3- Hicamətdən əvvəl yemək Hicamət bir az yemək yedikdən sonra edilməlidir,
çünki, İmam Kazim (ə) buyurub: "Hicamət yeməkdən sonra olmalıdır. Ona görə ki, insan tox olarkən hicamət edərsə qan bir yerə yığılar və xəstəlik bədəndən çıxar. Ac olarkən hicamət edəndə isə, qan xaric olacaq amma xəstəlik olduğu kimi bədəndə qalacaqdır". 1
YEMƏYİN YAXŞI ÇEYNƏNİLMƏSİ Həzrət Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində
buyurur: "Övladım, sənə dörd mətləb öyrədimmi ki, onlara riayət etməklə tibbə ehtiyacın olmasın?" İmam Həsən (ə) deyir: “Bəli”. Həzrət Əli (ə) buyurur: "1- Acmamış yemək yemə; 2-İştahın kəsilməmiş əlini yeməkdən çək; 3-Yeməyi yaxşı çeynə; 4-Yatmazdan əvvəl özünü rahat et (ayaq yolu). Bu göstərişlərə riayət etsən, təbibə müraciət etməyə ehtiyacın olmaz". 2