1) Tədbiri dövr.
2) Tətbiqi dövr.
Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər olan dövrü əhatə edir. İslamda gələcək nəslin tərbiyəsi doğumla deyil, hələ kişi və qadın evlənməyə qərar verməsi ilə başlayır. Belə ki, evlənəcək şəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla evlənməli, evlilik həyatında isə haram şeyləri yeyib içməkdən, zinakarlıqdan uzaq olmalıdır ki, haram xromosomlar vasitəsilə uşağın genlərinə keçməsin.
Uşaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss edir. Bu dövrdə uşağa zərər verə biləcək şeylərdən-siqaret çəkməkdən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə işi uşağın ana bətnindən başlayıb həyatı boyunca davam edən və bir çox şərtlərin gözlənilməsini tələb edən uzunmüddətli, mürəkkəb bir prosesdir.
Dostları ilə paylaş: |