Sağalmaq üçün şərab Bir sıra insanlar, bəzi xəstəliyə düçar olduqda, onun
çarəsini şərab içməkdə görür və "xəstəliyimizin aradan
qaldırılması üçün şərab içirik" deyirlər. Bu şəxslərdən
bəziləri, öz vicdanlarını rahatlaşdırmaq və ya içki
içmələrinə don geydirmək üçün bu sözü dilə gətirirlər.
Hazırda dünyada, şərabı xeyirli hesab edən, hətta ona
az miqdarda icazə verən bir təbib tapmaq olmaz. Belə bir
həkim müşahidə edildiyi surətdə, tibb elminin
tədqiqatçılarının qeyd etdiyi şərabın çoxsaylı zərərlərini
nəzərə alaraq demək olar ki, onun tibbi informasiyasında
çatışmazlıq var.
Şərabın hər hansı bir xəstəliyi aradan qaldırmasını fərz
etsək də, onun minlərlə digər cismi və mənəvi xəstəliyi
əlavə etməsini danmaq olmaz. Sağlam zəka sahibi bu tip
işi görməz. Bu iş eynilə, suya düşmüş 10 manatını
götürmək üçün, bir neçə dalğıc tutaraq yüzlərlə manat
artıq pul xərcləyən şəxsin əməlinə bənzəyir.
Əzizlərimiz bilməlidirlər ki, ən gözəl üslübda
bədənimizi yaradan Tanrı, nələrin bizim bədənimizə
xeyirli və nələrin zərərli olduğunu çox gözəl bilir.
Şərabın istifadəsində xeyir, məsləhət olsaydı, Allah onu
azad edər və onu içməyi qadağan etməzdi.