Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Müəllif tərəfindən hazırlanmışdır. Mənbə: Azərbaycanın kənd təsərrüfatı. Bakı, DSK, 2012, s.47-48



Yüklə 1,63 Mb.
səhifə2/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
1   2   3   4   5   6   7   8   9   ...   15

Müəllif tərəfindən hazırlanmışdır. Mənbə: Azərbaycanın kənd təsərrüfatı. Bakı, DSK, 2012, s.47-48
Kənd təsərrüfatında istehsal potensialından istifadənin səmərəliliyi torpaqla yanaşı sudan istifadə səviyyəsi ilə bilavasitə əlaqədardır. Azərbaycanın iqlimi demək olar ki, bütün ərazilərdə suvarma əkinçiliyini tələb edir. Bununla belə, su ehtiyatları kifayət qədər deyildir. Həmin məhdudluq, ənənəvi suvarma rejimində xüsusilə özünü göstərir.

“Azərbaycanda su ehtiyatlarını çaylar, göllər, təmiz yeraltı sular, bulaqların suyu və s. təşkil edir. Ərazinin çox hissəsində quraqlıq iqlim hökm sürdüyündən onun su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,3 kub km-dir və əsas hissəsini çay suları təşkil edir ki, onun da illik həcmi 30,9 kub km-ə bərabərdir. Bu su ehtiyatlarının yalnız 10,2 kub km-i yaxud 33% -i respublikanın öz ərazisində yerləşir, qalan 20,7 kub km-i, yaxud 67% -i qonşu ərazilərdən daxil olan çay sularının hesabınadır” (2,s.).

Respublika da kənd təsərrüfatına yararlı sahələrin suvarılması və suvarılan torpaq sahələrinin dinamikası, müvafiq istiqamətdə görülən işlərin, hələ də arzuolunan səviyyədə olmadığını göstərir. 2000-2011-ci illərdə suvarılan kənd təsərrüfatına yararlı sahələr 2 min hektar (0,1%) azalmış və həmin sahələrin kənd təsərrüfatına yararlı sahələrin məcmusunda xüsusi çəkisi azalmağa meyilli olmuşdur. Belə ki, sonuncu göstərici 2000-ci ildə 30,0% təşkil edirsə, 2011-ci ildə bu rəqəm 29,8% olmuşdur (cədvəl 2)

Suvarılan əkin sahələri 2,1%, başqa sözlə 25,2 min ha genişlənmişdir. Bununla belə ümumilikdə əkin sahələri təhlil dövründə daha yüksək genişlənmə tempinə (4,4%), malik olduğundan suvarılan əkin sahələrinin məcmu əkin sahələrindəki xüsusi çəkisi azalaraq 2011-ci ildə 65,2%-ə enmişdir. 2000-2011-ci illər üzrə müvafiq göstəricinin müqayisəsi, ölkə üzrə əkin sahələrinin təqribən üçdə ikisinin suvarıldığını söyləməyə əsas verir.



Cədvəl 2.
Azərbaycan Respublikasında 2000-2011-ci illər ərzində kənd təsərrüfatına yararlı suvarılan torpaq sahələrinin bəzi göstəricilərin dinamikası




2000

2005

2006

2007

2008

2009

2010

2011

Suvarılan kənd təsərrüfatına yararlı sahələr, min ha

1423,0

1429,1

1429,1

1429,6

1429,5


1420,7


1421,4


1421,0


Həmin sahələrin kənd təsərrüfatına yararlı sahələrdə xüsusi çəkisi,%-lə

30,0

30,0

30,0

30,1

30,1


29,9


29,8


29,8


Suvarılan əkin yerləri, min ha

1176,5

1203,4

1201,7

1198,2

1200,8

1200,0

1200,1

1201,7


Həmin sahələrin ümumi əkin sahələrində xüsusi çəkisi,%-lə

66,6

66,9

66,9

66,5

66,0


65,5


65,1


65,2


Suvarılan çoxillik əkmələr, min ha

173,6

156,6

157,4

159,8

161,2

157,4

157,7

156,2


Həmin sahələrin çoxillik əkmələrin ümumi sahəsindəki xüsusi çəkisi,%-lə

73,7

70,7

71,2

71,1

70,9


69,3


69,3


68,8


Müəllif tərəfindən hazırlanmışdır. Mənbə: Azərbaycanın kənd təsərrüfatı. Bakı, DSK, 2012, s.49
Çoxillik əkmələrin isə üçdə iki hissəsindən bir qədər çoxu suvarılır. Bu baxımdan, meyvə və üzüm bağları, çay plantasiyalarının (qeyd edək ki, 2011-ci ildə məhsuldar çay plantasiyaları 2011-ci ildə cəmi 500 hektar olmuşdur. Bu isə 1995-ci illə müqayisədə isə 18 dəfə, 2000-ci illə müqayisədə 10,8 dəfə azdır) bar verən sahələrinin xüsusi çəkisi amili qeyd olunmalıdır. Məsələ ondadır ki, barvermə həddinə çatmamış və məhsuldar çoxillik əkmələrin suya olan tələbatı və suvarma rejimi fərqlidir. Hesablamalar göstərir ki, məhsuldar meyvə bağları 2000-ci ildə ümumi bağ sahələrinin 93,0 %-ini təşkil edirdisə, 2011-ci ildə bu göstərici 81,2% təşkil etmişdir. Üzümlüklər üzrə həmin göstərici, müqayisə edilən illərdə müvafiq olaraq 67,8% və 75,5%, çay plantasiyaları üzrə isə 98,2% və 62,5% səviyyəsində olmuşdur.

Artıq qeyd olunduğu kimi, əsas fondların dəyəri, sahədə əsas kapitala investisiyaların məbləği kənd təsərrüfatında istehsal potensialını xarakterizə etmək üçün istifadə olunan göstəricilər sırasında aparıcı mövqeyə malikdir. Azərbaycan Respublikasında kənd təsərrüfatında əsas fondların və əsas sahədə kapitala investisiyaların müsbət dinamikaya malik olması, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin ümumi səmərəliliyindən danışmağa imkan verir. 2000- 2011- ci illər ərzində sahədə əsas fondlar (ilin axırına balans dəyəri ilə) müsbət dinamikaya malik olmuş və təhlil dövründə 2,1 dəfə artmışdır (cədvəl 3).



Cədvəl 3.
Azərbaycan Respublikasında kənd təsərrüfatında 2000-2011-ci illər ərzində əsas fondların və əsas kapitala investisiyaların bəzi göstəricilərin dinamikası




Ölçü vahidi


2000


2005


2006


2007


2008


2009


2010


2011

Əsas fondlar, ilin axırına balans dəyəri ilə

Mlyn.


manat

2611,4

2983,3

3439,5

4122,3


4494,3


4840,4


5099,8


5613,3


Ölkə üzrə iqtisadiyyatın bütün sahələrindəki əsas fondların dəyərində xüsusi çəkisi

%


14,4

8,8

8,5

8,2

8,2


7,9

7,6

7,5


Əsas kapitala investisiyalar

Mlyn.

manat


6,5

40,7

58,3

243,3

336,5

266,6

431,0

437,3


Ölkə üzrə əsas kapitala investisiyaların ümumi məbləğində xüsusi çəkisi

%

0,7

0,7

1,0

3,3

3,4

3,5

4,4

3,4


*-meşə təsərrüfatı və balıqçılıqla birlikdə

Müəllif tərəfindən hazırlanmışdır. Mənbə: Azərbaycanın kənd təsərrüfatı. Bakı, DSK, 2012, s.52-53
Kənd təsərrüfatında istehsal potensialının reallaşdırılması onun texnika, gübrə, yanacaq, kimyəvi preparatlarla təminat səviyyəsindən, resurslardan istifadə səmərəliliyindən asılıdır. Sonuncu göstərici istehsala məsrəflər və əldə edilən nəticə (məhsul və ya xidmət) arasında, istehsalçı və istehlakçı nöqteyi-nəzərindən ən yaxşı (konkret halda, suboptimal) nisbəti nəzərdə tutur. Həmin nisbəti şərtləndirən mühüm amil kimi resursqorumanın iqtisadi, texnoloji və s. aspektləri kənd təsərrüfatında istehsal potensialının fəallaşdırılması baxımından, kifayət qədər aktual məsələdir.

Aqrar-sənaye inteqrasiyası şəraitində resurslardan istifadənin prioritetlərini müxtəlif üsullarla əsaslandırmaq mümkün olsa da, reallığa adekvatlıq meyarları baxımından, istehsalda satın-alınan resursların payı artdıqca inteqrasiya məsələləri daha önəmli olduğundan, allokasiya effektinin nəzərə alınmasını vacib hesab edirik. Resurslardan istifadə səmərəliliyi aqrar sahə üçün zəruri resursların (torpaq, su, toxum, mineral gübrə, texniki vasitələr və s.) alqı-satqısı proseslərinin baş verdiyi mühit kimi təqdim olunan resurs bazarının, o cümlədən, vasitəçilərin gəlirdə payının tənzimlənməsi səmərəliliyi ilə əlaqədardır. Artıq bir neçə ildir ki, dövlət kənd təsərrüfatında yanacağa, mineral gübrə və kimyəvi preparatlara çəkilən məsrəflərin xeyli hissəsini üzərinə götürməklə, aqrar istehsalçını dəstəkləməklə yanaşı, resurs bazarını da canlandırır.

Sahənin texniki təminatı bazar münasibətlərinin tələblərinə uyğunlaşmaqdadır. Mövcud texniki bazanın xarakteristikası, bir sıra çatışmamazlıqları aşkara çıxarmış, hələ də istismar dövrünü bitirmiş maşın və avadanlıqların əhəmiyyətli xüsusi çəkiyə malik olduğunu göstərmişdir. Həmin çatışmazlıqlar qismində, ilk növbədə mövcud texniki bazanın intensiv inkişaf imkanlarının reallaşdırılmasına imkan verməməsi qeyd olunmalıdır.

Bununla belə, xüsusilə “Aqrolizinq ASC” – nin fəaliyyətə başlamasından sonra maşın, qurğu və avadanlıqların yenilənməsi prosesi sürətlənmişdir. Lizinq şərtlərinin sistemli şəkildə yumşaldılması kənd təsərrüfatı əməyinin texniki təminatında baş verən müsbət meyilləri gücləndirmişdir. 2005-2011- ci illərdə kənd təsərrüfatı texnikası ilə təminatın dinamika təhlili son illər əldə edilmiş müsbət dəyişikliklərin davamlı xarakter aldığını söyləməyə əsas verir.1000 ha əkinə düşən traktorların sayı 2005-2011-ci illər ərzində tərəddüdlə artmağa meyilli olmuşdur. Belə ki, haqqında danışılan göstərici 2005-ci ildə 11,9 ədəd olduğu halda, 2011-ci ildə 13,3 ədəd olmuşdur (cədvəl 4).



Cədvəl 4.
Azərbaycanda 2005-2011- ci illərdə kənd təsərrüfatı texnikası ilə təminatının bəzi göstəriciləri





2005

2007

2008

2009

2010

2011

1000 ha əkinə traktor düşür, ədəd

11,9

15,9

14,4

12,6

13,4

13,3

1000 hektar müvafiq əkin sahəsinə düşən kombayn, ədəd:



















-taxılyığan

1,8

2,8

2,5

1,9

2,0

1,8

- qarğıdalıyığan

1,6

0,4

0,4

0,2

0,2

0,1

- kartofyığan

0,2

0,2

0,1

0,3

0,3

0,3

- çuğunduryığan

5,2

3,5

1,9

1,2

1,1

1,2

Müəllif tərəfindən hazırlanmışdır. Mənbə: Azərbaycanın kənd təsərrüfatı.

Bakı, DSK, 2012, s. 72
Kənd təsərrüfatında istehsal potensialından istifadənin səmərəliliyinin yüksəldilməsinin mühüm istiqamətləri qismində innovasiyalı texnologiyaların fəal tətbiqi xüsusi qeyd olunmalıdır. Əlbəttə, innovasiyalı texnologiyalar, innovasiya xarakterli digər proseslərlə müşayiət olunmalıdır. Həmin proseslər, o cümlədən kənd təsərrüfatının əsas funksiyalarının ahəngdar və davamlı şəkildə həyata keçirilməsi baxımından mövsümilik amilinin neqativ təsirini mümkün qədər neytrallaşdırmağa xidmət etməlidir. Məsələ ondadır ki, innovasiyalı - intensiv texnologiyalar, tezləşdirilmiş amortizasiya və i.a. kənd təsrrüfatında iş qüvvəsinə kəmiyyət və keyfiyyət baxımından, mahiyyətcə yeni tələblər qoyur.

Kənd təsərrüfatında istehsal potensialından istifadə səmərəliliyinin yüksəldilməsi istiqamətləri kimi, ilk növbədə aşağıdakıları qeyd edə bilərik:

- torpaq resurslarının, ilk növbədə əkin sahələrinin keyfiyyət monitorinqinin aparılması və həmin məlumatlar bazasında kənd təsərrüfatı istehsalının yerləşməsi və ixtisaslaşmasında, klasterial inkişaf prioritetlərinin əsaslandırılmasında istifadəsi;

- torpaq islahatı nəticəsində yaranmış 870 mindən artıq xırda təsərrüfatların (bir təsərrüfat subyektinə orta hesabla 1,8 ha kənd təsərrüfatına yararlı sahə düşür) kooperasiya və inteqrasiya əlaqələrinin stimullaşdırılması;

- iri təsərrüfatların yaradılması istiqamətində təşəbbüslər müvafiq maliyyə - kredit mexanizmi vasitələrlə dəstəklənməli, intensiv inkişaf üçün adekvat mühit formalaşdırılmalıdır;

- istehsalın stimullaşdırılması prosesində məhsuldarlıq meyarı nəzərə alınmalı, kənd təsərrüfatı məhsullarının satışında, hələ də rast gəlinən subyektiv xarakterli maneələr aradan qaldırılmalıdır. Bu baxımdan minimal alış qiymətlərinə zəmanət verilməsi, müvafiq kompensasiya rejiminin yaradılması məsələləri xüsusi aktuallıq kəsb edir;

- kənd təsərrüfatının investisiya cəlbediciliyinin yüksəldilməsi və müqayisəli üstünlüklər nəzərə alınmaqla sahəyə yerli investisiyaların təşviq edilməsi.
ƏDƏBİYYAT
1. Məmmədov Q. Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı, “Elm”, 2002, 412 s., s 190 2. Vəliyev A.H. Torpaq istehsal vasitəsi kimi. Bakı, “Şərq – Qərb” Nəşriyyat evi, 2011, 84 s., s 27 – 28 3. Azərbaycanın kənd təsərrüfatı. Bakı, DSK, 2012, s.47-48
Основные направления повышение эффективности использования производственного потенциала в сельском хозяйстве
Гулиев Эльдар Аллахъяр оглы
РЕЗЮМЕ
В статье исследуются вопросы формирования производственного потенциала в сельском хозяйстве, характеризуется экономическая среда его использования. Выявлены некоторые возможности повышения эффективности использования производственного потенциала отрасли, обоснованы основные направленияих реализации.

Ключевые слова: производственный потенциал, показатели, сельское хозяйство, эффективность, инвестиция

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.13-17

_____________________________________________________________________
OUT 630.892.2(479.24)
Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinin səmərəliliyi
Şirəliyev Asif İsmayıl oğlu

İqtisad elmləri doktoru, professor

NDU
Məqalədə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinin səmərəliliyinin mahiyyəti açılıb göstərilir. Həmçinin onun əhəmiyyəti, göstərişləri formalaşdırılır və təhlil olunur. Bundan başqa kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yolları göstərilir.

Açar sözlər: keyfiyyət, səmərə, kənd təsərrüfatı, imkanlar, yollar, təklif, iqtisadi, texniki.
Bütünlükdə məhsulun və o cümlədən kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi nəinki praktiki, əməli, hətta çox mühüm nəzəri və metodoloji əhəmiyyət kəsb edir, hər bir ölkənin sosial-iqtisadi inkişafında əsaslı rol oynayır və yer tutur. Ona görə də məhsulun keyfiyyətinin yüksəldilməsi, yaxşılaşdırılması mənbələri və imkanlarının, habelə yolları və məsələsinin mahiyyətinin araşdırılması, təsnifləşdirilməsi, elmi əsaslarla öyrənilməsi, bu mühüm və zəruri problemə bütöv kompleks yanaşılması bazar münasibətləri şəraitində öz yerini göstərir və buna görə həmin problemin həlli həmişə diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda əmtəəşünaslıq elminin zəruri kateqoriyası olan məhsulun keyfiyyətinin məzmunu və mahiyyəti sıravi əkinçi və heyvandardan tutmuş kənd sahibkarı-işə götürənə kimi dərindən öyrənilməli və bu əsasda səriştəli və bacarıqlı qaydada tətbiq və istifadə edilməlidir. Çünki, məhsulun keyfiyyəti və onun yüksəldilməsi başqa imkanlarla yanaşı başlıca olaraq bütünlükdə ölkənin sosial-iqtisadi inkişafının ən zəruri amillərindən-hərəkətverici qüvvə və səbəblərindən birini təşkil edir.

Onu göstərmək çox gərəklidir ki, istehsal edilmiş məhsulun hər bir növü müəyyən xassələrə malik olub müəyyən bir tələbatı ödəməli olur və hər bir məhsul özünün faydalılıq xassələri müxtəlifliyi ilə keyfiyyəti özündə müəyyən tələbatları ödəmək üçün yararlığı, yararlığı dərəcəsini səciyyələndirən xassələrin məcmusunu təmərküzləşdirir. Məhsulun və o cümlədən kənd təsərrüfatı məhsulunun keyfiyyətinin yüksəldilməsi istehsalın səmərəliliyinin aparılmasında başlıca istiqamətlərdən biridir. Bu isə o deməkdir ki, məhsulun keyfiyyətinin yüksəldilməsinə kompleks-bütöv münasibət göstərilməli, bu sahədə görülmüş və görüləcək tədbirlər bütünlükdə maddi istehsal və həmçinin kənd təsərrüfatı istehsalı sahələrini, məhsul istehsalının pillə və mərhələlərini nəzərdə tutmalıdır. Həm də məhsulun keyfiyyətinin yüksəldilməsi rəqabətli bazar iqtisadiyyatı şəraitinin tələbidir. Başqa sözlə, çox məhsul istehsal etmək onun maya dəyərinin aşağı olmasını istehsal xərclərinə qənaət olunmasını müasir bazar, rəqabətli bazar ön plana gətirir, bir qanuna və tələbata çevirir.

Bundan başqa məhsulun keyfiyyətinin yüksəldilməsi həm də ictimai əməyə qənaət edilməsinə şərait yaradır və imkan verir. Bunu xüsusilə diqqətə çəkmək olar ki, keyfiyyətli məhsul az qala həm də çox məhsul deməkdir.

Əhalinin tələbatının durmadan artması, müəssisə və təşkilatlar arasında ictimai əmək bölgüsünün dərinləşməsi də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsini qəti tələb və qanuna çevirir və bu mühüm problemi ön plana gətirir.

Məhsulu nəzərdə tutulan məqsədlə istifadə etmək üçün, yəni onun müəyyən tələbatı ödəməkdən ötəri faydalığı dərəcəsini müəyyənləşdirən xassələrin məcmusu və toplusu olan keyfiyyətə diqqət artırılması həm də xarici iqtisadi əlaqələrin tələbindən irəli gəlir. Bütün bunlar məhsulun və o cümlədən əkinçilik və heyvandarlıq məhsullarının əhəmiyyətinin, sosial-iqtisadi faydasının, iqtisadi səmərəliliyinin və mühüm əhəmiyyətinin məzmununu və mahiyyətini təşkil edir.

