İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə76/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   72   73   74   75   76   77   78   79   ...   190
QƏLBİ GÜNAHLAR VƏ CİSMİ 
XƏSTƏLİKLƏR 
Ruhla  cisim  bir-biri  ilə  sıx  əlaqədə  olduğundan,  ruh 
xəstəliyə  düçar  olduğu  zaman,  cismə  də  sirayət 
edəcəkdir.  Platon  deyir:  "Həkimlərin  ən  böyük  səhvi 
budur ki, ancaq cismi sağaltmaq əzmindədirlər, hansı ki, 
fikrə  və  ruha  şəfa  vermək  haqda  bir  an  da  belə 
düşünmürlər.  Halbuki,  fikir  və  cisim  bir-birilə  sıx 
əlaqədədir.  Bu  baxımdan  onları  ayrı-ayrı  düşünmək  və 
ayrılıqda müalicə etmək olmaz". 
Cəsarətlə  demək  olar  ki,  ruhi  çatışmazlıqlar  və 
xəstəliklərin qaynağı, qəlbi günahlar və əxlaqsızlıqlardır. 
İslam  dininə  əməl  olunaraq  qəlbi  günahlar  insandan 
silinər  və  ya  azalarsa,  bir  çox  cismi  xəstəliklər  aradan 
gedəcəkdir. Misal olaraq, İslam dininin məzəmmət etdiyi 
bir sıra günahlara nəzər yetirin. 
Paxıllıq, 
eqoistlik, 
təşviş 
(iztirab), 
ümidsizlik 
(məyusluq)  və  s.  Diqqətinizi  alimlərin  bu  barədə 
söylədiklərinə yönəldirəm. 
"Mayo"  klikinakında  çalışan  doktor  "Elvariz"  deyir: 
"Mədə  yaralarının  azalıb-çoxalması  bir  çox  hallarda, 
daxili həyəcanın azalıb-çoxalması ilə birbaşa əlaqədədir". 
Bu söz, mədə ağrısından şikayətlənən klinikaya müraciət 
etmiş  15  min  xəstə  üzərində  keçirilmiş  sınağa  əsaslanır. 
Məlum  olmuşdur  ki,  əsasən  qorxu,  iztirab,  paxıllıq,  
yüksək  eqoistlik,  mühitlə  uyğunlaşmamaq  mədə 
xəstəlikləri  və  yaralarının  başlıca  səbəblərindəndir. 
Müraciət edənlərin beşdə bir hissəsinin mədə yaralarının 


 
81 
heç bir tibbi səbəbi yox idi. Bunu da qeyd edək ki, mədə 
yarası təhlükəli xəstəliklər sırasında beşinci yerdə durur. 
Doktor  Uilyam  M.G.  ABŞ  həkimlər  birliyində  bəyan 
etdi  ki,  təşviş  dişlərin  çürüməsinə  səbəb  olur.  Eləcə  də 
qeyd etdi ki: 
"Təşviş,  qorxu  və  nıqqıltıya  səbəb  olan  duyğular  və 
həyəcanlar, 
bədənin 
kalsiumunun 
müvazinətinin 
itirilməsinə səbəb olaraq, dişləri çürüdür". 
Doktor  Frevuş  "yüz  yaşamaq  üçün  yüz  məsləhət" 
kitabında yazır:  
Ümidsizlik  düşkünlüyə  səbəb  olur,  düşkünlük  isə, 
bədənin müqavimət sistemini zəiflədərək, sonda müxtəlif 
xəstəliklərin yaranması ilə nəticələnir. 
Dünyanın yüz minlərlə insanı düşkünlüyə düçardırlar 
(bunun  başlıca  səbəbi  ümidsizlikdir).  Araşdırmalar 
göstərir  ki,  güclü  düşkünlük  bəşər  ömrünün  azalmasına 
gətirib çıxarır.
1
 
İslam dini ruhi xəstəliklər barəsində heyrətamiz sözlər 
buyurmuşdur
2
.  İslam  bu  haqda  o  qədər  zərif,  dəqiq  və 
mahiranə məsləhətlər vermişdir ki, bu nurani göstərişlərə 
əməl edən hər kəs, təkcə ruhi,  psixoloji və onun ardınca 
cismi  baxımdan  deyil,  həm  də  İslamın  dəyərli 
qanunlarına 
riayət 
etməyənlərdən 
xeyli 
irəliyə 
düşəcəkdir. 
                                                 
1
 "Yüz yaşamaq üçün yüz məsləhət", səh. 135. 
2
 Qəlbi günahlar haqda dəyərli kitablardan biri də, Şəhid Dəstgeybin 
"Qəlbi  səlim"  kitabıdır.  Müəllif  bu  barədə  deyir:  Qəlbi  səlim  və 
böyük günahlar kitabı mənim ömrümün bəhrəsidir. 


 
82 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin