Islаmdа tərbiyənin üsullаrı: pеyğəmbərin nümunəsi; Həvəsləndirmə və qоrхutmа; Kеçmiş nəsillərin öz bаşınа gələnləri nаğıl еtməsi; mоizə və öyüd-nəsihət; Biliк əsаsındа mübаhisə



Yüklə 23,15 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü23,15 Kb.
#40088
1   2   3   4   5   6   7   8
İslam

Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi dövrdə şəxsin yaşına, gücünə, fərdi-psixoloji xüsusiy­yətlərinə, fiziki durumuna, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə dav­ranışına təsir göstərilir. Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi təsirlər onu dəyişdirir, formalaşdırır və onu yaxşılığa, gözəlliyə, doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır.

Tətbiqi dövrdə də yerinə yetirilməsi bir çox vacib və zəruri şərt­lər vardır. Belə ki, uşaq doğularkən, ilk növbədə, ona gözəl bir ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq işlər görsün və ata-anasının ona verdiyi addan sonralar peşman olmasın. Uşaq da­nış­mağa başlayarkən, ilk öncə, ona müqəddəs kəlmələr-ana, ata kimi sözlər öyrədilməli, yanında gözəl və əxlaqi söhbətlər aparıl­malıdır.

Uşağın yeməyinə, geyiminə, ünsiyyət və münasibətinə ciddi diqqət yetirilməlidir. Əks təqdirdə mənəvi sərvətlər çox çətinliklə əldə olunar. Uşağın sağlamlığı daim diqqət mərkəzində olmalıdır. Tərbiyənin əsası sağlamlıqdan başlayır. Odur ki, uşaqların səhhətinə ciddi fikir verilməlidir.

Doğuşdan sonrakı mərhələni beş əsas dövrə-uşaqlıq, yeniyet- məlik, cavanlıq, yetkinlik və qocalıq dövrlərinə bölmək olar. Hər döv­rün tərbiyəsi haqqında islamiyyətdə dəyərli fikirlər, hökmlər var­dır. İslam insanı doğuşdan ölənə qədər oxuyub-öyrənmədə, tək­milləşmədə, inkişafda görür və deyir-“beşikdən qəbrədək öyrən”.

Məhəmməd Peyğəmbər (s) insanın kamilləşmə prosesini üç mərhələyə 7-7 yaş dərəcələrinə ayırmış və demişdir: övlad öz həyatının birinci 7 ilində şah, ikinci 7 ilində (7-14 yaş) nökər, müti, üçüncü 7 ilində (14-21 yaş) məsləhətçi, məsul şəxs hesab olunur. Beləliklə, 21 yaşa qədər insanın həyat yolu-şahlıq, nökərlik və məsləhətçi, məsul şəxs dövrlərinə bölünür.

“Şahlıq” dövründə uşaq azad, sərbəst şəkildə, sevgi və mə­həb­bətlə böyüyərsə, böyüklər onun tərbiyəsinə, inkişafına diqqət və qayğı göstərərsə, istək və ehtiyaclarını yerinə yetirərsə, onun fiziki və mənəvi inkişafı üçün hər cür şərait, xüsusilə oyun şəraiti, fəal hərəkətlilik yaradarsa o çox sadə halda ikinci yaş dövrünə itaət mərhələsinə gəlib çatacaq, valideynlərinin, müəllim və tər­bi­yə­çi­lə­ri­nin sözlərini eşidəcək, düzgün psixoloji müvazinətə malik olacaq, özünü normal idərə edə biləcəkdir.




Yüklə 23,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin