159
ALTINCI FƏSİL
Bəzi təriflənmiş və məzəmmətlənmiş
xasiyyətlərin sağlamlıqdakı rolunun elmi yolu
ilə sübutu.
Bu fəsli tərtib etməkdən məqsəd, bir neçə müstəhəb
işlərin və bəyənilən xasiyyətlərin sağlamlıqda rolunu,
eləcədə bir neçə məkruh və məzəmmətlənmiş işlərin cismi
xəstəliklərdəki rolunu elm və alimlərin nəzərilə
araşdırmaqdır. Bununla siz qəti şəkildə inanacaqsınız ki,
İslamın göstərişləri hətta tibbi və cismi baxımdan da
hikmətsiz deyil.
EVLƏNMƏ
İslamda təkid olunmuş işlərdən biri də evlənməkdir.
Kim günaha düşməsindən qorxarsa, evlənmək ona vacib
olur.