Qeyd :
Audit daxili audit (birinci tərəfin keçirdiyi) və ya xarici audit (ikinci tərəfin və ya üçüncü
tərəfin keçirdiyi) ola bilər, həmçinin birləşdirilmiş audit (iki və ya daha çox sahənin birləşdirilməsi)
ola bilər.
Qeyd :
Daxili audit təşkilatın (3.1) özü tərəfindən keçirilir, və ya onun tapşırığı ilə kənar tərəf
keçirir.
Qeyd :
“Auditin dəlili” və “auditin meyarı” İSO 19011 standartında müəyyən edilir.
Qeyd
:
Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də
verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.
3.33 Uyğunluq (conformity)
Tələbin (3.8) yerinə yetirilməsi
Qeyd
:
Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də
verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.
3. 34 Uyğunsuzluq (nonconformity)
Tələbin (3.8) yerinə yetirilməməsi
Qeyd :
Uyğunsuzluq bu sənədin tələblərinə və PS&T idarəetmə sistemi (3.11) üzrə təşkilatın (3.1)
özü üçün qoyduğu əlavə tələblərə aiddir.
Qeyd :
Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də
verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.
Qeyd 1 uyğunsuzluqların bu sənədin tələbləri ilə və təşkilatın PS&T idarəetmə sistemi üzrə özünün
tələbləri ilə əlaqəsini aydınlaşdırmaq üçün əlavə olunub.
3.35 Hadisə (İnsident)
Xəsarətə və sağlamlığın itirilməsinə (3.18) səbəb ola bilən və ya səbəb olan, işlə bağlı və ya iş
zamanı baş verən hadisələr
Qeyd :
Xəsarət və sağlamlığın itirilməsinin baş verdiyi hadisəyə bəzən “bədbəxt hadisə (qəza)”
deyilir.
www.tcsgl.com
9 of 40
Qeyd :
Xəsarət və sağlamlığın itirilməsi baş verməmiş amma baş vermə potensialı olan hadisəyə
“yankeçmə”, “potensial təhlükə” və ya “təhlükəli hal (near-hit)” və ya “sovuşan təhlükə (close
call)” deyilə bilər.
Qeyd :
Hadisə ilə bağlı bir və ya bir neçə uyğunsuzluqlar (3.34) ola bilməsinə baxmayaraq, hadisə
həmçinin uyğunsuzluq olmayan hallarda da baş verə bilər.
3.36 Düzəldici təbdirlər (corrective action)
Uyğunsuzluğun (3.34) və ya hadisənin (3.35) səbəb(lər)ini aradan qaldırmaq və onun təkrar baş
verməsinin qarşısını almaq məqsədilə görülən tədbirlər
Qeyd :
Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də
verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.
Tərifdə “hadisəyə” istinadı daxil etmək üçün tərif dəyişdirilib, çünki hadisələr peşə sağlamlığı və
təhlükəsizliyi üzrə əsas faktorlardır, onların aradan qaldırlması üçün lazım olan tədbirlər isə
uyğunsuzluqları aradan qaldırmaq üçün lazım olan təbdirlərlə eynidir – yəni düzəldici tədbirlərlə.
3.37 Davamlı inkişaf (continual improvement)
Fəaliyyət göstəricilərini (3.27) inkişaf etdirmək üçün təkrarlanan fəaliyyət
Qeyd :
Fəaliyyət göstəricilərini inkişaf etdirmək PS&T üzrə siyasətə (3.15) və PS&T üzrə
məqsədlərə (3.17) uyğun olaraq PS&T üzrə fəaliyyət göstəricilərinin (3.28) ümumilikdə inkişaf
etdirilməsi üçün PS&T idarəetmə sisteminin (3.11) istifadə olunması ilə əlaqəlidir.
Qeyd :
“Davamlı” “fasiləsiz” davam edən demək deyil, yəni fəaliyyətin eyni zamanda bütün
sahələrdə baş verməsinə ehtiyac yoxdur.
Qeyd :
Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də
verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.
Qeyd 1 PS&T idarəetmə sisteminin kontekstindəki “fəaliyyətin göstəriciləri” sözünün mənasını
aydınlaşdırmaq üçün əlavə olunub; Qeyd 2 “davamlı” sözünün mənasını aydınlaşdırmaq üçün
əlavə olunub.
4 Təşkilatın konteksti (təşkilatın fəaliyyət göstərdiyi şərait)
4.1 Təşkilatın və onun kontekstinin başa düşülməsi
Təşkilat onun niyyətlərinə aid olan və onun PS&T idarəetmə sisteminin nəzərdə tutulmuş
nəticəsinə(lərinə) nail olmaq qabiliyyətinə təsir edən xarici və daxili faktorları (məsələləri)
müəyyən etməlidir.
4.2 İşçilərin və digər maraqlı tərəflərin ehtiyac və gözləntilərini anlamaq
Təşkilat aşağıdakıları müəyyən etməlidir:
a) işçilərdən əlavə, PS&T idarəetmə sisteminə aidiyyatı olan digər maraqlı tərəfləri;
b) işçilərin və digər maraqlı tərəflərin müvafiq ehtiyac və gözləntiləri (yəni, tələblər);
c) bu ehtiyac və gözləntilərdən hansıların hüquqi tələblər və digər tələblər olduğunu, və
ya ola biləcəyini.
4.3 PS&T idarəetmə sisteminin əhatə sahəsinin müəyyənləşdirilməsi
Təşkilat PS&T idarəetmə sisteminin əhatə sahəsini təyin etmək üçün onun sərhədlərini və
tətbiqinin mümkünlüyünü müəyyən etməlidir.
Həmin əhatə sahəsini müəyyən edərkən təşkilat:
a) 4.1-də göstərilmiş xarici və daxili amilləri nəzərdən keçirməlidir;
b) 4.2-də istinad edilmiş tələbləri nəzərə almalıdır;
www.tcsgl.com
10 of 40
c) işlə bağlı planlaşdırlmış və ya icra edilmiş fəaliyyətləri nəzərə almalıdır.
PS&T idarəetmə sisteminə təşkilatın PS&T üzrə fəaliyyət göstəricilərinə təsir edə bilən təşkilatın
nəzarəti və ya təsiri altında olan fəaliyyət, məhsul və xidmətlər daxil edilməlidir.
Əhatə sahəsi sənədləşdirilmiş məlumat kimi hazır saxlanılmalıdır.
4.4 PS&T idarəetmə sistemi
Təşkilat bu sənədin tələblərinə uyğun olaraq lazım olan proseslər və onların qarşılıqlı fəaliyyəti də
daxil olmaqla PS&T idarəetmə sistemini yaratmalı, tətbiq etməli, işlək halda saxlamalı və hər
zaman inkişaf etdirməlidir.
5 Liderlik və işçilərin iştirakı
5.1 Liderlik və öhdəlik
Yuxarı rəhbərlik aşağıda sadalanan əməllər vasitəsilə PS&T idarəetmə sisteminə münasibətdə
liderlik və öhdəlik nümayiş etdirməlidir:
a) işlə bağlı xəsarət və sağlamlığın itirilməsi hallarının qarşısının alınması, həmçinin təhlükəsiz və
sağlam iş yerləri və fəaliyyətlərin təmin edilməsi üzrə ümumi cavabdehlik və məsuliyyət götürmək;
b) PS&T üzrə siyasətin və müvafiq PS&T üzrə məqsədlərin yaradılmasını və onların təşkilatın
strateji inkişaf istiqamətinə uyğun olmasını təmin etmək;
c) PS&T idarəetmə sisteminin tələblərinin təşkilatın biznes-proseslərinə inteqrasiya olunmasını
təmin etmək;
d) PS&T idarəetmə sisteminin yaradılması, tətbiqi, işlək halda saxlanılması və inkişaf etdirilməsi
üçün lazım olan resursların olmasını təmin etmək;
e) PS&T üzrə səmərəli idarəetmənin və PS&T idarəetmə sistemininin tələblərinə əməl olunmasının
vacibliyini təşkilatda başa salmaq;
f) PS&T idarəetmə sisteminin nəzərdə tutulmuş nəticəsinin (nəticələrinin) əldə olunmasını təmin
etmək;
g) PS&T idarəetmə sisteminin səmərəliliyinin təmin olunmasına öz töhfələrini vermələri üçün
işçiləri istiqamətləndirmək və onlara kömək etmək;
h) davamlı inkişafı təmin etmək və təşfiq etmək;
i) digər müvafiq vəzifəli şəxslərə öz cavabdehlik sahələrinə uyğun olan həcmdə və növdə
liderliklərini nümayiş etdirmək işində dəstək olmaq;
j) PS&T idarəetmə sisteminin nəzərdə tutulmuş nəticələrinin əldə olunmasını dəstəkləyən bir
mədəniyyət yaratmaq, ona rəhbərlik etmək və təşfiq etmək;
k) işçiləri hadisələr, təhlükələr, risklər və imkanlar barədə məlumat verdikləri zaman təqibdən
müdafiə etmək;
l) işçilərlə məsləhətləşmə və onların [PS&T üzrə fəaliyyətdə] iştirakı üçün proses(lər)in yaradılıb
tətbiq edilməsini təmin etmək (5.4-ə baxın);
m) sağlamlıq və əməyin təhlükəsizliyi üzrə komitələrin yaradılmasını və fəaliyyət göstərməsini
dəstəkləmək [5.4 e) 1)-ə baxın].
Qeyd.
Bu sənəddə “biznes” sözünə istinad geniş şəkildə təşkilatın mövcud olmasının məramı
baxımından əsas olan fəaliyyətlər mənasında izah oluna bilər.
5.2 PS&T üzrə siyasət
Yuxarı rəhbərlik:
www.tcsgl.com
11 of 40
a) işlə bağlı xəsarət və sağlamlığın itirilməsinin qarşısının alınması üçün təhlükəsiz və sağlam iş
şəraitinin təmin olunması üzrə öhdəlikdən ibarət olan, təşkilatın məramına, ölçüsünə və
kontekstinə və onun PS&T üzrə risklərinin və imkanlarının konkret xarakterinə uyğun olan;
b) PS&T üzrə məqsədlərin qoyulması üçün əsas yaradan;
c) hüquqi tələblər və digər tələbləri yerinə yetirmək üçün öhdəlikdən ibarət olan;
d) PS&T üzrə risklərin azaldılması və təhlükələrin aradan qaldırılması üzrə öhdəlikdən ibarət olan
(8.1.2-yə baxın);
İdarəetmə sisteminin davamlı inkişafı üzrə öhdəlikdən ibarət olan;
e) işçilərlə (əgər varsa, işçilərin nümayəndələri ilə) məsləhətləşmə və onların iştirakı üzrə
öhdəlikdən ibarət olan
PS&T üzrə siyasət yaratmalı, həyata keçirməli və onu işlək halda saxlamalıdır.
PS&T üzrə siyasət:
- sənədləşdirilmiş məlumat formasında mövcud olmalı;
- təşkilatın işçilərinə çatdırlmalı;
- münasib formada maraqlı tərəflərə əlçatan olmalı;
- müvafiq və münasib olmalıdır.
5.3 Təşkilat daxilində rollar, vəzifələr və səlahiyyətlər
Yuxarı rəhbərlik PS&T idarəetmə sistemində müvafiq rollar üzrə vəzifə və səlahiyyətlərin təyin
olunmasını və onların təşkilat daxilində bütün səviyyələrdə hamının nəzərinə çatdırılmasını və
sənədləşdirilmiş məlumat formasında işlək halda saxlanılmasını təmin etməlidir. Təşkilatın hər bir
səviyyəsində işçilər PS&T idarəetmə sistemi üzrə idarə etdikləri aspektlərə görə öz üzərlərinə
cavabdehlik götürməlidirlər.
Qeyd.
Vəzifələri tapşırmaq və səlahiyyətləri vermək mümkün olsa da, PS&T idarəetmə sisteminin
işləməsi üçün məsuliyyəti yenə də yuxarı rəhbərlik daşıyır.
Yuxarı rəhbərlik aşağıdakılar üzrə vəzifələri müəyyən etməli və səlahiyyətlər verməlidir:
PS&T idarəetmə sisteminin bu sənədin tələblərinə uyğun olmasının təmin edilməsi;
PS&T idarəetmə sisteminin icrası haqqında yuxarı rəhbərliyə hesabat verilməsi.
5.4 İşçilərlə məsləhətləşmə və onların iştirakı
Təşkilat PS&T idarəetmə sisteminin yaradılması, planlaşdırlması, icrası, fəaliyyət göstəricilərinin
qiymətləndirilməsi və inkişaf etdirilməsi üçün tədbirlərdə bütün müvafiq səviyyələrdəki və bütün
funksional strukturlardakı işçilərlə, və əgər varsa onların nümayəndələri ilə məsləhətləşməni və
onların iştirakını təmin edən proses(lər) yaratmalı, tətbiq etməli və işlək halda saxlamalıdır.
Təşkilat:
Məsləhətləşmə və iştirak üçün lazım olan mexanizmlər, vaxt, təlim və resurslar təmin etməlidir;
Qeyd .
İşçilərin təmsil olunması məsləhətləşmə və iştirak üçün mexanizm ola bilər.
PS&T idarəetmə sisteminə aid aydın, anlaşılan və müvafiq məlumatlara vaxtında əlçatanlığı təmin
etməlidir;
iştirak üçün maneə və əngəlləri müəyyən edib aradan qaldırmalı, aradan qaldırmaq mümkün
olmayanları isə minimuma endirməlidir;
Qeyd .
Maneə və əngəllər – işçilərin verdiyi məlumat və ya təkliflərə reaksiya göstərməmək, dil
və ya savad əngəlləri, cəzalanıdrma və ya cəza hədələri, həmçinin işçilərin iştirak etmək həvəsini
öldürən və ya iştiraka görə cəzalandıran siyasət və ya hallardan ibarət ola bilər.
Sıravi işçilərlə aşağıdakı məsələlər barədə məsləhətləşmələrə xüsusi diqqət yetirməlidir:
www.tcsgl.com
12 of 40
1. Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin müəyyən edilməsi (4.2-yə baxın);
2. PS&T üzrə siyasətin tərtib edilməsi (5.2-yə baxın);
təşkilatda rollar, vəzifələr və səlahiyyətlərin təyin edilməsi (tətbiq edilə bilmə həddində) (5.3-ə
baxın);
hüquqi və digər tələblərin necə yerinə yetirlməsinin müəyyən edilməsi (6.1.3-yə baxın);
3. PS&T üzrə məqsədlərin qoyulması və onlara nail omaq üçün planlaşdırma (6.2-yə baxın);
kənara vermə, satınalma işləri və podratçılar üzrə tətbiq edilə bilən idarəetmə vasitələri və
metodlarının təyin edilməsi (8.1.4-ə baxın);
nəyin monitorinq olunması, ölçülməsi və dəyərləndirilməsinin lazım olduğunun müəyyən edilməsi
(9.1-ə baxın);
audit proqramınının planlaşdırılması, yaradılması, icra edilməsi və işlək halda saxlanılması (9.2.2-yə
baxın);
davamlı inkişafın təmin edilməsi (10.3-ə baxın);
4. Sıravi işçilərin aşağıdakı işlərdə iştirakına xüsusi diqqət yetirməlidir:
a) onlarla məsləhətləşmə və onların iştirakı üçün lazım olan mexanizmlərin müəyyənləşdirilməsi;
b) təhlükələrin müəyyən edilməsi və risklərin və imkanların qiymətləndirilməsi (6.1.1 və 6.1.2-yə
baxın);
c) təhlükələrin aradan qaldırlması və PS&T üzrə risklərin azaldılması (6.1.4-ə baxın);
d) səriştəlilik üzrə tələblərin, təlim ehtiyaclarının, təlimlərin müəyyən edilməsi və təlimlərin
dəyərləndirilməsi (7.2-yə baxın);
e) hansı məlumatın işçilərə çatdırlması lazım olduğunun və bunun necə həyata keçiriləcəyinin
müəyyən edilməsi (7.4-ə baxın);
f) nəzarət tədbirlərinin və onların səmərəli şəkildə icrasının və istifadəsinin müəyyən edilməsi (8.1,
8.13 və 8.2-yə baxın);
g) hadisə və uyğunsuzluqları araşdırıb düzəldici tədbirlərin müəyyən edilməsi (10.2-yə baxın).
Qeyd .
Sıravi işçilərlə məsləhətləşmələrə və onların iştirakına xüsusi diqqət yetirilməsi üzrə
müddəaların əmək fəaliyyəti göstərən (fiziki iş görən) şəxslərə tətbiq edilməsi nəzərdə tutulur,
lakin bu, əmək fəaliyyətinin və təşkilatdakı digər amillərin təsirinə məruz qalan menecerlərin
siyahıdan çıxarılması mənasına gəlmir.
Qeyd .
Etiraf olunur ki, işçilər üçün təlimlərin pulsuz və, mümkün olan hallrda, iş saatları ərzində
keçirilməsi işçilərin iştirakı üçün bir çox əngəllərin aradan qaldırlmasına kömək edə bilər.
6. Planlaşdırma
6.1 Risklər və imkanlara reaksiya vermək üzrə tədbirlər
6.1.1 Ümumi müddəalar
PS&T idarəetmə sistemi çərçivəsində planlaşdırma apararkən təşkilat 4.1-də (kontekst) qeyd
olunan amilləri, 4.2-də (maraqlı tərəflər) və 4.3-də (öz PS&T idarəetmə sisteminin əhatə sahəsi)
qeyd olunan tələbləri nəzərdən keçirməli və reaksiya verilməli olan risk və imkanları
müəyyənləşdirməlidir ki:
PS&T idarəetmə sisteminin nəzərdə tutduğu nəticə(lər)ni əldə edə bilməsini təmin etsin;
Xoşagəlməz təsirlərin qarşısını alsın və ya azaltsın;
Davamlı inkişafa nail olsun.
www.tcsgl.com
13 of 40
PS&T idarəetmə sistemi üzrə reaksiya verilməli olan risklər və imkanları və onun nəzərdə tutulmuş
nəticələrini müəyyənləşdirərkən təşkilat aşağıdakılrı nəzərə almalıdır:
təhlükələr (6.1.2.1-ə baxın);
PS&T üzrə risklər və digər risklər (6.1.2.2-ə baxın);
PS&T üzrə imkanlar və digər imkanlar (6.1.2.3-ə baxın);
Hüquqi tələblər və digər tələblər (6.1.3-ə baxın);
Təşkilat özünün planlaşdırma proses(lər)ində təşkilatdakı, onun proseslərindəki və ya PS&T
idarəetmə sistemindəki dəyişikliklərlə əlaqadər PS&T idarəetmə sisteminin nəzərdə tutulmuş
nəticələrinə aid risklər və imkanları müəyyənləşdirməli və qiymətləndirməlidir. Daimi və ya
müvəqqəti, planlaşdırlmış dəyişikliklər olduğu təqdirdə, bu qiymətləndirmə dəyişiklik həyata
keçirilməzdən əvvəl aparılmalıdır (8.13-ə baxın).
Təşkilat:
Risklər və imkanlar barədə;
Onların planlaşdırıldığı kimi icra olunmasına əmin olmaq üçün lazım olan həddə öz risk və
imkanlarını (6.1.2 – 6.1.4-ə baxın) müəyyən etmək və onlara reaksiya vermək üçün lazım olan
proses(lər) barədə
Sənədləşdirilmiş məlumatlar hazırlayıb işlək halda saxlamalıdır.
6.1.2 Təhlükələrin müəyyən edilməsi, risklərin və imkanların qiymətləndirilməsi
6.1.2.1 Təhlükələrin müəyyən edilməsi
Təşkilat təhlükələrin müəyyən edilməsi üzrə davamlı və aktiv olan proses(lər) yaratmalı, onu icra
etməli və işlək halda saxlamalıdır. Bu prosesdə aşağıdakılar nəzərə alınmalıdır, amma bunlarla
məhdudlaşmır:
Təşkilatda iş necə təşkil olunub, sosial amillər (iş həcmi (yüklənmə), iş saatları, təqib, seksual
qısnama və qorxutma), liderlik və mədəniyyət;
Müntəzəm və qeyri-müntəzəm fəaliyyət və vəziyyətlər, o cümlədən aşağıdakılardan qaynaqlanan
təhlükələr:
Infrastruktur, avadanlıq, materiallar, maddələr və iş yerinin fiziki şəraiti;
Məhsul və xidmətlərin layihələndirilməsi, tədqiqat, hazırlama, sınaq, istehsal, yığma, tikinti, xidmət
göstərmə, texniki xidmət və kənarlaşdırma;
Insan amilləri;
Iş necə icra olunur;
Keçmişdə (təşkilatın daxilində və ya xaricində) baş vermiş müvafiq hadisələr, o cümlədən qəzalar
və onların səbəbləri;
Potensial qəza vəziyyətləri;
Insanlar, o cümlədən:
Iş yerinə giriş icazəsi olanlar və onların fəaliyyətləri, həmçinin işçilər, podratçılar, qonaqlar və digər
şəxslər;
Iş yerinə yaxın olub təşkilatın fəaliyyəti nəticəsində təsirə məruz qala bilənlər;
Təşkilatın nəzarəti altında olmayan yerdə işləyən işçilər
Nəzərə alınmaqla;
Digər məsələlər, o cümlədən:
Iş sahələrinin, proseslərin, qurğuların, maşın və avadanlıqların sxemi, istismar qaydaları və işlərin
təşkili, o cümlədən onların cəlb olunmuş işçilərin ehtiyac və qabiliyyətlərinə uyğunlaşdırlması;
www.tcsgl.com
14 of 40
Təşkilatın nəzarəti altında olan işlə bağlı fəaliyyətlər səbəbindən iş yerinin yaxınlığında baş verən
vəziyyətlər;
Iş yerindəki insanların xəsarət almasına və sağlamlıqlarının itirilməsinə səbəb ola bilən, təşkilatın
nəzarəti altında olmayan və iş yerinin yaxınlığında baş verən vəziyyətlər;
Təşkilatda, onun fəaliyyətində, proseslərdə və PS&T idarəetmə sistemindəki (8.1.3-ə baxın) faktiki
və ya təklif olunan dəyişikliklər;
Təhlükələr barədə bilik və məlumatlarda dəyişikliklər.
6.1.2.2 PS&T üzrə risklərin və PS&T idarəetmə sisteminə dair digər risklərin qiymətləndirilməsi
Təşkilat:
Mövcud nəzarət tədbirlərinin səmərəliliyini nəzərə almaqla, müəyyən edilmiş təhlükələrlə bağlı
PS&T üzrə riskləri qiymətləndirmək;
PS&T idarəetmə sisteminin yaradılması, icrası və işlək halda saxlanılması ilə bağlı olan digər riskləri
müəyyən etmək və qiymətləndirmək üçün proses(lər) yaratmalı, icra etməli və işlək halda
saxlamalıdır.
Təşkilatın PS&T üzrə risklərin qiymətləndirmə metodikası və meyarları onların reaktiv (cavab
tədbiri xarakterli) yox, aktiv (önlәyici tədbir xarakterli) olmasını və sistemli şəkildə tətbiq
olunmasını təmin etmək məqsədilə onların əhatə dairəsi, xarakteri və tətbiq olunma vaxtı
baxımından müəyyən edilməlidir. Metodika(lar) və meyarlar barədə sənədləşdirilmiş məlumatlar
hazırlanıb işlək halda saxlanılmalıdır.
6.1.2.3 PS&T üzrə imkanların və PS&T idarəetmə sisteminə dair digər imkanların
qiymətləndirilməsi
Təşkilat:
təşkilatda, onun siyasətlərində, proseslərində və ya fəaliyyətlərində planlaşdırlmış dəyişiklikləri
nəzərə almaqla, PS&T üzrə fəaliyyət göstəricilərinin inkişaf etdirilməsi üçün PS&T üzrə imkanları
qiymətləndirmək, həmçinin: işin özünü, işin təşkilini və iş mühitini işçilərə uyğunlaşdırmaq
imkanlarını;
PS&T üzrə risklərin azaldılması və təhlükələrin aradan qaldırlması üçün imkanları;
PS&T idarəetmə sisteminin inkişaf etdirilməsi üçün digər imkanları qiymətləndirmək üçün
proses(lər) yaratmalı, icra etməli və işlək halda saxlamalıdır.
Qeyd.
PS&T üzrə risklər və PS&T üzrə imkanlar təşkilat üçün digər risklər və digər imkanların
yaranması ilə nəticələnə bilər.
6.1.3 Hüquqi tələblərin və digər tələblərin müəyyən edilməsi
Təşkilat:
Aktual hüquqi tələblərə və onun təhlükələrinə, PS&T üzrə risklərə və PS&T idarəetmə sisteminə
tətbiq oluna bilən digər tələblərə əlçatanlığı müəyyən etmək və təmin etmək;
Bu hüquqi tələblərin və digər tələblərin təşkilata necə tətbiq edilməsini və onlardan hansıların
işçilərin diqqətinə çatdırlması lazım olduğunu müəyyən etmək;
PS&T idarəetmə sisteminin yaradılması, icrası, işlək halda saxlanılması və davamlı inkişaf
etdirilməsi zamanı bu hüquqi tələbləri və digər tələbləri nəzərə almaq məqsədilə
Proses(lər) yaratmalı, icra etməli və işlək halda saxlamalıdır.
Təşkilat özünün hüquqi və digər tələbləri barədə sənədləşdirilmiş məlumatlar hazırlayıb işlək halda
saxlamalı və bütün dəyişiklikləri əks etdirmək üçün yenilənməsini təmin etməlidir.
www.tcsgl.com
15 of 40
Qeyd.
Hüquqi və digər tələblər təşkilat üçün risk və imkanların yaranması ilə nəticələnə bilər.
6.1.4 Fəaliyyətin planlaşdırılması
Təşkilat aşağıdakıları planlaşdırmalıdır:
Fəaliyyətlərin həyata keçirilməsini:
Bu risklərə və imkanlara reaksiya vermək (6.1.2.2 və 6.1.2.3-ə baxın);
Hüquqi tələblərə və digər tələblərə reaksiya vermək (6.1.3 -ə baxın);
Fövqəladə (qəza) vəziyyətlərə hazırlıq və onlara reaksiya vermək (8.2-yə baxın);
Necə:
Bu fəaliyyətləri özünün PS&T idarəetmə sisteminin proseslərinə və ya digər biznes proseslərinə
necə inteqrasiya edib həyata keçirmək;
Bu fəaliyyətlərin səmərəliliyini necə dəyərləndirmək.
Təşkilat tədbir görməyi (fəaliyyəti) planlaşdırarkən nəzarət vasitələri və metodlarının iyerarxiyasını Dostları ilə paylaş: |