55
Empatik dinləmə zamanı diqqət məzmundan çox danıĢanın hiss
və duyğularının dərinliyinə tuĢlanır. Ünsiyyət məqamında
deyilənlərin nə dərəcədə faydalı olduğunu,
ortaya qoyulan
ideyanın, təklifin emosional çalarlarını üzə çıxarmaq üçün
empatik dinləmə qat-qat effektlidir.
Göründüyü kimi, empatik dinləmə zamanı informasiyanın
məzmununa bir qədər gizli (intim) münasibət özünü büruzə
verir. Bu heç də dinləyənin nitqin
predmetinə laqeydliyinin
təzahürü kimi yozulmamalıdır. DanıĢanın özü də bununla
razılaĢmalıdır. Çünki empatik dinləmə bir çox hallarda danıĢanı
səmimi qəbul etmək cəhdindən irəli gəlir.
Göstərilənlər dövlətlərarası danıĢıqlar
üçün xaraktereik
sayıla bilməz. Çünki maraqlar üzərində qurulan danıĢıqlar istət-
istəməz iĢtirakçılardan xüsusi diqqət tələb edir. Odur ki, danıĢan
üç növ diqqətin mövcudluğunu unutmamalıdır.
1. Ġxtiyari diqqət
2. Qeyri-
ixtiyari diqqət
3. Qeyri-
ixtiyari diqqətin davamı
Diqqətin birinci forması (ixtiyari maraq) o zaman yaranır ki,
dinləyici hansısa maraqlı, gözlənilməz, qeyri-adi bir informasiya-
ya məruz qalır. Bunu adresant bilərəkdən bir metod kimi də
istifadə edə bilər.
Dinləyici onu maraqlandıran,
çoxdan narahat edən prob-
lemlərin həllində əhəmiyyətli olan informasiya ilə üzləĢdikdə
ikinci formada diqqət yaranır. Sonrakı mərhələ isə bu diqqətin
davamı olaraq və yaxud dinləyicinin
fikirlərini alt-üst edən, onu
qıcıqlandıran, əsəblərinə toxunan məlumatla bağlı ola bilər.
RazılaĢmalıyıq ki,
Dostları ilə paylaş: