5- Daim dəstamazlı olmaq
Allahın Rəsulu buyurub: "Həmişə dəstamazlı olun ki, Allah-taala ömrünüzü uzatsın".2
Bu məsələdə insan düçüncəsinin dərk etməyə qadir olmadığı mənəvi bir sirrin gizlənməsindən əlavə, sağlamlış gətirən və nəticədə ömürün uzun olmasına səbəb olan gigiyenik faydaları var.
"İslam və müasir tibb" kitabının müəllifi doktor Əbdüləziz bu barədə deyir: "Dəstəmazın tibbi baxımdan da faydaları var. Bu mənada ki, gün ərzində ağızın bir neçə dəfə təmizlənməsi diş və damağ xəstəliklərinin qarşısını olmaq üçün mühüm vasitədir. Eləcə də bururun soyuq suyla yuyulması1 dəfələrlə qrip olmağın qarşısını almaq üçün ən yaxşı üslubdur. Digər tərəfdənsə bu iş (suyla burunun yuyulması) vaksenlə peyvənd etmə kimi təsirli və faydalıdır. Son zamanlar bu barədə burun mütəxəssisləri elmi tədqiqat aparıblar.
Əl-üzün yuyulmasının faydaları aydındır. Çünki, üz və bədənin başqa üzvülərini adətən dəri və iltihab xəstəliklərinə tutularkən gün ərzində bir neçə dəfə yumaq sağlamlığı təmin etmək üçün ən yaxşı vasitədir.
Son zamanlar aşkar surətdə məlum olub ki, əksər mikroblar dəridə yaranan çatların vasitəsilə bədənə daxil olur. Parazitlərin də həmin yolla bədənə daxil olması sübut olub. Şübhəsiz ki, ardıcıl yuyulma bu növ xəstəliklərin qarşısını almaq üçün ən təsirli və sadə yoldur. Çünki, dərinin üst qatı mikrobların bədənə daxil olmasının qarşısını alır. Yalnız dəridə çat olarsa mikrob bədənə girir. Bu zaman dəri öhdəsinə düşən işi əldən veriri və mikroblar bədənə rahat daxil olur. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, dəri çatının ən mühüm amili onun cod və xarab olmasıdır. Bunun da səbəbi natəmizlikdir.
Amma ağız yolu ilə bədənə daxil olan mikroblar yalnız əllərin bulaşıq olmasından irəli gəlir. Əllər həmişə yuyulmuş və təmiz olarsa, təbiiki, xəstəliklərin qarşısını almaq üçün ən yaxşı vasitə olar.1
Dostları ilə paylaş: |