ALİMLƏRİN SÖYLƏDİKLƏRİ Məşhur alman filosofu İmmenuel Kant yazır: Fərdin
özündən ləzzət alması qədər heç bir şey, zehn və cismi
zəiflətmir və bu tip həvəsbazlıq ümumiyyətlə insan
təbiətinin ziddinədir. Lakin bu mövzu cavanlardan gizli
qalmamalıdır, bu iş bütün çirkinliyi ilə göstərilməlidir.
Deməliyəm ki, belə bir əməlin sahibi bu minvalla nəsil
artırmadan qalacaqdır. Xatırlamalıyam ki, bu vərdiş hər
şeydən çox cismi qüdrətini azaldacaq, onu vaxtından tez
qocaldacaq və həqiqətən şüurunu zəiflədəcəkdir və ...
Gənclərin və cavanların cinsi məsələləri üzrə uzun
illər araşdırma aparan bir tədqiqatçı yazır: Onanizmdən
daha effektli davamlı olaraq insan şəxsiyyətinə zərbə
vuran bir faktoru təsəvvür etmək çətindir.
Silvanus adlı digər bir mütəfəkkir deyir:
Bu iş (onanizm) təşviş, həyacan, pərişan olmağa səbəb
olur, təkrarlandığı surətdə isə, kədərli çətinliklərlə
nəticələnir; onanizm yaddaşı zəif, əxlaqı pis və aktiv
qüvvəni xarab edir. Onu təkcə Allaha günah deyil,
bəşəriyyət aləmində bütün yaxşılıq və paklıqlara
1
" Seçilmiş sual-cavablar", səh.287.
18
haqsızlıq, rəhmsizlik adlandırmaq lazımdır. Əgər bu
çirkin əməl, səngiməzsə, təkrarlanarsa, ona düçar olmuş
bədbəxtin bütün nail ola biləcəyi xoşbəxtlik yollarını
məhv edəcəkdir.
1