İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Ustad Şəhid Mütəhhərinin bu barədə sözü



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə120/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   116   117   118   119   120   121   122   123   ...   190
Ustad Şəhid Mütəhhərinin bu barədə sözü 
O deyir: "Sədi Şirazidən bir şer oxuyuram: 
İti dişli yırtıcıya mərhəmət 
Mal-qaraya insafsızlıqdır, əlbət.  
Yüzlərlə  ya  minlərlə  qoyun  parçalamış  bir  canavarı 
tutub  öldürmək  istəyərkən  kiminsə  mərhəmət  hissi 
oyanmamalıdır.  Bilmək  lazımdır  ki,  bu  cür  mərhəmət 
qoyunlara  qarşı  qəddarlıq  deməkdir.  Bu  bir  misaldır. 
Sədinin  məqsədi  budur  ki,  "zalım  insana  rəhm  etmək, 
məhrum insanlara qəddarlıqdır" deməkdir.  Zəif  insanlar 
sitəmkarlara  rəhm  edərlər.  Eynilə  bu  mövzu  bu  gün  də 
müzakirə  olunur.  Əksər  insanlar  deyirlər:  "Edam 
hökmüylə  cəzalandırmaq  nə  deməkdir?!  Edam  cəzası 
insaniyyətdən  uzaq  bir  hökmdür.  Bu  insan  haqlarının 
pozulması  və  humanizmin  ziddinədir.  Bir  sözlə  cani 
hansı  cinayət  törədirsə  törətsin,  edam  edilməməlidir. 
Belə insanlar öz sözlərini necə izah edirlər? "Canini islah 
etmək lazımdır" - deyirlər.  
Qəribə  sofistikadır.  Şübhəsiz  ki,  insanları  islah  etmək 
lazımdır.  Amma  cinayət  törətməmişdən  öncə  islah 
olunmalıdırlar. Cinayət törətməyə icazə vermək olmaz.  
Biz  bu  gün  cinayətkarları  islah  etmək  bəhanəsilə 
cinayət  üz  verdikdən  sonra  onları  islah  etsək,  cinayət 
etmək  istəyənlərə  yaşıl  işıq  göstərmiş  olarıq.  Bizim  bu 
işimiz  cinayətkarları  cinayətə  həvəsləndirmək  olar. 
Cinayətkar  (öz  özünə)  deyər:  indiyədək  cəmiyyət  məni 
islah  etmək  fikrində  olmayıb.  Uşaqlıqdan  atam  mənə 
düzgün  tərbiyə  verməyib.  Böyüdükdən  sonra  heç  kəs 
məni  islah  etməyib.  Gedək  cinayət  edək  bizi  zindana 


 
132 
salsınlar, bəlkə orada bizi tərbiyə etdilər və adam olduq. 
Deməli islah olmağımız üçün cinayət etməliyik. 
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin