Salamat NƏCƏFOV, Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad RegionalMərkəzinin baş məsləhətçisi. Mənbə:
http://respublica.news.az/2007/12/13/2044/
(mütərcim)
47
İnsanlığı ucuruma sürükləyən AİDS bütün dünyanın
diqqət mərkəzindədir. Bəşəriyyət hələ də AİDS
qarşısında acizdir. Son 20 il ərzində bu fəlakət bütün
qitələri əhatə etmişdir. Hazırda 42 mln insan HİV
daşıyıcısıdır. Hər 11 saniyə 1 nəfər, hər dəqiqə 25
yaşınadək 6 nəfər HİV ilə yoluxur. Hesablamalara görə
planetin hər 100 nəfər sakinindən biri artıq HİV-ə
yoluxmuşdur və 3-5 ildən sonra 20-29 yaşlı insanlar
arasında ölümün əsas səbəbi AİDS olacaq. Dəhşət də elə
bundadır ki, yoluxanların əksəriyyəti gəncdir və ömrün
bahar çağında insan həyatına son qoyulur. AİDS
nəticəsində 14 mln uşaq ailə sevgisindən məhrum olaraq
yetim qalmışdır. Axı bu körpələrin günahı nədir?! Çox
əfsuslar olsun ki, bu epidemiya Azərbaycandan da yan
keçməyib. Rəsmi məlumatlara əsasən respublikamızda
680 nəfər HİV daşıyıcısı qeydə alınıb, amma təbii ki, real
göstəricilər bu rəqəmdən qat-qat yüksəkdir və bütün
bunlar narahatçılıq üçün kifayət edir (mütərcim).
QİÇS xəstəliyi insan bədəninə daxil olduqdan sonra,
ikidən səkkiz ilədək bir dövrədən sonra xəstənin
qoruyucu sistemini işdən salaraq, onun bədənini
infeksion xəstəliklər qarşısında müdafiəsiz edir və sonda,
əsasən cinsi azadlıq yolu ilə yoluxmuş bu virusun
qurbanları, xəstəliklərin ağırlığından həlak olurlar.
1
.
Məlum
araşdırmaya
görə,
Amerikada
homoseksualizmin mərkəzi kimi şöhrət qazanmış
1
Mənbə:
525-ci qəzet
(mütərcim).
48
Kaliforniya ştatının San Fransisko şəhəri, QİÇS
virusunun daşıyanların ən yüksək faizini təşkil edir.
1