858-ci ildə Melkum xanın şagirdi “Cəmiyyəti-adamiyyət” adında loja açmışdı. Əvvəllərdə, İran lojalarının Qərbi Avropa masonlaları ilə rəsmi əlaqələri yox idi. Bunlar ancaq zahiri görünüşünə görə mason kimi adlanırdılar, əslində isə onlar sırf siyasi təşkilatlar olublar. Və nəhayətdə, “Loje-Tehran” İranda ilk loja oldu. O, Avropa lojasının, bir Fransa mason lojasının şöbəsi idi.

1950-ci illərdə “Loja Pəhləvi” yaradıldı. Buna qədər olan zamanlarda lojaların fəaliyyətləri zəif idi. Bu lojanın təşkil olmasının məqsədi Iranda, cəmiyyət içində Məhəmməd Müsəddiqi hörmətdən salmaq, onun hökumətini devirmək olub. Müsəddiq İranın baş naziri olaraq milli maraqlara müvafiq siyasət aparırdı, ölkənin neft mə’dənlərini milliləşdirmək istəyirdi. Bu isə İngiltərənin və Amerikanın mənafelərinə zidd idi. Bu loja və Amerika kəşfiyyat təşkilatları köməkləşərək Tehranda hərc-mərclik yaratdılar və çevriliş edib baş naziri hakimiyyətdən saldılar.

1970-ci illərə qədər Şotlandiya, Almaniya və Fransa lojalarının 43 şöbəsi İranda fəaliyyət göstərirdi və dövlətin 1700 vəzifəli adamı onların üzvləri olublar. İranın şahı Məhəmməd-Rza Pəhləvinin özü isə bir Britaniya lojasının üzvü idi.

İran əhalisi masonluğa pis baxırdı, bu lojaların məqsədlərinin nə olduğu, onların nəyə xidmət etdikləri bilinmirdi və bu cəmiyyətdə şəkk-şübhə doğururdu. 1979-cu ildə, İslam inqilabından sonra, masonlara qarşı tə’qiblər başlandı və lojalar bağlandı. Mason lojalarının üzvləri ölkədən qaçdılar.

İslam alimləri masonluğu sionizm ilə bağlayırlar. Bu lojaların yəhudilərə xidmət etdiyini bildirirlər. Onların fikrincə bu özünü yəhudilərin Qüdsdəki Əl-Əqsa məscidini dağıtmaq və sonra onun yerində Süleyman mə’bədini yenidən bərpa etmək cəhdlərində göstərir. Bə’ziləri isə masonluğu Dəccalla bağlayırlar.

İnternetdə Türkiyə masonlarının saytı mövcuddur (mason.org.tr). Masonlar, orada, heçnədən qorxmayıb və çəkinməyib, keçmişdəki və hazırkı fəaliyyətlərindən bəhs edirlər. Maraqlıdır ki, yerli adamlar üçün türkcə yazılmış hissə, xaricilər üçün ingiliscə yazılmış hissə ilə düz gəlmir. İngiliscə, xaricilər üçün nəzərdə tutulmuş olan yazı hər şeyi daha səmimi, açıq bir şəkildə nəql edir. Deyir ki, masonların bütün hərəkətləri, əməlləri əslində Qərbin, xaçpərəst dövlətlərinin, mənafeyini güdürdü. Osmanlı İslam xilafətinin ləğv olunması, onun əvəzinə dünyəvi Türkiyə Cümhuriyyətinin qurulması işi, mason lojalarının sərf etdikləri böyük zəhməti, qeyrəti hesabına baş tutub, hasil olub.

Orda yazılıb, e’tiraf olunur ki, “İttihad və Tərəqqi cəmiyyəti bir mason firqəsi idi:
“İttihad və Tərəqqi” firqəsini yaradanlar avropalı gizli, təxribatçı dəstələrini (“Gənc italiyalılar”, “Gənc almanlar”, “Gənc isveçrəlilər” və s.) özləri üçün bir nümunə kimi götürmüşdülər. O, Parisdə tə’sis olunmuşdu. Qayəsi, Osmanlı Dövlətində məşrutə səltənətini qurmaq olub. Qərb mətbuatı bu dəstəyə “Gənc Türklər” adını vermişdi. Bunlar çox danışır, ancaq az iş görürdü. Nəhayətdə, bunların içindən beş nəfər mason inqilabçısı çıxıb, başqa bir gizli cəmiyyət yaratdı. Sonralarda ona “İttihad və Tərəqqi” adı verildi.

Artıq o vaxtlarda Qərbi Avropa ölkələrinin əksər padşahları, nazirləri mason lojalarına üzv olublar. “İttihadçılar” üsyan, qiyam hazırlığını Osmanlı dövlətində yaşayan xarici vətəndaşlara məxsus olan evlərdə, italyan, fransız və ispan lojalarının yığışma yerlərində görürdülər.

Salonikli masonlar ehtiyatda olan zabitlərdən bir ordu təşkil etdilər. Zabitlərin demək olar ki hamısı mason lojalarının üzvləri idi. Bu ordu İstanbula gəlib saray binasını ələ keçirdi. Beş nəfər masondan ibarət olan vəkillər komitəsi sultan Əbdülhəmidi taxtdan saldı. Bax, elə buna görə bütün İslam tərəfdarları bizlərə, masonlara nifrət bəsləyir.

Hal-hazırda bizim loja Balkanlarda, Rusiyada və Sovet İttifaqının keçmiş respublikalarında masonluğu yaymaqla məşğul olur.

Saytda, Türkiyənin cürbəcür vilayətlərindən gələn təşkilatının minə yaxın nümayəndəsinin Ankaradakı Atatürk məqbərəsinin qarşısında çəkdirdikləri foto şəkil də var. Onlar oraya cümhuriyyətin qurulmasının 90 illiyi münasibəti ilə yığışmışdılar. “Hürr və Qəbul Edilmiş Masonlar Böyük Lojası”nın Böyük Ustadı Ömər Kökər məqbərənin xüsusi dəftərində bu sözləri yazmışdır:
Ulu öndərimiz Müstafa Kəmal Atatürk,

Quraraq Türk Millətinə əmanət və ərməğan etdiyiniz dünyavi demokratik cümhuriyyətinin

təməllərini mənimsəyən bizlər, Türkiyə aşiqi masonlar, sonsuz sevgi və hörmət ilə hüzurunuzdayıq.

Dünyavi demokratik Türkiyə Cümhuriyyətini qorumaq və mühafizə etmək işində, ilk illərimizdən e’tibarən Türk Masonları olaraq etdiyimiz andı yerinə yetirməyə hazırıq və bu əhdi heç vaxt unutmayacağiq.

Endirilən və yandırılan bayrağımızdan və yandırılan hər heykəlinizdən yayılan alovlar, əslində qaranlığı aydınladır, daxilimizdəki Atatürk sevgisini daha da qüvvətləndirir.

Diləyirəm ki, Mustafa Kəmal Atatürk sevgimiz heç azalmasın, daxilimizdə yandırdığınız atəş heç sönməsin, Türkiyəni aydınlatmağa və qapanmış zehinləri açmağa davam etsin.

Ömər Kökər,

Böyük Ustad.


Bu gün artıq mason lojaları öz əvvəlki əhəmiyyətini itirmişlər. Onu yaradanların daha onlara ehtiyacı yoxdur, çünki müasir zamanda yer kürrəsinin hər tərəfində, bütün ölkələrdə masonlar hakimiyyəti öz əllərinə almışdırlar. İndi lojaların işini dünyavi hökumət idarələri görür. Yə’ni ki bu gün bu lojalar dinə, mənaviyyata və əxlaqa qarşı mübrizə işini bu hökumətlərə həvalə etmişlər.

XRİSTİAN ƏLİFBASINA: “YOX!”, -- MÜSƏLMAN ƏLİFBASINA İSƏ: “HƏ!” DEYƏK


Çox istəyərdim ki, hal-hazırda, məmləkətimizdə işlədilən gavur, latın əlifbası aradan getsin və onun əvəzində bizim köhnə əlifba, müsəlmanların ortaq əlifbası təzədən qəbul olunsun. İstəyərdim ki, bizi, müsəlmanı sevməyənlərin, müsəlmanın hər şeyinə nifrət bəsləyib, Qərb və Şərq təcavüzçü qüvvələrinə nökərçilik edən yerli masonların, dinsiz dairələrin papaqları qoltuqlarına verilsin və onlar həm latın, həm də kiril əlifbası ilə birlikdə yurdumuzdan qovulsunlar. Əslində, bunlar, bizim masonlar Qərbdə heç kimə lazım deyillər. Qərb elələrini bizim aramızda olmasını istəyir ki, onlar vasitəsi ilə bizi özünə, öz əmrinə tabe’ olmağa məcbur etsin.

1857-ci ildə İranda “Fəramuşxana” adında ilk mason lojası açılmışdı. Onun təsisçisi erməni əsilli bir şəxs, Melkum xan olub. Qərbi Avropa masonları ilə sıx təmasda olan bu adamın İrandakı işi, fitnə-fəsad törətmək, müsəlmanlar arasında zərərli fikirlər yaymaq olub.

Melkum Xanın bir fitnəsi də “əlifbai-cədid” olub. Müsəlmanın milli əlifbası pisdir, xaçpərəstlərin latın əlifbası yaxşıdır, əlifbanızı dəyişdirin deyə, camaatı təhrik edirdi. O, Rus təbəəsi olan M.F.Axundovla məktublaşıb, onu da bu təşəbbüsə qoşulmağa təşviq etmişdi.

Uşaqlıqda, bir dəfə, Axundov bağında, bu ədibin şanına ucaldılmış heykəlin yanından keçəndə onun bürünc altlığında latın əlifbası hərflərinin həkk olduğunu gördüm. O vaxt bunun nə mə’na daşıdığını başa düşə bilmədim. Bu, uzun illər boyu mənim üçün bir sirr olaraq qaldı.

Sonralarda bir tarix kitabında oxudum ki, M.F.Axundov Rus çarının adından Osmanlı Dövlətinə gedəndə sultana məsləhət görüb ki, oranın müsəlmanları öz əlifbalarından üz çevirib, latın əlifbasına keçsinlər. Sünni aləminin xəlifəsi bunu eşidəndə Axundovu hüzurundan uzaqlaşdırdı və çara məktub yazaraq dedi ki, gələcəkdə bu mə’lun, həyasız adamı mənim yanıma göndərməyin.

Məncə, M.F.Axundov bizim aramızdan çıxan ən birinci mason idi.

Amerikalı şərqşünas Həmid Alqar Melkum Xan haqqında bir kitab yazıb və orada bir fəsildə Axundov barəsində də yazaraq, bu ikisinin dost və sirdaş olmasından danışıb. Fəqət, orada Axundovun sultanın hüzurunda olmasından bir söz yoxdur. Kitaba görə yazıçı İstanbula gələndə İranın səfirliyində qalırdı.

Axundovu, sultan deyil, Osmanlı Dövlətinin sədri-ə’zəmi (baş naziri) qəbul etmişdi. Sədri-ə’zəmin yığdığı məclisdə alimlər Axundovun təklif etdiyi yeni əlifbanı nəzərdən keçirtdilər. Sonradan yazıçıya xəbər gəldi ki, onun təklifi rədd olundu. Bu Axundovu çox mə’yus etmişdi.

Belə görünür ki, sonradan İranın səfiri Axundova göstərdiyi qonaqpərvərliyindən peşman olmuşdu. O, Osmanlı hökumətinə xəbər verərək bildirmişdi ki, Axundov dinin qatı düşmənidir və bundan əlavə həm də Rusiyanın casusudur. Alqar yazır ki, birinci ittiham, əlbəttə, doğrudur, ikincisi isə mümkün görünür. Səfir Axundovun yazılarını oxuduqdan sonra bu qənaətə gəlmişdi ki, bu tamaşalar təxribatçı mahiyyət daşıyıb, mövcud siyasi və dini quruluşu kəskin bir şəkildə tənqid edir və pisləyir.

Bu kitaba görə Axundov o vaxt hələ ki latının tərəfdarını olmayıb, sadəcə ərəb əlifbasına dəyişiklik gətirmək istəyirdi.

Melkum Xanın atası, Yaqub Xan Rusiyanın İrandakı səfirliyində tərcüməçi işləyirdi. O vaxt İranın çox ağılı və bacarıqlı bir baş naziri var idi. Bu adam, Əmir Kəbir İranın ilk universitetini, Darül-fününu tə’sis etmişdi. O, həmçinin, İranın dövlətçiliyinə və İslama böyük təhlükə yaradan babilərin üsyanını yatırmış, onların başçısını, özünü peyğəmbər e’lan etmiş bir adamı, Babı e’dam etdirmişdi. Düşmənləri şər ataraq onu Nəsirəddin Şah Qacarın gözündən salmışdılar ki, bu da nazirinin e’dam edilməsi ilə nəticələnmişdi. İranda Əmir Kabir haqqında bir seriyal var. Orada işarə olunmuşdu ki, bu nazirin e’dam olunmasında bu erməninin, Yaqub Xanın də əli vardı.

Kitabda Axundov barəsində yazılır:


Axundzadənin öz qarşısına qoyduğu məqsəd İslamı məhv edib, yox etmək olub. O, buna ədəbi fəaliyyəti ilə nail olmağa çalışırdı. Şübhəsiz ki, əlifba islahatı məsələsi Axundzadənin İslam dinini aradan qaldırmaq üçün göstərdiyi sə’ylərinin ayrılmaz bir hissəsidir.

Axundzadə ürəyində, İslama qarşı olan düşmənçilikdən başqa, həm də ərəblərə qarşı kin hissi saxlayırdı, onlara nifrət edirdi. Bunu onun iranlı Cəlaləddin Mirzəyə yazdığı məktubda görmək olar. O, yazırdı ki, “Mən indi bizim milləti ərəb əlifbasından azad etməyə çalışıram. Arzu edirəm ki, birisi də mənə qoşulsun və biz birlikdə sə’y göstərib xalqımızı ərəblərin mənfur, iyrənc adətlərinin buxovundan qurtaraq...”

Melkum Xan Londonda olanda iddia edirdi ki, o, İranda təzə bir din yaratmışdı. Dediyi sözə görə onun 80 min müsəlman ardıclı olmuş, onu peyğəmbər sanmışdı. Lovğalanırdı ki, o, tərəfdarlarından təşkilatın üzvlük haqqını yığırdı, elə ki bunun hesabına hədsiz miqdarda pul toplamış, varlanmışdı. Özünün tərcümeyi-halında həm də yazırdı ki, tərəfdarları ona “Ruh ul-Qüds” ləqəbini vermişdilər.
Əslində, bu ləqəbi ona Axundzadə bəxş etmişdi. Axunzadə bir məktubunda yazırdı ki, “Əla’həzrət Ruh ul-Qüds Mirzə Yaqubun oğlu Melkum Xandır. Ona bu ləqəbi mən vermişəm, o səbəbdən ki, onun risalələrini oxuduğumda böyük bir sevinc hissi keçirmişdim, vəcdə gəlmişdim”.

Qur’anda “Ruh ul-Qüds” Həzrəti İsanın ləqəbidir ki, o, orada göstərdiyi möcüzələri, ölüləri diriltməsi səbəbi ilə belə adlandırılmışdı.

Görünür ki, Axundov Melkuma bu ləqəbi verməklə demək istəyirdi ki, bu adam İsa peyğəmbər kimi ölüləri diriltmişdi. Yə’ni ki ədibin fikrinə görə müsəlmanlar “ölü” idilər və bu erməni onları “diriltmişdi”. Başqa sözlə, müsəlmanlar qəflət yuxusuna dalmışdılar, Melkum Xan isə gəlib, öz siyasi failiyyətləri vasitəsi ilə, onları bu yuxudan oyatdı.
Sonra Alqar yazır:
Axundzadə yazılarında Melkumu tə’rif edib, onun əsərlərinə yüksək dəyər verir. Bir məktubunda yazır ki, güya, Ruminin Məsnəvisi anlaşılmaz bir şey olduğu halda, onunla müqayisədə Melkumun risalələrinin üslubu gözəldir, onların kamilliyinə israr edir. Deyir, bu əsərləri Çin dilinə tərcümə etsələr, hətta onda da, onların mə’nası aydın və asan qavranılan olacaq.

Avropa mədəniyyətinin fitri bir üstünlüyə malik olduğuna inanaraq Axundzadə, bütün diqqətini İslam dünyasının “islahatına” çevirir. Melkum kimi o da, XIX əsrin çeynənmiş, bayağı bir nəzər nöqtəsini qəbul etmişdi. Bu nöqteyi-nəzərə görə Avropa və Asiya bir-birinə zidd və müqabil dünyalar, kürələrdir: elmin və mövhumatın, maarifin və geriliyin. Bu təzadların mücəssəməsi, onun Azəri türkcəsində yazdığı “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur” tamaşasındakı, iki fərd olur. Tamaşada qəsd olunduğu kimi, axırda elm mövhumata qalib gəlir, zəfər çalır. Axundzadəyə görə mövhumat elə dinin eynidir. O, özünün bütün fəaliyyətlərində İslama olan düşmənçiliyini Melkumdan da daha açıq və aydın bir şəkildə nümayiş edirdi.

O, Avropanın tarixi hadisələri ilə tutuşduraraq, bəyan edir ki, İslamın islahata ehtiyacı var: “İslama günümüzə və zəmanəmizə uyğun bir “protestantlıq” lazımdır, ona gərəyi vardır”. Halbuki o, adətən, bundan da aşkar danışaraq göstərib ki, onun əsil məqsədi İslamın islahatı olmayıb, onun tamamı ilə aradan qaldırılmasıdır. Necə ki başqa bir yerdə yazır, “Mən belə düşünürəm ki, müsəlman xalqları arasında mədəniyyətin yayılmasının qarşısında duran əsas maneə və əngəl İslam və mövhumatdır. Ona görə qarşıma qoyduğum vəzifə bu dinin təməllərini dağıtmaq, mövhumatın kökünü kəsmək və Şərq xalqlarının cəhalətini aradan aparmaqdır”.

Melkum bir məktubunda ərəb əlifbasının çatışmazlıq və uyğunsuzluqlarından danışır, tə’kid edir ki, yeni əlifbanın yaradılması bütün müsəlman xalqları üçün labüd və zəruridir. O, orada həm də Axundzadə ilə 1863-ci ildə baş tutan görüşünü və onların bu məsələ haqqında məsləhətləşməsini və birlikdə hazırladıqları təkliflərini yadına salır.

O, dəfələrlə Axundzadəni mə’lumatlandırır ki, əlifba islahatına o səbəbdən e’tiraz edirlər ki, bu dinə zidd bir şeydir. Ülamalar buna qarşı çıxırlar. Deyirlər, “Bu yazı dinimizin ayrılmaz parçasıdır.”

Axundzadə Melkuma yazdığı məktubda “Kamalüddövlə məktubları”nın nəşr etməsinə sərf etdiyi sə’ylərdən danışır. O, əlifba islahatının uğurunu din əleyhinə olan bu əsərin ictimai fikrə buraxacaq tə’sirə bağlayır:


Bu yaxınlarda mənim dostlarım bunu çap edəcək və sonra Asiya və Afrikanın hər yerində intişar edəcəklər (yayacaqlar). Onda görərik, İstanbulun nazirləri dinlərini necə qoruyub saxlaya biləcəklər. Onda, şübhəsiz, onların dini məhv olacaq və axırda onlar bizim əlifbamızı qəbul etməyə məcbur olacaqlar. O vaxt sevinc və rifah onlara qismət olacaq. Onlar əvvəlki əməllərinə təəssüf edəcək və bizdən üzr istəyəcəklər.
Alqarın fikrinə görə Melkum Axundovun əsərlərindən ilhamlanaraq, səhnə əsərləri, tamaşalar yazmağa başlamışdı. Onun fikrinə görə, siyasi və fəlsəfi kitablardansa, islahatçı fikirlərin və siyasi görüşlərin təbliğatı üçün ən yaxşı vasitə belə məzəkəli, müsəlman məişətini tənqid edən, məsxərəyə qoyan tamaşalardır. Alqar yazır:
Melkum İstanbuldan Tehrana gedəndə, yolüstü, Tiflisdə Axundovun evində iki-üç gün qonaq qalır. Axundov onunla etdiyi söhbətləri qeyd edib öz şəxsi arxivində saxlayır. Melkumun din barəsində, onun bəşəriyyət üzərindəki zərərli tə’sirləri haqqında, səsləndirdiyi bə’zi fikirləri maraq doğurur.

Onun fikrinə görə peyğəmbərlərə və ilahiyyatçılara göstərilən ehtiram, nəticədə, bəşəriyyətin əqlə, şüura nifrət etməsinə gətirib çıxardır. Elə ki dinin tələblərinə görə biz, bakirə bir qızın İsanı doğduğuna inanmalıyıq, haçan ki elm və ağıl bunu təkzib edir, mümkünsüz sayır. Bəşəriyyətin uğuru və xoşbəxtliyi üçün insanın şüuru, həm Asiyada və həm də Avropada, özünün əvvəlki bağlarından, dini nəqldən, rəvayətdən azad olmalıdır. Onda insan oğlunun düşüncəsində və əməllərində, yeganə bələdçi və rəhbər əql və zəka olacaqdır.

Sonralarda Melkumun mason fəaliyyətləri Nəsrəddin Şahı təşvişə salır, qorxudur və o, bir qərara gələrək, bu adamı ölkədən xaric edir.

Melkum, vəzifədən çıxarıldığı vaxtlarda, Türkiyədə və Avropada qəzetlər buraxırdı, İran hökumətini pisləyən və məsxərəyə qoyan məqalələr yazırdı.

Ancaq bir müddət keçəndən sonra şah onu əfv edib İranın İstanbuldakı səfirliyində bir vəzifə verir. Daha sonra, 1862-də Melkum Londonda İranın səfiri kimi işləyir. Orada, bir xarici şirkət onu yeyinti, pul oğurluğunda ittiham etmişdi. Ancaq şah bu məsələdə də onun təqsirindən keçir.

Daha sonra şah onu İtaliyaya səfir tə’yin edir. Şah ona, hətta, şərəfli “Nizamül-Dövlət” ləqəbini də vermişdi.

Melkum 1908-ci ildə İtaliyada ölür.
Mən bunu belə başa düşünürəm ki, şah bu ermənidən çəkinirdi və onun qılığına girmək istəyirdi. O, başa düşürdü ki, Melkum bir bəladır, cəncəl adamdır və buna görə, onu yola vermək üçün, ağzını yumdurmaq üçün maaş, vəzifələr və nişanlar verirdi.

Axundov barəsində olan bir söhbət yadıma düşdü. Bir dəfə bir iş üçün Nizami muzeyinə getmişdim. Dəhlizdə bir nəfər qoruqçu, polis nəfəri oturmuşdu və Şeyx Məhəmməd Fazil Lənkəraninin şəriət hökmlərini izah edən bir kitabı əlində tutub, oxuyurdu. Onun yanında bir kişi də oturmuşdu. O, Bakının bir məşhur musiqiçisinin qardaşı idi. Dediyinə görə o, A.Bakıxanovun nəslindəndir. Bu adam, polis nəfərinə və mənə, arxivlərdə saxlanılan Axundovla əlaqəli maraqlı bir sənəd barəsində danışdı.

Qafqazın qubernatoru Sankt-Peterburqa yazdığı hesabatında deyirdi: “Abbas-qulu Bakıxanov çox millətpərəst adamdır, onu yüksəltmək, vəzifə vermək lazım deyil. M.F.Axundov isə, əksinə, millətinə, müsəlmana xain çıxan adamdır. Bu şəxsin Rusiya İmperiyasına xeyri dəyə bilər. Onu yüksəltmək, vəzifə vermək çox-çox məsləhətlidir”.
Bakıxanov, Axundovdan fərqli olaraq dindar adam olub. Onun təsəvvüfə aid yazmış olduğu bir kitabı da vardır. O, hələ gənc yaşında, Məkkə yolunda, həcc səfərində ölmüşdü.

Xaçpərəst Qərbin müqəddəs kitabları latınca, Qur’anı-Şərif isə ərəb hürufatı ilə yazılıb. Necə ola bilər ki, xaçpərəstlərin əlifbası yaxşıdır, müsəlmanlarınkı isə pisdir. Mən istəyərdim ki, bu məmləkətin rəhbərliyinə bir mərd adam gələydi və o, kafirlərin əlifbasını aradan götürərək, ölkədə müqəddəs Qur’anın əlifbasını bərpa edib, vətənpərvər vətəndaşları, müsəlmanları sevindirəydi.

Qərbin sionist mətbuatı, radio və televiziyası, özlərini müsəlmanların dostu kimi göstərərək, “Çin uyğurlara zülm edir”, deyib səs-küy qaldırır. Bu gün, Qərb aləmimin ağaları olan sionistlər, tibetliləri və uyğurları, bu milli azlıqları, təhrik edib, onları üsyana, Çindən ayrılmağa çağırır. Məqsədləri budur ki, bu tayfaları bəhanə edib, Çini daima təzyiq altında saxlayıb, onu İran məsələsində və buna oxşar başqa məsələlərdə İsrailin və Amerikanın tələblərinə tabe’ olmağa məcbur etsinlər.

Buna cavab olaraq mən deyə bilərəm ki, Çində yaşayan uyğurlar bizdən də, Türkiyə və Orta Asiya müsəlmanlarından da daha çox azaddırlar, çünki, ən vacibi, Çin dövləti onlara müsəlman əlifbasını saxlayıb, istifadə etmələrinə icazə verir. Azadlıq və müstəqillik buna deyərlər!

On-on beş il bundan qabaq məmləkətin ixtiyar sahibləri kiril əlifbasını latınla əvəz etmək fikrinə düşdülər, çünki onlar, artıq ağalarını dəyişiblər, indi daha Moskvaya deyil, Vaşinqtona xidmət etmək, qərbpərəst siyasət yürütmək istəyirlər. Yalandan e’lan etdilər ki, biz xalqın rə’yini bilmək istəyirik, qoy xalq özü desin, hansı əlifba daha məsləhətlidir? Halbuki, onlar özləri artıq çoxdan qərara gəlmişdilər. Bu dünyəvi rejimin istəyi ondan ibarətdir ki, hər hansı əlifba onun üçün məqbuldur, istər yaponunku olsun, istər çininki olsun, təki müsəlmanınkı olmasın.

O vaxt “Ramstore” dükanlar şəbəkəsi yiyəsinin, Rəmzi Koçun Azərbaycan Respublikası hökumətinə etdiyi bir müraciətini eşitdim. O, Türkiyənin ən varlı Koç ailəsinin bir üzvüdür. Türk sənayesinin böyük bir hissəsi Koçların əlindədir. Bunların əsli yəhudidir. Rəmzi Koç, bir dəfə, əsəbi şəkildə Türkiyə jurnalistlərinə demişdi, türklər məni tez-tez “yəhudi” adlandırmaqla, acığımı tutdururlar. Elə ki, axırda, mənim hövsələm tükənəcək, bütün şirkətlərimi bağlayıb İsrailə köçəcəyəm. Onda, mənsiz Türkiyənin bütün iqtisadiyyatı çökəcək.

Bu lovğa adam bizim rəhbər işçilərə müraciət edib dedi ki, əgər siz Türkiyədə işlədilən latın əlifbasını qəbul etsəniz, onda mən, şirkətlərimdəki 5000 köhnə yazı makinalarını Azərbaycan Respublikasına hədiyyə verəcəyəm. Bizim başqa vətəndaşlarımızı bilmirəm, ancaq bunun bu sözü mənim mənliyimə toxundu, onu təhqiramiz bir şey hesab edirəm.

Sovet İttifaqı dağılandan sonra Türkiyə bizim respublika sayəsində milyardlarla miqdarda dollar pul qazandı. Bu adam isə bizə latın əlifbalı köhnə yazı makinalarını bağışlamaq istəyir. İndi dünyanın hər yerində kompüterdən istifadə edirlər. Hal-hazırda yazı makinalardan heç afrikalılar belə istifadə etmirlər. Əgər sən öz şirkətlərində yazı makinalarını kompüterlərlə əvəz etmək istəyirsən, onda o yazı makinalarını apar zibil yəşiklərinə at. Ya da onları öz “qardaşlarına”, İsrail yəhudilərinə bağışla. Əgər bu yaxşı bir şeydirsə qoy yəhudilər öz milli ibrani əlifbalarından əl çəkib, xaçpərəstlərin latın əlifbasını qəbul etsinlər.

O zaman belə bir hadisənin şahidi oldum. Bu söz bir məzəli lətifəyə, təmsilə bənzəsə də, halbuki, əslində, həqiqi bir əhvalatdır. O vaxtı radioda eşitdim ki, Bakıda yaşayan bizim bir dilşünas professor Türkiyəyə gedib və orada bir müsahibə verib. O, dedi, mən sizi, türkləri, çox sevirəm. Bakıda hökumət əlifba dəyişmək fikrinə düşüb. Mən sizin, Türkiyənin xeyrinə danışıram. Bir alim kimi öz rə’yimi verirəm ki, türkiyəlilər də latına keçiblər, latın məsləhətlidir, onu qəbul edək.

Bir aydan sonra, yenə də radioda eşitdim ki, həmin bu alim İrana gedib və orada başqa bir müsahibə verib, başqa şey danışıb. Mən İranı çox sevirəm, Bakıda, həmişə, İranın xeyrinə danışıram, deyirəm ki, köhnə əlifba, müsəlman əlifbası bizim ənənəvi, milli əlifbamızdır, bizə yad olan latın, kiril əlifbaları nəyimizə lazımdır.

Əminəm ki, əgər bu professor Rusiyaya getsəydi, orada ruslara yaltaqlanacaqdı, mən rusların dostuyam, rusları çox sevirəm, ona görə Bakıda kirilin lehinə danışıram, deyəcəkdi.

Bax, bu xalqın bugünkü alimləri, ziyalıları bu cür adamlardır. Eləsi fikirləşir, məmləkəti kimə satsam daha çox mənfəət əldə edərəm? Rusa satsam, türkə satsam ya ingilisə satsam?

BU “ODLAR YURDU” DEYIL, “ ÖVLİYALAR YURDU”DUR.
Sovet təbliğatçıları Cənubi Qafqazın müsəlmanlarını inandırmağa çalışırdılar, deyirdilər ki: “Sizin əsliniz müsəlman olmayıb, başqa şey olub, alban olub”. Onlar “Albanlar zərdüşt dinindən olublar, atəşpərəst olublar” deyib, milləti çaşdıraraq doğru yoldan azdırıblar. Əhalinin beyninə bu fikri yeridirdilər ki, müsəlmanlar sizin düşmənləriniz olub, onlar sizin qanınızı içib, sizi zorla müsəlman ediblər. İslam dini sizin deyil, yadların, ərəblərin dinidir. Ondan üz çevirin və s.

Həqiqət isə başqa cür olub. İki min beş yüz il bundan qabaq, cahilliyə dövründə İranda Zərdüşt adında peyğəmbər peyda olmuşdu. Onun danışdığı dil qədim, erkən dövr fars dili olub ki, alimlər buna Zənd-Avesta dili deyirlər. Atəşpərəstlərin bütün müqəddəs kitabları da bu dildə yazılıb.

Yə’ni ki, atəşpərəstliyin, bu dinin türk dilli xalqlara heç bir aidliyi yoxdur. Dünyada iyirmi-otuz türkdilli xalq var, ancaq onların arasında bir nəfər belə atəşpərəst dinindən olan adam tapmaq olmaz. Ancaq dünyada nə qədər atəşpərəst varsa hamısı farsdillilərdir.

Ondan başqa, bilindiyi kimi, əslində, Qafqaz Albaniyasının rəsmi dövlət dini xaçpərəst dini olub. Tarixdə, şərti olaraq, “alban” adlandırılan xalqın dini e’tiqadı ermənilərinki, gürcülərinki kimi xristianlıq olub. Erməni və alban hökmdarları biri o birinə qardaş deyib, özlərini eyni dinə mənsub adamlar sayırdılar və birləşərək, din düşməni olan, atəşpərəst İranın Sasani sülaləsinə qarşı, müharibələrdə iştirak ediblər. Həqiqi tarix bax budur, hal-hazırkı dünyəvi (dinsiz) dövlətin məktəb dərsliklərində yazılanlar isə hamısı yalandan, uydurmadan və iftiradan başqa bir şey deyildir.

Bu gün də Bakıda çap olunan dərsliklərdə, dünyəvi hakimiyyətə, masonlara xidmət edən “saray tarixçiləri” sovet dövrünün təbliğatını davam etdirirlər, həmən şeyi yazıb, uşaqlara tərbiyə verirlər, öyrədirlər ki, İslam pis dindir, müsəlmanlar (ərəblər, farslar) sizin düşmənlərinizdir. Yə’ni ki məktəblilərə bu fikri aşılamaq istəyirlər, böyüyüb orduya əsgər gedəndə xaçpərəst Qərbin İslam aləminə qarşı apardığı müharibələrdə iştirak edəcəksiniz, düşmənə qarşı, müsəlmanlara qarşı vuruşacaqsınız.

Onlar Suraxanıdakı Atəşgah rəsmini dövlətin rəmzi kimi istifadə edirlər, onun şəklini hamının, istər yerli əhalinin, istərsə qonaqların gözünə soxurlar. O isə, əslində, xaricdən gələnlərin, hindlilərin, brəhmənlərin özlərinin istifadəsi üçün tikdikləri hindu mə’bədi olub. O, atəşpərəstliyə heç bir dəxili olmayan bir tikilidir ki, onun memarlıq üslubu atəşpərəstlərin atəşgahını deyil, hindu mə’bədini xatırladır.

Onlar bu məntiqlə kilsənin, sinaqoqun və ya mason mə’bədinin rəsmini də yurdun rəmzi kimi qəbul edə bilərlər. Qız qalası isə, onun üzərində, kitabəsində yazılanlara görə müsəlman hökmdarının tikdirdiyi qaladır, me’marı isə Məs’ud ibn Davud olub. Bizim mülahizəmizə görə onun yerində əvvəlcə atəşpərəstlərin mə’bədi olub, deyən “saray tarixçiləri” çox böyük qələt edirlər. Əvvəl onun yerində nə olmasının nə əhəmiyyəti var?

Bunların demək istədiyi budur -- gəlin, müsəlman padşahının tikdirdiyi bu qalanı sökək, əvəzinə qabaqca orada yerləşən atəşpərəst mə’bədini bərpa edək. Bu, Qüdsdəki Əl-Əqsa məscidini dağıdıb, yerində yəhudi mə’bədini bərpa etmək istəyən sionistlərin fitnəsinə oxşayır.

Bir neçə il bundan qabaq bir yerli qadın Bakı radiosunda danışdı. Dedi ki, mən atəşpərəstəm, bu dinin mobədi, kahiniyəm. Mənim qarşıma qoyduğum məqsəd -- bütün Azərbaycan Respublikası vətəndaşlarına atəşpərəstliyi, zərdüştlüyü qəbul etdirməkdir.

Bu zərdüşt ruhanisi haradan çıxdı? Nəyinki bu, sıravi yerli arvad, hətta, bütün respublikada zərdüştlük haqqında hər-hansı bir mə’lumatı olan bir dənə belə alim tapmaq mümkün deyil. O saat başa düşdüm ki, bu MTN-nin adamıdır. Belə görünür ki, bir MTN təlimatçısı, bu qadını haradansa tapır və işə cəlb edir. Sonra kitablar vasitəsi ilə onu atəşpərəstlik barəsində məlumatlandırır, bu din haqqında ibtidai biliklər verir. Və nəhayətdə göstəriş verir ki, o, şəhərdə camaat arasında bu dinin təşviqatını aparsın. Əslində bu dinə təşviq deyil, din əleyhinə olan təşviqat, təbliğatdır.


Mənim sovetin heç bir ruhanisinə e’tibarım yox idi, çünki yaxşı bilirdim ki, onlar hamısı DTK-nin (KQB-nin) kadrları idi, təhlükəsizlik komitəsi tərəfindən seçilmiş və təsdiq olunmuş fərdlər olublar. Onlar xaçpərəstə, müsəlmana, dinə deyil, dinsiz hökumətə xidmət edirdilər. O vaxt din təhlükəsizlik komitəsinin səlahiyyətinə daxil bir sahə idi. Bu gün də belədir. İstər keşişi olsun, istər mollası olsun hamısı dövlət təhlükəsizlik idarələrinə tabe’ adamlardır. İslam, xristian, Krişna və başqa dinlərin, məzhəblərin bütün işləri bu idarə tərəfindən tənzim olunur, ruhanilər əmrə tabe’ vəziyyətində saxlanılırlar. Xaricdə də bu cürdür. İstər Qərbin, istərsə Şərqin bütün dünyəvi hökumətləri özlərinin dövlət təhlükəsizlik idarələri vasitəsi ilə məzhəbləri, dini təşkilatları tənzim edib, nəzarət altında, özlərinin itaətində saxlayırlar.

Dünyəvi (dinsiz) hökumət üçün, onun hakimiyyəti üçün əsas təhlükə dindir. Dünyəvi, mason hökumət üçün düşmən, dindar, mömin vətəndaşlardır. Bu səbəbdən bu cür dövlətlərdə təhlükəsizlik idarələrinin əsas vəzifəsi, dini aradan aparmaq işidir. Elə bu səbəbdən bizim MTN üçün düşmən nə ermənidir, nə rusdur, nə yəhudidir, nə amerikalıdır, nə də ki ingilisdir. Bu nazirlik üçün əsas düşmən və bəlkə də yeganə düşmən, müsəlmanlardır. Əksinə bizim mason hökumətimiz müsəlmanın bütün düşmənlərini özünə dost hesab edib, müsəlmana düşmən olan dairələrdən özünə dəstəklənmə tələb edir.

Əməldə, təcrübədə görünür ki, din ilə dünyəvi hökumət bir araya sığmaz.

Axır zamanlarda, dinsiz dairələr kürei-ərzin hər yerində hakimiyyəti ələ keçirəndən sonra, dünya artıq Şeytanın əmri altına keçib. XX əsrdə masonlar dini ölümcül yaralayıblar. Bu gün, dinin cəmiyyətdə öz əvvəlki mövqeyini bərpa etmə məsələsi çox müşkül, bəlkə də mümkün olmayan bir işdir. Dinin min illər ərzində tikilən binasını çox qısa bir zamanda dağıtmaq mümkündür, bu asan işdir, fəqət onu bərpa etmək işi çox çətindir, bəlkə də bu, qeyri-mümkün bir məsələdir.

Sovet vaxtı mən elə düşünürdüm ki, marksistlər dünyada dinə düşmən olan yeganə bir dəstədir. Mənə elə gəlirdi ki, sovetdən fərqli olaraq Qərbdə din mövcuddur, oranın hökumətləri dini əqidə məsələlərinə müdaxilə etmirlər. Halbuki, Qərbdə “vicdan azadlığı” kimi adlanan ifadələr, şüarlar varsa da, ancaq həqiqətdə orada da din azad deyil. Sovetdə olan kimi orada da bütün dini təşkilatlar Qərbin gizli xidmətlərinin, dövlət təhlükəsizlik idarələrinin tabeçiliyindədirlər. Oradakı ruhanilər, həmçinin, dinə deyil, hakimiyyətə, dünyəvi (mason) hökumətlərə xidmət edirlər. Başqa sözlə, oranın ruhaniləri dinə, Allaha deyil, Şeytana xidmət edirlər. Onlar dünyəvi hakimiyyəti dəstəkləmək, tərifləmək məcburiyyətindədirlər. Əgər oranın hər hansı bir ruhanisi qabağa çıxıb haqq sözünü desə, hökuməti ifşa etməyə cəhd etsə, onu dinsiz hökumət, mason hökuməti adlandırsa o, dərhal vəzifəsini itirəcək, ruhani kimi işləmək ona qadağan olunacaq. Hətta, heç nədən çəkinməyib, onun həyatına qəsd edə bilərlər.

Sovetdə yaşadığıma görə, bütün sovet vətəndaşları kimi NKVD-nin, KQB-nin nə olduğunu yaxşı bilirdim. Qərb ölkələrindən fərqli olaraq Sovet İttifaqında, dövlət təhlükəsizlik idarələri, əhalini qorxutmaqdan, xoflandırmaqdan ötrü, öz fəaliyyətlərini nümayişkaranə, açıq-açığına, aparırdılar. Həyatımda sovetin xəfiyyələrini çox görmüşəm. Elə buna görə xəfiyyə işçilərini izdihamın içində dərhal müəyyən edirəm. Qərb adamları isə bunu edə bilmirlər.

Ona görə Qərbi Avropa ölkələrinə gedəndə qısa zaman ərzində oranın vəziyyətini anladım. Əhli-din adamı olduğumdan, mənim əsas maraqlarım dini məsələlərdir. Bu səbəbdən Qərbə gələn ilk günlərimdən oranın dini mərkəzlərinə, cəmiyyətlərinə getdim. Bu mərkəzlərin, cəmiyyətlərin müdirlərinin, rəhbərlərinin hamısının o ölkələrin dövlət təhlükəsizlik işçiləri, yə’ni xəfiyyələri, xəbərçiləri olması məni çox təəcübləndirdi, mat-məəttəl etdi. Fəqət onu bircə mən görürdüm, Qərbi Avropa adamları bunu görmürdülər, bundan agah deyildilər. Qərbdə yüz minlərlə sayda dini cəmiyyətlər vardır ki, onların hamısı dövlət tabeçiliyində, dövlət təhlükəsizlik idarələri nəzarəti altındadırlar. Bu səbəbdən onları dini təşkilat adlandırmaq düzgün deyil, çünki onlar əslində din təbliğatı ilə deyil, din-əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar əsla müstəqil deyillər, dinsiz dövlətdən asılıdırlar, dünyəvi hakimiyyətin maraqlarına uyğun hərəkət edirlər.

Maraqlıdır ki, Qərbin xaçpərəst, müsəlman, brəhmən və sair dini təşkilatların müdirləri və dini rəhbərləri əksərən yəhudi millətindəndirlər. Oranın gizli xidmət idarələri yəhudi olanlara daha çox e’tibar etdiklərinə görə bu mühüm sahəni, dini tənzim etmək işini sionistlərə verirlər. Görünür ki, dövlət fikirləşir ki, bu müdirlər yəhudilər olaraq öz mənafeləri güdərək dinə zərər vermək, dini aradan aparmaq işinə daha çox maraqlı olarlar, bu işdə daha çox canfəşanlıq nümayiş edərlər.

Bundan əlavə bu gün Amerikada, İngiltərədə və başqa kapitalist, xristian ölkələrdə külli miqdarda kahinlər, bütpərəstlik təbliğatçıları fəaliyyət göstərir, xaçpərəst gəncləri onlara qoşulmağa, kilsəyə getməməyə təşviq edirlər. Gənclər arasında, ingilislərin qədim, milli əqidəsinə qayıtmaq, təbliğatını aparırlar. Bu da din təbliğatı olmayıb, dinsizlik təbliğatıdır. Qərbin mason hakim dairələri oranın gənclərini ənənəvi, mükəmməl, səmavi bir dindən, xristianlıqdan uzaq tutmaq istəyirlər. Yə’ni ki, oxucuya başa salmaq istədiyim odur ki, bu, minlərlə sayda olan arvad və kişilər, bütpərəstlik təbliğatçıları, kahinlər hamısı o ölkələrin gizli xidmət işçiləridir, xəfiyyələrdir. Onlar heçdə öz başına, öz iradəsi ilə işləyən fərdlər deyillər. Qərb masonlarının bütpərəstlik təbliğatı, bizim masonların bütpərəstlik təblığatının eynidir, Məqsəd – ənənəvi, mükəmməl bir dini aradan aparmaq.

Bu gün Qərb ölkələrində hakim dairələr gecə-gündüz İslam təhlükəsindən danışırlar, öz camaatını inandırmağa çalışırlar ki, guya onlar xaçpərəst dinini İslamdan qorumaqla məşğuldurlar. Halbuki onların əsas qorxduqları şey xristian dinidir. Onların işi dini, ələlxüsus, xristian dinini aradan aparmaqdır. Yə’ni ki, burjua hökuməti Kilsənin ölkədə hakimiyyəti geri almasından qorxur. Məsəl üçün, İslam dininin İngiltərədə hakimiyyətə gəlməsi mümkün iş deyil, çünki müsəlmanlar orada kiçik bir azlıqdır. Halbuki oranın mason hökuməti dindar xristianların hakimiyyətə gəlməsindən bərk qorxur. Buna görə, bu gün, bu təbliğatçıların, kahin donuna girmiş xəfiyyələrin sə’yləri hesabına, uğurlu işləri sayəsində, kilsələrin boş qalması, gənclərin bütpərəstliyə, müşrik hərəkatlara qoşulması Qərbin dünyəvi, dinsiz rəhbərliyini sevindirir. Onlar elə hesab edirlər ki, artıq onlar zəfər qazanmışlar, xristianlıq məhv olub-getdi.

Sovet vaxtı Kreml ruslar arasında bütpərəstliyi təşviq etmirdi, din əleyhinə mübarizə apararkən rus millətçiliyi təbliğatını aparmırdı. Lakin, göründüyü kimi, bu günün kapitalist Rusiyasında dünyəvi hökumət Qərbin təcrübəsindən istifadə etməyə başlayıb, pravoslav xristian məzhəbinə qarşı mübarizə aparmaq məqsədi ilə FSB-ni (FTX-ni) hərəkət etdirir. Oranın işçiləri kahin donuna girib gənclər arasında bütpərəstliyi təbliğ edirlər. Kreml, bu cür bütpərəstlik təbliğatı aparan cəmiyyətləri pulla və başqa hər şeylə tə’min edir. Məqsəd – pravoslav dinini, Kilsəsini zəiflətmək, onun təzədən hakimiyyətə gəlmək təhlükəsinin qarşısını almaqdır. Qərb ölkələrində olduğu kimi masonlar Rusiyada da xalqın, rusların millətçi əhval-ruhiyyəsindən istifadə edərək onları rusun əvvəlki, qədim inanclarına, bütpərəstliyə qayıtmalarını təbliğ edirlər. Yuxarıda qeyd olunduğu kimi, həqiqətdə bu dinə də’vət olmayıb, dindən üz döndərtmək təbliğatından başqa bir şey deyildir.

Bu təbliğatçılar rusların yəhudilərə qarşı olan bədxahlıq hissindən istifadə edərək onları inandırmağa çalışırlar ki, xristian dini pis dindir, çünki o, yəhudilərin, musəvilərin dinidir. Halbuki bu düzgün bir fikir deyil, yəhudi dini başqa, xristianlıq başqa. Xristianlıq yəhudi dininə zidd olan, onun əleyhinə olan bir tə’lim olub. Bu yeni din yəhudi dinini hökmsüz etmək üçün Həzrəti İsa (ə.s.) tərəfindən təbliğ olunurdu.

Miladi tarixlə VIII əsrdən XVIII əsrə qədər, doqquz yüz il ərzində, Cənubi Qafqaz müsəlmanların hakimiyyəti altında olub; müsəlmanlar bu ərazidə yaşayıb dünya əhəmiyyətli möhtəşəm mədəniyyət yaratmış, irfani, elmi və ədəbi əsərlər yazmışlar. Burada ümum müsəlman millətindən olan xalqlar – farslar, kürdlər, ləzgilər, talışlar və türklər yaşayıblar. Bu millət, bu müsəlman xalqları dünyaya ulu şəxsiyyətlər, İslam dininin xadimlərini vermişdi -- Şeyx Nizaməddin (q.s.), Şeyx İmadəddin (q.s.), Şeyx Seyid Yəhya Bakuvi (q.s.), Şeyx Baba Kuxi (q.s.), Şeyx Yusif Ziyaəddin Müsküri (q.s.) və sairləri kimi.

Bunların sözündən belə çıxır ki, müsəlmanlar, sonradan gəlmiş adamlar olduqlarına görə, onların Cənubi Qafqazda yaşamağa haqları yoxdur, buradan getməlidirlər. Bunlar istəyirlər ki, tədbir töküb bu yurdu, bu torpağı müsəlman əhalidən təmizləsinlər. Bu isə Qərbin və Şərqin xristian təcavüzkar qüvvələrinin siyasətlərinə uyğun gəlir.

Odur ki, yerli və kənardan gələn masonların, məkrlə, yurdumuza verdikləri adın – “Odlar yurdu”nun üzərindən yağlı cızıq çəkib, ona doğru-dürüst bir ad verirəm – “Övliyalar yurdu”.

Rza-şah Pəhləvi, hakimiyyətdə olduğu dövrdə (1925-1941) dünyavilik islahatlarını keçirirdi. O, şiə ruhanilərin nüfuzunu sarsıtmaqdan ötrü, bir müttəfiq kimi, zərdüşti dini azlığindan, atəşpərəstlərdən istifadə edirdi.

İranda zərdüştlüyün tə’rifləndiyi kitablar nəşr edilir, ruznamə və məcmuələrdə bu mövzuya aid məqalələr dərc olunurdu. Bunların müəllifləri qədimdə baş verən hadisələri, Sasanilər dövrünü öyüb, mədh edirdilər. Yazırdılar ki, zərdüştlük “dahiyanə” bir dini-fəlsəfi məzhəbdir.

Rza-şahın tac qoyma mərasimi böyük bir təmtəraqla keçirilmişdi. Onun ərəfəsində şahın atəşpərəstlərin peyğəmbərinin, Zərdüştün heykəli ilə yanaşı çəkildiyi şəkilləri İranın hər şəhərində camaata paylanılırdı.

O vaxt İranın hakim təbəqəsinin nümayəndələri və ziyalıları arasında zərdüştlük dəbə düşmüşdü.

İranın bə’zi hökumət binaları zərdüşt dini nişanı ilə bəzənilirdi ki, onun üzərində atəşpərəstlərin e’tiqad etdikləri qanadlı bir zərdüşt ilahəsi təsvir olunurdu.

Onun oğlu, Məhəmməd Rza-şah atasının bu siyasətini davam etdirirdi. Atəşpərəstlər yüksək ordu rütbələri alırdılar. İranın bu dini azlığının nümayəndələrin çoxu ölkənin varlıları, işgüzar adamları, bank sahibləri, nüfuzlu dövlət xadimləri və millət vəkilləri idilər.

Zərdüştün şəxsiyyətinin, atəşpərəstliyin mədəniyyət və ənənələrinin, dini ehkamlarının göylərə qaldırılması, təriflənməsi şahın müsəlman ruhanilərinə, İslama qarşı mübarizəsinin bir təzahürü idi.

Mason şahın bu siyasəti, bizim masonların, bizim dünyəvi hökumətin siyasətinin, atəşpərəstlik təbliğatının eynidir.

Sufi şair Məhəmməd Füzuli özünün “Su” qəsidəsində İslam dininin üstünlüyündən danışaraq, deyir ki, Hz.Peyğəmbərin (s.ə.s.) gətirdiyi din aləmin elə bir möcüzəvi, ucu-bucağı olmayan dənizidir ki, onun suyu, kafir zərcüşti bütpərəstlərin min-min atəşgahlarının odlarını söndürmüşdür. Qəsidədən misralar:


Tinəti-pakını rövşən qılmış əhli-aləmə,

İqtida’ qılmış təriqi-Əhmədi-Muxtarə su.


Seyyidi-növ’i-bəşər, dəryayi-dürri-istəfa

Kim səpibdir mö’cüzatı atəşi-əşrarə su.


Qılmaq üçün tazə qülzari-nübüvvət rövnəqin,

Mö’cüzündən eyləmiş izhar səngi-xarə su.


Mö’cüzi bir bəhri-bipayan imiş aləmdə kim,

Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.

“HAQQ YOLUNDA: SUİ-QƏSDİN İFŞASI”
On beş il bundan qabaq, dini mövzuda kitab yazmaq, ciddi bir əsər yaratmaq fikrinə düşdüm. Düşünürdüm ki, bunu etməklə, mən, bir tərəfdən keçmiş zamanın böyük mütəfəkkirlərinin, sufi müəlliflərin yazdıqları kitablarla müqayisəli bir əsər ərsəyə yetirərəm, o biri tərəfdən isə bu yazı həmdə mənim şeyxlik iddiamı təsdiq edə biləcək bir sübut, bir sənəd olar. Ancaq mən onu da başa düşürdüm ki, mənim heç bir yazıçılıq iste’dadım yoxdur, mən, əslən, söz ustası deyiləm. Lakin belə bir fikir də var ki, hər kəs peşəkar yazıçı ola bilməsə də, fəqət hər adam heç olmasa öz həyatı haqqında tək bir kitab yaza bilər.

Mən heç yerdə ingilis dili dərsi oxumamışam, ingilis dilini, tam mə’nasında öz başıma öyrənmişəm. Kitabımı dünya oxucusuna çatdırmaq üçün cəhd edib, onu ingilis dilində yazmağa çalışdım və axırda buna müvəffəq oldum. Əsər, qismən, tərcümeyi-hal kitabını xatırladır. Orada həyatımda öyrəndiyim, başa düşdüyüm hər şey haqqında yazmağa çalışdım. Onu fasilələrlə, on iki ilə yazıb başa çatdırdım. Sonradan kitabın sərlövhəsinə ikinci sərlövhə də əlavə etməli oldum. Amerikalı naşirim mənə yazdı ki, bizim nəşriyyatın oxuyucularını siyasi kitablar maraqlandırır, halbuki sizin yazdığınız kitabın sərlövhəsi onun dini məzmunlu olduğuna işarət edir. Onun üçün bu sərlövhəyə bir yarımsərlövhə də əlavə edin. Belə olanda oxucu başa düşər ki, bu əsər həm də siyasi bir kitabdır. Elə ki, nəhayətdə, əsərin sərlövhəsi bu cür alındı – “Haqq yolunda: Sui-qəsdin ifşası” (“In Search of the Truth: An Exposure of the Conspiracy”).

Kitabın ilk fəsli bu cür yazıldı. Qərbdə belə bir fikir var ki, guya, Sovet İttifaqında yəhudilər və ermənilər daima təqib olunurdular, orada məzlum iki dəstə halında yaşayırdılar. Buna görə, mən, əvvəlcə, kiçik bir məqalə yazdım və orada, ingilis dilli oxucuyu başa salmağa çalışdım ki, bu müddəa həqiqəti əks etdirmir, yəhudilərin və ermənilərin sovet rejimi tərəfindən təqib olunması uydurma bir şeydir. Əslində, gerçək vəziyyət bunun tam tərsi olub. Həqiqətdə, bolşevik inqilabının əsas qurbanları rus və müsəlman xalqları olub. Hərgah bu ərazidə inqilabdan faydalanan və mənfəət əldə edənlər olubsa, bunlar -- yəhudilər və ermənilər olublar.

İnqilabdan sonra bu ərazidə bütün müsəlman xalqlarına qarşı saysız-hesabsız qətli-amlar törədilmişdi, onlar kütləvi şəkildə məhv edilmə siyasətinə mə’ruz qalmışdılar.

Rus, bu inqilabın nəticəsində öz milli pravoslav dövlətini, müsəlman isə öz müsəlman kimliyini itirib. Elə ki, vətənpərvər ruslar bu inqilabı bir yəhudi-mason qiyamı kimi qiymətləndirirlər.

Bu cür düşünərək fikirlərimi kağız üzərinə yazdım. Bu iş əsnasında qabaqca bilmədiyim bir şeyi, mühüm bir məsələni özüm üçün kəşf etdim, belə nəticəyə gəldim ki, yəhudilər, dünya ağalığını əldə etmək üçün, misli görülməmiş, böyük bir sui-qəsdə imza atmışlar. Sonra yazdığım bu parçanı, fəsli heyrət içində bir də oxudum. Bu mənə çox təəccüb gəldi ki, nə üçün bundan, yəhudi sui-qəsdinin varlığından, bu qədər gec xəbər tutdum?

Ondan əvvəl də hiss edirdim ki, dünyada din əleyhdarı olan qüvvəli bir dəstə vardır. Lakin bu dəstənin nə olması mənə aydın deyildi.

Əvvəllər Qərb mətbuatını, siyasi məcmuələrini oxuyanda mənə elə gəlirdi ki, mənim xarici siyasətdən yaxşı başım çıxır. Fəqət oxuduğum bu qəzetlərdə və məcmuələrdə yəhudilərin sui-qəsdi haqqında heç nə, bir söz belə yazılmamışdı.

Doğrudur, ingilis dilli mətbuatda, ara-sıra, “sui-qəsd nəzəriyyəsi” (“the conspiracy theory”) ifadəsinin işlədildiyini görmüşdüm. Lakin bu müəmmalı ifadənin nə mə’na bildirdiyini anlaya bilmirdim. Halbuki sonradan başa düşdüm ki, Qərbin jurnalistləri yəhudi, sionist sui-qəsdini bu cür, bu şəkildə şifrləyiblər. “Nəzəriyyə” sözünü işlətməklə onlar yəhudi sui-qəsdinin və buna oxşar başqa xırda qəsdlərin, fitnələrin həqiqi şeylər olmadığına işarə edirdilər.

İndi başa düşürəm ki, bütün dünyanı əhatə edən sionist, yəhudi sui-qəsdinin varlığından agah olmadan müasir zamanın siyasətini anlamaq olmaz.

Londonda, bir mehmanxanada, bu məqaləni yazıb bitirəndən sonra mənə elə gəldi ki, mən, oxşarı olmayan böyük bir şeyi kəşf etmişəm. Mənə elə gəlirdi ki, dünyada bu məsələni kəşf etmiş ilk adam mən olmuşam. Bunun gülməli tərəfi odur ki, əslində, bəlkə dünyada bu məsələni dərk edən adamların ən sonuncusu mən idim.

Bakıya qayıdandan sonra, Rusiyanın həftəlik qəzetində mənə bir məqalə rast gəldi. Orada “Sion müdriklərinin protokolları” kitabından söz açılırdı. Sonralarda eşitdim ki, Rusiyada bu mövzuda dair başqa kitablar da nəşr olunub. Bu mə’lumat məni hədsiz dərəcədə mə’yus etdi. Çünki mənə elə gəlirdi ki, mənim kitabım bu növ yeganə bir kitab olacaqdır və yəhudi sui-qəsdinin varlığını dünyaya faş edən ilk adam mən olacağam.

Sonra belə qərara gəldim ki, bu əsərlərin tə’siri altına düşməməkdən ötrü öz kitabımı tamamlamamış bunların yazdıqlarını oxumayım.

Lakin bütün bunlara baxmayaraq düşünürəm ki, mənim yazmış olduğum kitab o birilərindən seçiləcəkdir. Çünki onun özünə məxsus sifəti vardır. Bu mövzuya aid kitab yazan xaçpərəst müəlliflərdən fərqli olaraq, mənim kitabım bir müsəlmanın, sufi müəllifin nöqteyi-nəzərindən yazılmışdır.

Sonra naşir axtarışına başladım. Bir hindistanlı naşir mənim məktubuma cavab yazaraq dedi ki, “Sizin yazdığınız əsəri tam şəkildə nə təsəvvüf, nə də ki, siyasət mövzusuna aid etmək olur. Sırf sufilik mövzusuna dair bir kitab yazsanız, o halda biz onu nəşr edə bilərik”.

Qum şəhərindəki “Ənsariyan” dini nəşriyyatının İnternet adresini tapıb, onlara da müraciət etdim. Bu, İran nəşriyyatı da kitabın məzmununu oxuyub, rədd cavabı verdi. Düzdür məktubun sonunda yazılmışdı ki, biz sizə kitabın nəşrində uğur arzu edirik. Lakin bu sözlər, əslində bir rəsmiyyətdir, adətən, bu cür cavab məktublarında, onları nəzakət xatirinə işlədirlər.

Çoxlu sayda başqa İslamı nəşriyyatlar da həmçinin kitabıma maraq göstərmədilər. Bunun səbəbi ondadır ki, müasir ülamaların fikrinə görə təsəvvüf İslama aid bir şey deyil. Onlar bu batini tə’limə şübhə ilə yanaşırlar.

Nəşriyyatlara müraciət etməkdən başqa həmdə tanınmış siyasət və din adamlarına da məktub yazdım, xahiş edib onlardan kitabın çap edilməsində mənə yardım etmələrini istədim. Bunların bir neçəsinin adlarını burada gətirmək istəyirəm – S.H.Nəsr, Həmid Alqar, Kristofer Bollin, Süleyman Şvarts, Deyvid Dyuk, Hektor Karreon, Corj Qəlovey, Maykl K.Payper. Bunlardan bə’zisi nəzakət göstərib cavab məktubunu yazdılar, bə’zisi isə (məsəl üçün özünü müsəlman kimi göstərmək istəyən amerika yəhudisi S. Şvarts kimi) kitabın mündəricatı ilə tanış olduqdan sonra sərt bir şəkildə cavab verərək, əlyazmanı oxumaqdan boyun qaçırdılar.

Nəhayətdə, başa düşdüm ki, Qərbi Avropa nəşriyyatları əsərimi bəyənməyəcəklər, onlar heç bir vəchlə bu kitabın çap olunmasına razı olmayacaqlar, çünki Avropa ölkələrinin ədliyyəsi, qanunları yəhudilər haqqında heç bir tənqidi fikrin, sözün ifadə olunmasını məqbul saymır və onu qadağan edir. Orada bu işi görən hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Oranın məhkəmələri belə adamlara cəza verir, iş kəsir.

Buna görə belə qənaətə gəldim ki, bu məsələdə ABŞ daha münasib bir yerdir, çünki oranın hər vilayətinin ayrıca, fərqli qanunları vardır. Ona görə güman var ki, orada bu kitabı nəşr etməyə imkan tapdım.

Sonra xəbər tutdum ki, Amerikada, Vyetnam müharibəsi veteranı, Hektor Karreon adında bir adam “Protokolları” ingilis dilində nəşr edə bilib. İnternet vasitəsi ilə onunla yazışdım. O, dedi, əlyazmanı mənə yollayın, bizə uyğun əsər olsa, onu nəşr edərik. Əlyazmanı oxuyandan sonra o, mənə yazıb dedi ki, yəhudi sui-qəsdinə aid olan fəsil bizə yararlı ola bilər, ancaq siz özünüz də İnternet vasitəsi ilə onu dərc edə bilərsiniz. Onda başa düşdüm ki, Kameron, “nəşr edə bilərik” deyəndə onun özünün İnternet saytında (aztlan.net), elektron nəşrlərini nəzərdə tuturdu. Elə şey mənə yaramır. Məni maraqlandıran, əsərimin ənənəvi, dədə-baba qaydası ilə, kağız üzərində, kitab şəklində olan nəşridir.

Sonra oturub onu iki aya rus dilinə tərcümə etdim. Düşündüm ki, əsərin Rusiyada nəşr olunması, bir qədər səylə olsa da, mümkün bir işdir. Oranın bir çox müəllifləri buna müvəffəq olublar, çətinliklə olsa da, buna oxşar kitabları çap edə biliblər.

Bundan da əlavə İnternetdə, bir ərəb müəllifin bu mövzuya aid yazdığı əsər haqqında bir məlumat tapdım. Bu kitab Qahirədə 2002-ci ildə çıxıb. Müəllifin adı – Hənafi əl-Məhləvi. Kitabın adı -- “Yəhudilərin tövhidi dinlərə qarşı törətdikləri cinayətlər” (“Jewish Crimes Against the Monotheistic Religions”).

Bu ilk yazmış olduğum kitabın nəşr olmasını səbirsizliklə gözləyirəm, çünki bu mənə müəllif adını qazanmağa imkan verəcək. Bir tərəfdən düşünürəm, görəsən A.Mirzəbəyin (M.Hadinin sözü ilə desək) “əsarii qələmiyyəsi, sərvət fikriyyəsi tələf olub gedəcəkmi?”. O biri tərəfdən məni narahat edən odur ki, bu kitab işıq üzü görəndən sonra dünyanın bir çox yerində mənə qarşı cürbəcür ittihamlar sürülə bilər, mənim üçün tutulmaq, məhkum olunmaq təhlükəsi var. Bu sionistlər çox kinli və geniş imkanı olan adamlardırlar. Yəhudilər özlərinə qarşı olan heç bir tənqidi qəbul etmirlər, hər hansı bir tənqidə böyük bir hiddətlə cavab verirlər, onları məzəmmət edənlərdən qisas almağa çalışırlar. Sionistlər bu cür əsərlər yazan müəllifləri təqib edib, onları məhkəməyə verir və sonra zindana atdırırlar. Arzu edirəm ki, məni onların aqibəti gözləmir və mən bu təhlükədən sovuşaraq, onlardan daha bəxtli olacağam.


XİLAFƏT, HİCAZ VƏ SƏUDİ-VƏHHABİ MİLLİ DÖVLƏTİ”

MÜQƏDDİMƏ. İslam dininin ən möhüm xüsusiyyətlərindən biri odur ki, insanlar Allah Təalanı “hökmdar” (əl-Məlik) kimi tanıdıqdan sonra, onlardan tələb olunur ki, Dövlətin və onun bütün təsisatının Allahın səlahiyyətinə və ali qanununa itaət etməsini tə’min etsinlər. Əgər Allah deyil, Dövlət hökmdar kimi qəbul olunsa (bu da ki, dünyaviliyin mahiyyətidir) İslam bunu şirk (Allaha şərik qoşma) elan edir və bundan daha böyük bir günah yoxdur.

Hal-hazırda hər yerdə müasir dünyavi Dövlət hökmdar kimi tanınır. Onun səlahiyyəti və qanunu ali hesab olunur. Beləliklə bugünki dünyada siyasi şirk bəşəriyyəti, tamamən, hər tərəfdən sarmışdır. Bu isə, onu nişan verir ki, biz Dəccalın dövründə yaşayırıq. O, isə yalançı Məsihdir (əl-Məsih əl-Dəccal), hansı ki, bəşəriyyəti aldadıb Allah Təaladan başqasına e’tiqad etdirmişdi. Bu Dəccal günümüzün dünya nizamının zehni, baş ustadıdır. Hədisdə elə bu cür dünya barəsində danışılaraq bildirilir ki, hər 1000 nəfərdən 999-u Cəhənəm odunda yanacaq. Halbuki hətta müsəlmanlar belə bundan agah deyillər, xəbərsizdirlər.

Müsəlmanlar Allahı hökmdar kimi tanıdıqdan sonra Məşrutiyyəti, Milli məclisi, Ali məhkəməni, Dövləti və s. hökmdar kimi tanımamalıdırlar. Allahın hökmdarlığı İslam dininin, məxsusən, Şəriətin aliliyini nəzərdə tutur. Xilafət təsisatı, quruluşu İslamın ictimai həyat və Dövlət üzərində olan aliliyinin, üstünlüyünün rəmzidir. Xəlif (həmçinin Əmir və İmam kimi tə’bir olunur) müsəlman Ümmətinin, Cəmaətin sədri, başçısı sayılırdı. Onlar ona sədaqət və itaətini bildirmək üçün bir ayinlə, mərasimlə beyət edirdilər. Cəmaətin yerləşdiyi ərazi Dar ül-İslam kimi tə’yin olunurdu. Əmirin bu ərazidə şər’i qanunlarının, Şəriətin tətbiqində və icraatında tam sərbəst və səlahiyyətli olduğu üçün bu, Dar ül-İslam kimi tə’yin olunmuşdu.

Avropa-Xristyan mədəniyyəti də həmçinin ali səlahiyyətin tanınması üzərində tə’sis olunmuşdu. Hərçənd, bu mədəniyyətdə (məhz) Kilsə yer üzündə Allahın təmsilcisi kimi tanırdı və buna görə Dövlət Kilsənin tabeçiliyində idi.

Fəqət, Avropada din və Dövlət arasında ihtilaf yaşanmışdı və bu, nəhayətdə, Kilsənin məğlubiyyəti ilə nəticələndi. Bunun nəticəsində Avropada mədəniyyətin təməlləri elə bir inqilabi təbəddülat (dəyişiklik) yaşadı ki, Dövlət və siyasət dünyaviləşdirildi. Bu ihtilafın sonuncu fəsli kimi, Avropada dinin qədərini möhrləyən və mahiyyətinə görə dinsiz bir mədəniyyət ortaya çıxardan, Amerika, Fransa və Rusiya inqilabları oldu. Dinin fəaliyyət dairəsi tək və cəm şəkildə görülən ibadətlə məhdutlaşırıldı, elə ki Avropa xristyanlığı və papa Dövlət işlərində iştirak etməkdən məhrum olundu. Allah artıq hökmdar (əl-Əkbər) kimi tanınmır. Bunun əvəzinə, indi xalq hökmdar olmuşdur və bu hökmdarlığ səlahiyyətini yeni dünyavi Dövlət quruluşana vermişdir. İndi Dövlət əl-Əkbər olmuşdur. Avropa üçün bu dünyavilik, İslam üçün isə bu şirk olmuşdur. Yəni ki, günahların ən böyüyü!

Bu qəribədir ki, qeyri-Avropa xristyanlığı Davud (ə.s.) və Süleyman (ə.s.) kimi peyğəmbərlərin yaratdığları müqəddəs Dövlət quruluşunun dağıdılmasna qarşı güclü bir müqavimət göstərmədi.

Dinsiz Avropa mədəniyyəti xaçlı səfərinə çıxdı -- bütün aləmin şəklini dəyişdirmək, onu Avropanın yeni dünyavi quruluşunun və dinsiz cəmiyyətin qəlibinə salmaq üçün. Yerdə qalan dünya ya müstəmləməkəyə çevrilmişdi, ya da ki onun əsasi azadlığı əlindən alınmışdı. Beləliklə, qeyri-Avropa dünyası da dünyaviləşdirilərək, sonunda, dinsiz bir cəmiyyət səviyəsinə gətiriləcəkdir. İslam dünyası da buna daxildir. Doğrudan da İslam dünyası dinsiz Avropa mədəniyyətinin xüsusi bir hədəfidir.

Əslində, İslam dünyasının dinsiz bir cəmiyyət səviyəsinə gətirilməsi içtimayi həyatın dünyaviləşdirilməsi ilə başladı. Osmanlı Dövləti hədəfə alınmışdı. O, məhv olunmalı idi. Fəqət müsəlmanların birliyini təmin edən qüdrətli xilafət quruluşunun varlığı ərzində onu məhv etmək mümkün deyildi. Elə ki o, məhv olunmalı idi.

Birinci Dünya müharibəsində dağıdılan Osmanlı Dövləti, onun yerinə dünyavi Türk dövlətinin peyda olmasına gətirib çıxartdı. Hökumət, yəhudi hərəkatı ilə əl-ələ vermiş dünyaviləşmiş, qərbləşmiş türk millətçilərindən təşkil olunmuşdu. Əvvəlcə, onlar xilafəti papanın idarəsinə oxşar bir şeyin səviyyəsinə gətirdilər, sonra onu da aradan qaldırdılar. Fəqət, haçanki Hicazın hakimiyyətində olan Əbdül Əziz ibn Səud Mustafa Kəmala (Atatürkə) qoşularaq İslamın Dövlət üzərində olan ali salahiyyətini rədd etdi, İslam dünyasının dünyaviləşməsi işi tamamlandı və möhrləndi. Beləkliklə, İslamın mərkəzi olan Ərəbistan da həmçinin dünyavi Dövlət quruluşunu qəbul etmiş oldu. Səudiyyə Ərəbistan Dövlətinin zühur etməsi Məhəmməd peyğəmbərin (s.ə.s) qurduğu Dar ül-İslamın məhv edilməsi ilə bir vaxta düşdü.

Hicaz Dar ül-İslam olanda hər bir müsəlmanın bu əraziyə daxil olmağa haqqı çatırdı – ona viza lazım geyildi. Əvvəllərdə Səudi hökmranlığı adında bir şey yox idi. Səudi vətəndaşlığı da yox idi. Dar ül-İslamın hər hansı bir yerinə daxil olmaq müsəlmanın haqqlarından biri idi. Dar ül-İslamda məskən salmaq üçün onlardan heç bir sənəd tələb olunmurdu. Dar ül-İslamda ruzi qazanmaq üçün onlara işləmək icazəsi gərək deyildi və s. Səudi Ərəbistan adında Dövlətinin zühur etməsi müsəlmanların bütün bu haqlarının əllirindən alınmasına gətirib çıxartdı.

Xilafətin məhv edilməsi və Səudiyə Ərəbistan adında Dövlətinin zühur etməsi kimi hadisələr İslam dünyasının simasını dəyişdirdi. Və bu, İslamın hicrətdən əvvəlki dövrə (Cahiliyyət dövrünə) qayıdışla nəticələndi. Bu gün dünyanın heç bir yerində Dar ül-İslam mövcud deyil.

Bizim fikrimizə görə, hicrətdən əvvəlki və hicrətdən sonrakı İslam arasında olan əsas fərq Peyğəmbərin (s.ə.s.) Mədinədə Dar ül-İslamı (İslami İctimayi Nizamını) təsis etməsində idi. Bu gün həm müsəlman aləmi və həm də qeyri-müsəlmanların aləmi müasir dünyavı milli-Dövlət vahidlərindən təşkil olmuş, mahiyyətinə görə, dinsizlik və maddiyat üzərində duran bir siyasi quruluşa birləşdirilmişlər. Bu səbəbdən biz, haqlı olaraq, bir qənaətə gəlmişik ki, əslində, müsəlman dünyası öz ictimayi həyatında, bir Ümmət kimi hicrətdən əvvəlki İslamın vəziyyətinə qayıtmışdır.

Belə görünür ki, İslam mədəniyyəti tarixinin xilafətdən sonrakı dövrünə qədəm basmışdır. Bu gün müsəlman ictimayəti on dörd əsr bundan qabaqların Məkkəsində olduğu kimi hər şeyi əhətə edən Cahiliyyətə təslim edilmişdir. Əlbətdə ki, bu Cəhilliyyət xristianlıqdan sonrakı (müasir) Avropanın dünyavi və maddiyatçı Qərb mədəniyyətidir.

Yəqin ki, Peyğəmbər (s.ə.s.), elə bu zamanəni nəzərdə tutaraq, demişdi: “Hər kəs ki, beyətin (camaatın and içərək birisinin Ümmətin rəhbərliyinə gətirilməsi) şahidi olmamış ölmüşsə, şübhəsiz, Cahiliyyət ölümü ilə ölmüşdür” (yəni ki, hicrətdən qabaqkı Cəhiliyyətə qayıdışa şahidlik etmiş dövrdə ölmək).

Peyğəmbərin (s.ə.s) bu hədisi səhih və vacib sayıldığından Qahirədə Beynalxalq İslami Xilafət konfransının keçirilməsinə haqq qazandırmaq üçün Əl-Əzhar universitetində ondan istifadə edilmişdi. Orada, Türkiyə Büyük Millət Məclisinin 1924-ilin martında verdiyi xilafəti aradan qaldırmaq qərarına, lazımlı bir şəkildə rəyy verilmişdi.

Peygəmbərin (s.ə.s.) bu kəlamı, 1926-cı ildə keçirilmiş konfransın qəbul etdiyi qərarnaməyə, əlavə edilmişdi. Bu yığıncağda İslam ülaması təsdiq etdi ki, xilafət müsəlman dünyası üçün bir zərurətdir və, nəticə e’tibarı ilə, həm də Dar ül-İslam (İslami İctimayi Nizam).

Bu gün Ümmət üçün həll olunması lazım olan bir məsələ çox bəsit və aydındır. Bu ondan ibarətdir – Ümmət cəhd edib əvvəl gördüyü işi təkrar etməlidir, yəni ki Məkkədən Mədinəyə hərəkət etməlidir. Bunu etməklə, Ümmət Dar ül-İslamı təzədən təsis edəcəkdir. İslamın müsəlman dünyasında Dövlət üzərində olan ali səlahiyyətinin bərpa edilməsi, bu işin uğuru üçün, vacibdir ki, bizim Ümmət xilafətin dağıdılması və onun (İslamın mərkəzində) dünyavi, Səudi vəhhabi milli Dövlətlə əvəzlənməsinin tarixinini öyrənib, ondan ağah olsun.

Bu elmi işin xüsusi əhəmiyyəti bir də ondadır ki, xilafəti məhv edənlər indi gözlərini Həjjə zilləyiblər. Hz.İbrahim (ə.s) Allah evinin ziyarəti üçün min illiklər bundan qabaq Həcci tə’sis edilmişdi. O vaxtdan bu günə qədər arası kəsilmədən davam edir. Hətta Ərəbistan bütpərəst olduğu zaman Həjj ziyarəti tərk olunmamışdı. Hal-hazırda, İslam düşmənlərinin qarşılarına qoyduqları məqsədlərdən biri Həjjin ləğv edilməsidir.

Əbu Səid əl-Xüdriyə görə Peyğəmbər belə bir bəyanat vermişdi:
Cəmaət Həcc və Ümrə əməlini, hətta, Yəcuc-Mə’cucun peyda olmasından sonra da yerinə yetirəcəkdir”. Şuba nəql edib, buna əlavə etdi: O vaxta qədər ki, Həccə getmə davvam edəcək qiyamət qopmayacaq”.

(Buxari)
Biz tədqiqatımız nəticəsində belə bir qənaətə gəlmişik ki, İslamın düşmənləri bu məqsədlərinə çatmaq üzrədirlər. Buna nail olmaq üçün Məscidi-Əqsanı dağıtmaq lazımdır. İsrail Yəhudi Dövləti bunu istədiyi vaxt edə bilər. O, fürsət axtarır, münasib zaman gözləyir.

Hal-hazırki Səudi rejimi Yəhudi Dövləti ilə məkrli bir razılaşma vəziyyətinə gətirilmişdir. Hərgah Məscidi-Əqsanın dağıdılması baş tutarsa bu, böyük bir narazılığa gətirib çıxardacaq. O vaxt Səudilər Həcc zamanı baş verəcək güclü qəzəb hissinin qarşısını ala bilməyəcəklər. Və görünəndə ki, Səudlar Həcc ziyarətini idarə edə bilmirlər ölkə daxili müxalif dairələr bu bəhanədən istifadə edib rejimin sabitliyini pozmağa çalışacaq. Hadisələrin bu cür cərayan etməsi çox güman ona gətirib çıxardacaq ki, Səudilər hakimiyyətlərini saxlamaqdan ötrü Həcci durdurmağa məcbur olacaqlar.

Əgər müsəlman dünyası xilafəti itirdikdən sonra, Həcci də itirsə bu Məkkənin hicrətdən qabaqkı Cahiliyyət dövrünə qayıdış kimi səciyyələndirilə bilər; bu istiqamətə əlavə nəhəng bir addım kimi. Yalnızca son dərəcə qüvvəli bir iman bu qorxunc sınaqdan sağ salamat çıxa bilər! Bu halda biz nə etməliyik? Buna qarşı bir əks tədbir tökmək üçün biz, ilk əvvəl, diqqətlə baxaraq xilafətin itirilməsi dövrünü düzgün qiymətləndirməliyik. Biz bu kitabda cəhd edib bunu etməyə çalışdıq.

1996-cı ilin noyabırı, cümadi əl-sani 1417.

(
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin