B- Ehtiyac zamanı özünü rahat etmək İmam Rzadan (ə) nəql edilmiş rəvayətdə sağlamlıq
üçün bir neçə işin adı çəkilib. Onlardan biri "sidik güc
gələn zaman özünü rahat et" ifadəsidir.
"İslamda tibb və gigiyeniya" kitabında yazılıb ki, "elə
tənbəl və səhlənkar insanlar tanıyırıq ki, bu həyati
vəzifəni yerinə yetirməyə də başısoyuqluq edirlər.
Ehtiyac zamanı öz sağlamlıqlarının tələbini cavabsız
qoyaraq bağırsaqlarını fəaliyyətdən saxlayırlar. Əslində
öz daxili orqanizmlərinə "tənbəllik dərsini" öyrədirlər. Bu
başısoyuqluğun
nəticəsində
həzmetmə
sisteminin
pozulması, qaraciyər, mədə, babasil, venanın yorğunluğu
və bəzən də venada qanın hərəkətsizliyinə və limfotik
yollarının tutulmasına gətirib çıxarır. Limfotik yolları
tutularsa, sonda fil xəstəliyinə tutulurlar".
2
1
"İlk universitet, son peyğəmbər", c.12, səh. 81.
2
Fil azarı (elephantiasis) bədənin ayrı-ayrı üzvlərinin (çox vaxt
ayaqların) həddindən artıq böyüməsindən ibarət xəstəlikdir (red.)