7- Gözəl davranış və yaxşılıq (xüsusilə də valideynə)
İmam Sadiq (ə) buyurub: "Dünyada xalqla gözəl darvranışla həyat sürən insanların ömrü təbii ömürlərilə yaşayanlardan çoxdur."2 Eləcə də buyurub: "Kim ailəsilə yaxşı davranarsa ömrü uzanar".
8- Sədəqə vermək
Başqa bir rəvayətdə Allahın rəsulu buyurub: "Sədəqə verin və öz xəstəliklərinizi sədəqə ilə sağaldın. Çünki, acı hadisələrin və xəstəliklərin qarşısını alaraq sizin ömrünüzü və yaxşılıqlarınızı artırar".
9- İmam Hüseynin (ə) məzarını ziyarət etmək
İmam Baqir (ə) buyurub: "Bizim ardıcıllarımıza İmam Hüseynin (ə) qəbrini ziyarət etmələrini tapşırın. Çünki, o həzrəti ziyarət etmək ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar".3
10- Yaxşı niyyət
İmam Sadiq (ə) buyurub: "Kim yaxşı niyyətdə olarsa, ömrü uzanar".4
Axırıncı qeyd olunan bir neçə məsələ ən üstün mənəvi təsirlərdən əlavə ruhi təsirlərə də malikdir. Bu da insanın ruhi aləminin dəyişilməsinə səbəb olur. Nəticə etibarı ilə, ruhla cisim qarşılıqlı əlaqədə olduğu üçün insan bədəni sağlam qalaraq ömrü uzanır.
11- Əfv Etmək
İslam Peyğəmbəri buyurur: "Əfvi, güzəşti çox olan şəxsin ömrü uzun olar".1
Dostları ilə paylaş: |