Iso 45001: 2018 Peşə sağlamlığı və



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix20.11.2019
ölçüsü0,93 Mb.
#29632
1   2   3   4   5   6
ISO 45001 AZ (1)

nəzarət olunacağını və fövqəladə hallarda (qəzalarda) əməl olunmalı prosedurları nəzərdən 

keçirməlidir. Təşkilat podratçının öz fəaliyyətlərini təşkilatın PS&T idarəetmə sisteminin prosesləri 

(məsələn, girişə nəzarət, qapalı sahəyə girişə nəzarət, təsirin qiymətləndirilməsi və proseslərin 

təhlükəsizliyinin idarə olunması) ilə necə koordinasiya edəcəyini və hadisələr barədə necə 

məlumat verəcəyini konkret müəyyən etməlidir. 

Podratçılara öz işlərinə başlamağa icazə verməzdən əvvəl təşkilat onlara tapşırılan işin öhdəsindən 

gələ bilmələrini yoxlamalıdır; məsələn: 

a)  PS&T üzrə fəaliyyət göstəricilərinə dair qeydlər qənaətbəxşdir; 

b)  işçilər üçün kvalifikasiya, təcrübə və səriştəlilik meyarları müəyyən edilib və yerinə yetirilib 

(məsələn, təlim vasitəsilə); 

c)  resurslar, avadanlıqlar və digər lazımi hazırlıq işləri adekvatdır və işə başlamaq üçün 

hazırdır. 

A.8.1.4.3 Kənara-vermə   

Kənara-vermə zamanı PS&T idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə nail olmaq 

məqsədilə təşkilat kənara verilmiş funksiya və proses(lər) üzərində nəzarətə sahib olmalıdır. 

Kənara verilmiş funksiya və proses(lər)in bu sənədin tələblərinə uyğun olmasına məsuliyyət 

təşkilatda qalır.  

Təşkilat kənara verilmiş funksiya və proses(lər) üzərində nəzarətin həddini aşağıdakı faktorlara 

əsasən müəyyən etməlidir: 

-  kənar təşkilatın PS&T idarəetmə sisteminin tələblərinə əməl edə bilmək qabiliyyəti; 

-  müvafiq nəzarət vasitələrini müəyyən etmək və ya onların adekvatlığını 

qiymətləndirmək üçün təşkilatın texniki səriştəliliyi; 

-  kənara verilmiş prosesin və ya funksiyanın təşkilatın PS&T idarəetmə sistemində 

nəzərdə tutulmuş nəticələrə nail olmaq qabiliyyətinə göstərəcəyi potensial təsir; 


www.tcsgl.com                                                                                                                                     

37 of 40


   

 

-  kənara verilmiş prosesin və ya funksiyanın həcmi; 



-  təşkilatın satınalma prosesinin tətbiqi vasitəsilə lazımi nəzarətə nail olmaq qabiliyyəti; 

-  inkişaf üçün imkanlar.  

Bəzi ölkələrdə funksiya və ya proseslərin kənara verilməsi hüquqi tələblərə tənzimlənir.  

A.8.2 Fövqəladə hallara (qəzalara) hazır olmaq və onlara reaksiya vermək 

Fövqəladə hallara hazır olmaq planları həm adi iş vaxtlarında həm də digər vaxtlarda baş verən 

təbii və texnogen xarakterli hadisələri, həmçinin insan fəaliyyəti nəticəsində baş verən hadisələri 

əhatə edə bilər.  

A.9    Fəaliyyət göstəricilərinin dəyərləndirilməsi  

A.9.1  Monitorinq, ölçmə, təhlil və fəaliyyət göstəricilərinin dəyərləndirilməsi  

A.9.1.1  Ümumi müddəalar

 

PS&T idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün proseslər monitorinq 



olunmalı, ölçülməli və təhlil edilməlidir.  

a)  Nəyin monitorinq oluna və ölçülə bilməsinə dair misallar aşağıdakılardan ibarət ola bilər, 

amma bunlarla məhdudlaşmır:  

1)  peşə sağlamlığından şikayətlər, işçilərin sağlamlığı (tibbi müayinələr vasitəsilə) və iş 

mühiti; 

2)  işlə bağlı hadisələr, xəsarətlər və sağlamlığın itirilməsi, şikayətlər, o cümlədən meyllər; 

3)  əməliyyatlara nəzarət vasitələrinin səmərəliliyi və qəzalara hazırlıq (məşqlər) və ya 

nəzarət vasitələrinin dəyişdirilməsi və ya yenilərinin tətbiq edilməsi; 

4)  səriştəlilik.  

 

b)  Hüquqi tələblərin yerinə yetirilməsini dəyərləndirmək üçün nəyin monitorinq oluna və 



ölçülə bilməsinə dair misallar aşağıdakılardan ibarət ola bilər, amma bunlarla 

məhdudlaşmır:  

1)  müəyyən edilmiş hüquqi tələblər (məsələn, bütün hüquqi tələblər müəyyən edilibmi, 

təşkilat onlar barədə sənədləşdirilmiş məlumatları aktual vəziyyətdə saxlayırmı); 

2)  kollektiv razılaşmalar (hüquqi öhdəliklər daxil edildikdə); 

3)  uyğunluğa dair müəyyən edilmiş boşluqların statusu.  

c)  Digər tələblərin yerinə yetirilməsini dəyərləndirmək üçün nəyin monitorinq oluna və ölçülə 

bilməsinə dair misallar aşağıdakılardan ibarət ola bilər, amma bunlarla məhdudlaşmır:  

1)  kollektiv razılaşmalar (hüquqi öhdəliklər daxil edilmədikdə); 

2)  standartlar və normalar; 

3)  korporativ və digər siyasətlər, qaydalar və normalar; 

4)  sığorta tələbləri.  

d)  Meyarlar – təşkilatın fəaliyyət göstəricilərini müqayisə etmək üçün istifadə edə biləcəyi 

məvhumlardır.  

1)  Misal olaraq bençmarkinq (qarşılaşdırma): 

  digər təşkilatlara; 

  standart və normalara; 

  təşkilatın öz norma və məqsədlərinə; 

  PS&T üzrə statistik məlumatlara         nisbətdə. 


www.tcsgl.com                                                                                                                                     

38 of 40


   

 

2)  Meyarlara əsasən ölçmə aparmaq üçün adətən göstəricilər istifadə olunur, məsələn: 



  əgər meyar olaraq hadisələrin müqayisəsi götürülürsə, təşkilat müqayisə üçün 

hadisələrin tezliyini, növünü, ciddiliyini və ya sayını seçə bilər; onda göstərici həmin 

meyarların hər birində müəyyən edlimiş nisbət ola bilər; 

  əgər meyar düzəldici tədbirlərin tamamlanmasının müqayisəsidirsə, onda göstərici 

vaxtında tamamlanmış tədbirlərin faiz nisbəti ola bilər.  

Monitorinq fəaliyyət göstəricilərinin tələb olunan və ya gözlənilən səviyyəsindən kənarlaşmanı 

müəyyən etmək məqsədilə davamlı yoxlama, nəzarət, kritik müşahidə (təhlil) və ya statusun 

müəyyənləşdirilməsi formasında aparıla bilər. Monitorinq PS&T idarəetmə sisteminə, proseslərə 

və nəzarət vasitələrinə tətbiq edilə bilər. Misallar – müsahibələrin aparılması, sənədləşdirilmiş 

məlumatların təhlili və işin yerinə yetirilməsini müşahidə etmək.  

Ölçmə adətən obyektlərə və ya hadisələrə nömrələrin təyin edilməsindən ibarətdir. O, kəmiyyət 

məlumatları üçün əsas təşkil edir və adətən əməyin təhlükəsizliyi üzrə proqramların və sağlamlığa 

nəzarətin qiymətləndirilməsi ilə əlaqəli olur. Misallar – təhlükəli maddələrin təsirinə məruz 

qalmanı ölçmək üçün kalibrlənmiş və ya yoxlanılmış avadanlıqların istifadəsi və ya təhlükə 

mənbəyindən təhlükəsiz məsafənin hesablanması.  

Təhlil qarşılıqlı əlaqələrin, xüsusiyyətlərin və meyllərin aşkar olunması məqsədilə məlumatların 

yoxlanılması prosesidir. Bu, məlumatlardan nəticə çıxarmağa kömək etmək məqsədilə statistik 

metodların, o cümlədən digər analoji təşkilatların məlumatlarının istifadə olunması mənasına gələ 

bilər. Bu proses çox zaman ölçmə fəaliyyətləri ilə əlaqəli olur.   

Fəaliyyət göstəricilərinin dəyərləndirilməsi PS&T idarəetmə sistemində qoyulmuş məqsədlərə nail 

olmaq üçün baxılan obyektin yararlılığını, adekvatlığını və səmərəliliyini müəyyən etəmək üçün 

görülən işlərdir.  

A.9.1.2 Uyğunluq dərəcəsinin dəyərləndirilməsi 

Uyğunluq dərəcəsinin dəyərləndirilməsinin aparılmasının tezliyi və vaxtı tələbin mühümlüyü, 

fəaliyyət şəraitindəki dəyişikliklər, hüquqi və digər tələblərdə dəyişikliklər, həmçinin təşkilatın 

keçmiş fəaliyyət göstəricilərindən asılı olaraq dəyişə bilər. Təşkilat tələblərə uyğunluq statusu 

barədə bilik və anlayışlarını saxlamaq üçün müxtəlif metodlardan istifadə edə bilər. 

A.9.2 Daxili audit  

Audit proqramının həcmi PS&T idarəetmə sisteminin mürəkkəbliyinə və yetkinlik səviyyəsinə 

əsaslanmalıdır.  

Təşkilat auditorların rolunu daxili auditorlar kimi onların adətən icra etdikləri vəzifələrdən ayıran 

proses(lər) yaratmaqla daxili auditin obyektivliyinə və tərəfsizliyinə nail ola bilər, ya da təşkilat bu 

funksiyaları yerinə yetirmək üçün kənar şəxslərdən istifadə edə bilər.  

A.9.3 Rəhbərlik tərəfindən təhlil  

Rəhbərlik tərəfindən aparılan təhlilə dair istifadə olunan terminlər aşağıdakı kimi başa 

düşülməlidir: 

a)  “yararlılıq” PS&T idarəetmə sisteminin təşkilata, onun əməliyyatlarına, mədəniyyətinə və 

biznes sistemlərinə nə dərəcədə uyğun olmasını əks etdirir; 

b)  “adekvatlıq”  PS&T idarəetmə sisteminin lazımi qaydada tətbiq edilməsini müəyyən edir; 

c)  “səmərəlilik” PS&T idarəetmə sisteminin nəzərdə tutulmuş nəticələrə nail olub olmamasını 

göstərir. 


www.tcsgl.com                                                                                                                                     

39 of 40


   

 

Rəhbərlik tərəfindən aparılan təhlil üzrə 9.3-də a)-dan  g)-yə qədər sadalanan mövzuların hamısına 



eyni vaxtda baxmağa ehtiyac yoxdur; təşkilat rəhbərlik tərəfindən aparılan təhlil zamanı müzakirə 

olunası mövzulara nə vaxt və necə baxılmasını müəyyən etməlidir 

 A.10 İnkişaf                        

 A.10.1 Ümumi müddəalar 

Təşkilat PS&T üzrə fəaliyyət göstəricilərinin təhlilindən və dəyərləndirilməsindən,  uyğunluq 

dərəcəsinin dəyərləndirilməsindən, daxili auditlər və rəhbərlik tərəfindən aparılan təhlilərdən 

alınan nəticələri nəzərdən keçirməlidir.  

İnkişafa dair misallar – düzəldici tədbir, davamlı inkişaf, kəskin dəyişiklik, yenilik (innovasiya) və 

yenidən təşkil.  

A.10.2 Hadisə, uyğunsuzluq və düzəldici tədbir 

Hadisələrin araşdırlması və uyğunsuzluqların təhlili üçün təşkilatın tələblərindən asılı olaraq ayrı-

ayrı proseslər ola bilər və ya bunları bir prosesdə birləşdirmək olar.  

Hadisələr, uyğunsuzluqlar və düzəldici tədbirlərə dair misallar aşağıdakılardan ibarət ola bilər, 

amma bunlarla məhdudlaşmır: 

a)  hadisələr: xəsarətə səbəb olan və ya olmayan hansısa hündürlükdən yıxılma; sınmış ayaq; 

asbestoz; eşitmə qabiliyyətinin itirilməsi; binaların və ya nəqliyyat vasitələrinin PS&T üzrə 

risklərə səbəb ola biləcək şəkildə zədələnməsi; 

b)  uyğunsuzluqlar: qoruyucu vasitələrin lazımi qaydada işləməməsi; hüquqi tələblərin və digər 

tələblərin pozulması; yazılmış prosedurla riayət etməmək; 

c)  düzəldici tədbirlər (nəzarət vasitələri və metodlarının iyerarxiyasında göstərildiyi kimi, 

8.1.2-yə baxın): təhlükələrin aradan qaldırılması; daha az təhlükəli olan materiallarla əvəz 

etmə; avadanlıq və ya alətlərin yenidən layihələndirilməsi və ya dəyişdirilməsi; 

prosedurların hazırlanması; təsirlərə məruz qalan işçilərin səriştəliliyin artırılması; istifadə 

tezliyinin dəyişdirilməsi; fərdi mühafizə vasitələrinin istifadə edilməsi. 

Əsas səbəblərin təhlili hadisə və ya uyğunsuzluğun təkrar baş verməsinin qarşısını almaq üçün nə 

edilməli olduğunu qərarlaşdırmağa kömək etmək üçün “nə baş verib”, “necə baş verib” və “niyə 

baş verib”suallarını soruşmaqla  hadisə və ya uyğunsuzluqla əlaqəli olan bütün mümkün faktorların 

araşdırılması metodikası ilə bağlıdır. 

Hadisə və ya uyğunsuzluğun əsas səbəbini müəyyənləşdirərkən təşkilat təhlil olunan hadisə və ya 

uyğunsuzluğun xarakterinə uyğun metodlardan istifadə etməlidir. Əsas səbəblərin təhlilinin 

məqsədi hadisənin qarşısının alınmasıdır. Bu təhlil hadisəyə öz təhfəsini verən bir neçə nasazlıqları, 

o cümlədən kommunikasiya, səriştəlilik, yorğunluq, avadanlıq və ya prosedurlara aid faktorları üzə 

çıxara bilər. 

Düzəldici tədbirlərin səmərəliliyinin təhlili [10.2 f) -ə baxın] görülmüş düzəldici tədbirlərin əsas 

səbəb(lər)ə adekvat tərzdə nəzarət etməyə nə dərəcədə imkan verdiyini qiymətləndirməklə 

bağlıdır.  

A.10.3 Davamlı inkişaf  

Davamlı inkişaf məsələlərinə dair misallar aşağıdakılardan ibarətdir, amma bunlarla 

məhdudlaşmır: 

a)  yeni texnologiya; 

b)  qabaqcıl təcrübələr (həm təşkilatın daxilində həm də kənarda); 


www.tcsgl.com                                                                                                                                     

40 of 40


   

 

c)  maraqlı tərəflərin təklif və tövsiyələri; 



d)  PS&T ilə bağlı məsələlər barədə yeni bilik və anlayışlar; 

e)  yeni və ya təkmilləşdirilmiş materiallar; 

f)  işçilərin qabiliyyəti və ya səriştəliliyində dəyişikliklər; 

g)  daha az həcmdə resurslardan istifadə etməklə fəaliyyət göstəricilərinin inkişafına nail 

olmaq (yəni, sadələşdirmə, optimallaşdırma, və s.).          

                                 



 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin