İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


"Ey  ağıl  sahibləri,  qisas  sizin  üçün  həyat  deməkdir



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə118/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   114   115   116   117   118   119   120   121   ...   190
"Ey  ağıl  sahibləri,  qisas  sizin  üçün  həyat  deməkdir. 
Bəlkə bununla pis işlərdən çəkinəsiniz." 
1
 
Bir  nəfər  qəsdən  qətl  törədərsə  və  ya  bir  nəfərin 
bədənini zədələyərsə, öldürülmüş insanın qan sahibinin, 
həmçinin  zədələnmiş  insanın  qisas  almağa  haqqı  vardır. 
Qeyd  etmək  lazımdır  ki,  bu  işlər  məhkəmə  yolu  ilə 
görülməmişdir.  İslam  dininin  bu  qanunu,  bir  tərəfdən 
cəmiyyətin  hər  bir  insanlarının  təhlükəsizliyinə  səbəb 
olur.  Ona  görə  ki,  qisas  hökmü  olmasaydı  daşürəkli 
insanlar  cinayət  törətməkdə  özlərini  sərbəst  hiss 
edərdilər və beləliklə günahsız insanların canı təhlükədə 
olardı. Qisas hökmü olmayan ölkələrdə qətl və cinayətin 
sayının  sürətlə  artması  buna  əyani  sübutdur.  Digər 
tərəfdən,  qətl  törətmək  istəyən  insanın  öz  canı  da 
                                                 
1

”Bəqərə” surəsi, 179. 


 
130 
amanda  qalır,  çünki  qisas  qanunu  onun  fikrini  insan 
öldürməkdən və yaralamaqdan bir az da olsa çəkindirir. 
(Bu halda şəxs öldürülmüş insanın qohumları tərəfindən 
intiqam olunmaq, vicdan əzabı, yaralanmaq qisas və sair 
kimi  ağır  nəticələrə  düçar  olmaz.  Beləliklə  qətl  törətmək 
istəyən şəxs qisası və onun sonunu düşündükdə bu işdən 
çəkinər).  Üçüncü  bir  cəhətdən  isə,  qisasdakı  bərabərlik 
prinsipi  (öldürülən  bir  şəxsin  müqabilində  yalnız  bir 
şəxsin (qatilin) qisas olunması) ardıcıl qətillərin qarşısını 
alır və bir qətlin ardınca bəzən bir neçə qətl yaranmasına 
səbəb  olan  cahillik  adət-ənənələrinə  son  qoyur.  Bu  yolla 
da  cəmiyyətin  həyatının  sərmayəsi  təmin  edilir.  Qeyd 
etmək  lazımdır  ki,  qisas  hökmü  yalnız  qatilin 
bağışlanmadığı  surətdə  icra  olunur  və  bununla  da  şərti 
bir həyata başqa bir qapı açılır. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin