doyum nöqteyi-nəzərindən də vacib bir məsələdir.
82
Sevişməyə necə deyərlər, start verən və bundan irəli gələn
həzzi artıran ən mühüm bədən üzvü ağız – dil və dodaqlardır.
Dişlərin təmizlik və sağlamlığına fikir verilmədiyinə görə pis
qoxu
verən
bir
ağız,
yaxud
da
misvaklanmadığı-
fırçalanmadığı üçün dişlərinin arasında xörək qırıntıları qalan
bir ağız sevişməyə mənfi təsir göstərir. Məlumdur ki, bu hal
cinsi əlaqənin romantikliyini aradan qaldırır, üstəlik də
nifrətamiz hislər yaradır. Ona görə də şübhə etmirik ki, diş
81
Buxari, Cümə, 8; Məcməu-z-zəvaid, 1/220.
82
Şübhə yoxdur ki, əsas olan dişlərin təmizliyidir.
Peyğəmbərin (əs) dövründə insanlar dişlərini misvakla təmizləyirdilər. Bu səbəbdən
bu məsələ ilə əlaqədar hədislərdən həmişə misvak sözü işlədilir.
“Misvak bir növ fırçadır. Ağac kökündən düzəldilir. Diş ətinə tətbiq olunan masaj
sahəsində ideal bir vasitədir. Bu xüsusiyyətlərinə görə fırçadan fəqlənir: Fırçanın
telləri ya tükdən, ya da neylondan olur. Qopub udulduğu vaxt qismən olsa da,
təhlükəli olur (appendisitə səbəb ola bilər). Misvakdakı tellər isə bitki mənşəli –
nəbatidir. Onu udmaqda fırçada olduğu qədər təhlükə yoxdur. Əlavə olaraq, onun
lifləri də çoxdur və həmişə ucundan azaldıqca təzəsini çıxartmaq olur. Hətta onda az
olsa da, antiseptik xassəyə malik olan özək mayesi var. Bu da öz növbəsində ağızdakı
mikrobların xəstəlik törətməyinə mane ola bilər. Ən yaxşı misvak Ərəbistanın Hicaz
bölgəsində bitən Ərak adlı ağacın kökündən olur. Əgər həmin ağacdan düzəldilmiş
misvak olmasa, tut və zeytun ağacından istifadə olunur.”
Doktor Bəşir Akınalın qələmindən nəql etdiyimiz xüsusiyyətlərinə görə, eyni zamanda
iqtisadi bir sərmayə və satışı tələb etmədiyinə görə biz də ona (misvak) üstünlük
veririk. Üstəlik onu daşımaq da asandır. Bahalı da deyil. Avropada 18-ci əsrdə diş
fırçasından istifadə etməyə başlanılıb. Buna baxmayaraq müsəlman dünyasında 1400
ildən artıqdır ki, işlədilir. Görünür ki, bunun səbəbi dini bir məsləhət/öhdəlik olmaqla
yanaşı, onu daşımaq və işlətməyin asanlığıdır.
www.muselmanlar.com
63
sağlamlıq və təmizliyinə laqeyd yanaşan ər-arvad bir-birinə
müvafiq olmayan bir cütlük formalaşdırırlar.
83
Allahın elçisi (əs) dişlərin sağlamlıq və təmizliyinə ona görə
böyük əhəmiyyət verib ki, bu məsələnin ictimai münasibətlər
və seks arasındakı əlaqəsini yaxşı bilib.
Allahın səlatu-salamı onun üzərinə olsun, onun dəstəmazla
yanaşı, harada və nə vaxt misvak işlətdiyinə dair elementar bir
tədqiqat bizi qeyd etdiyimiz həqiqətə aparıb çıxarır.
Yadınıza salaq ki, Allahın elçisi (əs) hər bir xanımın yanına
daxil olduğu vaxt onunla cinsi əlaqədə olmadan da
maraqlanırdı. Aşağıdakı hədis də bunu göstərir:
“Allahın elçisi gecə oyandığı vaxt misvakla ağız və dişlərini
ovxalayıb təmizləyirdi.”
84
Onun hörmətli xanımı, əziz anamız həzrəti Aişə soruşulan
bir suala belə cavab vermişdir:
- Allahın elçisi evinə gəldiyi vaxt hər şeydən əvvəl
misvakdan istifadə edirdi.
85
83
İslam hüquqü mütəxəssislərinin bir qismini təşkil edən Hənbəli məzhəbi alimlərinin
fikrinə əsasən ağızdan gələn pis iy evliliyə xitam vermək iddiası ilə çıxış etməyə haqq
qazandıran səbəblərdən biridir. Baxın: Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə
qamusu, 2/358.
Qeyd: Zina etdiyinə görə depressiya keçirən xanım bir oxuyucum mənə belə bir
məktub yazmışdı:
“Mənim xəbərdarlıqlarıma baxmayaraq dişlərinin təmizliyinə fikir verməyən ərimdən
nifrət etdiyim üçün bizim tərəflərdəki təmiz və geyim-kecimli bir kişi ilə hələ də
davam etdirdiyim bir zina münasibətinə başladım...”
84
Buxari, Təhəccüd, 9; Nəsai, Təharət, 1.
www.muselmanlar.com
64
Yenə həzrəti Aişə (ra) nəql edir:
Allahın elçisi dişlərini misvaklayır, sonra da onu
yudurtmaq üçün mənə verirdi. Mən də misvaklanır, sonra da
yuyub ona verirdim.
86
Bu hədislərdəki sekslə əlaqədar məqamları dərk edə
bilməyənlərə peyğəmbərin (əs) elçi-görücü sifətilə göndərdiyi
Ümmü Süleymə belə bir söz dediyini xatırlatmaq yaxşı olardı:
“Ey Ümmü Süleym! O qadının bədənini iylə. Ayaqlarına nəzər
sal.”
87
İndi isə mirvari kimi ağappaq dişləri olan və ağız iylərini
qətiyyən xoşlamayan peyğəmbərimizdən (əs) bu mövzu ilə
əlaqədar bir təhlil də nəql etmək istəyirik.
Belə ki, həzrəti peyğəmbərin (əs) xanımlarından biri olan
həzrəti Həfsa peyğəmbər ona baş çəkdiyi vaxt (özünə
göndərilən) baldan şərbət hazırlayıb və ona içirdib. Bu hal
həzrəti Aişənin qısqanclığına səbəb olub. Onun qısqanclığı və
lətifəvari təşkilatçılığı ilə digər xanımları olan həzrəti Səvdə və
həzrəti Safiyyə də deyiblər ki, bal şərbəti içdiyin üçün ağzın iy
verir. Allahın elçisi isə bu əhvalatın üstündən bal
yeməyəcəyinə dair and içib.
88
Quranın Təhrim surəsinin ilk ayəsinin nazil olma
səbəblərindən biri kimi izah edilən bu hadisədə bizim əsl
mövzumuz baxımından mühüm bir məqam var: O da budur
ki, Allahın elçisi (əs) xanımlarının o sözündən sonra həssas
85
Müslim, Təharət, 43; İbn Macə, Təharət, hədis nömrəsi 290.
86
Mişkatu-l-məsabih, hədis nömrəsi 384.
87
Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502.
88
Haqq dini, Quran dili, 7/5085; Əlavə olaraq baxın: əl-Lu-lu-u və-l-mərcan, hədis
nömrəsi 940.
www.muselmanlar.com
65
hərəkət edərək o cür bir bal yeməməyə and içib. Təbii ki, sonra
bu andından daşınmış, kəffarəsini də vermişdir.
Bu cür həssas bir ruha malik olan həzrəti Muhəmmədin (əs)
misvaklanmaqla əlaqədar tapşırıq və əməllərindəki seksual
xarakterli məqamları görə bilməməyi, eləcə də, özünü
görməməzliyə vurmağı hər halda üzrlü hesab etmək olmaz.
Siqaret
Qeyd edək ki, “Bədən və dişləri təmiz saxlamaq” fəslini
başa vurmazdan əvvəl bədən və dişlərin təmizliyinə mənfi
təsir göstərən siqaretə də toxunmaq lazımdır.
Siqaret təbii mühiti korlayan və sağlamlıq baxımından
zərərli bir aludəçilik və israf olduğuna görə insanın ruhi
cəhətdən inkişafına da mane olur. Siqaret belə bir maddədir.
Siqaret çəkmək indiki dövrün müsəlman alimlərinin
əksəriyyətinin bizim də bölüşdüyümüz fikirlərinə əsasən
ictihadi bir haramdır.
Siqaretdən uzaq durmağı lazım bilən digər bir təhlükə də
seksual münasibətlərə pis təsir etməyidir. Çünki aydın
məsələdir ki, pis iyi bütün bədən və ağıza yayılan və dişləri
saraldan siqaret siqaret çəkməyən həyat yoldaşının sağlamlıq
və seksual xoşbəxtliyinə mənfi təsir göstərir. Buna görə də
zülm xüsusiyyəti olan siqareti tərk etmək dini-islami bir
öhdəlikdir.