İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,02 Mb.
səhifə15/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   11   12   13   14   15   16   17   18   ...   169

QAN YEMƏYİN CİSMİ ZƏRƏRLƏRİ


Qan yemək həm cismi baxımdan, həm də əxlaqi nöqteyi-nəzərdən zərərlidir. Çünki qan, müxtəlif mikrobların inkişafı üçün bir tərəfdən tam hazır maddədir.

Bədənə daxil olan bütün mikroblar, qana hücum edir və qanı öz fəaliyyət mərkəzi bilirlər. Bu cəhətdən bədən ölkəsinin əsgərləri, qoruyucuları sayılan leykositlər (ağ qan cisimcikləri), bədənin bütün məntəqələri ilə sıx əlaqədə olan bu həssas səngərə mikroblar yol tapa bilməsin deyə, qan məntəqəsini mühafizə edirlər. Xüsusilə qan dövranının dayanması və necə deyərlər ölməsi ilə, leykositlər məhv olur və bu səbəbdən, meydanı hərifsiz görən mikroblar sürətlə artaraq yayılmağa başlayır. Bu üzdən əbəs deyilməmişdir ki, qan, dövranının dayandığı an, insan və heyvanın ən çirkin bədən üzvüdür.

Başqa bir tərəfdən, hazırda qidaşünaslıq elmində (dietologiyada) isbat olmuşdur ki, yeməklər vəzlərə təsir edib hormonlar yaratmaq vasitəsilə, insanın əxlaqı və ruhiyyəsində iz qoyur, qədimdən də daşürəkli olmaqda qan yeməyin təsiri təcrübə edilmiş, hətta bu barədə atalar sözü də gəlmişdir. Bu baxımdan bir hədisdə oxuyuruq: "Qan yeyən şəxslər atalarına, analarına və övladlarına rəhm etməyərək, onları öldürəcək qədər daşürəkli olarlar".1


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin