İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə160/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   156   157   158   159   160   161   162   163   ...   190
cənnət vacib olar".
2
 
Elm və din baxımından gülüşün sağlamlıqda 
rolu 
Psixoloqlar  gülüşlə  bədən  sağlamlığı  arasında  yaxın 
əlaqə  olduğunu  bildirərək  onun,  sağlamlığın  ən  üstün 
dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər. 
Onlardan  bəziləri  öz  müalicələrini  gülüşlə  yerinə 
yetirərək  sağlamlığı  ruhun  təravətində  axtarırlar.  Elmi 
tədqiqatlar  da  gülüşün  insanın  cismində,  ruhunda, 
emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir. 
Almaniyanın  xəbər  agentliyinin  bildirdiyinə  görə: 
"Almaniya  tədqiqatçılarının  apardıqları  axtarışlar  qəti 
                                                 
1
 "Aşiqlər diyarı", c.5, səh.329. 
2
 "Mübəlliğlərin mövzular üzrə ensiklopediyası", səh.164. 


 
171 
surətdə  sübut  edir  ki,  gülüş,  bütün  bədənin  istirahətinə, 
(həyəcan  zamanı  çırpınan)  ürəyin  sakitləşməsinə  və  qan 
təzyiqinin  düşməsinə  kömək  edir.  Gülüş  eləcə  də  mədə 
şirəsinin  ifrazını  təhrik  edir  və  stressin  səviyyəsində 
təsirli  rolu  olaraq  bədənin  təhlükəsizlik  sistemini 
qüvvətləndirir". Bu tədqiqatçılar əlavə edirdlər ki: "Bir az 
gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına 
və fərdin iş qabiliyyətinə kömək edə bilər".  
Korman  Kazniz  "Bir  xəstəliyin  izahı"  kitabında  qeyd 
edir  ki,  sağlam  və  təbii  həyatı  yenidən  başlamaq  üçün 
iflic  xəstəliyilə  necə  mübarizə  edib.  O,  inanır  ki,  onun 
əsas dərmanı gülüş olub. 
"Mənfi  kitab"  əsərinin  müəllifi  Con  Racer  deyir: 
"Ağrının  şiddətindən  gözlərinə  yuxu  getməyən  Kuzins 
adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə 
dəqiqəlik  gülüşlə  ağrılarını  bir  neçə  saat  sakitləşdirərək 
rahat yata bilər. O, bu yolla öz sağlamlığını  geri qaytara 
bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az 
olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. Insan 
gülərkən  bütün  əzələləri  və  əsəbləri  genişlənərək 
sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu 
üçün  bir  növ  idmandır.  Gülüş  ağciyərin  açılmasına  və 
nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha 
çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər 
inanırlar  ki,  gülüş  ömrü  uzadır.  Şadlıq  və  gülüş 
dözülməz  xəstəliklərin  qarşısını  almaqdan  əlavə, 
böyüməkdə  olan  xərçəng  xəstəliyinin  də  qarşısını  alır. 
Rəvayətlərdə  gülüşün  insan  sağlamlığında  müsbət 
rolundan söz açılır. Burada onlardan birinə işarə edirik:  


 
172 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin