Az miqdarda şərab da zərərlidirmi?
Bilirik ki, azacıq spirt də mədə vasitəsilə cəzb edilir və
elə bu az miqdar, bədəndə yanmadığından zərərlidir. Az
olmasına baxmayaraq, antidivretik hormonunu kontrol
edir, sidiyi çoxaldır. Həmçinin bir damcı belə içilsə, qana
daxil olduqda nütfə bağlanmasında təsirlidir
1
(insan
şərab içdikdən sonra cinsi əlaqədə olarsa və bu
yaxınlıqdan uşaq doğularsa, o uşağın dəli olması, şüur
baxımından zəif olması ehtimalı böyükdür).
Spirt, qanda lazım olan maddələrdən biridir. Onun
minimum və maksimum miqdarı da bəllidir. Bədənin
ehtiyacı olan bu miqdar spirt qida vasitəsilə təmin
edildiyi halda, qida metabolizmi (maddələr mübadiləsi)
olmayan spirt içməyə heç bir lüzum yoxdur. Spirtin
1
"İlk universitet son peyğəmbər", c.7.səh.155.
59
dərhal qana keçməsini nəzərə alaraq, bir şəxs az bir
miqdarda spirt içərsə, qan spirti artar və bu özü bir növ
xəstəlik sayıla bilər. Xəstəliyindən yalnız həkimə
müraciət etmək və müayinə yolu ilə agah olan şəkər
xəstəliyinə düçar olmuş şəxs kimi, az şərab içən şəxs də,
məst olmaya, lakin eyni halda özünün də xəbəri olmadan
xəstəliyə yoluxması mümkündür.
1
Tanınmış psixoloq, doktor Hans Luksanberq, Munix
şəhərində keçirilən konfransda, "hətta bir qurtum şərab
belə, sürücülük üçün təhlükəlidir" söylədi.
Doktor Məlvin Kənzəli, 1969-cu ildə Nyuyorkda
keçirilən spirt və spirtizmlə mübarizə adlı səkkizinci
beynəlxalq konfransda, dedi: Spirtin az istifadəsi də, bir
çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi
Karolinanın tibb institunun tədqiqat mərkəzinə başçılıq
edən doktor Kənzəli eləcə də əlavə etdi: “Bəziləri güman
edirlər ki, məclislərdə necə deyərlər, boğaz yaşlasalar,
spirtə qurşanmayacaq və ya beyin pozğuntuluqlarına
düçar olmayacaqlar, halbuki, bu zəmində həyata keçmiş
araşdırmalar göstərir ki, spirtli içkilər, az miqdarda da
belə, beyin hüceyrələrində pozğuntuluğa səbəb olur”.
Sözügedən konfransda digər alimlər, o cümlədən,
doktor Raymund Penigton çıxış edərək, spirtin mənfi
təsirlərinə (hətta az miqdarda da), toxundular.
Nurdrayn Vesteflen əyalətində baş vermiş on dörd
min yol qəzası üzərində aparılan araşdırmada məlum
oldu ki, cavanlar, hətta pivə içməklə, qocalardan daha tez
yol hərəkət qaydalarını pozurlar. Cavanların qanında az
1
"İlk universitet son peyğəmbər", kitabının xülasəsi, c.7, səh. 162.
60
miqdarda olan spirt ( mində 0.5) iradə və şüurlarını əldən
verməyə səbəb olur. Aparılmış araşdırmalara görə,
sürücünün qanında mində 0.4 spirt mövcud olduqda, yol
qəzaları daha təhlükəli, daha ağır olmuşdur.
1
Dostları ilə paylaş: |