158
Yuxu və tibb
Bəzi həkimlər bədənin yuxuya ehtiyacını 7 bəziləri isə
8 saat bildiriblər. Elə həmin mütəxəsislər 9 saatdan artıq
yatmağı bədən üçün zərərli hesab edirlər. Eləcə də az
yatmaq da bədən üçün zərərlidir. Jurnallardan biri yazır
ki, yuxu və istirahətinizə əhəmiyyət verməsəniz bilin ki,
az yatmaq sizin şəkərinizin miqdarını pozaraq çəkinizin
artmasına və solğunluğa səbəb olacaq. Diabet xəstəliyinə
düçar olmaq qorxusunu artırır. Sonda isə beyninizə zərər
vuracaq. Yuxusuzluq qalxanvari vəzinin hormonunu
pozur, stress yaradır, yaddaşa mənfi təsir qoyur. Hətta
bədənin immun sistemini zəiflədərək həddən artıq
xəstəliklərə səbəb olur. Yuxusuzluq ürəyin sağlamlığı
üçün təhlükə yaradır, bədənin maddələr mübadiləsini də
pozur.
İslamın bu məsələyə də fikir verməsi diqqətdən
yayınmır. İmam Rza (ə) sağlamlıq barəsində etdiyi
tövsiyələrin birinidə buyurub:
"Yuxun gələn zaman yat".
Dostları ilə paylaş: