Tez qəzəblənən insanların quduzluq xəstəliyinə oxşar bir xəstəliyə düçar olması məşhurdur. Əgər əsəbi halda bir nəfəri dişləyərlərsə, dişlənilən şəxs ağrılı bir ölümə düçar olar. Buradan aydın olur ki, qəzəbli insanların ağız suyu təkcə özləri üçün deyil, digərləri üçün də zəhərdir2 (Bəlkə də o məşhur söz bu qədər kəskin deyil. Amma heç olmasa əsəbilik və qəzəbin qorxulu olmasını çatdırır).
GÜLÜŞ
Məsum İmamlar (ə) bizə gülərüzlü olmağı, təbəssüm etməyi tövsiyə ediblər. O cümlədən həzrət Fatimə (s) buyurub: "Möminlə üzləşərkən təbəssüm edən şəxsə cənnət vacib olar".3