Buna nail olmaq üçün, bu əhəmiyyəti və sosial-iqtisadi faydanı götürmək üçün bütün sahələrdə və eləcə də kənd təsərrüfatında istehsal olunan məlumatların keyfiyyətinin yüksəldilməsi belə məhsulların istehsalının ilk pilləsindən tutmuş onların istehlakına qədər olan bütün müəssisə və təşkilatlar, onların bütün işçilərinin iştirakını və fəallığını, habelə ciddi səyi və səriştəliliyini tələb edir.

Məhsulun keyfiyyətinin yüksəldilməsi bu sahədə ölkəmizdə və xaricdə əldə olunan qabaqcıl təcrübənin və iş üsullarının öyrənilməsi və tətbiqinə də diqqət artırmaq vacibdir.

Eyni zamanda kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, tədarükü və saxlanması imkanlarının yaxşılaşdırılması da həmin məhsulların keyfiyyətinin saxlanmasına və yüksəldilməsinə müsbət təsir göstərir. Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin planlaşdırılması və qiymətləndirilməsi göstəriciləri də məhsulun keyfiyyətinin yüksəldilməsi və saxlanılmasını təmin etməyə imkan verir. Bunlara məhsulun texniki-istismar xassələri, möhkəmliyi və davamlığı, növü və estetik xassələri aiddir. Məhsulun istehsal edilməsindən, təyinatından asılı olaraq bu ümumiləşdirici göstəricilərin konkret ifadəsi olur.

Standartlaşdırma-nümunə, ölçü məhsulun keyfiyyətinin yüksəldilməsinin əsas prinsipi və amilidir. Məhsulun keyfiyyətinin yüksəldilməsi keyfiyyətin planlaşdırılması və buna stimul yaradılması da mühüm alət və vasitə kimi çıxış edir. Məhsulun keyfiyyətinin yüksəldilməsi və daha da yaxşılaşdırılması buna nail olmaq üçün keyfiyyətin yüksəldilməsi yollarından istifadə edilməsini və yeni yollar və imkanlar axtarılıb tapılması və səmərəli istifadəsini ön plana çəkir. Bütünlükdə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılması üçün onun əsas yolları və ehtiyat mənbələri daim öyrənilməli və diqqət mərkəzində saxlanılmalıdır. Hər şeydən əvvəl məhsulun keyfiyyətinin yüksəldilməsinin əsas yollarından biri əkinçilikdə sortların yeniləşdirilməsi, heyvandarlıqda isə rayonlaşdırılmış mal-qara cinslərin yeni keyfiyyətlərinin əldə edilməsi və mövcud cinslərin keyfiyyətlərin yaxşılaşdırılmasıdır-seleksiyadır. Ölkəmizdə bir neçə on illik ərzində əsas kənd təsərrüfatı bitkilərinin sortları bir neçə (3-4) dəfə dəyişdirilmişdir. Bütün bunlara görə kənd təsərrüfatında bir il taxıl, şəkər istehsalı xeyli artmış və keyfiyyəti yüksəlmişdir.

Əkinçilik mədəniyyətin yaxşılaşdırılması, habelə yüksəldilməsi həm məhsul artımının, həm də onun keyfiyyətinin yaxşılaşdırılmasının başlıca yolu və mənbələrindən biri hesab edilir.

Qabaqcıl aqrotexnikanın tətbiqi məhsulun keyfiyyətinin yüksəldilməsinin mühüm istiqamətlərindən və yollarından birini təşkil edir, əkin sahələrinə üzvü gübrələr və lazımi mineral gübrələrlə təminatı torpağın münbitliyini artırmaqla yanaşı çuğundurda olan şəkərin, kartofda olan nişastanın (kraxmalın), yağlı bitkilərdə olan yağın miqdarını artırmağa köməklik göstərir və şərait yaradır.

Onu da diqqətə gətirmək xüsusilə gərəkdir ki, torpağın keyfiyyətinin də kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, daha doğrusu keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərir.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı bütöv, əsaslı (kompleks) tədbirlərin həyata keçirilməsi də əkinçilik məhsullarının keyfiyyətinin yaxşılaşmasına xeyli köməklik edir və əlverişli şərait və zəmin yaradır. Əkinçilik məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına keyfiyyət göstəriciləri düzgün işlənib hazırlanması da üsul və yolları sırasında mühüm yer tutur. Belə ki, yaxşı və nümunəvi təmizlənmiş dəndə natura, şüşəvarilik (kleykavinanın) miqdarı artır. Buradan görünür ki, bitkiçilik məhsullarının tədarükə göndərilməsindən əvvəl müvafiq qaydada işlənib hazırlanması onun məhsul keyfiyyətinin yüksəldilməsindən ötəri zəruri biridir. Ərzaq məhsullarının və ehtiyatları artmaqla onun keyfiyyətinin yaxşılaşdırılmasında itkinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında maddi maraq prinsipi də mühüm və başlıca yollardan biridir. Maddi stimula, maddi marağa kompleks (bütöv) münasibət göstərilməsi əsas və mühüm məsələlərdən biridir.

Məhsulun keyfiyyətinin daha da yüksəldilməsi bu problemin həllində bütövlüyə (kompleksliyə) əməl olunmasını tələb edir və ön plana çəkir. Bundan başqa məhsulun keyfiyyətinin yüksəldilməsinin idarə edilməsi dövlət kənd təsərrüfatı müəssisələrində və fermer təsərrüfatlarında daim diqqət mərkəzində saxlanılmalı, onun elmi əsaslarla təşkilinə xüsusi diqqət yetirilməlidir.

Kənd təsərrüfatı üzrə sahibkarlıq müəssisələrində işçilərin maddi cəhətdən maraqlandırılması daim diqqət mərkəzində dayanmalı, bu maraqlar müxtəlif formada-natural və pul formasında təşkil edilməlidir, yüksək keyfiyyətli məhsul istehsalına görə fermerdə çalışanları ayrıca mükafatlandırmaq lazımdır.

Bunlarla yanaşı yüksək keyfiyyətli məhsul istehsalına görə iqtisadi həvəsləndirməni bütün alət və vasitələri daim diqqət mərkəzində saxlanılmalıdır. Bununla yanaşı kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinin maddi cəhətdən həvəsləndirilməsi üzrə ayrı-ayrı kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinin təcrübəsi ilə yanaşı bütünlükdə ölkə təcrübəsi də öyrənilməli və tətbiq edilməlidir.

Yüksək keyfiyyətli məhsul istehsalında əsas vasitələrdən biri də işçilərin texnoloji proseslərə dərindən yiyələnməsi və bilməsi, qabaqcıl əmək üsullarının mənimsənilməsi və onun istehsalında dərindən yiyələnməlidir.

Kənd təsərrüfatı məhsul keyfiyyətinin yüksəldilməsi üçün bu prosesə ciddi nəzarət göstərilməsi də mühüm əhəmiyyətə malikdir.

Əkinçilik və heyvandarlıq mədəniyyəti yüksəldilməsi də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasının ön yolu və istiqaməti kimi daim diqqət mərkəzində dayandırılmalı və ona xüsusi əhəmiyyət verilməlidir. Kənd təsərrüfatının təkmilləşdirilmiş və müasir texnika və avadanlıqla təmin və təchiz edilməsi istehsalın artması ilə yanaşı məhsulun həcminin artmasına və keyfiyyətin davamlı və dayaqlı artmasına çox müsbət rol oynayır və özünün iqtisadi faydasını verir.

Məhsulun keyfiyyətinin iqtisadi cəhətdən həvəsləndirilməsində-stimullaşdırılmasında hər şeydən əvvəl bu məsələyə kompleks-bütöv hərtərəfli münasibət göstərilməlidir. Çünki, bu məsələyə bir tərəfli yanaşıldıqda lazımi səmərə verə bilməz. Bu stimullaşdırmada respublikamızın və dünya ölkələrinin təcrübəsinə də əsaslanmaq gərəkdir.

Müəssisənin iqtisadi göstəricilərinin işlənib hazırlanmasında iqtisadi göstəricilərlə yanaşı məhsulun keyfiyyətinin yaxşılaşdırılması və yüksəldilməsi yolları və mənbələri də ayrıca nəzərə alınmalıdır.

Məhsulun keyfiyyətinin yüksəldilməsinin təşkilatı üsulları da diqqət mərkəzində dayanmalı və onlara ciddi əməl edilməlidir.

Respublika üzrə məhsul keyfiyyəti yüksəldilsin, müasir bazar mexanizmi işlənib hazırlansın və onun nümunələri kənd sahibkarlarına da tövsiyə edilsin və göndərilməsi təmin olunsun.

İstehsal olunan əkinçilik və heyvandarlıq məhsullarının keyfiyyətinin yüksəldilməsi və yaxşılaşdırılmasında həmin məhsullara verilən tələblərdə məhsulun keyfiyyəti göstəricilərinin nəzərə alınması və öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Əkinçilik məhsullarının çoxaldılması və yüksək keyfiyyətinin təmin olunmasında başqa amillərlə yanaşı səmərəli əkinçilik sisteminin sınaqdan çıxarılmış formalarda mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə məhsulun keyfiyyətinin yüksəldilməsinin bütöv tədbirləri sistemində faydalı (səmərəli) əkinçilik sistemi və ona düzgün əməl edilməsi xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu sistem təsərrüfat şəraitinə uyğun olaraq tətbiq edilən və torpağın məhsullarını yüksəltməyi və həmin məhsulun keyfiyyətini yaxşılaşdırmağı ən az əmək və vəsait sərf etməklə torpaq sahəsi vahidindən əkinçilik məhsulu istehsalının artırılmasını təmin edən qarşılıqlı əlaqədar elmi və təşkilat-iqtisadi tədbirlər bütövlüyündən ibarətdir. Yararlı torpaqlardan faydalı (səmərəli) istifadə, əkin sahələrinin ən yaxşı quruluşunun müəyyənləşdirilməsi, düzgün növbəli əkinlər tətbiqi, işlərin ən yaxşı aqrotexniki müddətlərdə yerinə yetirilməsi üçün texnikadan səriştəli istifadə, toxumçuluğun təşkili, kimyəvi və başqa vasitələrdən istifadə, torpaqların yaxşılaşdırılması (meliorasiyası) faydalı səmərəli sisteminin bütöv (kompleks) kimi çıxış edir. Onu da göstərmək lazımdır ki, ölkəmizdə və o cümlədən Naxçıvan regionunda bütün maddi istehsal müəssisələrində, həmçinin kənd təsərrüfatı müəssisələrində məhsulun keyfiyyətinin idarə edilməsi üsul və qaydalarına xüsusi diqqət yetirilməli və buna əsaslı əhəmiyyət verilməlidir. Yeri gəlmişkən kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar bəzi mülahizələrimizi də bildirmək olar və lazımdır. Fikrimizcə əkinçilik və heyvandarlıq məhsullarının keyfiyyətinin yüksəldilməsi ilə bağlı Respublika Kənd Təsərrüfatı Nazirliyi və Standartlaşdırma və Potent Komitəsi ölkədə mülkiyyətin formasından asılı olmayaraq kənd təsərrüfatı işçiləri üçün kurslar və seminar keçirməyi gərəkli hesab etməlidirlər. Bundan başqa respublikamızın və kənd rayonlarının dövrü əkinçilik və heyvandarlıq məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına dair çıxışlar verilməsi istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında həmin məhsullara verilən tələblərdə məhsulun keyfiyyət göstəricilərinin öyrənilməsi nəzərə alınmasının əhəmiyyəti də diqqət mərkəzində saxlanılmalıdır.

Bütünlükdə maddi nemətlər istehsalının nəticələrinin keyfiyyətinin yüksəldilməsində mövcud ölkə və dünya standartları ilə daim tanışlıq və öyrənilməsi hər istehsalçının masaüstü kitabına çevrilməlidir.

Bütün bunlar və digərləri tərəfindən kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinin səmərəliliyə təsiri ilə əlaqədar irəli sürülmüş tövsiyə, təklif və mülahizələrə əhəmiyyət verilməsi də özünün faydasını verə bilər.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin