İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


(trixinlərin törətdiyi xəstəlik)



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə18/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   14   15   16   17   18   19   20   21   ...   190
 (trixinlərin törətdiyi xəstəlik) 
Trixin, donuz  ətinin arasında özünə yuva quran kiçik 
parazitdir.  Xırda  həşəratdan  ibarət  olan  trixin,  erkəyinin 
1.5,  dişisinin  isə  3  mm-ə  qədər  diametri  olduğu  kiçik 
qurddur.  Bu  heyvan  1  ay  ərzində  10-15  min  yumurta 
qoymaq  qabiliyyətinə  malikdir.  Donuz  ətini  yeməklə 
trixinin  insan  bədəninə  daxil  olduğu  andan  etibarən, 
                                                 
1
 Hədis  tam  şəkildə  "Böyük  günahlar"  kitabında  qeyd  edilmişdir.  Bax: 
"Gonahane kəbirə", səh.158. 
2
 "Bəqərə", 173. 
3
 "Trichinella spiralis". 


 
22 
qırmızı  qan  cisimcikləri  (eritrositlər)  əvvəlcə  artaraq, 
daha sonra aradan getməyə başlayır. Sonda isə eritrositin 
azalması,  insanın  xəstəliyə  düçar  olması,  hətta  bəzi 
hallarda onu ölümə yuvarlaması ilə nəticələnir. 
Trixinlər  mədəyə  daxil  olarkən,  mədə  şirəsinin 
dəxaləti  nəticəsində,  öz  əhəng  divarını  itirir  və  sürətlə 
artaraq mədə yolu ilə insan qanına daxil olurlar. 
Bunun 
ilk 
təsiri, 
başgicəllənməsi 
və 
xüsusi 
qizdirmalar, o cümlədən: ishaldan sonra baş verən həzm 
orqanı  ilə  əlaqəli  qızdırmalardır.  Bu  vəziyyətdən  doğan 
qızdırma  ilk  öncə  zəif,  getdikcə  isə,  çətinləşərək  xroniki 
xəstəliyə çevrilir. 
Bir  sıra  digər  ağrılar  isə,  o  cümlədən:  müxtəlif  çeşidli 
revmatizm,  əsəb  dartılması,  bədəndaxili  qaşınma, 
piylərin  qalanması,  bütün  bədəndə  möhkəm  yorğunluq-
əzginlik, üz  əzələlərinin yığılması bir  sözlə, bədənin son 
dərəcə  zəifliyindən  doğan  ağrılar  dörd-beş  gün  sonra 
ölümü özləri ilə ərməğan gətirirlər. 
Bundan  əlavə  xəstədə  çeynəmə  və  təənəffüs 
baxımından  da,  bir  sıra  əngəllər  üzə  çıxır.  Ola  bilər  ki, 
ölümün  səbəbi  tam  başqa  bir  faktor  olsun.  Çünki, 
qurdlar, mədədə məskunlaşdıqlarının üçüncü həftəsində 
əzələlərə  hücum  gətirir,  yeddinci  həftədə  isə,  bağırsağa 
soxularaq  bədən  üzvlərində  ümumi  zəiflik  icad  edir  və 
bununla da xəstənin ömrünə son qoyurlar. 
Trixin  qurdundan  yaranmış  xəstəlik,  Trixinoz  adı  ilə 
tanınmışdır.  Bu  xəstəlik  donuz  ətindən  çoxlu  istifadə 
edilən ölkələrdə çox sayda müşahidə edilir, donuz ətinin 


 
23 
yeyilməsini 
haram 
bilən 
İslami 
ölkələrdə 
isə, 
ümumiyyətlə gözə çarpmır. 
Mədəyə daxil olan trixini, heç bir qurdöldürən dərman 
məhv  etməyə  qadir  deyil.  Trixin  nəslinin  əzələlərə 
hücum  gətirdiyindən  sonra,  ölümə  təslim  olmaqdan 
başqa çarə qalmır. 
Bu  xəstəliyin  önəmini  və  yoluxuculuğunu  göstərmək 
üçün, yalnız bunu demək yetər ki, 1 kq donuz ətində, 400 
milyon trixin balası mövcuddur.
1
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin