İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Süfrədə çox oturmaq və uzunömürlülük



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə130/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   126   127   128   129   130   131   132   133   ...   190
Süfrədə çox oturmaq və uzunömürlülük 
barəsində elmi mövzu 
İmam  Sadiqdən  (ə)  nəql  olunan  rəvayətdə  deyilir: 
"Süfrə  arxasında  oturmağı  uzadın.  Doğrudan  da  süfrə 
arxasında 
çox 
oturmaq 
sizin 
ömrünüzdən 
hesablanmır".
2
 İllərdən  bəri  bu  fikirdə  idim  ki,  (bir 
tərəfdən  İslam  ömrə  bu  qədər  əhəmiyyət  verir,  vaxtdan 
və ömürdən səmərəli  istifadə  etməyi tapşıraraq buyurur 
ki,  vaxtınızdan  o  qədər  yaxşı  istifadə  edin  ki,  Allah 
dərgahında  cavab  verə  biləsiniz.  Digər  tərəfdənsə  az 
yeməyi,  doymamış  yeməkdən  əl  çəkməyi  göstəriş  verir) 
bu rəvayətdə görəsən nə sirr vardır ki, buyurur: nə qədər 
                                                 
1
 "Öz həkimimiz olaq", səh.194. 
2
 "Müstədrək əl-Vəsail", c.16, səh.234. 


 
142 
süfrədə  otursanız,  ömrünüzdən  hesab  edilmir.  (yəni: 
nigaran  olmayın  süfrə  başında  nə  qədər  otursanız  da 
vaxtın  tələf  olmasına  bais  olmayacaq.  Allah  dərgahında 
da  bu  vaxtın  uzadılmasına  cavab  vermək  lazım 
olmayacaq).  Sonda  belə  bir  nəticəyə  gəldim:  "süfrə 
arxasında  çox  oturmaq  ömürdən  hesab  edilmir" 
sözündən  məqsəd,  səbəbsiz  süfrə  başında  oturmaq  ya 
insanın  ürəyi  istədiyi  qədər  yeməsi  yox,  (çünki  başqa 
hədislərdə  buyurulur  ki,  "doymamış  əlini  yeməkdən 
çək") yeməyin çox çeynənilməsidir. Ona görə  ki, yeməyi 
çox çeynəmək üçün vaxt lazımdır.  
Görəsən, yeməyin çox çeynənilməsiylə ona sərf olunan 
vaxtın  ömürdən  hesab  edilməməsi  arasında  nə  kimi 
əlaqə  var?!  Demək  lazımdır  ki,  biz  yeməyi  nə  qədər  çox 
çeynəsək  (sübut  olunmuş  dəlillərə  əsasən)  mədənin  işi 
bir o qədər azalır və çeynənilməmiş yeməyin həzmi üçün 
yaranan çətinlik aradan götürülür. Beləliklə həzm sistemi 
və  orqanizm  sağlam  qalır.  Əgər  yeməyi  yaxşı 
çeynəmədiyimiz  üçün  həzm  sisteminin  pozulması 
nəticəsində xəstələnib 70 il yaşayacaqdıqsa, süfrə başında 
çox  oturmaqla  və  yeməyi  yaxşı  çeynəməklə  80  il  yaşaya 
bilərək.  Bu,  əlavə  10  il  süfrə  arxasında  əyləşdiyimiz 
günlərin  yerini  doldurur.  Yeməyi  yaxşı  çeynəməyin 
sayəsində  aldığımız  müxtəlif  xəstəliklər  nəticəsində:  o 
cümlədən  mədə  və  həzm  sisteminin  pozulmasına  görə 
xəstəxanalarda  və  gigiyena  mərkəzlərində  keçirdiyimiz 
çoxlu  vaxtlara  qənaət  olunduğu  üçün  süfrə  arxasında 
keçirdiyimiz saatların əvəzi ödənir.  


 
143 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin