CƏMDƏK (LEŞ)
İslam dinində günah sayılan əməllərdən biri də, leş yeməkdir. Bu əməl bəzən heyvanın şəri üsulla kəsilmədiyi və bəzən də ümumiyyətlə heyvanın kəsilmədiyi zamanı baş verir. İslami baxımdansa hər ikisi leş sayılır.
Bu əməlin gigiyenik zərəri, biri leşdə yığılmış qana görədir (qan yemək bölməsində bu barədə danışıldı), digəri isə, həzm sisteminin leşdən sağlam qan hazırlaya bilməməsinə görədir.
İmam Sadiq (ə) leş ətinin zərərləri haqda buyurur: "Leş yeyən şəxsin bədəni zəifləyər, əzginləşər, enerjisi azalar, nəsli kəsilər, bu işi davamlı olaraq həyata keçirən şəxs, infarkt və ani ölümlə dünyadan köçər".3
Dostları ilə paylaş: |