AYBAŞI DÖVRÜNDƏ YAXINLIQ ETMƏK
"Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə:
"Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan
kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla
yaxınlıq etməyin!"
2
Quranın bu ayəsinə əsasən, haram olan əməllərdən
biri də, aybaşı zamanı qadınlarla yaxınlıq etməkdir. Bu
əməl ruhi ziyanları ilə yanaşı, cismi zərərlərə də
malikdir. Onlardan bəzilərinə işarə edirik.
Qadınlar arasında yayılan xəstəliklərdən biri də,
uşaqlıq boynu xərçəngidir.
3
Bu xəstəlik Amerikada
əhəmiyyəti baxımından, qadın xərçəngləri arasında ikinci
yeri tutur. Əldə olan sənədlərə əsasən, bu rəqəm avropa
ölkələrində də eynilədir.
Xərçəngin heç bir növü qarşısında toxunulmazlığa
malik olmayan yəhudi qadınlarında, kürək xərçəngi
adlanan bu xərçəng müşahidə edilməmişdir (çünki
yəhudilər aybaşı zamanı qadını çirkin sayır və onlardan
uzaqlıq edirlər, xristianlar isə, heyz zamanı hətta onlarla
yaxınlıq da edirlər. Bu arada İslam dini, ortaq xətti tutur
1
"Oğlan və qızların qeyri-qanuni münasibətləri" səh.84.
2
"Bəqərə", 222.
3
Qadınlar arasında yayılan xərçəngə, süd vəzi xərçəngi, mədə,
uşaqlıq boynu, hemoblastozlar uşaqlıq cismini göstərmək olar
(mütərcim).
49
və yəhudilər kimi ümumiyyətlə qadını çirkin deyil,
yalnız aybaşı zamanı onlarla yaxınlıq etməyi haram
bilir).
Bu xərçənglərin yaranma səbəblərindən biri də, elə
aybaşı dövrü qadınlarla cinsi əlaqədə olmaqdır. Başqa bir
səbəbi isə kişilərin sünnət edilməməsidir (aidiyyatı
bölmədə bu barədə qısa söz açılacaq).
1
Kaliforniya universitetinin ustadı professor Donald
Smit deyir: "Kəskin artirit yaxınlıqdan sonra yaranır və
əsasən qadının aybaşı zamanı onunla yaxınlıq etmiş
şəxslərdə görünür; çünki aybaşı zamanı vajenin flor
mikrobu çox olur".
( Aybaşı zamanı vajen mikrobları başqa zamanlardan
daha artıq olur).
2
CƏMDƏK (LEŞ)
İslam dinində günah sayılan əməllərdən biri də, leş
yeməkdir. Bu əməl bəzən heyvanın şəri üsulla
kəsilmədiyi və bəzən də ümumiyyətlə heyvanın
kəsilmədiyi zamanı baş verir. İslami baxımdansa hər ikisi
leş sayılır.
Bu əməlin gigiyenik zərəri, biri leşdə yığılmış qana
görədir (qan yemək bölməsində bu barədə danışıldı),
digəri isə, həzm sisteminin leşdən sağlam qan hazırlaya
bilməməsinə görədir.
1
"İslam baxımından evlənmə gigiyenası", səh. 143, "Delragatocancer
Ackermanand" kitabına istinadən, səh. 986, 1962-ci ilin çapı.
2
"İslam baxımından evlənmə gigiyenası", səh. 143.
50
İmam Sadiq (ə) leş ətinin zərərləri haqda buyurur:
Dostları ilə paylaş: |