- bençmarkinq (qarşılaşdırma), o cümlədən həm təşkilatın özünün keçmiş fəaliyyət
göstəricilərinin həm də digər təşkilatların anoloji göstəricilərinin nəzərdən keçirilməsi;
- peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu forumlarda
iştirak.
A.6.1.2 Təhlükələrin müəyyən edilməsi, risklərin və imkanların qiymətləndirilməsi
A.6.1.2.1 Təhlükələrin müəyyən edilməsi
Təhlükələrin davamlı və aktiv şəkildə müəyyən edilməsi hər hansı yeni iş yerinin, obyektin, məhsul
və ya təşkilatın konseptual layihələndirmə mərhələsində başlayır. Onu layihə detallı işləndikdən
sonra və icraetmə mərəhələsi yetişəndə davam etdirmək lazımdır, bundan sonra isə cari, dəyişən
və gələcək fəaliyyətlərin nəzərə alınması üçün bütün istismar dövrü ərzində davam etdirmək
lazımdır.
Bu sənəddə məhsulun təhlükəsizliyi (yəni, məhsulun son istifadəçiləri üçün təhlükəsizliyi) ilə bağlı
məsələlərə baxılmasa da, məhsulun istehsalı, tikintisi, yığılması və ya sınaqdan keçirilməsi zamanı
işçilər üçün mövcud olan təhlükələr nəzərdən keçirilməlidir.
www.tcsgl.com
30 of 40
Təhlükələrin müəyyən edilməsi təşkilata təhlükələri qiymətləndirmək, üstünlük dərəcəsinə görə
ayırd edib aradan qaldırmaq və ya PS&T üzrə riskləri azaltmaq məqsədilə iş yerində mövcud olan
və işçilərə təsir edən təhlükələri tanımağa və anlamağa kömək edir.
Təhlükələr fiziki, kimyəvi, bioloji, psixoloji, mexaniki, elektrik və ya hərəkət və enerjiyə əsaslanan
ola bilər.
6.1.2.1-də verilmiş siyahı müfəssəl deyil.
Qeyd.
Aşağıda verilmiş faktorların a) –dan f) – ə nömrələnməsi 6.1.2.1-də verilmiş təhlükələrin
nömrələnməsi ilə tam uyğunluq təşkil etmir.
Təşkilatın təhlükələri müəyyənləşdirmə proses(lər)ində aşağıdakılar nəzərdən keçirilməlidir:
a) rutin and qeyri-rutin işlәr və vəziyyətlər:
1) rutin işlər və vəziyyətlər gündəlik əməliyyatlar və adətən görülən işlər zamanı
təhlükələr yaradır;
2) qeyri-rutin işlər və vəziyyətlər hərdən bir və ya planlaşdırlmamış baş verir;
3) qısa-müddətli və uzun-müddətli işlər müxtəlif təhlükələr yarada bilər;
b) insan faktorları:
1) insan bacarıqlarına, məhdudiyyətlərinə və digər xüsusiyyətlərə aid olan;
2) məlumatlar, insanlar tərəfindən təhlükəsiz və rahat istifadə edilməsi üçün alətlərə,
maşınlara, sistemlərə, fəaliyyətlərə və ətraf mühitə tətbiq edilməlidir;
3) üç aspekt nəzərə alınmalıdır: iş, işçi və təşkilat və bunların bir-birinə və peşə sağlamlığı
və təhlükəsizliyinə necə təsir etməsi;
c) yeni və dəyişmiş təhlükələr:
1) iş prosesləri fiziki olaraq köhnəldikdə, dəyişdirildikdə, təkmilləşdikdə və ya yeni
biliklərin meydana çıxması və ya vəziyyətin dəyişməsi nəticəsində yarana bilər;
2) işin faktiki necə icra olunmasını anladıqda (məsələn, təhlükələri işçilərlə müşahidə
etmək və müzakirə etmək) PS&T üzrə risklərin artığını yoxsa azaldığını müəyyən etmək
olar;
d) potensial qəza vəziyyətləri:
1) dərhal reaksiya tələb edən planlaşdırılmamış və ya qəfil meydana çıxan vəziyyətlər
(məsələn, iş yerində maşının yanması və ya iş yerinin yaxınlığında və ya işçilərin işlə
bağlı fəaliyyətlər icra etdikləri başqa yerdə təbii fəlakət);
2) işçilərin işlə bağlı fəaliyyətlər icra etdikləri yerlərdə kütləvi iğtişaşlar səbəbindən
işçilərin dərhal təxliyyəsinin tələb olunduğu kimi vəziyyətləri ehtiva edir;
e) insanlar:
1) təşkilatın fəaliyyətlərinin təsir edə biləcəyi və iş yerinə yaxın olanlar (məsələn, yoldan
keçənlər, podratçılar və yaxın qonşular);
2) təşkilatın birbaşa nəzarəti altında olmayan yerlərdə olan işçilər, məsələn, səyyar işçilər
və ya işlə bağlı fəaliyyətləri icra etmək üçün müxtəlif yerlərə getməli olan işçilər
(məsələn, poçtalyon, avtobus sürücüsü, müştərinin yerinə gedib orda iş görən xidmət
işçiləri);
3) evdə işləyən işçilər və ya tək işləyənlər;
f) təhlükələr barədə bilik və məlumatlarda dəyişikliklər:
www.tcsgl.com
31 of 40
1) təhlükələr barədə bilik, məlumat və yeni anlayışların mənbəyi dərc olunmuş ədəbiyyat,
tədqiqat və işlərin nəticələri, işçilərlə əks əlaqədən alınan məlumatlar (rəylər), həmçinin
təşkilatın öz əməliyyat təcrübəsinin təhlilinin nəticələrindən ibarət ola bilər;
2) bu mənbələr təhlükələr və PS&T üzrə risklər barədə yeni məlumatlar verə bilər.
A.6.1.2.2 PS&T üzrə risklərin və PS&T idarəetmə sisteminə dair digər risklərin
qiymətləndirilməsi
Təşkilat müxtəlif təhlükələr və fəaliyyət növlərinə reaksiya vermə strategiyasının bir hissəsi kimi
PS&T üzrə risklərin qiymətləndirilməsi üçün müxtəlif metodlar istifadə edə bilər. Qiymətləndirmə
metodu və mürəkkəbliyi təşkilatın ölçülərindən deyil, təşkilatın həyata keçirdiyi fəaliyyətlə bağlı
olan təhlükələrdən asılıdır.
PS&T idarəetmə sisteminə dair digər risklər də müvafiq metodlar vasitəsilə qiymətləndirilməlidir.
PS&T idarəetmə sisteminə dair risklərin qiymətləndirilməsi üzrə proseslərdə gündəlik əməliyyatlar
və qərarlar (məsələn, işlərin gedişində pik həddə yüklənmə, restrukturizasiya), həmçinin xarici
faktorlar (məsələn, iqtisadi dəyişiklik) nəzərdən keçirilməlidir. Metodologiyalar gündəlik
fəaliyyətlərin (məsələn, iş yükündə dəyişikliklər) təsirinə məruz qalan işçilərlə daima
məsləhələşmələrin aparılmasından, yeni hüquqi tələblərin və digər tələblərin (məsələn, normativ
hüquqi aktlarda dəyişikliklər, PS&T ilə bağlı kollektiv müqavilələrə yenidən baxılması) monitorinqi
və onlar barədə məlumatları yaymaqdan, həmçinin resursların mövcud və dəyişən ehtiyaclara
uyğun olmasını (məsələn, yeni təkmilləşdirilmiş avadanlıq və ya materialların satın alınması və ya
onlara dair treninqlərin keçirilməsini) təmin etməkdən ibarət ola bilər.
A.6.1.2.3 PS&T üzrə imkanların və PS&T idarəetmə sisteminə dair digər imkanların
qiymətləndirilməsi
Qiymətləndirmə prosesində müəyyən edilmiş PS&T üzrə imkanları və digər imkanları, onların
faydalarını və PS&T üzrə fəaliyyət göstəricilərinin inkişaf etdirilməsi üçün potensialı nəzərdən
keçirmək lazımdır.
A.6.1.3 Hüquqi tələblərin və digər tələblərin müəyyən edilməsi
a)Hüquqi tələblər aşağıdakılardan ibarət ola bilər:
1) qanunvericilik (milli, regional və ya beynəlxalq), o cümlədən qanunlar, norma və qaydalar;
2) fərman və sərəncamlar;
3)tənzimləyici orqanlar tərəfindən verilmiş əmrlər;
4) icazələr, lisenziyalar və ya səlahiyyət verilməsinin digər formaları;
5) məhkəmə və ya inzibatı kommisiyaların qərarları;
6) sazişlər, konvensiyalar, protokollar;
7) danışıqlar zamanı tərtib edilmiş kollektiv razılaşmalar.
b) digər tələblər aşağıdakılardan ibarət ola bilər:
1) təşkilatın tələbləri;
2) müqavilə şərtləri;
3) əmək müqavilələri;
4) maraqlı tərəflərələ razılaşmalar;
5) səhiyyə orqanları ilə razılaşmalar;
6) könüllü standartlar, konsensusa əsaslanan standartlar və istiqamətverici təlimatlar;
www.tcsgl.com
32 of 40
7) könüllü qəbul edilmiş prinsiplər, davranış kodeksləri, texniki spesifikasiyalar, xartiyalar
(nizamnamələr);
8) təşkilatın və ya onun baş (ana) şirkətinin ictimai öhdəliyi.
A.6.1.4 Fəaliyyətlərin planlaşdırılması
Planlaşdırılmış fəaliyyətlər ilk növbədə PS&T idarəetmə sistemi vasitəsilə idarə edilməli və ətraf
mühitin, keyfiyyətin, biznesin davamlılığını, risklərin, maliyyə və insan resurslarının idarə edilməsi
kimi digər biznes proseslərlə inteqrasiya olunmalıdır. Ümid edilir ki, bu faəliyyətlərin həyata
keçirilməsi PS&T idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə nail olmağa imkan verəcək.
PS&T üzrə risklərin və digər risklərin qiymətləndirilməsi zamanı nəzarət vasitələri və metodlarına
ehtiyac müəyyən edilərsə, planlaşdırma fəaliyyətlərində onların əməliyyatlarda necə tətbiq
olunacağı müəyyənləşdirilir (maddə 8-ə baxın); məsələn, həmin nəzarət vasitələri və metodları iş
təlimatlarına və ya səriştəliliyin artırılması üzrə tədbirlərə daxil ediləcəkmi. Digər nəzarət vasitələri
və metodları ölçmə və ya monitorinq formasında ola bilər (maddə 9-a baxın).
A.6.2 PS&T üzrə məqsədlər və onlara nail olmaq üçün planlaşdırma
A.6.2.1 PS&T üzrə məqsədlər
Məqsədlər PS&T üzrə fəaliyyət göstəricilərini dəstəkləmək və inkişaf etdirmək üçün qoyulur.
Məqsədlər risk və imkanlarla, həmçinin təşkilatın PS&T idarəetmə sistemində nəzərdə tutulmuş
nəticələrə nail olmaq üçün vacib hesab etdiyi fəaliyyət meyarları ilə əlaqələndirilməlidir.
PS&T üzrə məqsədlər digər biznes-məqsədlərlə birləşdirilə (inteqrasiya oluna) bilər və onları
müvafiq funksional strukturlar və səviyyələr üçün qoymaq lazımdır. Məqsədlər strateji, taktiki və
ya əməliyyat səviyəlli ola bilər:
a) strateji məqsədlər PS&T idarəetmə sisteminin ümumi iş göstəricilərini inkişaf etdirmək
üçün qoyula bilər (məsələn, səs-küyün təsirini aradan qaldırmaq);
b) taktiki məqsədlər qurğu (obyekt), layihə və ya proses səviyyəsində qoyula bilər (məsələn,
hansısa bir mənbədə səs-küyü azaltmaq);
c) əməliyyat məqsədləri ayrıca fəaliyyət səviyyəsində qoyula bilər (məsələn, səs-küyü
azaltmaq üçün ayrı-ayrı maşınları qoruyucu örtüyə salmaq).
PS&T üzrə məqsədlərin ölçülməsi keyfiyyət və ya kəmiyyət xarakterli ola bilər. Keyfiyyət xarakterli
ölçmələr tədqiqatlardan, müsahibələrdən və müşahidələrdən əldə olunanlar kimi təxmini ola bilər.
Təşkilatdan onun müəyyən etdiyi hər risk və imkan üçün PS&T məqsədlərinin qoyulması tələb
olunmur.
A.6.2.2 PS&T üzrə məqsədlərə nail olunmasının planlaşdırılması
Təşkilat məqsədlərə tək-tək və ya birlikdə nail olmağı planlaşdıra bilər. Lazım gələrsə, planlar çoxlu
məqsədlər üçün tərtib edilə bilər.
Təşkilat məqsədlərinə çatmaq üçün tələb olunan resursları (məsələn, maliyyə, insan, avadanlıq,
infrastruktur) təhlil etməlidir.
Praktiki cəhətdən mümkün olan yerlərdə, hər məqsədi bir göstərici ilə əlaqələndirmək lazımdır; bu
göstərici strateji, taktiki və ya əməliyyat xarakterli ola bilər.
A.7 Dəstək
A.7.1 Resurslar
Resurslara misal olaraq insan, təbii, infrastruktur, texnoloji və maliyyə resurslarını göstərmək olar.
www.tcsgl.com
33 of 40
İnfrastruktura misal olaraq təşkilatda olan bina, qurğular, avadanlıq, mühəndis sistemləri,
informasiya texnologiyaları və kommunikasiya sistemləri, həmçinin qəzalara qarşı sistemləri
göstərmək olar.
A.7.2 Səriştəlilik
İşçilərin səriştəliliyi təhlükələri müvafiq şəkildə müəyyən etmək və öz işləri və iş yerləri ilə bağlı
PS&T üzrə risklərə reaksiya vermək üçün lazım olan bilik və bacarıqları ehtiva etməlidir.
Hər bir vəzifə üzrə səriştəliliyə tələbləri müəyyən edərkən təşkilat aşağıdakı kimi faktorları nəzərə
almalıdır:
a) vəzifəni (rolu) icra etmək üçün lazım olan təhsil, təlim, kvalifikasiya və təcrübə və
səriştəliliyi saxlamaq üçün lazım olan təkrar təlim;
b) iş mühiti;
c) risklərin qiymətləndirilməsi proses(lər)inin nəticəsi olan qabaqlayıcı və nəzarət tədbirləri;
d) PS&T idarəetmə sisteminə tətbiq oluna bilən tələblər;
e) hüquqi tələblər və digər tələblər
f) PS&T üzrə siyasət;
g) uyğunluq və uyğunsuzluğun potensial nəticələri, o cümlədən onların işçilərin
sağlamlıqlarına və təhlükəsizlyinə təsiri;
h) PS&T idarəetmə sistemində işçilərin bilik və bacarıqlarına görə iştirak dərəcəsi;
i) müvafiq rollarla bağlı vəzifələr və məsuliyyətlər;
j) fərdi bacarıqlar, o cümlədən təcrübə, dil bilikləri, savad və fərqləndirici xüsusiyyətlər;
k) kontekstdə və ya işdə dəyişikliklərə görə səriştəliliyin müvafiq tərzdə artırılması.
Rollar (vəzifələr) üçün lazım olan səriştəliliyi müəyyən edərkən işçilər təşkilata kömək edə bilər.
İşçilər həyat və sağlamlıqlarına qaçılmaz və ciddi təhlükə yaradan vəziyyətlərdən özlərini
uzaqlaşdırmaq üçün lazım olan səriştəliyə malik olmalıdır.
Bu məqsədlə, işçilərə öz işləri ilə bağlı təhlükə və risklər barədə lazımi təlimlər keçilməlidir.
Uyğun olan formada, işçilər peşə sağlamlığı və təhlükəsizliyi üzrə təmsilçilik funksiyalarını səmərəli
yerinə yetirməyə imkan verən təlim keçməlidir.
Bir çox ölkələrdə işçilərə təlimlərin pulsuz keçilməsi hüquqi tələbdir.
A.7.3 Məlumatlılıq
İşçilərdən (xüsusən müvəqqətin işçilərdən) əlavə olaraq, podratçılar, qonaqlar və digər tərəflər
məruz qaldıqları PS&T üzrə risklər barədə məlumatlı olmalıdırlar.
A.7.4 Kommunikasiya
Təşkilatda yaradılmış kommunikasiya proses(lər)i məlumatların toplanmasını, yenilənməsini və
yayılmasını təmin etməlidir. Bu proses işə aid məlumatın bütün müvafiq işçilərə və maraqlı
tərəflərə verilməsini, onlar tərəfindən qəbul olunmasını və başa düşülməsini təmin etməlidir.
A.7.5 Sənədləşdirilmiş məlumat
Eyni zamanda səmərəliliyi, effektliyi və sadəliyi təmin etmək üçün sənədləşdirilmiş məlumatın
mürəkkəblilik dərəcəsini mümkün qədər aşağı saxlamaq vacibdir.
Bunu hüquqi və digər tələblərə reaksiya verməyi planlaşdırmaya aid olan və həmin fəaliyyətlərin
səmərəliliyinin qiymətləndirilməsi barədə sənədləşdirilmiş məlumatlara da aid etmək lazımdır.
7.5.3-də təsvir olunmuş fəaliyyətlər xüsusilə köhnəlmiş sənədləşdirilmiş məlumatların istəmədən
(gözlənilməz) istifadəsinin qarşısını almağa hədəflənib.
www.tcsgl.com
34 of 40
Məxfi məlumatlara misal olaraq şəxsi və tibbi məlumatları göstərmək olar.
A.8 Əməliyyat
A.8.1 Əməliyyatların planlaşdırlması və nəzarət
A.8.1.1 Ümumi müddəalar
İstehsal zonaları və fəaliyyət növləri üzrə təhlükələrin aradan qaldırlması vasitəsilə, əgər bu
praktiki cəhətdən mümkün deyilsə, PS&T risklərinin məntiqlə mümkün olan ən aşağı səviyyəyə
salınması vasitəsilə lazım olan həddə əməliyyatların planlaşdırılması və proseslərə nəzarət
yaradılmalı və tətbiq edilməlidir.
Əməliyyat zamanı proseslərə nəzarətə misallar:
a) iş prosedurlarının və sistemlərinin istifadə olunması;
b) işçilərin səriştəliliyinin təmin olunması;
c) qabaqlayıcı və ya önləyici texniki xidmət və yoxlama proqramlarının yaradılması;
d) mal və xidmətlərin satın alınması üçün spesifikasiyalar;
e) hüquqi tələblərin və digər tələblərin və ya avadanlıq üzrə istehsalçının təlimatlarının tətbiq
edilməsi;
f) texniki və inzibati nəzarət vasitələri;
g) işin işçilərə uyğunlaşdırlması, məsələn bu yollarla:
1) işin necə təşkil olunduğunu müəyyən etmək və ya yenidən müəyyən etmək;
2) icraya yeni işçiləri cəlb etmək;
3) işin icra olunduğu prosesləri və şəraiti müəyyən etmək və ya yenidən müəyyən etmək;
4) yeni iş yerinin, avadanlığın və s. layihələndirilməsi və ya mövcud olanların modifikasiya
olunması zamanı erqonomik yanaşmalar tətbiq etmək.
A.8.1.2 Təhlükələrin aradan qaldırılması və PS&T üzrə risklərin azaldılması
Nəzarət vasitələrinin iyerarxiyası peşə sağlamlığı və təhlükəsizliyi sisteminin yaxşılaşdırlmasına
sistematik yanaşmanın yaradılmasını, təhlükələrin aradan qaldırılmasını və PS&T üzrə risklərin
azaldılması və ya onların idarə edilməsini nəzərdə tutur. Hər bir nəzarət vasitəsi ondan əvvəlkinə
nisbətən daha az səmərəli hesab edilir. PS&T üzrə risklərin praktiki baxımdan mümkün olan ən
aşağı səviyyəyə azaldılmasına nail olmaq üçün adətən bir neçə nəzarət vasitələri birgə istifadə
edilir.
Aşağıdakı misallar hər səviyyədə həyata keçirilə bilən tədbirləri təsvir edir:
a) Aradan qaldırma: təhlükəni kənarlaşdırmaq; təhlükəli kimyəvi maddələrin istifadəsini
dayandırmaq; yeni iş yerləri planlaşdırarkən erqonomik yanaşmaları tətbiq etmək;
monoton işi və ya mənfi stres yaradan işi aradan qaldırmaq; çəngəlli yükləyiciləri zonadan
çıxarmaq.
b) Əvəzləmə: təhlükəli bir şeyi daha az təhlükəli bir şeylə əvəz etmək; istehlakçıların
şikayətlərinə cavab verərkən onlayn rejimə keçmək; PS&T üzrə risklərlə mənbəyində
mübarizə aparmaq; texniki proqresi nəzərə alaraq yenidənqurma aparmaq (məsələn,
xüsusi həlledici-əsaslı boyanı su-əsaslı boya ilə əvəz etmək; sürüşkən döşəmə materialını
dəyişmək; avadanlıq üçün tələb olunan gərginliyi azaltmaq).
c) Texniki nəzarət vasitələri, işin yenidən təşkili yaxud hər ikisi: insanları təhlükələrdən təcrid
etmək; kollektiv qoruma tədbirləri görmək (məsələn, təcridetmə, maşınlarda qoruyucu
qurğular istifadə etmək; havalandırma sistemləri); mexaniki yükləmə-boşaltma; səs-küyün
www.tcsgl.com
35 of 40
səviyyəsini azaltmaq; yüksəklikdən yıxılmaya qarşı qoruyucu məhəccərlər /barmaqlıq
istifadə etmək; insanların tək işləməsini, əlverişsiz iş saatları və artıq yüklənmənin qarşısını
almaq və ya təqibdən qorumaq üçün işi yenidən təşkil etmək.
d) İnzibati nəzarət vasitələri, o cümlədən təlim: təhlükəsizliyi təmin edən avadanlığın vaxtaşırı
yoxlanması; təqib və zorakılığa qarşı təlim keçmək; PS&T məsələlərinin subpodratçılarla
razılaşdırlmasını idarə etmək; giriş təlimatı keçirmək; çəngəlli yükqaldıranı idarə etmək
üçün sürücülük vəsiqələrinin alınması üzrə inzibati işlər; cəza verilməsindən qorxmadan
hadisələr, uyğunsuzluqlar və təqiblər barədə necə məlumat vermək lazım olduğu barədə
təlimatlar vermək; işçilərin iş qrafiklərini (məsələn, növbələri) dəyişmək; risklərə məruz
qalan işçilərin (məsələn, qulağa təsir, əllərin titrəməsi, tənəffüsün pozulması, dərinin
korlanması və ya ona təsir ilə bağlı) sağalamlığının qorunması və tibbi müayinəsi üzrə
proqramları idarə etmək; işçilərə müvafiq təlimatlar vermək (məsələn, girişə nəzarət
prosesləri).
e) Fərdi mühafizə vasitələri (FMV): adekvat FMV, o cümlədən qoruyucu paltar, FMV-dən
istifadə və onlara texniki qulluq üzrə təlimatlar təmin etmək (məsələn, qoruyucu ayaqqabı,
qoruyucu eynək, qulaq qoruyucusu, əlcək).
A.8.1.3 Dəyişikliyin idarə edilməsi
Dəyişikliyin idarə edilməsi prosesində məqsəd dəyişikliklər (məsələn, texnologiyada, avadanlıqda,
qurğularda, işin icrası ilə bağlı təcrübə və prosedurlarda, layihə spesifikasiyalarında, xammalda, işçi
heyətində, standartlarda və ya norma və qaydalarda dəyişiklik) baş verəndə iş mühitində yeni
təhlükələrin və PS&T üzrə risklərin yaranmasını minumuma endirməklə işdə peşə sağlamlığı və
təhlükəsizliyini artırmaqdır. Gözlənilən dəyişikliyin xarakterindən asılı olaraq, təşkilat dəyişikliyin
PS&T üzrə risklərini və PS&T üzrə imkanlarını qiymətləndirmək üçün müvafiq metodologiya(lar)
(məsələn, layihənin təhlili) istifadə edə bilər. Dəyişikliyi idarə etməyə ehtiyac planlaşdırma
prosesinin nəticəsi ola bilər (6.1.4-ə baxın).
A.8.1.4 Satınalmalar
A.8.1.4.1 Ümumi müddəalar
Satınalmalar prosesi məsələn, məhsullar, təhlükəli material və ya maddələr, xammal, avadanlıq və
ya xidmətlərin iş yerinə gətirilməsindən əvvəl onlara aid təhlükələri müəyyən etmək,
qiymətləndirmək və aradan qaldırmaq, həmçinin PS&T üzrə riskləri azaltmaq üçün istifadə
olunmalıdır.
Təşkilatın satınalma prosesində tələblər məsələn, təşkilat tərəfindən satın alınan mal-material,
avadanlıq, xammal, digər mallar və əlaqədar xidmətlərin təşkilatın PS&T idarəetmə sisteminə
uyğun olması nəzərə alınmalıdır. Bu prosesdə həmçinin məsləhətləmə (5.4-ə baxın) və
kommunikasiya (7.4-ə baxın) üçün bütün ehtiyaclar nəzərə alınmalıdır.
Təşkilat aşağıdakıları təmin etməklə avadanlıq, qurğular və materialların işçilər tərəfindən istifadə
edilməsinin təhlükəsiz olmasını yoxlamalıdır:
a) avadanlıq spesifikasiyaya uyğun təchiz edilib və onun nəzərdə tutulduğu kimi işləməsinə
əmin olmaq üçün sınaqdan keçirilib;
b) qurğular layihələndirildiyi kimi işləməsinə əmin olmaq üçün istismara buraxılıb;
c) materiallar spesifikasiyalarına uyğun çatdırılıb;
www.tcsgl.com
36 of 40
d) istifadəyə dair bütün tələblər, ehtiyat tədbirləri və digər qoruyucu tədbirlər barədə
müvafiq işçilərə məlumat verilib və əlçatandır.
A.8.1.4.2 Podratçılar
Koordinasiyaya (razılaşdırmaya) ehtiyac bəzi podratçıların (yəni, xarici təchizatçıların) xüsusi bilik,
bacarıq, metod və vasitələri olduğunun qəbul edilməsinə əsaslanır.
Podratçıların fəaliyyət və əmliyyatlarına misal olaraq texniki xidmət, inşaat, əməliyyatlar,
təhlükəsizlik, təmizləmə və bir neçə digər funksiyaları göstərmək olar. Podratçılar həmçinin
məsləhətçilər və ya inzibati, mühasibatlıq və digər işlərdə mütəxəssislərdən ibarət ola bilər. İşlərin
podratçılara verilməsi təşkilatın peşə sağlamlığı və təhlükəsizliyi üzrə məsuliyyətini ləğv etmir.
Təşkilat cəlb olunmuş tərəflərin məsuliyyətlərini aydın şəkildə müəyyən edən müqavilələrin tətbiq
edilməsi vasitəsilə öz podratçılarının fəaliyyətlərinin koordinasiyasına nail ola bilər. Təşkilat iş
yerində podratçıların PS&T üzrə fəaliyyət göstəricilərini təmin etmək üçün müxtəlif alətlərdən
istifadə edə bilər (məsələn, müqavilə bağlamaq mexanizmləri və ya sağlamlıq və əməyin
təhlükəsizliyi üzrə keçmişdəki fəaliyyət göstəricilərini, əməyin təhlükəsizliyinə dair təlimi və ya
PS&T üzrə imkanları nəzərə alan ilkin kvalifikasiya meyarları, həmçinin müqaviləyə daxil edilmiş
birbaşa tələblər).
Podratçılarla koordinasiyanı həyata keçirərəkən təşkilat təhlükələr barədə məlumatın təşkilatla
onun podratçıları arasında necə aparılacağını, işçilərin təhlükəli ərazilərə buraxılmasına necə
Dostları ilə paylaş: |