146
Hər bir meyvəni öz fəslində yeyilməsi daha yaxşıdır.
Doktor Rəhmani gigiyena və müalicə verilişinin
müxbiriylə apardığı söhbətində bu mövzunu "İran
tələbələri" xəbər agentliyinə bəyan etməklə bildirib:
"Müxtəlif meyvələrdə olan qidaların miqdarı fərqli
olmağına bamayaraq, bu maddələrin bütün meyvələrdən
alınması bərabər olmalıdır ki, onlarda olan maddələrin
hamısı bədənə çatsın. Diqqət etmək lazımdır ki, hər bir
meyvə öz fəsilində yeyilərsə bədənə faydası daha çox
olar. Misal üçün: Qarpızın suyu çox olduğu üçün qışa
nisbətən yayda daha faydalı və o fəslə daha uyğundur.
Başqa bir misal: Qış fəsilinə məxsus olan portağalda C və
D vitaminləri olduğuna görə bu fəsildə bədənə
lazımlıdır. Halbuki başqa fəsillərdə qışda olduğu qədər
lazım deyil, (Əksinə zərərlidir. Buna misal olaraq xiyar
və pomidoru qeyd etmək olar. Soyuq tərəvəz olduqları
üçün əgər yayda istifadə edilsələr, faydalıdırlar. Halbuki
qışda bu tərəvəzlər zərərlidir.) Doktor Rəhmani
söhbətinə davam edərək dedi: "İndiki zamanda müxtəlif
fəsillərdə bütün meyvələri tapmaq olduğu üçün yaxşı
olar ki, bu məsələlərə riayət edək, çünki qida cəhətdən
dəyərsiz olduğu üçün məsləhət görülmür".
Dostları ilə paylaş: