Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1,63 Mb.
səhifə1/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
  1   2   3   4   5   6   7   8   9   ...   15
ISSN 2078 - 6042
AZƏRBAYCAN RESPUBLİKASI

КƏND ТƏSƏRRÜFATI NAZİRLİYİ

АQRAR ELM MƏRKƏZİ
АZƏRBAYCAN ELMİ - TƏDQİQAT

KƏND TƏSƏRRÜFATININ İQTİSADİYYATI və

TƏŞKİLİ İNSTİTUTUNUN

ELMİ ƏSƏRLƏRİ


НАУЧНЫЕ ТРУДЫ АЗЕРБАЙДЖАНСКОГО НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКОГО ИНСТИТУТА ЭКОНОМИКИ и

ОРГАНИЗАЦИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА
SCIENTIFIC WORKS OF THE AZERBAIJAN SCIENCE RESEARCH

INSTITUTE OF ECONOMY AND ORGANIZATION OF AGRICULTURE
3
БАКЫ – 2012 – БАКУ
REDAKSİYA HEYƏTİNİN SƏDRİ:
Салащов С.В. и.е.д., профессор, Az.ETKTİ və Tİ-nun direktoru
REDAKSİYA ŞURASI:

Мусайев А.Ф. АМЕА мцхбир цзвц

Садыгов М.М. и.е.д., профессор

Нуэербеков С.Н. академик (Газахыстан Республикасы)

Кешелашвили О.Э. академик (Эцръцстан Республикасы)

Şpak A.P. i.e.d., professor

(Belarus Respublikası)

Kaliyev Q.A. akademik (Газахыстан Республикасы)

Исэяндяров Р.К. и.е.д., профессор
REDAKSİYA HEYƏTİ:
Балайев Р.Я. и.е.д., профессор Az.ETKTİ və Tİ-nun direktor müavini

Ъябийев Р.М. и.е.д., профессор

Фйодоров М.В. и.е.д., профессор (Русийа Иътимаи Елмляр Академийасы)

Mukailov M.C. k.t.e.d., professor (Dağıstan Respublikası)

Гарайев И.Ш и.е.д., профессор

Əliyev R.B. и.е.д., профессор

Rüstəmov A.A. и.е.д., профессор

İbrahimov İ.H. и.е.д., профессор

Ялибяйов Н.В. и.ц.f.d. (мясул катиб)
TƏRTİBATÇILAR:
Ялийева С.Я., Ямиров Ф.Ш.,

Щятямова С.Ш., Babayeva А.Ф.,

Kərimova E.H., Məmmədova F.

ISSN № 2078 – 6042

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir
TƏSİSÇİ:
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu (Az.ETKTİ və Tİ)
РЕДАКСИЙАНЫН ЦНВАНЫ:
Аз.0130, Бакы шящяри, Бинягяди району,

Дярняэцл гясябяси, 3097-ъи мящялля

Телефон: (+99412) 561-22-50

e-mail: Неsщрiйат@mail.ru
Йыьылмаьа верилмишдир: 26.12.2012

Чапа имзаланмышдыр: 07.01.2013

Тираж 200 ; шярти чап вяряги 13.0

«Шярг-Гярб» АСЪ чап олунмушдур.

Тел: 570-18-49; 374-83-43
Elmi Əsərlər” ildə 4 (dörd) nömrədə nəşr olunur
Elmi Əsərlər” Azərbaycan Respublikası Ədliyyə Nazirliyin-də 18 aprel 2011–ci ildə qeydiy-yata alınmışdır. Qeydiyyat nömrəsi №3397
Материаллардакы фактларын доьру-дцрцстлцйцня мцяллифлярин юзляри мясулиййят дашыйырлар.


МЦНДЯРИЪАТ
İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ

Quliyev E.A. Kənd təsərrüfatında istehsal potensialından istifadə

səmərəliliyinin yüksəldilməsi istiqamətləri.............................................5

Şirəliyev A.İ. Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinin

səmərəliliyi............................................................................................13

Vəliyev A.H. Kənd təsərrüfatı istehsalına təsir edən təbii amillərin ekoloji

vəziyyətinin qiymətləndirilməsi............................................................18

Qasımlı V.Ə. Enerji səmərəliliyi və modernizasiya siyasəti.......................................24

Bədəlov Ə. M. Azərbaycan iqtisadiyyatının dinamik inkişafında aqrar və emal

sənaye sahələrinin müasir vəziyyətinin təhlili.......................................28

Bağırova Ş.V. Azərbaycan Respublikasında iqtisadi artıma təsir edən əsas amillər

və onların statistik təhlili.......................................................................33

Binnətov Y.C. Tikinti sahəsində iqtisadi münasibətlər.................................................38
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

İsfəndiyarov İ.S. Ərzaq təminatının yaxşılaşdırılmasına təsir edən amillər......................43

Quliyeva S.R. Ərzaq məhsulları bazarlarının inkişafının bəzi nəzəri məsələləri..........48
SAHİBKARLIQ
Babayev K.M. Azərbaycanın qeyri-neft sektorunda sahibkarlığın

inkişafında dövlətin investisiya siyasətinin rolu....................................54


REGİONAL İQTİSADİYYAT
Ящмядов Н.Щ. Демографик сийасятин реэионал проблемляри.........................................61

İDARƏETMƏ VƏ KADR TƏMİNATI
İsayev T.T. Мцасир шяраитдя ямяк базарынын структуру вя функсийалары.....................66
MALİYYƏ VƏ UÇOT
Salahov F. R. Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas xüsusiyyətləri.........................................................................................70

Şirinov B.H. Bazar iqtisadiyyatında tikinti müəssisələrinin dövriyyə kapitalının formalaşması mexanizmi.......................................................................76

Nuriyev Z.Ə. Qiymətli kağızlar bazarında kollektiv investisiya institutlarının

fəaliyyətinin təşkili xüsusiyyətləri.........................................................84

Rüstəmova S.S. Azərbaycanda mühasibat uçotu və hesabatın konsepsiyası...................92

Vəliyeva L.M. Müəssisənin ödəmə qabiliyyəti göstəriciləri.........................................98




İNNOVASİYA VƏ MODERNLƏŞMƏ
Rzayev R.M. İnnovativ idarəetmə prosesində rəhbər vəzifələr üçün

ehtiyat kadrların formalaşdırılması......................................................103

Eminov N.O. İnnovasiya yönümlü iqtisadi inkişaf əsasında müasir

sahibkarlığın inkişaf istiqamətləri…………………………………....109


SOSİAL İQTİSADİYYAT
Musayev P.P. Sosial inkişaf və sosial müdafiənin tənzimlənməsi..............................117
ÜMUMİ BÖLMƏ
Əzizova K.V. Suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların

su təminatının yaxşılaşdırılmasında Samur-Abşeron kanalının rolu.....125

Müəlliflərin nəzərinə ................................................................................................................129

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.5-12

______________________________________________________________________

İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ
OUT 630.114(479.24)


Kənd təsərrüfatında istehsal potensialından istifadə səmərəliliyinin yüksəldilməsi istiqamətləri
Quliyev Eldar Allahyar oğlu

Azərbaycan Kooperasiya

Universitetinin rektoru,

professor
XÜLASƏ
Məqalədə kənd təsərrüfatında istehsal potensialının formalaşması məsələləri araşdırılmış, onun istifadəsinin iqtisadi mühiti səciyyələndirilmişdir.Sahənin istehsal potensialından istifadə səmərəliliyinin yüksəldilməsinin bəzi imkanları aşkar edilmiş, onların reallaşdırılmasının əsas istiqamətləri əsaslandırılmışdır.

Açar sözlər: istehsal potensialı, göstəricilər, kənd təsərrüfatı, səmərəlilik, investisiya
Müasir ədəbiyyatlarda istehsal potensialı anlayışı müxtəlif səviyyələrdə fərqli şərh olunur. Deyək ki, müəssisənin istehsal potensialı sərəncamda olan bütün resurslardan daha səmərəli istifadə şəraitində kəmiyyət və keyfiyyət baxımından maksimum məhsul buraxılışını əks etdirir. Başqa sözlə, imkanların maksimum reallaşması halı müəssisənin istehsal potensialı anlayışında ehtiva olunur. Haqqında danışılan maksimal mümkün hədlərin reallaşdırılması imkanlarının qiymətləndirilməsi üçün aşağıdakı məhdudiyyət şərtləri nəzərdən keçirilməlidir:

- istehsalın təşkilinin müasir formaları;

- işçi heyətinin motivləşdirilməsinin müasir üsulları;

- texniki və texnoloji təminatın cari və yaxın perspektivə proqnozlaşdırılan səviyyəsi.

Yeri gəlmişkən qeyd edək ki, konkret halda məhdudiyyət şərtləri dedikdə, resurslardan istifadənin optimal və əldə olunan səviyyəsi arasında fərqləri müəyyənləşdirən amillərin formalaşdırdığı şərtlər nəzərdə tutulur.

Sahənin istehsal potensialının reallaşdırılması prosesində məhdudiyyət şərtləri qismində, sadalananlara, həmçinin aşağıdakılar əlavə oluna bilər:



  • istehsalın ərazi təşkilinin müasir səviyyəsi;

  • kooperasiya və inteqrasiya imkanlarının reallaşmasının müasir səviyyəsi;

  • sahə idarəetməsinin müasir üsulları;

  • qapalı resursqoruyucu texnologiyaların təşkili səviyyəsi və s.

İstehsal sahəsindən asılı olmayaraq potensialın reallaşmış səviyyəsi və istehsal gücü arasında fərqin azaldılması istehsal fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkara çıxarılması və onlardan istifadə tədbirlərinin məqsədlərindən birinə çevrilir. Həmin ehtiyatların məcmusu, mahiyyət etibarı ilə istehsal potensialı ilə məhsul istehsalı və onun satışının əldə edilmiş səviyyəsi arasında fərqi ifadə edir.

Milli iqtisadiyyat səviyyəsində istehsal potensialından danışarkən, ilk növbədə ümumi daxili məhsul göstəricisi önə çəkilməli, onun formalaşması mühiti hərtərəfli səciyyələndirilməlidir. Daha sonra sənaye müəssisələrinin, tikinti təşkilatlarının istehsal gücləri, kənd təsərrüfatı məhsulları istehsalının maksimal imkanları hesablanmalıdır. Görmək çətin deyildir ki, sadalanan göstəricilərin müəyyənləşdirilməsi, mükəmməl metodiki təminat, geniş informasiya bazası və əmək tutumlu hesablamalar tələb edir. Əlbəttə, müəssisələr, sahələr və regionlar üzrə göstəricilərə əsaslanmaq mümkündür. Bununla belə, qeyd edək ki, regionlar üzrə göstəricilərin bir çoxu, deyək ki, ümumi məhsul, istehsal gücləri və sairə dinamika təhlili üçün kifayət qədər reprezentativ deyildir.

Digər tərəfdən infrastruktur şəbəkəsinin inkişaf səviyyəsi və konkret müəssisə və ya sahənin ondan yararlanma səviyyəsi göstəricilərinin kəmiyyət ifadəsi də, iterasiyalı hesablandığından sonrakı dəqiqləşdirmələrə ehtiyac vardır. Bu və digər səbəblərdən istehsal potesialının səciyyələndirilməsi üçün, əksər hallarda əsas fondların dəyəri və strukturu göstəricisindən istifadə olunur. Kənd təsərrüfatında əsas fondların həcmi və struktur elementləri, o cümlədən, tikililər, maşınlar, məhsuldar heyvanlar, çoxillik əkmələr və s. qiymətləndirilərkən, sahədə əsas kapitalın investisiyalaşdırılmasının başlıca parametrləri nəzərə alınmalıdır.

Qeyd edilən və bir sıra digər məqamları kənd təsərrüfatının istehsal potensialının və ondan istifadə vəziyyətinin qiymətləndirilməsi prosesində aydınlaşdırmağa çalışaq.

İlk növbədə torpaq resurslarının vəziyyəti xarakterizə olunmalıdır. Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi nəzərdən keçirilən torpaq və ondan istifadə vəziyyəti, insan və təbiət münasibətlərinin bütün aspektlərinə aid məsələləri əhatə edir. Konkret halda, sahədə torpaq resurslarından istifadənin səmərəliyinə gəldikdə isə, onu şərtləndirən amillərin çoxsaylı olması fakt da, sonuncular içərisində konkret zaman və məkan baxımından həlledici əhəmiyyətə malik olanların seçilməsi və qiymətləndirilməsini tələb edir. Kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə səmərəliyinin yüksəldilməsi imkanları intensiv inkişaf mühitinin tələbləri ilə bilavasitə əlaqədardır. Torpaqdan intensiv istifadə edilməsinin bazar münasibətləri şəraitində mükəmməl hüquqi təminatı və adekvat reallaşma mexanizmi həlledici amil olaraq qalır.

Azərbaycanda həyata keçirilmiş torpaq islahatı aqrar sahənin inkişafının etibarlı təməli adekvat normativ-hüquqi bazasının formalaşdırılması mühitində qoyulmuşdur. Həmin bazanın əsasını “Torpaq islahatı haqqında” (1996-cı il), “Torpaq icarəsi haqqında” (1998-ci il), “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” (1999-cu il), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında ” (1999-cu il), “Torpaqların münbitliyi haqqında” (1999-cu il), “Torpaq bazarı haqqında” (1999-cu il), “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”(2001-ci il) Azərbaycan Respublikasının qanunları təşkil edir.

Torpaqdan istifadə səmərəliliyi, mövcud potensialın reallaşdırılmasının əsas amilidir. Bu baxımdan, bəzən təcrübədə rast gəlindiyi kimi normativlərin roluna etinasızlıq yolverilməzdir. Bu baxımdan torpağın normativ qiymətləri həlledici əhəmiyyətə malikdir. Həmin qiymətlərdə torpağın keyfiyyəti, kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığı, suvarma və digər tədbirlərin potensial səmərəliyi və s. nəzərə alınmalıdır. Torpaqların münbitliyi kənd təsərrüfatı qarşısında duran vəzifələrin icrası baxımından həlledici amil kimi daim diqqət mərkəzindədir. Münbitlik kompleks anlayış olub, fərqli xarakter çoxsaylı amillərin təsiri altında formalaşır.

“Torpaqların münbitliyi onların su- istilik, qaz və qida rejimi, eləcə də torpaq məhlulunun tərkibi və reaksiyası, yəni iqlim və bir çox başqa şərtlərdən asılı olan dinamik amillərlə müəyyən edilir. Torpaq rejimləri ancaq müəyyən dərəcədə münbitlik indikatoru ola bilər. Onlarla məhsulverimi və ya məhsuldarlıq arasında asılılıq, birincisi, həmişə düz mütənasib olmur; ikincisi ona görə fərqlidir ki, hər bir prosesin nəticələrinin rəqəmlə ifadəsi hesablama sistemi və variasiya genişliyi ilə fərqlənir; üçüncüsü, o hər bir torpaq tipində, hər bir təbii zonada və əyalətdə fərqlənir. Nəhayət, bitkilərin torpaq şəraitinə tələbatlarında ümumi cəhətlər çox olsa da, hər bir bitki torpağa öz tələbatını irəli sürür və torpağın müxtəlif xassələrinə özünə görə reaksiya verir” (1, s 190).

Kənd təsərrüfatında torpaqdan istifadənin iqtisadi səmərəliyinin mövcud səviyyəsini qiymətləndirmək üçün, adətən istifadə edilən göstəricilər müvafiq ədəbiyyatda aşağıdakı kimi qruplaşdırılır:


  • ümumi göstəricilər: kənd təsərrüfatında yararlı torpaqların ümumi torpaq fondunda xüsusi çəkisi; əkin yerlərinin kənd təsərrüfatına yararlı torpaq sahələrində xüsusi çəkisi, ayrı-ayrı bitkiçilik məhsullarının əkin sahələrinin ümumi əkin sahəsində xüsusi çəkiləri (əkin sahələrinin strukturu) və s.

  • kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri: torpaq sahəsi vahidindən əldə edilən ümumi və əmtəəlik məhsulun dəyəri (miqdarı), məhsuldarlıq və i.a.

  • torpaqdan istifadənin iqtisadi səmərəlilik göstəriciləri: torpaq sahəsi vahidindən ümumi və xalis gəlir, əmək məhsuldarlığı, məhsul vahidinin maya dəyəri, rentabellik və s.

Torpaq resurslarının istifadə istiqaməti onların keyfiyyəti, yerləşmə məkanı, relyefi, ictimai zərurətdən irəli gələn təyinatı və bir sıra digər amillərlə şərtlənir. Kənd təsərrüfatına yararlı torpaqların mülkiyyət mənsubiyyəti bu baxımdan diqqətə layiqdir.

“Respublika üzrə ümumi kənd təsərrüfatına yararlı torpaqların cəmi 32,1% -nin xüsusi mülkiyyətinə ayrılmasına baxmayaraq, xüsusi mülkiyyətə verilən torpaqlar cəmində onun xüsusi çəkisi 85,9% -ə bərabərdir. Xüsusi mülkiyyətə verilən kənd təsərrüfatına yararlı torpaqların da 86.3%-i kənd təsərrüfatı məhsulları istehsalı üçün əkinçilikdə istifadə olunur, 6,5% çox illik əkmələr, qalanı isə dincə qoyulmuş sahələr və biçənəklər altındadır. Xüsusi mülkiyyətə verilən torpaqların 70,0% -i, əkin torpaqlarının 74,2% -i, çoxillik əkmələr altındakı torpaqların isə 69,7% -i suvarılan torpaqlardır” (2,s 27- 28).

Göründüyü kimi, xüsusi mülkiyyətə verilən torpaq sahələrinin istifadə səmərəliyinin təmin edilməsinin ilkin şərtlərinə əməl olunmuşdur. Başqa sözlə, həmin istiqamətə ayrılan torpaq sahələrində kənd təsərrüfatına yararlı sahələr üstünlük təşkil edir. Digər tərəfdən kənd təsərrüfatına yararlı torpaqların, ölkə üzrə orta hesabla üçdə biri suvarılırsa (bu məsələyə bir daha qayıdacağıq), xüsusi mülkiyyətə verilən torpaqların azı üçdə ikisi suvarılır.

2000-2011-ci illər üzrə Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə üzrə göstəricilərin təhlili, ölkədə torpaqların istehsal potensialından istifadənin faktiki səmərəliliyinə, bu və ya digər dərəcədə münasibət bildirməyə imkan verir. Rəsmi statistika məlumatlarına əsaslanaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin təhlil dövründə 0,6% genişləndiyini, başqa sözlə cəmi 28,3 ha torpaq sahəsinin kənd təsərrüfat dövriyyəsinə daxil edildiyini söyləmək olar (cədvəl 1).

Belə vəziyyət ümumi torpaq sahəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin xüsusi çəkisinin artaraq 54,7%-dən 55,1%-ə çatmasını şərtləndirmişdir. 2000-2011-ci illər ərzində əkin sahələri 4,4% genişlənmiş, başqa sözlə 770 hektar artmışdır. Həmin meyil təhlil dövründə əkin sahələrinin kənd təsərrüfatına yararlı sahələrdəki xüsusi çəkisinin yüksəlməsi ilə müşayiət olunmuşdur. Belə ki, haqqında danışılan göstərici 2000-ci ildəki 37,3%-dən artaraq 2011-ci ildə 38,7%-ə çatmışdır. 2000-2011-ci illər ərzində çoxillik əkmələrin, biçənək və otlaqların sahəsi müvafiq olaraq 4,1% və 0,8% azaltmışdır.

Kənd təsərrüfatına yararlı torpaq sahələrinin və əkin sahələrinin artmağa meyilli olduğu 2000-2011-ci illər ərzində adambaşına düşən həmin sahələrin əhəmiyyətli dərəcədə azalması baş vermişdir. Məlum olduğu kimi belə proses dünyanın əksər ölkələrində bir çox səbəblərdən torpaqların (eroziya, səhərləşmə və s.) kənd təsərrüfatı dövriyyəsindən çıxması və əhali artımı ilə əlaqədardır. Azərbaycanda, təhlil dövründə adambaşına kənd təsərrüfatına yararlı torpaq sahələrinin 0,59 hektardan 0,52 hektara, adambaşına əkin yerlərinin 0,22 hektardan 0,20 hektara qədər azalmasında əhali artımı amili əhəmiyyətli rola malikdir. Belə ki, Azərbaycan Respublikasının əhalisi 2000-ci ilin sonuna 8114,3 min nəfər, 2011-ci ilin sonunda isə 9235,1 min nəfər təşkil etməklə, ötən dövr ərzində 1120,8 min nəfər (13,8%) artmışdır.



Cədvəl 1.
Azərbaycan Respublikasında 2000-2011-ci illər ərzində kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə üzrə bəzi göstəricilərin dinamikası





2000

2005

2006

2007


2008


2009


2010


2011

Kənd təsərrüfatına yararlı sahə, min ha

4740,4

4758,6

4756,0

4756,5

4756,7

4757,2

4766,8

4768,7


Ümumi torpaq sahəsində xüsusi çəkisi, %-lə

54,7

54,9

54,9

54,9

54,9

54,9

55,0

55,1


Əkin yeri, min ha

1766,8

1797,6

1795,5

1808,4

1818,4

1832,5

1842,7

1843,8

Kənd təsərrüfatına yararlı sahədə xüsusi çəkisi,%-lə

37,3

37,8

37,8

38,0

38,2


38,5

38,7

38,7


Çoxillik əkmələr,

min ha


236,8

221,5

221,1

224,7

227,5

227,0

227,4

227,2

Biçənək və otlaqlar, min ha

2678,0

2693,9

2693,6

2677,8

2669,0

2656,2

2655,3

2655,8


Adambaşına kənd təsərrüfatına yararlı sahə, ha

0,59

0,56

0,55

0,54

0,53

0,53

0,52

0,52


Adambaşına əkin yeri, ha

0,22

0,21

0,21

0,21

0,20

0,20

0,20

0,20


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin