Bu faydalar yuyunmaqda da vardır. Nə üçün məhz qusl vacibdir? Birincisi: Demək olmaz ki, quslun vacibliyi təkcə
yuxarıda
deyilənlərə
görə,
onun
yalnız
tibbi
xüsusiyyətlərə görə malik olduğunu bildirir. Bu tibbi
faydalar bəlkə də quslun vacib olma səbəblərinin onda
birini təşkil edir.
İkincisi: İstər keçmişdə, istərsə də müasir dövrümüzdə
bir çox insanlar cənabətdən, məssi-meyyitdən və sair
işlərdən sonra bədənin yuyulmasının hansı tibbi
faydaları olmasını hələ də bilmirlər. Elə buna görə də,
qusl vacib olmasaydı, nə qədər insanlar cənabətdən
sonra ya əsla yuyunmazdılar və ya bir neçə gündən
sonra yuyunardılar. Bu da bədənə zərərlidir. Islamda
quslun tez və gecikdirilmədən verilməsi müstəhəbdir.
Hədislərdə bildirilir ki, quslu gecikdirmək bir çox
xəstəliklərə səbəb olur.
Üçüncüsü: Qusl vermək savab və mənəvi təsirlərə
malikdir, amma sadəcə duş qəbul etməyin mənəvi
təsirləri yoxdur.